Maqnit seli
Kontur ilə hüdudlanmış sahədən keçən maqnit induksiyasının xətlərini ifadə edən kəmiyyət – maqnit selidir.
Maqnit qüvvə xətlərinin sayı artdıqda maqnit seli artır, qüvvə xətlərinin sayı azaldıqda maqnit seli azalır.
Müəyyən
səthi
hüdudlandıran
istənilən qapalı məftilə kontur demək olar.
Burada əsas konturun forması yox, onun
hüdudlandırdığı
sahədir.
Konturla
hüdudlanmış
səthə
qaldırılmış
perpendikulyar
normal adlanır. Tutaq ki
səthinin sahəsi S olan kontur maqnit
induksiyası 𝐵⃗ olan maqnit sahəsində
yerləşdirilib. İnduksiya vektoru ilə səthə
qaldırılmış normal arasındakı bucağı α
götürək.
Maqnit indusiya vektorunun modulunun konturun S səthinin
sahəsinə və maqnit induksiya vektoru ilə səthə çəkilmiş normal
arasındakı bucağın kosinusuna hasilinə bu səthdən keçən maqnit seli
deyilir:
Ф = B ∙ S ∙ cosα.
Maqnit seli – skalyar kəmiyyətdir. Ölçü vahidi:
[Ф] = 1Tl ∙ m
2
= 1 Vb.
1. Maqnit
sahəsinin
qüvvə
xətləri
konturun
səthinə
perpendikulyardır, maqnit induksiyası vektoru səthə çəkilən
normala paraleldir:
𝐵
⃗ ↑↑ 𝑛⃗ .
𝛼 = ∠(𝐵
⃗ , 𝑛⃗ ) = 0.
cos α =1.
Ф
max
= B∙S.
α = 0°