Aktivləşmə enerjisi
Aktivləşmə enerjisi — kimyəvi reaksiya
zamanı toqquşan molekulların malik
olduqları enerjiyə deyilir.
Əksər kimyəvi
reaksiyaların sürəti temperatur artdıqca
artır. XIX əsrin 80-ci illlərin əvvəlində
Hollandiya fiziki və kimyaçısı Yakob Vant-
Hoff göstərdi ki, əksər kimyəvi
reaksiyaların sürəti hər 10 C qaldırdıqda
2-4 dəfə artır.
[1]
Arreniusun təklifi
1889-cu ildə İsveç
alimi Svante Arrenius
bir çox kimyaçıların o zaman aldığı
nəticələri ümumiləşdirərək reaksiyanın
sürət sabitinin temperaturdan asılılığını
təklif etdi:
Burada K - sürət sabiti; A – hər bir
reaksiya
üçün xarakterik olan sabit
əmsal; R - universial qaz sabiti; T –
mütləq şkalada temperatur (mütləq
temperatur); E
4
- Arrenius tərəfindən
aktivləşmə enerjisi adlandırılan
və hər bir
reaksiya üçün xarakterik olan enerjidir.
[1]
Arrenius fərz edirdi ki, toqquşma zamanı
bütün molekullar reaksiyaya girmir, yalnız
verilmiş temperaturda lazımi
miqdarda
enerjiyə malik molekullar reaksiyaya girir.
Bu enerji aktivləşmə enerjisi adlanır və
C/mol ilə ölçülür. Temperatur nə qədər
yüksək olarsa, bir o qədər çox molekul bu
enerjiyə malik
olur və reaksiyaya girmək
qabiliyyəti müvafiq olaraq yüksək olur.
E
a
-nın qiyməti nə qədər az olarsa,
verilmiş temperaturda bir o qədər çox
molekul
reaksiyaya girir, Ea=0 olduqda
hər bir toqquşma reaksiyaya səbəb olur;
bu halda reaksiyanın
sürəti vahid həcmdə
vahid zamanda toqquşmaların sayına
bərabərdir.
[1]
İstinadlar
Bu səhifə sonuncu dəfə 19 oktyabr 2013 09:00
tarixində redaktə edilib.
•
Əksi qeyd olunmayıbsa, bu məzmun
CC BY-SA
3.0
çərçivəsində yayımlanır.
1.
M. Abbasov, S. Məşədibəyova, R.
İbadov. Təbiət elmləri lüğəti, Bakı
2006, səh. 9
Mənbə — "https://az.wikipedia.org/w/index.php?
title=Aktivləşmə_enerjisi&oldid=2767781"