“Materialşünaslıq” fənnindən (28 ci qrup)
TEST SUALLARI
1. Kristallik quruluş ilk dəfə kim tərəfindən və hansı ildə öyrənilmişdir?
A) D.K. Çernov tərəfindən 1878-ci ildə
B) P.P. Anosov tərəfindən 1878-ci ildə
C) N.S.Kurnakov tərəfindən 1930 –cu ildə
D) M . Laue tərəfindən 1912 –ci ildə
E) A.M. Boşvar tərəfindən 1950-ci ildə
2. Metallarda əsas kristallik qəfəslər hansılardır ?
A) həcmi mərkəzləşmiş kub,
üzləri mərkəzləşmiş kub, heksaqonal sıx yerləşmiş
B) həcmi mərkəzləşmiş kub,
üzləri mərkəzləşmiş kub
C) həcmi mərkəzləşmiş, üzləri mərkəzləşmiş kub, triklin, monoklin
D) həcmi mərkəzləşmiş kub, tetraqonal və heksaqonal
E) həcmi mərkəzləşmiş kub, üzləri mərkəzləşmiş kub, heksaqonal, tetraqonal
3. Öz-özünə diffuziya nədir?
A) metal atomlarının öz atom krisstallik qəfəsində yerdəyişməsidir
B) atomların bir qəfəsdən
o birinə keçməsidir
C) atomların hərəkətidir
D) atomun müvazinətdən çıxmasıdır
E) atomların toplanmasıdır
4. Dislokasiyaların neçə növü var ?
A) səthi , vintvari
B) səthi , kənar
C) kənar, vintvari D) kənar,
həcmi
E) həcmi , vintvari
5. Kristallik qəfəslərdə hansı qusurlar var ?
A) nöqtəvi, xətti, səthi
B) nöqtəvi, xətti, səthi və həcmi C) nöqtəvi, həcmi
D) nöqtəvi, xətti E) nöqtəvi, xətti, həcmi
6. Diffuziya nədir
A) mikrohəcmlərdə tərkibin dəyişməsidir
B) atomların istilik hərəkətidir
C) atomların bir qəfəsdən başqasına keçməsidir
D) istiliyin təsirindən atomların müvazinətdən çoxalmasıdır
E) atomların kristalda orta atomlararası məsafədən
çox yerdəyişməsidir
7. Anizotropiya nədir ?
A)müxtəlif istiqamətlərdə xassələrin müxtəlifliyidir\
B) temperaturdan asılı olaraq xassələrin dəyişməsidir
C) eyni istiqamətlərdə xassələrin müxtəlifliyidir
D)müxtəlif istiqamətlərdə xassələrin dəyişməməzliyidir
E) eyni istiqamətlərdə xassələrin eyniliyidir