Азярбайжан Республикасы Мцдафия Назирлийи


Müharibə dövründə «hamının diqqətinə» siqnalından sonra yaranmış vəziyyətə görə MM-nin bu siqnalları verilə bilər



Yüklə 88 Kb.
səhifə5/7
tarix03.06.2022
ölçüsü88 Kb.
#60502
1   2   3   4   5   6   7
Mülki müdafiə-4149-11

Müharibə dövründə «hamının diqqətinə» siqnalından sonra yaranmış vəziyyətə görə MM-nin bu siqnalları verilə bilər:
1. «hava həyacanı»
2. «hava həyacanı qurtardı»
3. «radiasiya təhlükəsi»
4. «kimya həyəcanı»
Bütün əhalinin bu siqnalları bilməsi mühafizə tədbmrlərini tez və dəqiq yerinə yetirməyə, tələfatın miqdarını xeyli azaltmağa imkan yaradır.
«Hava həyəcanı» siqnalı bütün əhalini xəbərdar edir ki, bu şəhərə düşmən hər an zərbə endirə bilər və qorunmaq üçün dərhal daldalanmaq lazımdır. Sirenaların uğultulu fiti vasitəsilə «hamının diqqətinə» siqnalı verildikdən sonra radio və televizya vasitəsi ilə belə elan edilir. «Diqqət! Diqqət! Diqqət! Danışır MM qərərgahı! Vətəndaşlar! Hava həyəcanıdır! Hava həyəcanı! Hava həyəcanı!». Elan bir neçə dəfə Azərbaycan və xarici dillərdə təkrar olunmalı və əhalinin dərhal daldalanması haqqında göstəriş verilməlidir.
Siqnal adamlar evdə olarkən verilərsə, mənzildən çıxmazdan əvvəl pəncərələri örtməli, qızdırıcı cihazları, qazı (sobanı), işığı söndürməli, dərhal mühafizə vasitələrini, ilk tibbi yardım vasitələrini, həmçinin əvvəlcədən tədarük edilmiş bir qədər ərzaq və içməli su ehtiyyatını, sənədləri götürüb dərhal ən yaxındakı sığınacağa getməli. Bu zaman cəld, lakin təmkinlə və çaxnaşmaya düşmədən davranmaq olduqca vacibdir. Uşaqları kənara buraxmaq olmaz. Sığınacağa girərkən basabas salmamalı, uşaqları, hamilə qadınları, qocaları, əlilləri irəli buraxmalı, orada MM postunun göstərdiyi yerdə oturub, müəyyən olunmuş qaydalara və post heyətinin göstərişlərinə dəqiq riayət etməli.
Siqnal adamlar işdə olarkən verilərsə, müəssisədəki xüsusi təlimatda göstərilən tədbirlər dəqiq yerinə yetirilməlidir. İşlədilən dəzgahı, aqreqatı dayandırmaq, cərəyanı kəsmək, buxarın, oksigenin, qazın, suyun və s. təziqinin azaldılması üçün tədbirlər görmək lazımdır. Mexaniki sexlərdə, laboratoriyalarda, anbarlarda, yükvurma-boşaltma meydançalarında iş dayandırılmalı, avadanlıq işdən açılmalıdır. Bundan sonra müəyyən olunmuş qaydalara riayət etməklə, sex, briqada, şöbə üçün nəzərdə tutulan sığınacağa getmək lazımdır.
«hava həyəcanı» siqnalı üzrə gecələr hər yerdə müəyyən olunmuş işıq gizlətmə rejimi yerinə yetirilir. Belə halda yalnız mühafizə qurğularına və müalicə müəssisələrinə giriş yerlərindəki işıqlar, yanğınsöndürmə hidratlarının işıq göstəriciləri qalacaq, digər bütün işıqlar söndürüləcəkdir. Hər cür nəqliyyat vasitələri dayandırılır, onlar faraları və daxili işıqları söndürürlər.

Yüklə 88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin