Ərimə - maddənin bərk kristal haldan maye hala keçməsidir.
Ərimə temperaturu - kristal maddənin maye hala keçdiyi temperaturdur. Oksigen qazı üçün
ərimə temperaturu -219°C, buz üçün 0°C, dəmir üçün 1535°C-dir. Həcm və formasını
saxlamaq bərk cisimlərin əsas xassəsidir.
Xüsusi ərimə istiliyi - ərimə temperaturunda bir kiloqrqm bərk kristal maddəni mayeyə
çevirmək üşün lazım olan eneryidir, λ (lambda) hərfi ilə işarə olunur və BS-də ölçü vahidi
1C/kq-dır. Yəni ərimə temperatundakı 1 kq bərk kristal maddənin daxili enerjisi həmin
temperaturdakı mayenin daxili enerjisindən azdır. Ona görə də maye kristallaşan zaman
bərkimə temperaturunda bu qədər enerji ayrılır.
Dostları ilə paylaş: |