3. Cərəyanlı sarğac maqnitdir və onun qütbləri var: şimal və cənub.
a) Sarğacın şimal maqnit qütbü sabit maqnitin cənub qütbünə cəzb olunur.
b) Sarğacın şimal maqnit qütbü sabit maqnitin şimal maqnit qütbünü itələyir.
Sarğac daxilindəki maqnit sahəsinin qüvvə xətlərinin istiqamətini burğu qaydası ilə təyin edirlər: əgər
burğunun dəstəyinin fırlanma istiqaməti sarğacın dolaqlarındakı cərəyan istiqaməti ilə üst-üstə düşürsə, onda
burğunun irəliləmə hərəkətinin istiqaməti maqnit sahəsinin qüvvə xətləri ilə üst-üstə düşər.
Beləliklə cərəyanlı sarğac özünü sabit maqnit kimi aparır və iki qütbə malikdir: cənub və şimal. Maqnit
sahəsinin qüvvə xətləri sarğacın bir ucundan daxil olur (sarğacın bu ucu cənub qütb adlanır) və digər ucundan çıxırlar
(bu isə şimal qütbdür). Sabit cərəyanlı sarğac sabit maqnitlərlə qarşılıqlı əlaqədə olur. Sarğacın şimal qütbü sabit
maqnitin çənub qütbünü özünə cəzb edir və sabit maqnitin şimal qütbünü itələyir.
Təcrübələr göstərir ki, sarğacda yaranmış maqnit seli sarğacdakı cərəyan şiddəti ilə düz mütənasib asılıdır:
Ф = 𝑳𝑰
.
Mütənasiblik əmsalı olan L – sarğacın induktivliyi adlanır.
İnduktivliyin
düsturu
𝑳 =
Ф
𝑰
.
ölçü vahidi
[𝑳] =
[Ф]
[𝑰]
=
𝟏Вб
𝟏А
= 𝟏𝑯𝒏.
Sarğacın induktivliyi sarğacdan keçən maqnit selindən və cərəyan şiddətindən asılı deyil:
𝑳(Ф) = 𝒄𝒐𝒏𝒔𝒕 ⇔
𝑳(𝑰) = 𝒄𝒐𝒏𝒔𝒕
.
Daxilində içlik olan sarğac elektromaqnit adlanır. İçliyin
µ
maqnit nüfuzluğundan asılı olaraq, cərəyanlı
elektromaqnitin maqnit sahəsi böyük və ya kiçik ola bilər. Daxilində içlik olan cərəyanlı sarğac daxilindəki maqnit
sahəsi içlik olmayan həmin cərəyanlı sarğacın maqnit sahəsindən güclüdür.
1. Əgər sarğac daxilinə maqnit nüfuzluğu µ olan içlik yerləşdirsək, onda sarğacın induktivliyi
µ dəfə
artar.
2. Əgər sarğac daxilindən maqnit nüfuzluğu µ olan içliyi götürsək, onda sarğacın induktivliyi
µ dəfə
azalar.
Cənub qütb
Şimal qütb
𝑩
⃗⃗
𝑩
⃗⃗
𝑩
⃗⃗
𝑩
⃗⃗