Азярбайжан Республикасы Мцдафия Назирлийи


Zəhərli hava buludu Babək qəsəbəsi tərəfə yayılmaqdadır



Yüklə 88 Kb.
səhifə4/7
tarix03.06.2022
ölçüsü88 Kb.
#60502
1   2   3   4   5   6   7
Mülki müdafiə-4149-11

Zəhərli hava buludu Babək qəsəbəsi tərəfə yayılmaqdadır.
Qoşadizə kəndi və Babək qəsəbəsi ərazisində kimyəvi zəhərlənmə zonası yaranmışdır. Qoşadizə kəndində yaşayan əhali evlərdən bayıra çıxmasın, mənzilləri kipləşdirərək orada daldalansınlar.
Babək qəsəbəsində yaşayan əhali dərhal evləri və iş yerlərini tərk edərək quşçuluq zavodunun yanındakı boş sahəyə getsinlər.
Bundan sonra MM qərargahının göstərişlərinə uyğun davranın».
Bəzi təbbi fəlakətlər barədə qabaqcadan xəbər vermək mümkündür. Yazda, yayda və ya payızda müvafiq səbəblərdən baş verəcək daşqınların müddətini və miqyasını bir ay əvvəl müəyyən etmək olur; sel təhlükəsi hallarında ancaq 10-20 dəqiqə, bəzən isə 1-2 saat qabaqcadan xəbərdarlıq etmək mümkündür. Məsələn, daşqın təhlükəsi yaranarkən belə xəbər verilə bilər.
«Diqqət! Diqqət! Diqqət! Danışır rayonun mülki müdafiə qərərgahı. Vətəndaşlar! Araz çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində təzə kənd ərazisindəki evləri su basacağı gözlənilir. Bu kənddə yaşayan əhali ən lazımi şeyləri, sənədlərini, ərzaq və su ehtiyyatlarını götürsün, qazı, elektrik cihazlarını, sobaları söndürsün və toplanış məntəqəsində (Təzəkənd kənd tam orta məktəbində) qeydiyyatdan keçib təhlükəsiz yerə köçürülmək üçün kənd meydanı deyilən yerə gəlsinlər. Bu barədə qonşulara da xəbər verin. Veriləcək xəbərləri diqqətlə dinləyin, göstərişlərə dəqiq riayət edin».
Təbii fəlakətlərin, qəzaların növlərindən, yaranış konkret vəziyyətdən asılı olaraq, «hamının diqqətinə» siqnalından sonra elan edilən xəbər və məlumatların məzmunu başqa cür də ola bilər.
Belə siqnal və xəbərlər verilərkən hər kəs təmkinli olmalı, çaxnaşmaya düşməməli, cəld, lakin mütəşəkkil və intizamlı davranmalıdır. Yerli hökumət orqanlarının, MM orqanlarının göstərişləri əsasında, yaranmış konkret vəziyyətə uyğun təşəbbüs göstərməklə fəlakətlərlə mübarizədə və onun nəticələrinin aradan qadırılması işlərinə fəal iştirak etmək hamının borcudur.
MM siqnallarının verilməsində məqsəd - düşmən tərəfindən bilavasitə nüvə, kimyəvi, bakteroloji silahlar və başqa silah işlədilməsi təhlükəsi yarandığı barədə və dərhal mühafizə tədbirləri görmək lazım olduğu haqqında şəhərlərin və kənd yerlərinin əhalisini vaxtlı - vaxtında xəbərdar etməkdir.

Yüklə 88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin