Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Marketinqin funksiyaları və formaları



Yüklə 0,65 Mb.
səhifə21/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   17   18   19   20   21   22   23   24   ...   160
Beynelxalq marketinq muhazire

6. Marketinqin funksiyaları və formaları.

Marketinqin funksiyaları dedikdə, müəssisələrin qarşısına qoyulmuş məqsədə çatmaq üçün marketinq prosesində həyata keçirilən ixtisaslaşmış fəaliyyət növlərinin məcmusu və ya bu cür fəaliyyət növlərini özündə birləşdirən kompleks sistem başa düşülür. Başqa sözlə, bu, istehsalın və satışın miqyası, bazarda əmtəələrin təklif edilməsindən, əmtəə çeşidlərindən, həmin növ əmtəəyə olan ehtiyacların və tələbatların xüsusiyyətlərindən asılı olaraq həyata keçirilən funksiyalardır.

Məlum olduğu kimi, müəssisələrdə məhsul istehsalının və satışının xarakterindən, şəraitindən və s. asılı olaraq, marketinq funksiyalarının özünəməxsus xüsusiyyətləri vardır. Amma, bu müxtəlifliyə baxmayaraq, onlar bir sıra ümumi prinsiplərə əsaslanır.

Marketinqin funksiyalarına əsasən aşağıdakılar daxildir:



  • bazarın marketinq çərçivəsi daxilində marketinq səylərinin (cəhdlərinin) reallaşdırılması ilə bağlı olan problemlərin kompleks öyrənilməsi, yəni marketinqin kompleks tədqiqi və bunların əsasında müəssisənin elmi-texniki siyasətini işləyib hazırlamaq;

  • istehsalın optimal strukturunun müəyyən edilməsi və marketinq qərarının qəbul olunması;

  • məhsul çeşidinin planlaşdırılması;

  • satışın intensivləşdirilməsi üzrə (reklamların, sərgilərin təşkili və satışın həvəsləndirilməsinin digər metodlarını daxil etməklə) tədbirlər işləyib hazırlamaq;

  • əmtəə hərəkətinin daha səmərəli yollarının, əmtəələrin satış yerinin, vaxtının və üsulunun (satış işinin planlaşdırılmasının) müəyyənləşdirilməsi, yəni məhsulların bölüşdürülməsi və satışı;

  • reklam və satışın həvəsləndirilməsi;

  • satışdan sonrakı xidmətin təşkili;

  • yeni istehlakçıların formalaşdırılması və s.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin