Kafedra: Kompüter mühəndisliyi və telekommunikasiya
Fənn: Elektrik maşınlarının əsasları
İxtisas: Proseslərin avtomatlaşdırılması
Kurs: 3
1.Transformator elektromaqnit statik aparat olub, nəyi çevirir?
A) bir gərginlikli dəyişən cərəyanı başqa gərginlikli dəyişən cərəyana
B) bir gərginlikli sabit cərəyanı başqa gərginlikli sabit cərəyana;
C)dəyişən cərəyanı sabit cərəyana
D)sabit cərəyanı dəyişən cərəyana;
E)dəyişən cərəyanın tezliyini
2.Transformatorun maqnitkeçiricisində dolaq yerləşən hissənin adı nədir?
A)çubuq;
B)boyunduruq;
C)sancaq;
D)bərkidici bolt;
E)sıxıcı şaquli mil
3.Nə üçün güc transformatorların maqnitkeçiricisi elektrotexniki poladdan hazırlanır?
A)yüksüz işləmə cərəyanı azalır;
B)maqnit itkiləri azalır;
C)dolaqlar arasında maqnit əlaqəsi güclənir;
D) maqnitkeçiricinin mexaniki möhkəmliyi artır;
E)transformatorun dəyəri azalır
4.Nə üçün güc transformatorların maqnitkeçiricisi bir-birindən izolə edilmiş nazik polad vərəqlərdən yığılır?
A)burulğan cərəyanlarla əlaqədar itkiləri azaltmaq üçün;
B) maqnitkeçiricisinin ventilyasiyasını asanlaşdırmaq üçün;
C)histerezislə əlaqədar itkiləri azaltmaq üçün;
D)dolaqlar arasında maqnit əlaqəsini gücləndirmək üçün;
E)transformatorun çəkisini azaltmaq üçün
5.Böyük güclü transformatorlarda maqnitkeçiricisinin hansı konstruktiv şəklindən istifadə olunur?
A)zirehli çubuqlu;
B) çubuqlu;
C)zirehli;
D)troidal;
E)qrub zirehli
Dostları ilə paylaş: |