«hava həyəcanı» siqnalı üzrə daldalanmış bütün əhali daldalanma yerində «hava həyəcanı qurtardı» siqnalı verilənədək qalmalıdır. «hava həyacanı qurtardı» siqnalı: Düşmənin havadan bilavasitə basqın təhlükəsi sovuşduqda MM orqanları «hamının diqqətinə» siqnalından sonra radioverliş şəbəkələri, yerli radio və televiziya stansiyaları vasitəsi ilə, habelə əldə olan digər üsullarla (telefon, səsucaldan səyyar qurğular, çaparlar və s.) «hava həyəcanı qurtardı» elan edilir. SİQNAL BELƏ ELAN EDİLİR. «Diqqət! Diqqət! Diqqət! Danışır MM Qərargahı! Havadan basqın təhlükəsi qurtardı. Hava həyəcanı qurtardı!». Siqnal verilərkən adamlar komendatın göstərişi ilə sığınacaq və daldalanacaqları tərk edir, fəhlə və qulluqçular iş yerlərinə qayıdıb işə başlayırlar. Düşmən zərbə endirə bildiyi və zədələnmə ocağı yarandığı yerlərdə «hava həyəcanı qurtardı siqnalı» verilmir. Belə sahələrdəki sığınacaq və daldalanacaqlarda olan adamlara onların fəaliyyəti qaydaları barədə göstərişlər çatdırılır və görülən tədbirlər haqqında məlumatlar mümkün olan bütün vasitələrlə verilir. «radiasiya təhlükəsi» Radiaktiv bulud hərəkət edən istiqamətdəki, yaşayış məntəqələrində və rayonlarda zəhərlənmə aşkar olunduqda və ya belə zəhərlənmə ən geci 1 saat müddətində baş verə biləcəyi gözləndikdə «hamının diqqətinə» siqnalından sonra siqnalı verilir. siqnal bütün yerli texniki rabitə və xəbərdarlıq vasitələrindən istifadə olunmaqla verilir, yerlərdə isə səs və işıq siqnalları ilə təkrar etdirilir. Siqnal belə elan edilir: «Diqqət! Diqqət! Diqqət! Danışır MM qərərgahı! Vətəndaşlar! Radiasya təhlükəsi! Radiasiya təhlükəsi!» bu elanla birlikdə görülməli mühafizə tədbirləri barədə, habelə radiasiyanın səviyəsindən asılı olaraq əhalinin davranış rejimləri haqqında MM qərərgahının konkret göstərişləri də verilməlidir. Siqnal verilərkən respiratoru, tozdan qoruyan parça maskanı və ya pambıq tənzif sarğını, əgər bunlar yoxdursa - əleyhiqazı taxmaq, əvvəlcədən hazırlanmış ərzaq və su ehtiyyatını, dərmanları, ən zəruri şeyləri götürüb sığınacağa və ya RƏD-lərə getmək lazımdır. Belə xüsusi mühafizə qurğuları olmayan hallarda radiaktiv zəhərlənmədən qorunmaq üçün daş binalardan, mənzillərdən və zirzəmilərdən istifadə etmək mümkündür. Lakin bu zaman onları kipləşdirmək, qapı və pəncərələri kip bağlamaq, onların pərdə çəkmək, bütün deşik - bacaları bərkitmək lazımdır. Adamlar zəhərli sahələrdə qalarsa və ya zəhərli yerlərdən keçib getməli olarlarsa, onlar fərdi aptekçədəki 1№-li radiasiyadan mühafizə dərman həblərini qəbul etməlidirlər. Bu həbləri qəbul etmək qaydası qutudakı təlimat vərəqəsində göstərilmişdir. Əhalinin daldalanacaqlarda qalma müddəti yerli MM qərərgahları tərəfindən müəyyən edilir və əhaliyə çatdırılır. Oradan çıxmağa yalnız MM qərərgahının göstərişi ilə icazə verilir. «Kimya həyəcanı» siqnalı kimyəvi və ya bakteroloji zəhərlənmə təhlükəsi yarandıqda, ya da belə zəhərlənmələr bilavasitə aşkar edildikdə «hamının diqqətinə» siqnalı verildikdən sonra texniki rabitə və xəbərdarlıq vasitələri ilə belə elan edilir: «Diqqət! Diqqət! Diqqət! Danışır MM qərərgahı! Vətəndaşlar! Kimya həyəcanı! Kimya həyəcanı!» bu zaman aşkar olunmuş zəhərləyici maddənin və ya yoluxucu xəstəlik törədicisinin növü nəzərə alınmaqla, əhalinin davranışı barədə konkret məsləhətlər, məlumatlar verilir. siqnal yerlərdə səs və işıq siqnalları vasitəsi ilə təkrar etdirilməlidir. Siqnal verilərkən dərhal əleyhiqazı taxmaq, mühafizə paltarlarını geymək və mühafizə qurğusunda gizlənmək lazımdır. Əgər belə xüsusi paltarlar yoxdursa və buna görə də bədənin bədənin səthini qoruyan yardımçı vasitələr işlətmək lazəm gələrsə, onda boloniya tipli plaşlar rezin çəkmələr və əlcəklər geyilsə, daha yaxşı olar. Yaxında mühafizə qurğusu olmadıqda zəhərləyici maddə aerozolundan qorunmaq üçün hər hansı binada gizlənmək və onu kipləşdirmək lazımdır.