Laboratoriya iŞİ №1



Yüklə 137,64 Kb.
səhifə1/2
tarix12.05.2023
ölçüsü137,64 Kb.
#112664
  1   2
Şahanə İbrahimli Mh və keə lab1


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ




LABORATORİYA İŞİ № 1
FAKULTƏ: Nəqliyyat və Logistika

KAFEDRA: Mexatronika və maşın dizaynı


QRUP: 101a2 .
TƏLƏBƏ: Şahanə İbrahimli
MÜƏLLİM: Bəxtiyarlı Elvin .
BAKI -2023


LABORATORİYA İŞİ № 1
MÖVZU: DİŞLİ ÇARXLARIN KONSTRUKSİYALARININ TƏHLİLİ
.
­ Dişli çarx ötürməsi - dişli ilişmə vasitəsi ilə momentləri və fırlanma tezliklərini dəyişdirməklə hərəkəti ötürən və ya bir hərəkət növünü başqasına çevirən mexanizmə deyilir. Ötürmə əsasən aparan və aparılan dişli çarxlardan ibarət olur. Adətən aparan dişli çarx aparılan dişli çarxa nisbətən həndəsi ölçülərinə görə kiçik olur. Belə mexanizmlər fırlanma tezliyini azaldır, burucu momenti isə artırır. Lakin praktikada bəzən əks hala da təsadüf edilir. Bu zaman aparan dişli çarx böyük dişli çarx olur, nəticədə mexanizmin fırlanma tezliyini artırır, momenti isə azaldır.
Dişli çarxlar aşağıdakı növlərə bölünürlər :

  1. Çarxın həndəsi formasına görə;

  • silindirik və konusvari dişli çarxlar ;

  1. Dişin çarxın oxuna nəzərən yerləşməsinə görə:

  • düz, çəp, qoşa və dairəvi dişli çarxlar.

Dişli çarxların oturduqları valların oxlarının fəzada yerləşməsinə görə ötürmə paralel, kəsişən və çarpaz vallar arasında ötürmələrə ayrılır.


Paralel vallar arasında hərəkətin ötürülməsi silindrik düz, çəp və qoşa dişli çarxlarla, kəsişən oxlar arasında hərəkət konusvarı dişli çarx ötürməsi, oxları çarpazlaşan vallar arasında isə sonsuz vint, dişli-vintvari və hipoid ötürmələri vasitəsilə həyata keçirilir.
Fırlanma hərəkətini irəliləmə hərəkətinə və əksinə çevirmək üçün silindrik dişli çarxdan və tamasadan istifadə edilir.
Dişli çarx, üzərində dişlər kəsilmiş çənbərdən, topdan və onları birləşdirən diskdən ibarətdir.
Düz dişli çarxlar o qədər də yüksək olmayan və orta sürətlərdə, dişlər çox bərk olduqda açıq ötürmələrdə, həmçinin sürətləri dəyişdirmək üçün dişli çarxları oxboyu hərəkət etdirmək lazım gəldikdə, məsələn sürət qutularında, geniş işlədilir. Çəp dişli çarxları isə məsuliyyətli ötürmələr üçün, orta və yüksək sürətlərdə tətbiq edirlər. Onlarm tətbiq sahələri getdikcə genişlənir. Çəp və dairəvi dişlərin istifadə olunmasında əsas məqsəd ilişmə xəttinin böyüdülməsi hesabına möhkəmliyin artırılmasıdır. Bu cür dişli çarxlarda səs azalır və ötürmə səlis işləyir.
Yastıqlara oxboyu qüvvə ötürməsi çəp və dairəvi dişli çarxların əsas mənfı cəhətidir, qoşa dişli çarxlar isə yastıqlara oxboyu qüvvə ötürmür və xüsusən ağır yüklərdə tətbiq edilir.
Xarici diametri valm diametrindən çox böyük olmayan dişli çarxlar çox vaxt val ilə birlikdə bütöv hazırlamr (reduktorlarda olanda). Birpilləli reduktorlarda tətbiq olunan dişli çarxlar əsasən hər iki tərəfə çıxmış toplu şəkildə hazırlanır.
Val-dişli çarxın hazırlanması, ayrı-ayrılıqda valın və dişli çarxın hazırlanmasından ucuz başa gəldiyi üçün kiçik ölçülü dişli çarxların valla birlikdə hazırlanmas məsləhət görülür. Bunun üçün dişin dibi ilə işgil yuvası arasındakı x məsafəsi (şəkil 1) silindrik dişli çarxlarda x˂2,5m, konus dişli çarxlarda x˂1,6me şərtini ödəməlidir. Əks halda dişli çarxlar ayrıca konstruksiya olunur (şəkil 2).

Şəkil 1.

Reduktorun aparılan dişli çarxlarının konstruktiv ölçüləri aşağıdakı kimi təyin olunur:


topun uzunluğu
topun diametri



Şəkil 2.
Diskin qalınlığı silindrik dişli çarxlarda , konik çarxlarda c=(0,1...0,17) Re
Sağanağın haşiyəsinin ölçüsü
Sağanağın qalınlığı S= (2,5...4)m.
Sonsuz vint çarxlarının (şəkil 2,c) əsas həndəsi ölçüləri aşağıdakı düsturlarla təyin olunur.
Dişli sağanağın qalınlığı S1 = 2m
burada m - ilişmənin moduludur.
Mərkəzin sağanağının qalınlığı S0 = 1,3S1
Diskin qalınlığı C = (1,2...1,3)S0
Mərkəzin çiyinliyinin eni
burada b2 sonsuz vint çarxının enidir.
Mərkəzin çiyinliyinin hündürlüyü
Dişli sağanağın haşiyəsinin ölçüsü
Dişli sağanaqda haşiyə bucaq altında açılır.
Topun yan səthlərindəki iti uclar mm ölçülü haşiyə ilə kütləşdirilir.

Yüklə 137,64 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin