Азярбайжан Республикасы Мцдафия Назирлийи



Yüklə 88 Kb.
səhifə1/7
tarix03.06.2022
ölçüsü88 Kb.
#60502
  1   2   3   4   5   6   7
Mülki müdafiə-4149-11


MM sistemində rabitə və xəbərdarlıgın təşkili


Mülki müdafiənin rabitə və xəbərdarlıq sisteminin vəzifələri, təşkili prinsipləri
Mühafizə tədbirləri həyata keçirilərkən mülki müdafiə tibb qüvvələrinə rəhbərlik üçün MM idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür şəraitdə tabelikdəki qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına, əməli işlərinə daimi rəhbərliyi və nəzarəti təmin etməkdir.
Rabitə - idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Buna görə də MM-in bütün vasitələrində, obyektlərdə, rayon və şəhərlərdə, respublikada onların rəhbərlərinin qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri təşkil edilir.
MM - in rabitə sistemi ümumdövlət və sahə rabitə xətlərindən, radio, radio-rele, məftilli rabitə qovşaqlarından və stansiyalarından eləcə də, MM qərargahlarının tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır.
Bütün səviyyələrdən olan rabitə sisteminin əsas vəzifələri tabelikdəkilərin fasiləsiz idarə edilməsini, qarşılıqlı fəaliyyətin təşkil olunması və saxlanmasını həmçinin sərəncamların, siqnalların və məlumatların vaxtında verilməsi və qəbul olunmasını təmin etməkdən ibarətdir. Rabitə - yuxarı tibb təşkilatın rəhbəri, tabelikdəki qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil edilir. Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı, informasiyanın etibarlı surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verməlidir.
Buna nail olmaq üçün tibb qüvvələrinin idarəetmə məntəqələrində rabitə qovşaqlarını əvvəlcədən yaratmaq, bütün rabitə vasitələrindən kompleks halında istifadə etmək, eləcə də rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır. Fövqəladə hallarda rabitə sisteminin sabitliyini artıran tədbirlərin həyata keçirilməsi, qərargah və xidmət işçilərinə texniki rabitə vasitələrini dəqiq işlətmək, onlara vaxtında və düzgün xidmət göstərmək qaydalarının öyrədilməsi, şəxsi heyətin və avadanlığın etibarlı müdafiəsinin təmin olunması da bu sahədəki əsas tədbirlərdəndir.

Yüklə 88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin