Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2015-ci IL üçün illik hesabat I



Yüklə 156.04 Kb.
tarix07.04.2017
ölçüsü156.04 Kb.
Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin

2015-ci il üçün illik

H E S A B A T I
Biləsuvar rayonunda 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Sisteminə daxil olan 30 dövlət kütləvi kitabxanası fəaliyyət göstərmişdir ki, bunlardan bir rayon Mərkəzi kitabxanası, 29 isə kənd kitabxana filialı olmuşdur. Rayon Mərkəzi kitabxanası 1947-ci ildən fəaliyyət göstərir. Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1978-ci ildə yaradılmışdır. Mərkəzləşdirilmiş Kitabxana Sistemi 30 kitabxananı əhatə edir.Öz əsas vəzifəsini rayonun 100 mindən çox əhalisinə xidmətdə görən Billəsuvar rayon dövlət kütləvi kitabxanaları rayon ərazisindəki bütün kitabxanalardan oxucuların tam istifadə etməsinə nail olmaqdan ötrü özünün bütün imkanlarından istifadə etmişdir.

Mərkəzi kitabxana üzrə oxucu sayı 4300 nəfər, kitab fondunun ümumi sayı 69193 nüsxə, kitab verlişi 63585 nüsxə verilmişdir. Mərkəzi kitabxanaya yeni kitab 597 ədəd daxil olmuşdur ki bunalardan 13 ədədi elektron resurslardır.

Mərkəzi Kitabxanada Mərkəzi Kitabxananın İnformasiya Resurs şöbəsi il ərzində kitabxanada bütün tədbirləri kitabxananın veb saytında “Biləsuvar.cls.az “yerləşdirir.

Azərbaycan Respublikasında Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya təminatının artırılması, eləcə də Azərbaycan Kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsi məqsədi ilə “ Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı Mərkəzi Kitabxanada uğurla başa çatmışdır. Verilən sərəncama əsaslanaraq son illərdə informasiyalaşdırma problemlərinin daha fəal işlənməsi və qloballaşdırma strategiyasının inkişafı ilə əlaqədar, informatika ilə bağlı olan sahələrdə yeni keyfiyyət dəyişiklikləri baş verir. Yalnız informasiya məhsullarının növləri və formaları deyil, həm də kitab nəşri, mühafizəsi, yayılması və sənəd-informasiya xidməti ilə bağlı olan qurumların rolu və ənənəvi funksiyaları da təkmilləşdirilir. Bu obyektiv proses kitabxanalarda getdikcə daha çox elektron nəşrlərin toplanması, yaradılması sürətlə artım, yığcam disklərin tətbiqi və internetin telerabitə imkanlarının istifadəsilə əlaqədar olaraq elektron kitabxanalar informasiya resurs mərkəzləri yaradılır.

Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana sistemində 2012-ci ildə İnformasiya Resurs Mərkəzi , Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 oktyabr 2011-ci il tarixli 162-saylı Qərarına əsasən İnformasiya Resurs şöbəsi kimi fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövrdən Mərkəzləşdirilmiş Kitabxana Sistemində innovasiya texnologiyalarının istifadəsi geniş vüsət almışdır. İnformasiya-resurs şöbəsinin əsas fəaliyyəti informasiyalı cəmiyyətdə istifadəçilərin informasiyaya olan təlabatını ödəmək və işini günün tələblərinə uyğun şəkildə qurmaqdır. Bununla yanaşı imtiyazlı şəkildə dünya informasiya məkanına daxil olur, öz informasiya resurslarına həm ölkədaxili, həm də ölkədən kənar istifadəçilərin sərbəst müraciətini təmin edir, dünyanın bütün informasiya qurumları və iri kitabxanaları ilə operativ informasiya mübadiləsi edir, informasiya resurslarının formalaşmasında məkan baxımında təkrarçılığı və paralelliyi aradan qaldırır.

Mərkəz fasiləsiz internetlə təmin olunmuşdur. Hər bir istifadəçinin şöbəyə gələrək internetdən azad şəkildə istifadə etmək hüququ vardır. İstifadəçiyə göstərdiyi xidmətlə yanaşı kitabxananın VEB – saytı “bilasuvar.cls.az” bu şöbədə işlənib , hazırlanır. 2015-ci ildə sayta istər rayonda, istərsə də kitabxanada keçirilən 45 tədbir yerləşdirilmişdir. Kitabxana, Biləsuvar rayonu , Elektron Kitabxana, Elektron kataloq, Yeni kitablar və digər əsas bölmələrdən başqa “Yaddan çıxmaz Qarabağ” , “ İnsan hüquqları”, “2008-2013- cü il Dövlət Proqramı”, ”Vətənpərvərlik “ ,”Hüquq mərkəzi “,”Qədim Biləsuvar və biləsuvarlılar“, “Xaricdə yaşayan Görkəmli şəxslər” bölməsi yaradılmışdır . Bununla yanaşı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan şairləri , yazıçıları , dramaturqları , alimləri haqqında verilmiş yubiley Sərəncamları haqqında məlumatlar saytımızda yerləşdirilir. Yerləşdirilən daimi bölmələrlə yanaşı 2015-ci ildə Cəmşid Naxçıvaniskinin 120 illik yubleyi, Rəşid Behbudovun 100 illik yubleyi , VII Ümumrespublika Kitab bayramı, Bəxtiyar Vahabzadənin 90 illik yubleyi, Əlağa Vahidin anadan olmasının 120 illik yubiley, və s..keçirilmişdir. 2015-ci ildə İnformasiya-resurs şöbəsində CD formatında 126 adda elektron kitab vardır. Bununla yanaşı azyaşlı uşaqlar üçün səsli nağıllar alınmışdır. Bu da kiçik yaşlı uşaqlarda kitabxanaya böyük maraq yaradır.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramının Tədbirlər Planının 2.3.8.bəndinə əsasən regionlarda XX əsrin 90-cı illərində nəşr olunmuş diyarşünaslığa aid olan maraqlı məlumatları skaner vasitəsi ilə elektron informasiya daşıyıcılarına köçürməli və onları kiril əlifbasından latın əlifbasına cevirilməsidir. Bu məqsədlə İnformasiya –Resurs şöbəsi bu sahədə öz işini həyata keçirir .

2015-ci ilin Yanvar ayında cənab nazirin tapşırığı ilə rayonlar üçün “Kitabxana Portalı “linki altında saytlar yaradılmış, İnformasiya –Resurs şöbələri üçün üç günlük treniqlər keçirilmiş ,hər bir rayonun saytı olmaqla yanaşı MKS-lərin Web saytlarında “Filiallar “linki yaradılmışdır. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayevin tapşırığına əsasən rayonlar arasında Monitorinqlər keçirilmişdir .2015-ci ilin sentyabr ayında Azərbaycan Milli Kitabxanası ,C.Cabarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxnasından olan nümayəndələr Biləsuvar rayon Mərkəzi Kitabxnasında və həmçinin şəhər ,kənd filial kitabxnalarında olmuşdular .Mütəxəsislər rəy və tövsiyələrini vermiş,nəzərə almağı xahiş etmişlər .



Yanvar

“Qanlı yanvar”


c:\users\aida\desktop\581881424956703.jpg c:\users\aida\desktop\580821422364095.jpg

16 yanvar 2015-ci il tarixdə Biləsuvar rayon Mərkəzi kitabxanada 20 Yanvar Faciəsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova ,İcra Hakimiyyətinin məsul işçisi Ləman Yüzbaşova da iştirak etdi. Tədbiri giriş sözü ilə Mədəniyyət və turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova açdı O, qeyd etdi ki,1990 –cı il yanvarın 20-də Azərbaycan  ərazisi bütövlüyünü  pozmaq cəhdlərinə ,keçmiş  SSRİ rəhbərliyinin Azərbaycanla  bağlı apardığı  qərəzli  siyasətə  yerli rəhbərliyin  xalqımızın mənafeyinə zidd mövqedə  durmasına  qarşı etiraz əlaməti  olaraq küçələrə çıxmış dinc  əhaliyə divan tutmaq  məqsədilə  Bakıya  və Respublikanın  digər rayonlarına sovet hərbi hissələri yeridildi.Dinc əhalini  kütləvi etiraz çıxışlarının ağır hərbi texnikanın  köməyi ilə vəhşicəsinə  dağıdılması  təkcə süquta  uğramaqda olan sovet siyasi  sisteminin  qorunması cəhdi  kimi  deyil, həm də azərbaycanlıların  tarixi  torpaqlarından  sıxışdırılıb  çıxarılması ilə bağlı çar Rusiyasının əsrlərlə apardığı məqsədyönlü siyasətin yeni şəraitdə dəvamı idi.Sovet rəhbərliyi isə xalqın bu haqlı tələbinə əməl etmək əvəzinə 1990-cı il yanvarın 20-də-də  Azərbaycana hərbi qoşun hissələru yeritdi və qanlı faciə törətdi.Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü,744 nəfər yaralandı,841 nəfər qanunsuz həbs edildi.Həlak olanların arasında qadınlar,uşaqlar və qocalar  olmuşdu.Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.

         Həmin dövrdə xalqımıza ən böyük mənəvi dəstəyi Moskvada yaşayan və M.Qarbaçovun təqib və təzyiqləri ilə üzləşən  ümummilli lider Heydər Əliyev verdi. Bu görkəmli şəxsiyyət hər an təhlükə ilə üzləşə biləcəyinə baxmayaraq1990- cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gəldi və  törədilmiş faciə ilə bağlı çox ciddi bəyanat verdi. 20 yanvar faciəsində Azərbaycan bə sovet rəhbərliyini ifşa etdi ,onların xalqımız qarşısında tarixi məsuliyyət daşıdıqlarını vurğuladı.

Mədəniyyət və turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova sözü tədbirdə iştirak edən qonaqlara verdi. Onlar da çıxışlarında 20 Yanvar faciəsinin heç vaxt unutmayacaqlarını söylədilər. Tədbirin sonunda 20 Yanvar Faciəsi ilə əlaqədar sənədli filmə tamaşa edildi.

Alllah şəhidlərə rəhmət eləsin!
Fevral

2 Fevral Gənclər Günü



http://bilasuvar.cls.az/uploads/image/454311423121359.jpg

       2 fevral Gənclər Günü münasibəti ilə Rayon Mərkəzi kitabxanada və “Zirvə”klubda "Gənclər Böyük qüvvədir" başlığı altında tədbir keçirildi. Tədbirdə Cənclər və idman idarəsinin rəisi A.Bağırov da iştirak edirdi.A. Bağırov çıxış edərək qeyd etdi ki, 2 fevral Ümumrespublika Gənclər günüdür.  Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər.


Azərbaycanın Milli qəhramanı M.İbrahimovun anadan olmasının 27 ildönümü

d:\maydoc-aida\sekiller 2015\compressed\aida\100photo\sam_0196.jpg d:\maydoc-aida\sekiller 2015\compressed\aida\dvd\sekil\mubarizin ad gunu\m6 (2).jpg d:\maydoc-aida\sekiller 2015\compressed\aida\100photo\sam_0188.jpg

 Azərbaycanın Milli qəhramanı M.İbrahimovun anadan olmasının 27 ildönümü ilə əlaqədar Mərkəzi kitabxanada 7 fevral 2015-ci il tarixində tədbir keçirilmişdir.  Mədəniyyət və turizm şöbəsinin müdiri R.Cəfərova çıxış edərək bildirdi ki, doğma torpağı uğrunda son damla qanınadək vuruşub şəhidlik zirvəsinə ucalmış igiq övladların xatirəsi yaddaşlarda əbədi qalacaq. Onların sonsuz yurd sevgisi,qəhrəmanlıqlarla dolu döyüş yolu indiki və gələcək nəsillər üçün örnəkdir. Belə igid oğullardan biri də bu gün böyük iftixarla anılan, ölkə başçısı cənab ilham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülən gizir Mübariz Ağakərim oğlu İbrahimovdur. Tədbir iştirakçıları Mübariz İbrahimovun ev müzeyin də ziyarər etdilər.

Səyyar sərgi

http://bilasuvar.cls.az/uploads/image/587931424262924.jpg  http://libraries.az/uploads/image/653911424262869.jpg

           17 Fevral 2015-ci il tarixdə Mədəniyyət və turizm şöbəsi tərəfindən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yıyıncağı ilə əlaqədar səyyar sərgi keçirilmişdir. Sərgidə 100-ə yaxın rəsm, əl işləri və dekrativ tətbiqi sənət əsri sərgilənmişdir. Sərgidə eyni zamanda elektron resurslar və yeni kitablar nümayiş edilmişdir.

26 Fevral Xocalı Soyqırımı

http://bilasuvar.cls.az/uploads/image/166381424956022.jpg  http://libraries.az/uploads/image/210291424955800.jpg http://libraries.az/uploads/image/500781424955890.jpg

25 Fevral 2015-ci il tarixdə Mərkəzi kitabxanada keçirilmiş Xocalı Faciəsinin 23-cü il dönümünə həsr olunmuş "Xocalıda talan var"adlı tədbir keçirilmişdir.

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.



1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. 

Mart

 8 mart Beynəlxalq Qadınlar Günü



http://bilasuvar.cls.az/uploads/image/756511426163429.jpg http://libraries.az/uploads/image/596341426163290.jpg 

  06 mart 2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zirvə” şadlıq sarayında 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.


  Tədbirdə  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev,  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev bayram münasibətilə qadınları təbrik edərək onlara xoş arzularını bildirdi.O, qadınlarımızın respublikamızın ictimai-siyasi, elmi-mədəni inkişafındakı fəal rolundan danışaraq qeyd etdi ki, artıq Azərbaycan xanımları dərin zəkaları və tükənməz potensialları ilə bu gün dövlət idarəçiliyinin ən yüksək pillələrində belə xalqa və cəmiyyətimizə layiqincə xidmət edirlər.M.Quliyev bir daha qadınları təbrik etdi və bundan sonra da fəaliyyət göstərdikləri peşələrində uğurlar arzuladı.Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup  qadınlar qazandıqları uğurlara görə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə  təltif olundular.  Tədbirdə Biləsuvar rayon MKS-nin  Oxu zalının müdiri Zeynalova Aidə  Aslan qızı  fəxri-fərman və qiymətli hədiyyələrlə  təltif olundu.
     Çıxış edənlər bayram münasibətilə qadınlarımızı təbrik etdilər və onlara şəxsi həyatlarında və  işlərində müvəffəqiyyətlər arzuladılar.
 Sonra  rayon Mədəniyyət işçilərinin hazırladığı konsert proqramı təqdim olundu.

Novruz Bayramı



Elimizə bahar gəlir!

http://libraries.az/uploads/image/68331426767293.jpg http://libraries.az/uploads/image/545791426768252.jpg http://libraries.az/uploads/image/515711426767465.jpg

Biləsuvar rayon İcra Hakimiyyəti və Mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı  ilə 19 mart 2015-ci il tarixdə Milli bayramımız olan "Novruz"   bayramı  keçirildi. Tədbirdə rayon icrimaiyyəti,  bütün müəssisə və təşkilatlar iştirak edirdi. Bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə getirərək yazın gəlişindən xəbər verir.


31 mart Azərbaycanlıların soyqırımı



http://bilasuvar.cls.az/uploads/image/110611427866083.jpg http://libraries.az/uploads/image/709521427866069.jpg

 

31 mart 2015-ci il tarixdə Mərkəzi kitabxanada 31 mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar tədbir keçirildi. Tədbirdə erməni vəhşiliklərindən danşıldı.



       1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.   "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər.

Aprel

Rəşid Behbudovun 100 illik yubileyi



http://libraries.az/uploads/image/423121430131441.jpg http://libraries.az/uploads/image/784061430116896.jpg 

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli sərəncamı ilə Rəşid Behbudovun anadan olmasının  100 illik yubileyi  ilə əlaqədar Biləsuvar rayon Mədəniyyət evində 27 aprel 2015-ci il tarixdə  tədbir keçirilmişdir.Tədbirdə Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığı haqqında danşıldı,  onun ifasında mahnılar və qısa filmlər göstərildi. Rəşid Məcid oğlu Behbudov (14 dekabr 1915 – 9 iyun 1989) — Azərbaycan müğənnisi, SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi QəhrəmanıDağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi.Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi.Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır

 

May
"BAKU-2015" Avropa Oyunlarının məşəli - Biləsuvarda
  http://libraries.az/uploads/image/14841430721252.jpg http://bilasuvar.cls.az/uploads/image/717281430721507.jpg
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Masallıdan sonra Biləsuvara gətirilib. Mayın 3-də birinci Avropa Oyunlarının məşəli Biləsuvarda böyük sevinclə qarşılandı.Əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutan sakinlər məşəl yürüşünün iştirakçılarını qarşılamaq üçün şəhərin küçə və meydanlarında toplaşmışdılar. Əvvəlcə Biləsuvar şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi oldu. Avropa Oyunlarının rəmzi qapısında rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Səbinə Hüseynzadə məşəli qəbul etdi.Sonra 10 məşəlçi Oyunların rəmzi qapısından 4 kilometr məsafədə yürüşə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Nizami Gəncəvi, Tofiq İsmayılov, Mübariz İbrahimov və Səməd Vurğun küçələri boyunca hərəkət etməklə şəhərin mərkəzi meydanına gəldilər. Buradakı meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşıladılar.

Gül Bayramı


http://libraries.az/uploads/image/78721431497370.jpg http://libraries.az/uploads/image/874631431497620.jpg
  9 may 2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin və Mədəniyyət və turizm şöbəsinin  təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev adına parkda Ulu Öndərin 92 illik yubileyi və möhtəşəm "Gül Bayramı" qeyd olundu.Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər və rayon ictimaiyyəti iştirak etdilər.
       Əvvəlcə Ulu öndərin abidəsi ziyarət olundu əziz xatirəsinə tər çiçəklər qoyuldu. Sonra rayonun mərkəzi kitabxananın işçilərinin, ümumtəhsil məktəbləri şagirdlərinin və  gənc rəssamlarının müxtəlif növ güllərdən hazırladıqları sərgi nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev Ulu Öndərin zəngin həyat və fəaliyyətindən danışdı.
       Tədbir Heydər Əliyev adına parkda Biləsuvar rayonunun “Xalq Ulduzu” yarışmasından tanınan  mügənniləri  və rayon mədəniyyət işçilərinin  iştirakılə geniş konsert proqramı ilə davam etdi.

Kitab Bayramı



http://bilasuvar.cls.az/uploads/image/241961431693306.jpg    http://libraries.az/uploads/image/996901431693035.jpg http://libraries.az/uploads/image/460461431692825.jpg

Biləsuvar rayon Mərkəzi kitabxanada 15.05.2015-ci il tarixində "Kitab Bayramı" kecirilmişdir. Kitab Bayramında Rayon İcra Hakimiyyətinin məsul işçilərindən M.Cəfərov, Z.Şahbazov və başqaları iştirak edirdilər.Tədbiri giriş sözü ilə Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri R.Cəfərova açdı.


 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tövsiyyəsi ilə artıq 7-ci ildir ki, “ Kitab bayramı” keçirilir. Bu bayramın keçirilməsi artıq ənənə halını almışdır. Kitab bayramı artıq rayonun mədəni həyatına daxil olan əlamətdar tədbirlərdən birinə çevrilib. Bu ilin kitab bayramı çox əlamətdar tarixilərin qeyd edildiyi günlərə təsadüf edir. Belə ki, bir neçə gün öncə adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimizlə qoşa çəkilən fenomen siyasətçi kimi tanınan, təcrübəsi daim öyrənilən, min ildən bir tanrının insanlara bəxş etdiyi müdrik, dahi insan Heydər Əliyevin 92 illik yubileyini təntənə ilə qeyd etmişik.Eyni zamanda Kitab Bayramının keçirilməsi günü 15 may Beynəlxalq Ailə gününə təsadüf edilir.
 Respubilkamızda kitabxanaların, nəşriyyat işinin inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.Bu gün bu sahəyə diqqət və qayğı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 12.01.2004-cü il tarixli sərancamı ilə latın qrafıkalı kitabların kütləvi nəşrinə başlanması bu sahədə çox böyuk irəliləyişlərə səbəb oldu. İndi kitabxanamızda latın qrafikalı ədəbiyyatın sayı 54 mini ötüb keçmişdir.

Rəsul Rzanın anadan olmasının 105 illik yubileyi



http://libraries.az/uploads/image/658721432367459.jpg http://libraries.az/uploads/image/953791432367664.jpg

19 may 2015-ci il tarixdə MKS-nin Mərkəzi kitabxanası və Uşaq şöbəsi Xalq şairi Rəsul Rzanın anadan olmasının 105 illik yubileyi ilə əlaqədar olaraq "Roeziya gecəsi" keçirdi. Tədbirdə Mədəniyyət və turizm şöbəsinin müdiri R.Cəfərova, 1 saylı, 4 saylı məktəbin müəllim və şagirdləri iştirak edirdilər.Tədbirdə Uşaq şöbəsinin müdiri G.Sarıyeva şairin əsərlərinin qısa icmalı, 4 saylı məktəbin müəllimləri S.Həsənova "Rəsul Rza novator şairdir", L.Əhmədova şairin həyat və yaradıçılığı haqqında çıxış etdilər. Sanra məktəblilər Xalq şairi Rəsul Rzanın seirlərini söylədilər.Sonda şairin həyat və yaradıılığına aid kino-filim və sözlərinə yazılmış mahnılar səsləndirildi.



İyun

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

 http://libraries.az/uploads/image/648801434782758.jpg   http://libraries.az/uploads/image/820091434782665.jpg http://libraries.az/uploads/image/159851434781933.jpg

30 may 2015-ci il tarixdə MKS-nin Uşaq şöbəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə deniş tədbir keçirilmişdir. Tədbirdə Mədəniyyət və turizm şöbəsinin müdiri R.Cəfərova, Rayon İcra hakimiyyətinin məhsul işçisi M.Cəfərov, 1 saylı baxça, 1saylı, 4 saylı  və İşaq İncəsənət məktəbinin şagirdləri iştirak edirdi.Tədbirdə uşaqların rəngərəng çıxışları hamını valeh etdi.Sonda çıxış edənlərə Mədəniyyət və turizm şöbəsinin fəxri fərmanı verildi.

Narkomaniya insanı məhv edən bəladır

http://bilasuvar.cls.az/uploads/image/513001434780507.jpg

      Bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Bu məqsədlə  Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz  dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəni təmin etmək üçün müəyyən tədbirlər həyata keçirilmişdir. Narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və rahatsız edir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyl təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Əksərən də yeniyetmə və gənclər arasında. Yeniyetmə və gənclər arasında geniş təbliğat işləri aparılmalıdır. Çünki onlar daha çılğın və emosionaldırlar, istəklərini həyata keçirmək üçün ən gözlənilməz yollara da əl atırlar. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır.

  Belə ki, Mədəniyyət və turizm şöbəsinin  hər ayın 25-də keçirilən seminar-müşavirəsində bu Sərəncamın icrası üçün kitabxana işçilərinə konkret tapşırıqlar verilmişdir. Cəmiyyətdə "Ağ ölüm" kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır, desək, yanılmarıq. Bu bəladan xilas olmaq üçün təkcə maarifləndirmə  kifayət etmir.  Kitabxanalarda zərərli  və  pis vərdiş olan narkotik vasitələrin istifadəsinin, satışının və   dövriyyəsinin  qarşısını  almaq   üçün  “Narkomaniya   insanı  məhv  edən  bəladır“, ”Gəncliyimizi  qoruyaq”,  “Narkomaniya, narkobiznes və ona qarşı mübarizə”,   “Ağ ölümə yox deyək”  başlığı altında sərgilər, foto-stendlər hazırlanmış və nümayiş etdirilmişdir.

Bəxtiyar Vahabzadə 90 illiyi



http://bilasuvar.cls.az/uploads/image/977461435215741.jpg http://libraries.az/uploads/image/138291435216019.jpg

       24 iyun 2015-ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubleyi ilə əlaqədar tədbir keçrilmişdir. Tədbiri  giriş sözü ilə Mədəniyyət və turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova açdı. O, şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçmüşlər . Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır  Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.  Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət"  pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.



İyun

Dilimiz Sərvətimizdir



http://bilasuvar.cls.az/uploads/image/380701437811686.jpg http://libraries.az/uploads/image/576471437811501.jpg http://libraries.az/uploads/image/684021437811448.jpg

Biləsuvar rayon Mərkəzi kitabxanada 25 iyul 2015-ci il tarixdə “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar tədbir keçirildi.

1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Cünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zəngiliyinin sübutudur.Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.Ulu öndər milli-mənəvidəyərlərimizin ən qiymətlisi və bir millət kimimilli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atılıb.Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu.1995-ci ildə ümumxalq səsvermə yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi.Bu, ulu öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu.

Cəmşid Naxçıvanskinin 120 illik yubileyi



http://libraries.az/uploads/image/867311440070855.jpg http://bilasuvar.cls.az/uploads/image/485401440070916.jpg

Biləsuvar rayon Mərkəzi kitabxanada 20 avqust 2015-ci il tarixdə  Azərbaycanın görkəmli sərkərdəsi Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar , dəyirmi masa təşkil olundu. Dəyirmi masada Mərkəzi kitabxananın direktoru Elşad Talıbov Azərbaycanın müstəqilliyi uğrunda Cəmşid Naxçıvanskinin inamla vuruşması haqqında danışdı. Cəmşid Naxçıvanski 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Cəmşid 1904-cü ildə Tiflis kadet korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Sonda  Azərbaycanın görkəmli sərkərdəsi Cəmşid Naxçıvanski haqqında  qısa flim göstərildi.

 

Sülh aylığı



http://bilasuvar.cls.az/uploads/image/963841441363011.jpg http://libraries.az/uploads/image/43741441362874.jpg

 

            Məlum olduğu kimi 21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.Bu əlamətdar gün münasibətilə Biləsuvar rayon Mərkəzi kitabxanada 4 sentyabr 2015-ci il tarixdə  saat 10:00-da “Sülh aylığı” çərçivəsində “Sülh və insan hüquqları”mövzusunda tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd 21 sentyabr tarixində bütün dünyada qeyd olunan “Beynəlxalq Sülh Günü “nün əhəmiyyəti barəsində ictimaiyyəti məlumatlandırmaqdan ibarət oldu.Sülh aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişafına, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.



Sentyabr

Hər həftənin V- günləri

İnformasiya saatı



http://libraries.az/uploads/image/863811442038479.jpg http://bilasuvar.cls.az/uploads/image/67701442037877.jpg http://libraries.az/uploads/image/844251442038552.jpg

Mərkəzi kitabxanada hər həftənin 5-ci günü İnformasiya saatı keçrilir.10 sentyabr 2015-ci il tarixdə Mərkəzi Kitabxanada İnformasiya saatı keçirildi. İnformasiya saatında həftə ərzində respublikada aparılan işlər, daxili və xarici siyasət sahəsində baş verən hadisələr barədə məlumat verildi.Çıxış edən Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iqtisadi məsələlər və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr olunmuş müşavirə barədə iştirakçılara geniş məlumat verdi.İnformasiya saatında Rayon İcra Hakimiyyətinin məsul işçisi Zaur Şahbazov iştirak etdi.



Oktyabr

Müəllif tərəfindən hədiyyə olunan kitablar



http://bilasuvar.cls.az/uploads/image/348211443783623.jpg

Gülüsüm Adilqızı müəllifi olduğu kitablarını Biləsuvar  rayon Mərkəzi kitabxanaya    həıdiyyə etdi. 9 adda 36  kitab.  Kitablar Vətənpərvər ruhda yazılmış kitablardır." Xocalıda kəsilən başlar",  "Şəhid olsam ağlamayın", Min təsəlli bir acıya dərman deyil","Ömürün parlaq səhifələri ", "Qürbətdə yanan cıraq" " Ruhu yuxularda gəzən","Vətən fədaisi", "Cənnətdən boylananlar" 

  Noyabr

9 noyabr Dövlət Bayrağı Günüdür



http://bilasuvar.cls.az/uploads/image/36401448348624.jpg

9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş  8 noyabr 2015-ci ildə  Mərkəzi kitabxanada sərgi təşkil olundu. Sərgidə uşaqların əl işləri nümaiş edildi.

12 noyabr- Azərbaycan Respublikasının Konstitusiyası Günü

http://bilasuvar.cls.az/uploads/image/918381452687523.jpg

     12 noyabr- Azərbaycan Respublikasının Konstitusiyası Günü  münasibəti ilə  Mərkəzi kitabxanada sərgi təşkil olunmuşdur.Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.  Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.   Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.  Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib.

Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

Uşaq Hüquqları aylığı



http://libraries.az/uploads/image/106721448347415.jpg

Azərbaycan  Respublikası tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 26-cı ildönümü ərərfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkillinin  təşəbbüsü ilə 20 oktyabr-20 noyabr tarixlərində respublikamızda “Uşaq Hüquqları aylığı” keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar  İnsan Hüquqları Müvəkkili Biləsuvar rayon İcra Hakimiyyətinə məktub ünvanlayaraq  uşaq hüquqlarının qorunması və təşviqi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini tövsiyyə etmişdir.

        Bununla bağlı Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı M.Quliyevin imzaladığı 16 oktyabr 2015-ci il tarixli Sərəncam və həmin sərəncama uyğun olaraq  tədbirlər planına  Biləsuvar rayon Mərkəzi kitabxana və Dövlət Rəsm Qalereyası da qoşularaq müvafiq hazırlıqlar aparmış və 14 noyabr 2015-ci il tarixdə  Rəsm Qalereyasında rayonunn ümumtehsil müəssisələrində  təhsil alan azyaşlı məktəb şagirdlərinin “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda rəsm əl işlərindən ibarət yaradıcılığ sərgisini təşkil edərək  keçirilmişdir. Təşkil olunmuş sərgidə  Biləsuvar şəhəri üzrə 5 məktəb- Biləsuvar rayon  Uşaq İncəsənət məktəbi, Xırmandalı kənd Uşaq incəsənət məktəbi, şəhər 4 saylı tam orta məktəbi, 1 saylı əsas məktəb və  şəhər N.Gəncəvi adına 1 saylı tam orta məktəbinin  azyaşlı istedadlarının 80-ə yaxın  rəsm əl işləri nümayiş etdirilmişdir.  Sərginin açılışında Biləsuvar rayon İcra Hakimiyyətinin, Rayon Mədəniyyət və Turizm Şöbəsinin, eləcə də adı çəkilən məktəblərin nümayəndələri və 100 nəfərə qədər məktəb şagirdi iştirak etmişdir. Sərgi 1 ay öz işini davam etdirəcəkdir.

Əlağa Vahid -120 illiyi



http://bilasuvar.cls.az/uploads/image/534151451982587.jpg http://libraries.az/uploads/image/807671451982438.jpg

     Biləsuvar rayon Mərkəzi kitabxanada 23 noyabr 2015-ci il tarixdə  Əliağa Vahidin anadan olmasının 120 illik yubileyi keçirilmişdir.Əliağa Vahidin həyat və yaradıcılığı haqqında Quliyeva Gülgün çıxış etdi.Azərbaycanlı şairi, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Əliağa Vahid 18 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.   Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer "Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s. yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" "Mollaxana" kitablarındakı şerlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" "Qəzəllər" kitabları Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.    Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.

  Dekabr

Heydər Əliyevin anım günü



http://bilasuvar.cls.az/uploads/image/77391450082416.jpg

Biləsuvar rayon Mərkəzi kitabxanada 10 dekabr 2015-ci il tarixdə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon İcra hakimiyyətinin məsul işçisi Zaur Şahbazov iştirak etdi. Tədbiri giriş sözü ilə Mədəniyyət və turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova açdı. Rəfiqə Cəfərova çıxışında qeyd etdi ki, Heydə Əliyevin dünyasına qovuşduğu andan 12 illik bir zaman məsafəsi ayırır. Amma qətiyyətlə demək olar ki, bu illərin bir anı belə xalqımız üçün Heydər Əliyevsiz ötüşməmiş, O, həmişə bizimlə olmuşdur. Çünki yaşadığımız hər gündə biz bu müdrik liderin uzaqgörən ideyalarının təntənəsini görürük.Bu gün bir Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərkən böyük qürur hissi duyuruq.Keçdiyimiz qısa tarixi dövr sübut edir ki,vaxtı ilə bu müdrik şəxsiyyətin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.

Ulu öndərimizin müqəddəs ideaları xalqımızın qəlbində əbədi olaraq yaşamaqdadır.Vətənini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı ürəyində sonsuz Heydər Əliyev məhəbbətini fəxrlə daşıyır. Bu gün Azərbaycan xalqı müstəqilliyini yenidən onlara qaytardığına, Azərbaycan adını dünyada tanıtdığına görə dövlətimizin bu günki, hərtərəfli inkişafının təməlini qoyduğuna görə Ulu Öndərimizə minnətdardır.Heydər Əliyevin vətən, xalq qarşısındakı xidmətlərini saymaqla tükənməz.O, dahi siyasətçi kimi bir ölkənin, bir regionun çərçivəsinə sığışmır.Çünki O, dünya miqyaslı bir siyasətçi idi. Bəli, O əsl dahi idi.Dahilər adi olmurlar.Məşhur bir filosofdan soruşurlar: -dahi insanla talantlı insanın fərqi nədədir.O, belə cavab verir: - talantlı insan hər kəsin vura bilmədiyi hədəfi vura bilən insandır.Dahi insan isə heç kəsin görə bilmədiyi hədəfi vuran insandır.Dahilər üçün zaman, məkan, məhfum yoxdur.Onlar heç zaman keçmiş olmurlar.Ulu Öndər Heydər Əliyev də bizim üçün bu gündür, gələcəkdir.Onun haqqında keçmişdə olmuş kimi danışmaq mümkün deyil.

Biləsuvar rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi.



http://bilasuvar.cls.az/uploads/image/951581450962549.jpg

24 dekabr 2015-ci il tarixdə  Biləsuvar rayon Heydər Əliyev Mərkəzində  Biləsuvar rayonunun  yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, içra nümayəndələri, bələdiyyələr, rayon ağsaqqalları, ziyalılar, gənclər və KİV nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, “Bu gün Sizlərlə   bütün dünya azərbaycanlıları üçün əziz olan bir gündə - 24 dekabr bütün tariximiz boyu arzusunda olduğumuz, azad, müstəqil, suveren Azərbaycan dövlətinin rəhbəri, müasir Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin layiqli davamçısı, vətənini və xalqını canından əziz tutan Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günündə görüşürük. İcazə verin Sizin adınızdan və şəxsən öz adımdan cənab Prezidenti  doğum günü münasibətilə təbrik edim, onun Azərbaycan naminə yürütdüyü daxili və xarici siyasətdə daim möhtəşəm qələbələr qazanmasını diləyərək,  cənab Prezidentimizə ləyaqət və şərəflə dolu ömür yolunda can sağlığı, xoşbəxtlik və ailə səadəti arzulayım.

Kitabi- Dədə Qorqud -200



http://bilasuvar.cls.az/uploads/image/836341452066878.jpg http://libraries.az/uploads/image/146661452066866.jpg

"Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncama əsasən  14 dekabr 2015-ci il tarixdə Mərkəzi kitabxanada "Kitabi-Dədə Qorqud" un kitablarının sərgisi keçirildi.

 

31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür



http://bilasuvar.cls.az/uploads/image/207371451305140.jpg http://libraries.az/uploads/image/671551451305009.jpg http://libraries.az/uploads/image/393001451305795.jpg

25 dekabrdan  başlayaraq  Biləsuvar  rayonundakı Heydər Əliyev Parkında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbirləri keçirilir.


Tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların,  ümumtəhsil müəssisələrinin, uşaq bağçaların kollektivləri və rayon əhalisi iştirak etdi.
       Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə  çıxış edərək ötən 2015-ci ildə rayonumuzda  aparılan  sosial-iqtisadi inkişafdan danışmış, qarşıdakı 2016-cı ildə görüləcək işlər  barədə ətraflı məlumat vermişdir.Rayon İcra Hakimiyyətinin başçısı  rayon əhalisini 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirdi.
     Tədbirdə uşaqlara  yeni il hədiyyələri təqdim olundu,   rayonun  mədəniyyət  işçilərinin  ifasında musiqilər səsləndirildi.
       Rayonda yeni il tədbirləri mütəmadi olaraq dekabr ayının sonunadək hər gün keçirləcək.

Uşaq şöbəsi

2015-ci ilin hesabat ilində Biləsuvar rayon Uşaq şöbəsində da müxtəlif məzmunlu tədbirlər hazırlanıb, həyata keçirilmişdir. Uşaq şöbəsi 2015-ci ildə öz oxucularına yüksək səviyyədə kitabxana xidməti göstərmişdir. Uşaq şöbəsində oxuculara 5 nəfər kitabxanaçı xidmət göstərir. Bunlardan 1 ali təhsilli 2 nəfəri orta ixtisas, 2 nəfəri isə orta təhsillidir. Kiçik yaşlı oxucular kitabxana xidmətindən rahat istifadə edirlər.

Rayon Uşaq şöbəsi cari ildə rayondakı Uşaq bağcası ilə birgə bir sıra tədbirlər hazırlayaraq həyata keçirmişdir. Uşaq şöbəsində 2015-ci ildə 62 kütləvi tədbir keçirmişdir. Bunlardan yazıçı və şairlərin yubileylərinə, kitab təqdimatlarına, əlamətdar günlərə, tarixi hadisələrə geniş yer verilmişdir. Uşaq şöbəsi 1 saylı, 2 saylı uşaq baxcalarında sərgi, ucadan oxu təşkil etmişdir.Uşaq şöbəsində vaxtaşırı yubileylər qeyd olunur, şair və yazıçıların əsərlərindən ibarət sərgi, “Uşaqların rəng dünyası” adlı sərgi hazırlanmışdır. Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi döyüş yollarını əks etdirən sərgi və foto stend , “Beynəlxalq uşaqların müdafiəsi günü” ilə əlaqədar tədbir, “Yeni kitabların”, “Dünya ədəbiyyatından nə oxumalı”, Uşaqların əl işlərindən ibarət, Milli vətənpərvərliklə əlaqədar sərgilər hazırlanmışdır. “Xocalı faciəsi”, “Azərbaycan soyqırımı”, “İtirilmiş vətən torpağı” haqqında sərgilər, söhbətlər məktəblərdə və bağçalarda keçirilmişdir.

Uşaq şöbəsinin fondu 2015-ci ildə 16966 nüxsə olmuşdur. Oxucuların sayı 2680 nəfər olmuşdur. Kitab verlişi isə 27476 ədəd olmuşdur.

Uşaq şöbəsinə yeni kitab 76 ədəd daxil olmuş ki, bunlardan da 43 ədədi elektron nəşrlərdir.

Uşaq baxçasında ucadan oxu

http://bilasuvar.cls.az/uploads/image/200501431930278.jpg http://libraries.az/uploads/image/71771432727844.jpg

Biləsuvar rayon Uşaq şöbəsinin işçiləri 12.05.2015-ci il tarixdə 1 saylı Uşaq  baxçasında uşaqlara ucadan oxu təşkil etmişlər. Sonra uşaqların hazırladığı səhnələnşdirilmiş Turp nagılına tamaşa edilmişdir.

2015-ci ildə Uşaq şöbəsində “Uşaqların nağıl dünyası” adlı nağıl otağı yaradılmışdır.Kitabxanaya daxil olan qəzet və jurnalların kartatekaları yaradılmışdır.

Nağıl otağı

 d:\2015 şəkillər\nağıl otağı\100photo\sam_0005.jpg d:\2015 şəkillər\nağıl otağı\100photo\sam_0022.jpg d:\2015 şəkillər\nağıl otağı\100photo\sam_0021.jpg

Uşaq şöbəsinə 2 kompüter verilmişdir . Uşaq şöbəsi internet şəbəkəsinə qoşulmuşdur. Kitabxanada istilik və işıq normaldır.

         Komplektləşdirmə və kitabişləmə şöbəsi

Biləsuvar rayon Mərkəzləşmiş Kitabxana Sisteminə 2015-ci il ərzində cəmi 1079 ədəd kitab, 126 ədəd elektron nəşrlər, CD audio nəşrlər daxil olmuşdur. Bu kitablardan 584 ədəd xidmət şöbəsinə, qalanları isə filiallara paylanmışdır. Elektron nəşrlərdən 13 ədəd xidmət şöbəsinə, 43 ədəd isə Uşaq şöbəsinə, qalanları isə filiallara paylanmışdır verilmişdir. Mərkəzi kitabxanaya hədiyyə olaraq verilmiş kitablardan 60 ədəd M.F.Axundov adına Azərbbaycan Milli Kitabxanadan, 581 ədəd hədiyyə,135 ədəd (Pullu) Azərbbaycan Respublikası Kitabxana Kollektorundan, 24 ədəd müəllif tərəfindən daxil olmuşdur. 108 ədəd ombudsman tərəfindən hədiyyə, Azərbaycan Mədəniyyət və Turizm tərəfindən 46 ədəd hədiyyə, 2015-ci ildə Komplektləşdirmə və kitabişləmə şöbəsi 17412 ədəd kitab texnikası daxil olmuşdur.

Metodika və məlumat biblioqrafiya şöbəsi

Metodika və Məlumat biblioqrafiya şöbəsi Biləsuvar rayon MKS-nin əsas şöbələrdən biridir. Biləsuvar rayon Mərkəzi kitabxanasında və onun filiallarında keçirilən tədbirlərə metodiki köməkliklər edir və onların həyata keçirilməsinə nəzarət etməklə fəaliyyət göstərir .Bu mənada Metodika və Məlumat biblioqrafiya şöbəsi 2015-ci ildə kitabxanalarda tarixi və əlamətdar günlərin, Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə verilmiş görkəmli xadimlərin yubleylərinin qeyd olunması istiqamətində aşağıdakı metodiki köməkliklər həyata keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əlaqədar olaraq Metodiki və Məlumat biblioqrafiya şöbəsi Mərkəzi kitabxana və onun filiallarına 2015-ci ildə “2015-ci il “Kənd təsərrüfatı ili”dir, Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar “Milli iftixarımız- şair Bəxtiyarımız”B.Vahabzadənin 90 illiyi, Əliağa Vahidin -120” Tarixə qızıl xətlə yazılan bayram” Qələbənin 70 illiyi, Z. Yaqubun 65 illiyi yubiley ilə əlaqədar “Sazın, sözün vəhdətini yaradan şair” metodiki məktublar hazırlanmış, filiallara göndərilmişdir.

Tarixi və Əlamətdar günlərlə bağlı “20 Yanvar-Azadliğa gedən yolun başlanğıcındır.” 26 Fevral-Xocalı Qan yaddaşımızdır” adlı metodiki köməkliklər göstərilmişdir . Xalqımızin Milli Novruz bayramı münasibəti ilə “Novruz-gün” adlı metodiki tövsiyələr verilmiş və köməkliklər göstərmişdir.

Yuxarda qeyd olunan bütün metodiki tövsiyə və köməkliklər Biləsuvar rayon MKS-nin “ bilasuvar.cls.az” saytındə yerləşdirilmişdir.

Kitabxananın Metodika və Məlumat biblioqrafiya şöbəsi tərtib olunmuş qrafik əsasında il boyu, müntəzəm filiallara gedişlər etmiş, tövsiyələr vermişdir.

Bu metodiki tövsiyə və köməkliklərlə yanaşı Mərkəzi kitabxanada Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Mədəniyyət və Turizm Nazirliyinin əmrlərinin, M.F.Axundov adına Milli Kitabxananın metodiki vəsait və tövsiyələrindən ibarət vəsaitlərin daimi sərgiləri təşkil edilmişdir. Metodika və Məlumat biblioqrafiya şöbəsi 2015-ci il üçün Əlamətdar-Tarixi günlərin təqvimi və nümunəvi illik tədbirlər planı işləyib hazırlamış və filiallara göndərmişdir.
1 saylı şəhər kitabxanası
Biləsuvar rayon MKS-nin 1saylı şəhər kitabxanası üzrə oxucu sayı 2015-ci ildə 808 nəfər, kitab fondunun ümumi miqdarı 10021 nüsxə,kitab verilişi 8012, yeni daxil olmuş kitabların sayı 31 olmuşdur. Bunlardan 4 disk,8 rus dilində kitabdır.

2015-ci ildə 1 saylı şəhər kitabxanada müxtəlif məzmunlu tədbirlər hazırlanıb həyata keçirilmişdir.2015-ci il Kənd “Təsərrüfatı İli” olması ilə bağlı kitabxanada ilboyu sərgi təşkil edilmişdir. 20 Yanvar Faciəsinin 25-ci il dönümünə, 26 fevral Xocalı Faciəsinə həsr olunmuş tədbir və faciədə həlak olan şəhidlərin xatirəsinə sərgi təşkil edilmişdir. Şair Zəlimxan Yaqubun 65 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilmişdir. 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ilə əlaqədar kitabxanada sərgi təşkil edilmişdir. Şair Məhəmməd Şəhriyarın 110 illik, Nəriman Nərimanovun 145 illik, Seyid Əzim Şirvaninin 180 illik, Şair Bəxtiyar Vahabzadənin 90 illik, Əlağa Vahidin 120 illik, Şair Vahid Əzizin 70 illik yubileyi ilə əlaqədar sərgi təşkil edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar tədbir və dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən kitabların sərgisi təşkil olunmuşdur.Bu il həmçinin “Baku 2015” Avropa oyunlarına hazırlıq, kitabxanaya daxil olan oxucularla söhbətlər aparıldı və kitabxanada avropa oyunlarına həsr olunmuş sərgi təşkil edilmişdir.

Həmçinin 1 saylı şəhər kitabxanasında tarixi günlərə aid sərgi və kütləvi tədbirlər oxuculara təqdim olunmuşdur. 1 saylı şəhər kitabxanası kompyuterlə təmin olunmuşdur. Kitabxanada istilik və işıq normaldır.

2 saylı şəhər kitabxanası

Biləsuvar rayon MKS-nin 2 saylı şəhər kitabxanası üzrə oxucu sayı 2015-ci ildə 690 nəfər, kitab fondunun ümumi miqdarı 6770 nüsxə,kitab verilişi 8520, yeni daxil olmuş kitabların sayı 32 olmuşdur. Bunlardan 1 disk,8 rus dilində kitabdır.

2015-ci ildə 2 saylı şəhər kitabxanada müxtəlif məzmunlu tədbirlər hazırlanıb həyata keçirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar tədbir və dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən foto stendlər hazırlanmışdır. 2015-ci il “Kənd Təsərrüfatı İli” olması ilə bağlı kitabxanada ilboyu sərgi təşkil edilmişdir. 20 Yanvar Faciəsinin 25-ci il dönümünə, 26 fevral Xocalı Faciəsinə həsr olunmuş tədbir və faciədə həlak olan şəhidlərin xatirəsinə sərgi təşkil edilmişdir. Şair Zəlimxan Yaqubun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ilə əlaqədar kitabxanada sərgi təşkil edilmişdir. Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik, Əlağa Vahidin 120 illik, şair Vahid Əzizin 70 illik yubileyi ilə əlaqədar sərgi təşkil edilmişdir. Bu il həmçinin “Baku 2015” Avropa oyunlarına hazırlıq, kitabxanaya daxil olan oxucularla söhbətlər aparılmış və kitabxanada avropa oyunlarına həsr olunmuş sərgi təşkil edilmişdir.

Həmçinin 2 saylı şəhər kitabxanasında tarixi günlərə aid sərgi və kütləvi tədbirlər,dəyirmi masalar oxuculara təqdim olunmuşdur. 2 saylı şəhər kitabxanası 3 kompyuter və internetlə təmin olunmuşdur. Kitabxana 2 mərtəbəli binadn ibarətdir, istilik və işıq normaldır.


3 saylı şəhər kitabxanası

Biləsuvar rayon MKS-nin 3 saylı şəhər kitabxanası üzrə oxucu sayı 2015-ci ildə 620 nəfər, kitab fondunun ümumi miqdarı 5579 nüsxə,kitab verilişi 8760, yeni daxil olmuş kitabların sayı 32 olmuşdur. Bunlardan 1 disk,8 rus dilində kitabdır.

3 saylı şəhər kitabxanasında 20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş foto-stendlər, 26 fevral Xocalı faciəsi ilə əlaqədar sərgi, 8 mart Beynəlxalq Qadınlar gününə aid sərgi və ədəbi - bədii gecə, Xalqımızın ən qədim bayramı olan “Novruz” bayramı münasibətilə “Novruz bayramınız mübarək” adlı sərgi, 31 mart Dünya Azərbaycanlılarının Soyqırımı günü ilə əlaqədar sərgi təşkil edilmişdir. 15 may da “Ailə Günü”, 28 may Respublika Günü münasibəti ilə, 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə, 9 noyabr “Dövlət Bayrağı” günü ilə, 12 noyabr Azərbaycan Respublikası Konstitusiyası Günü ilə, 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar sərgi təşkil edilmiş və tədbir keçirilmişdir.2015-ci ildə 3 saylı şəhər kitabxanada müxtəlif məzmunlu tədbirlər hazırlanıb həyata keçirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar tədbir və dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən foto stendlər hazırlanmışdır.

3 saylı şəhər kitabxanası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə “Kənd təsərrüfatı”, 14 yanvar 2015-ci il tarixli sərəncamla B.Vahabzadənin 90 illik yubileyi, 23 fevral 2015-ci il tarixli sərəncamla Qələbənin 70 illik yubileyi, 18 mart 2015-ci il tarixli sərəncamı ilə Əlağa Vahidin 120 illik yubileyi, geniş şəkildə qeyd edilmişdir. Onlar barədə geniş oxucu kütləsinə məlumat verilir

Həmçinin 3 saylı şəhər kitabxanasında tarixi günlərə aid sərgi və kütləvi tədbirlər,dəyirmi masalar oxuculara təqdim olunmuşdur. 3 saylı şəhər kitabxanasında istilik normaldır.
MKS-nin kənd filialları

Biləsuvar rayon əhalisinə kitabla xidmət işində Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana filiallarının rolu böyükdür. Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 29 filialı 80 mindən çox əhaliyə xidmət edir. Bu filialların fondunda 234471 ədəd kitab vardır. 2015-ci ildə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana filiallarına 406 ədəd kitab daxil olmuşdur. İl ərzində kitabxana filiallardan 19176 nəfər istifadə etmişdir. Kitab fondunun çox hissəsinin kiril qrafikasında olması nəticəsində kitabxana filialların oxucularının,

kitab verlişi sayında azalma müşahidə edilmişdir. Kitabxana filialları kitabxanalara oxucu cəlb etmək üçün müxtəlif məzmunlu tədbirlərdən ilboyu geniş istifadə edirlər. Kitabxana filiallarına 23 kompyuter verimişdir.

Kitabxana filiallarında 20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş foto-stendlər, 26 fevral Xocalı faciəsi ilə əlaqədar sərgi, 8 mart Beynəlxalq Qadınlar gününə aid sərgi və ədəbi - bədii gecə, Xalqımızın ən qədim bayramı olan “Novruz” bayramı münasibətilə “Novruz bayramınız mübarək” adlı sərgi, 31 mart Dünya Azərbaycanlılarının Soyqırımı günü ilə əlaqədar sərgi təşkil edilmişdir. 15 may da “Ailə Günü”, 28 may Respublika Günü münasibəti ilə, 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə, 9 noyabr “Dövlət Bayrağı” günü ilə, 12 noyabr Azərbaycan Respublikası Konstitusiyası Günü ilə, 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar sərgi təşkil edilmiş və tədbir keçirilmişdir.

Kitabxana filialları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə “Kənd təsərrüfatı”, 14 yanvar 2015-ci il tarixli sərəncamla B.Vahabzadənin 90 illik yubileyi, 23 fevral 2015-ci il tarixli sərəncamla Qələbənin 70 illik yubileyi, 18 mart 2015-ci il tarixli sərəncamı ilə Əlağa Vahidin 120 illik yubileyi, geniş şəkildə qeyd edilmişdir. Onlar barədə geniş oxucu kütləsinə məlumat verilir.

Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondu 2015-ci ilin yekununa görə 320630 nüsxədən ibarət olmuşdur. Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə oxucu sayı 26156 nəfər olmuşdur və kitab verlişi üzrə 310918 ədəd kitab verilmişdir.



Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana

Sisteminin direktoru: E.Talıbov.


: front -> files -> libraries -> 525 -> documents
documents -> 20 Yanvar –Azadlığa gedən yolun başlanğıcıdır.
documents -> 15 fevral 2013, 21: 50 Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu
documents -> Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2016-ci IL üçün illik hesabat I
525 -> К ц 1 а р в и я р (энциклопедиядин к1ват1ал)
documents -> BİLƏsuvar rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ MƏRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemiNİn metodika və MƏlumat biBLİoqrafiya şÖBƏSİ
documents -> Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat biblioqrafiya şöbəsi xocali – qan yaddaşimizdir
documents -> Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və
documents -> Xocalı qan ağlayır” ( metodiki vəsait ) Biləsuvar – 2017




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə