Xüsusi kristallaşma istiliyi - bərkimə temperaturunda 1 kq mayenin kristallaşması zamanı
ayırdığı enerjidir. Xüsusi kristallaşma istiliyi xüsusi ərimə istiliyinə ədədi qiymətcə bərabərdir.
Amorf maddələr - zərrəcikləri nizamsız yerləşmiş bərk cisimlərdir və onların birqiymətli ərimə
temperaturu yoxdur, temperatur yüksəldikcə maddə tədricən maye hala keçir.
Mayelərin əsas xassəsi - həcmini saxlayıb formasını asanlıqla dəyişməkdir.
Qazların əsas xassəsi - həcm və formasını saxlamamasıdır,onlar verilən həcmi tamamilə
tutur.Temperatur yüksəldikcə maye zərrəciklərinin istilik hərəkəti enerjisi və həm də
buxarlanma sürəti yüksəlir.
Qaynama - maye daxilində baş verən intensiv buxarlanma hadisəsidir.
Xüsusi buxarlanma istiliyi - verilmiş temperaturda vahid kütləli mayeni buxara çevirmək üçün
lazım olan istilik miqdarıdır,L ilə işarə olunur,BS- də ölçü vahidi 1C/kq-dır.
Kondensasiya - maddənin qaz haldan maye hala keçməsidir.
Xüsusi kondensasiya istiliyi - verilmiş temperaturda 1 kq buxarın mayeyə çevrilməsi zamanı
ayrılan enerjidir və ədədi qiymətcə xüsusi buxarlanma istiliyinə bərabərdir. Qaynama
başladıqdan sonra xaricdən verilən istilik miqdarı mayenin temperaturunu yüksəltməyə deyil
mayenin buxarlanmasına sərf olunur.
Qaynama temperaturu - mayenin qaynadığı temperatura deyilir. Məsələn oksigen qazının
qaynama temperaturu -193°C-dir, su isə 100°c-də (normal atmosfer təzyiqində) qaynayır.
Sublimasiya - bərk cismin maye hala keçmədən qaz halına keçmə prosesidir.
Maddələrin aqreqat halının xassələri
Desublimasiya - maddənin qaz halından maye hala keçmədən bərk hala keçmə prosesidir.
Maye tamamilə buxara çevrildikdən sonra möhkəm qapalı qabda istilik verməni davam
etdirsək istilik hərəkət enerjisi böyük olan molekullar bir-biri ilə toqquşmada bir və ya bir neçə
elektronunu itirir. Nəticədə mənfi yükə malik elektron və müsbət ion yaranır.
Plazma - qismən və tamamilə ionlaşmış elə qazdir ki, orada müsbət və mənfi yüklərin miqdarı
eynidir. Aşağı temperaturlu plazmalar da mümkündür. Plazmanın temperaturu təxminən 0
Kelvindən (bu zaman plasma kristal halda olur) 10
8
Kelvindədək dəyişir. Qalaktikamızı təşkil
edən maddənin 99%-i plazma halındadır.
Fotonik maddə
Fotonik maddədə, fotonlar kütlələri varmış kimi davranır və bir-birləri ilə əlaqəyə girirlər
fotonik maddə molekulları belə oluşdura bilir. Bu vəziyyət kütlələri olmaması və əlaqəyə
girməməsi kimi ümumi xüsusiyyətlərinə qarşıdır.
Qəribə maddə
Qəribə maddə, Tolman-Oppenheimer-Volkoff sərhəddinə yaxın (təqribi 2-3 günəş kütləsi) bəzi
neytron ulduzları içində olabilən kuark maddənin bir növüdür. Aşağı enerji vəziyyətində
davamlı ola bilər.
Quark-gluon plazma
Quark-gluon plazma, nəzəri zərrəciklərin gluonlar dənizində sərbəstcə hərəkət edə bildiyi
vəziyyətə deyilir.
Quark-gluon plazma 2000-ci ildə
CERN
də kəşf edildi.
Aşağı istilikli hallar
Yüksək enerjili hallar
Sonuncu redaktə 1 ay əvvəl
185.47.7.201
tərəfindən edilib
Mənbə — "
https://az.wikipedia.org/w/index.php?
title=Maddələrin_aqreqat_halı&oldid=6336067
"