Maddələrin aqreqat
halı
Maddənin aqreqat halları (
lat.
aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında
olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu
və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və
onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə
sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur.
Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur.
Bərk maddəni təşkil
edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə
olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və
həcmə malik olur.
Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə
qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik
olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz
aqreqat halları arasınd aralıq yer tutur. Mayelər üçün müəyyən həcmin olması və formanın
olmaması xarakterikdir.
Maye maddə buxarlanma, qaynama nəticəsində qaz halına keçir. Bu halda hissəciklər
arasındakı məsafə mayedə olduğundan daha çox artaraq, onların öz ölçülərinə nisbətən bir
neçə dəfə böyük olur. Buna əsasən hissəciklər arasındakı qarşılıqlı təsir qüvvələri daha artıq
zəifləyir. Bu halda isə hissəciklər öz yerlərini sərbəst surətdə dəyişə bilir.
Maddənin dördüncü halı da mövcuddur. Çox yüksək temperaturlarda maddələr ionlaşmış
qaza - plazmaya çevrilir. Maddənin "plazma" adlanan bu halını yerlərini fasiləsiz dəyişən
elektron, ion, atom və hətta nüvələrin qarışığı təşkil edir. Temperaturu 10000-100000
0
C-yə
bərabər olan plazma "soyuq", 1000000
0
C-yə qədər olan plazma isə "qaynar" plazma adlanır.
Maddənin aqreqat hallarının dəyişməsi
Axırıncı halda dur plazmada neytral atomlar olmur. O yalnız elektron,
ion və atom nüvələrinin
qarışığından ibarət olur. Buna görə də, plazma elektroneytral olsa da, o, elektron və ion
keçiriciliyinə malik olur.