Dp – 22V cihazının təyinatı və texniki göstəriciləri



Yüklə 14,63 Kb.
tarix01.06.2023
ölçüsü14,63 Kb.
#121665
növüQaydalar
referat 687


DP – 22V cihazının təyinatı və quruluşu və işə hazırlanma qaydaları və göstəriciləri


DP – 22V dozimetrik komplekti şüalanma dozalarını ölçmək üçündür.
Qamma şüalanma dozalarının gücü 0,5 – dən 200 R/s – dək dəyişərkən dozimetrlərin ölçmə diapazonu 2 – dən 50 rentgenədəkdir. Ölçmələrin orta xətası + 10 % - dir. Dozimetrlərin öz – özünə boşalması bir sutka ərzində 4 R – dən artıq olmur.
Dozimetrlər – 40 dərəcə selsidən + 50 dərəcə selsi hədlərində və havanın nisbi rütubəti 98 % olan hallarda işləyə bilir. Bir komplekt qidalandırma mənbəyilə (1,6 PMS-U-8 tipli iki element) fasiləsiz iş müddəti 30 saat, dozimetrin kütləsi 50 q, komplektin kütləsi 5,6 kq – dır. Doldurucu pultu hazırlama müddəti 1 – 2 dəqiqədir.
DP – 22V dozimetrlər kompleksi 50 ədəd birbaşa göstərən DKP – 50A dozimetrlərindən , 3D – 5 doldurucu pultdan, futlyardan və texniki sənədlərdən ibarətdir.
Komplektin işə hazırlanması – onu həm nəzərdən keçirməklə, həm də komplekliyini yoxlamaqdan və DKP – 50A dozimetrlərini doldurmaqdan ibarətdir. Nəzərdən keçirməklə yoxlayarkən, dozimetrlərin məhz bu komplektə aid olduğunu və texniki sazlığını yəqin etmək lazımdır.
DKP – 50A dozimetrini işə hazırlamaq üçün onun tozdanqoruyucu kolpakını və doldurucu pultun “Zaryad” (doldurma) yuvasının kolpakını burub açırlar. “Zaryad” dəstəyini saat əqrəbinin əks iatiqamətində sonadək çevirir, dozimetri yuvaya yerləşdirib yüngülcə aşağı basırlar.
Operator dozimetrin okulyarından müşahidə etməklə “Zaryad” dəstəyini saat əqrəbinin istiqamətində tədricən fırladaraq telin kölgəsini dozimetr şkalasının sıfır bölgüsü üzərinə gətirir. Sonra dozimetrin tozdanqoruyucu kolpakı öz yerinə geydirilir.
Dozimetrin göstəricisi onu işığa tərəf tutmaqla telin şaquli vəziyyətində hesablanır.
İşlədilməyən dövrdə dozimetrlər doldurulmuş halda quru binalarda, +20 dərəcə selsi temperaturda, şaquli vəziyyətdə saxlanılmalıdır.
DP – 24 dozimetrlər komplekti - 3D- 5 doldurucu pultdan və beş ədəd DKP – 50A dozimetrdən ibarətdir. Komplekt az heyətli mülki müdafiə dəstələri və müəssisələri üçündür. Cihazın işə hazırlanması və işlədilməsi qaydası DP – 22V cihazında olduğu kimidir.
Yüklə 14,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin