Азярбайжан Республикасы Мцдафия Назирлийи


Aparatura saz telefon şəbəkəsinin danışlıq gedən və ya baş xətləri üzrə işləyir



Yüklə 88 Kb.
səhifə3/7
tarix03.06.2022
ölçüsü88 Kb.
#60502
1   2   3   4   5   6   7
Mülki müdafiə-4149-11

Aparatura saz telefon şəbəkəsinin danışlıq gedən və ya baş xətləri üzrə işləyir.
Beləliklə, bütün bu vasitələrdən istifadə rayonlarda, obyektlərdə təhlükə yarandığı barədə «Hamının diqqətinə!» xəbərdarlıq siqnalını əhaliyə çatdırmağın vahid sistemi yaradılır.
Təhlükə barədə siqnal və məlumatlar obyektin radioyayım qovşağından ya bilavasitə, ya da şəhərin (rayonun) mərkəzi radioyayım qovşağı vasitəsilə verilə bilər. Güclü qəzalar zamanı şəhərin lokal xəbərdarlıq sistemi ilə əhatə olunmamış rayonlarda əhalini xəbərdar etmək və onların zəhərli zonaya girməsinin qarşısını almaq məqsədilə səsucaldan səyyar vasitələrdən də istifadə etmək mümkündür.


Mülki müdafiənin xəbərdarlıq siqnalları


Gözlənilən və ya baş vermiş təbii fəlakət, qəza haqqında xəbər verməyin qaydası bu hadisənin miqyası və yayılma sürəti nəzərə alınmaqla müəyyən edilir. Lakin bütün hallarda xəbərdarlığın əsas üsulu - məftilli radioverliş şəbəkəsi, yerli radioverliş stansiyaları və televizya vasitəsilə məlumat və xəbər verilməsidir. Adamların diqqətini tez cəlb etmək üçün, həmçinin onların radio və televiziyanı dərhal işə qoşmasına nail olmaq üçün fövqəladə hallarda sirenalardan, müəssisələrin, nəqliyyat vasitələrinin fit səslərindən istifadə olunmaqla səs siqnalı veriləcəkdir. Belə siqnal HAMININ DİQQƏTİNƏ siqnalı adlanır. Bu siqnalı, yəni sirenaların vıyıltı səsini, müəssisələrin həyəcanlı fit səslərini eşidərkən dərhal radio və televizoru qoşaraq yerli hökümət orqanlaırının, MM qərərgahının verdiyi xəbər və məlumatları diqqətlə dinləmək tələb olunur. Təhlükə haqqında xəbərlərlə birlikdə (təhlükənin növü, yeri, miqyası və s.) əhalinin düzgün davranışına dair qısa, konkret məsləhət və göstərişlər də veriləcəkdir. Məsələn, kimyəvi zəhərlənmə təhlükəsi törədən qəza barədə belə xəbər verilə bilər.
«Diqqət! Diqqət! Diqqət! Danışır şəhərin MM qərərgahı. Vətəndaşlar! Yeyinti məhsulları kombinatında qəza baş vermiş, ətrafa güclü təsirli zəhərli maddə - ammonyak axmışdır.

Yüklə 88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin