Qrup:21-MR İxtisas:Marketinq Kurs:2 Fənn: Menecment Mövzu: Sahibkarlıq fəaliyyəti və menecment Tələbə: Mədətova Sürayə Müəllim: Şıxmuradova Səbinə
Sahibkarlıq nə deməkdir?
Sahibkar termini ilk dəfə XVIII əsrin əvvəllərində yaşamış fransız iqtisadçısı Risar Kantilon tərəfindən işlənilmişdir. Sahibkar — işin faydalığını qiymətləndirən, yeni müəssisənin təşkili, yaxud yeni ideyanın (məhsulun), yaxud xidmətin işlənib hazırlanması ilə bağlı riski və məsuliyyəti öz üzərinə götürə bilən insandır. Sahibkarlıq ondan ibarətdir ki, işin mənfəətliliyini qiymətləndirməyi və mövcud resursların daha faydalı bölüşdürülməsi qabiliyyəti bacarmaqdır. Sahibkarlıq fəaliyyəti – sahibkar adlanan hüquqi və fiziki şəxslərin, onların birliklerinin mənfəət və ya sahibkarlıq gəliri əldə edilməsi məqsədi ilə özlərinin cavabdehliyi və əmlak məhsuliyyəti kimi daimi əsaslarla fəaliyyət göstərərək məhsul istehsalı, satış və xidmətlərin göstərilməsi formasında həyata keçirilən müstəqil təsərrüfat fəaliyyəti növüdür.
Sahibkarlıq subyektləri
Sahibkarlıq subyektləri dedikdə əsasən həmin müəssisənin ölçüsündən söhbət gedir, sahibkarlıq fəaliyyətinin ölçüsünə görə 4 kateqoriyası mövcuddur bunlara aşağıdakılar aiddir.