Yazıçı, dramaturq Yusif Səmədoğlunun 80 illik yubileyi münasibətilə



Yüklə 112.86 Kb.

tarix13.04.2017
ölçüsü112.86 Kb.
növüYazı

 

 



                   

AZƏRBAYCAN RESPUBLİKASI 

                 MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

 

               



F.KÖÇƏRLİ adına RESPUBLİKA UŞAQ   

                                           KİTABXANASI 

 

                                                             



 

 

 

Yazıçı, dramaturq 

Yusif Səmədoğlunun  

 80  illik yubileyi  münasibətilə 

 

 

 

“Unudulmayan Yusif Səmədoğlu” 

(metodiki vəsait) 

 

 



 

 

 

                                                B A K I – 2015 



 

 



 

 

 



 

Redaktor:  

Şəhla Qəmbərova-F.Köçərli adına Respublika 

                         Uşaq Kitabxanasının direktoru 

 

   Tərtibçi: 

Könül Səmədzadə-F.Köçərli adına Respublika Uşaq   

Kitabxanası 

Elmi 

metodika 

şöbəsinin 

baş  

kitabxanaçısı 

   Korrektor:  Ruhiyyə  Məmmədli-F.Köçərli  adına  Respublika      

Uşaq  Kitabxanasının  elmi-metodika  şöbəsinin          

müdiri 

 

 

 

 

                     

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 B Ö L M Ə I: 



 

 

 

 

HƏYAT VƏ YARADICILIĞI: 

Yusif  Səmədoğlu  Vəkilov  Azərbaycan  ədəbiyyatının,  poeziyasının  şah 

damarlarından biri, qüdrətdən vergili Səməd Vurğunun övladıydı.   Onun 

ailəsində  söz  anlamış,  tərbiyə  almışdı.  Lakin  dövr-zəmanə  onu  da  küsdürüb, 

qəlbində göynərtili iz qoymuşdu. Səksəkəli yaşamaq minbir əzab-əziyyətdən daha 

dözülməz,  ağır  dərddir.  Zəmanə  mürəkkəb  idi,  quruluş  əsil  kökü  üstündə 

dayanmamışdı,  laxlayırdı.  Hər  dəfə  də  titrəyəndə  təmiz  adların,  əxlaqların, 

vicdanların,  üstünə  çirkab  çiləyirdi.  Neçə-neçə  dost-tanışına,  həmkarına,  qələm 

yoldaşına  haqsız,  günahsiz  qənim  kəsilənlərin  zəhmi  Səməd  Vurgunun  evində, 

ailəsində  də  aşkar  duyulurdu.  Bu  xof  Yusifin  də  canına  üşütmə  salardı.  Sonralar  

60 yaşının tamamında o, yazmışdı: “Gözüqıpıq yaşamaq ölməyə bərabərdir”.  

Yusif  Səmədoğlu 1935-ci  il dekabrın  25-də Bakı şəhərində anadan olmuşdur. 

Moskvada  Yazıçılar  İttifaqı  nəzdində  olan  M.Qorki  adına  Ədəbiyyat  İnstitutuna 

daxil  olmuş  (1953),  həmin  İnstitutun  IV  kursundan ADU-nun  Filologiya 

fakültəsinin  beşinci  kursuna  dəyişilmişdir  (1957-1958). "Azərbaycan  " 

jurnalı redaksiyasında  ədəbi  işçi,  nəsr  şöbəsinin  müdiri  (1960-1965), C.  Cabbarlı 

adına  "Azərbaycanfilm"  kinostudiyasında  kinostudiyanın  ssenari  redaksiya 

heyətinin  üzvü  (1965-1969),  baş  redaktoru,  "Azərbaycanfilm"  kinostudiyasının 

direktor  müavini  (1969-1976), "Ulduz  jurnalının  baş  redaktoru  (1976-

1987), "Azərbaycan"  jurnalının  baş  redaktoru  (1987-ci  ildən)  vəzifələrində 

işləmişdir. Azərbaycan  Yazıçılar  Birliyi katibliyi  heyətinə  (nəsr  üzrə  katib) 

seçilmişdir (1991). 

Yusif Səmədoğlu Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirəndən 

sonra  uzun  müddət  “Azərbaycanfilm”  kinostudiyasinda  müxtəlif  vəzifələrdə 

çalışdı. Onun kinostudiyada fəaliyyət göstərdiyi müddət ərzində lentə alınan bədii 

filmlərin  əksəriyyəti  indi  də  maraqla  baxılır  və  hər  birinin  adı  Azərbaycan  kino 

sənəti  tarixinə  qızıl  hərflərlə  yazılıb.  Xidmətləri  ulu  öndər  tərəfindən  dəfələrlə 

yüksək qiymətləndirilib: 1970-ci ildə komsomol mükafatına layiq görülmüş, on il 

sonra 

isə 


əməkdar 

incəsənət 

xadimi 

fəxri 


adını 

almışdı.  

Yusif  Səmədoğlu  bənzərsiz  insan,  yaradıcı  ziyalı  idi.  O,  on  bir  il  “Ulduz” 

jurnalının  baş  redaktoru,  on  il  “Azərbaycan”  jurnalının  baş  redaktorları 

vəzifələrində çalışmışdı.   

Yusif Səmədoğlu Mirzə Cəlil, Ə. Haqverdiyev ənənəsinə sadiq qalaraq “Qətl 

günü”  romanını  yazdı.  Bu  dərin  məzmunlu  əsər  oxucuların  yaddaşında  əbədi  iz 

qoydu.  Səkksəninci  illərin  oxucusunun  gözləri  qarşısında  repressiya  dövrünün  ən 

dəhşətli,  qanlı  zülmləri,  faciələri  canlandı.  Əgər  Yusif  Səmədoğlu  “Qətl  günü” 

romanından özgə heç nə yazmasaydı, yenə onun adı ədəbiyyatımızın işıqlı təfəkkür 

sahibləri  arasında  çəkilərdi.  İllər  boyu  üzə  çıxarmadığı,  dönə-dönə  işlədiyi  əsər 

müəllifin  taleyində  mayak  kimi  yandı,  onun  yoluna  işıq  saçdı.  Y.  Səmədoğlu 

istedadlı  kinossenarist  kimi  də  tanınmışdı.  Onun  xalq  şairi  Səməd  Vurğunun 


 

“Komsomol  poeması”nın  əsasında  yazdığı  “Yeddi  oğul  istərəm”  ssenarisi  filmin 



çəkiliş qrupu tərəfindən sevgiylə qarşılanmışdı. Məşhur ekran əsərində Gəray bəy 

rolunun  ifaçısı,  xalq  artisti  Həsənağa  Turabov  deyərdi  ki,  mənim  kino 

yaradıcılığımda  ən  sevdiyim  rollardan  biri  Gəray  bəydir.    Həmin  rola  çəkildiyim 

üçün Yusif müəllimi həmişə minnətdarlıqla xatırlayıram.  

İllər  keçdi,  Yusif  Səmədoğlu  ikinci  dəfə  kədərli,  ağır  günlər  yaşadı.  Bu, 

1988-ci ildən başlayan meydan hərəkatı zamanı oldu. Ermənilərin törətdikləri qanlı 

hadisələr çoxları kimi onun da ürəyini sıxırdı. İş yerində, mənzilində rahatlıq tapa 

bilmirdi.  İndiki  “Azadlıq”  meydanına  gələrdi.  Gücü,  imkanı  yalnız  ora  toplanan 

vətənsevərlərə  sözlə müraciət  etməyə,  “Öldü  var, döndü  yoxdur”  deməyə  çatardı. 

Mitinq  iştirakçıları,  dinləyənlər  ona  inanırdı.  Hər  fikrini  məmnunluqla 

qarşılayardılar. Ancaq zamanın hokmü başqaymış… 

Yusif Səmədoğlu az yazardı. “220 nömrəli otaq”, “Qalaktika”, “Qətl günü” 

kitabları  işıq  üzü  görmüşdü.  Lakin  oxucular  ona  məhəbbətlə  yanaşar,  adını 

hörmətlə  çəkərdilər.  O,  seçicilərinin  arzusu  ilə  millət  vəkili  seçildi,  dövlət 

başçısının fərmanı ilə  xalq yazıçısı fəxri adına layiq görüldü. “Şöhrət” ordeni ilə 

təltif olundu. Qorxulu, səksəkəli, xoşbəxt, bəxtəvər günlər yaşayaraq gəlib çatmışdı 

ömrünün 63 yaşına. Böyük şairimiz M.Ə.Sabirin  bu misraları dilindən düşmürdü: 

 

 



…Bəxti- mənhusimə bax, 

 

 

 

Mən bu təmənnada ikən

 

 

Başladı şişməyə indi 

 

 

 

Üzü qarə ciyərim.  

Heç  demə  Yusif  Səmədoğlunun  sağlamlığından  gileyi  əbəs  deyilmiş. 

Nəhayət,..Xalq  şairi  Vaqif  Səmədoğlunun  onunla  əbədi  ayrılıq,  vida  çağında 

dediklərini  xatırlayırıq:  “Dünən-1998-ci  il  avqustun  16-da  Səməd  Vurğun  ailəsi 

ikinci dəfə çat verdi…Yusif  bir azdan atama qovuşacaq-qırx ildən artiq fasilədən 

sonra.  Yusif  sevincə,  gözəlliyə  yaraşan  adam  idi.  Mən  bu  saat,  zərrə  qədər 

tərəddüd  etmədən  onunla  yerimi  dəyişərdim.  Amma  hər  kəsin  öz  alın  yazısı, 

qismət payı var…” 

Yusif  Səmədoğlu  mənalı  bir  ömür  yaşadı.  Sevdi,  sevildi,  mərhəmətini, 

qayğısını  kimsədən  əsirgəmədi.  Mehriban  ailə  başçısı,  sədaqətli  dost,  ürəklərdə 

özünə əbədilik qazanan yazıçı idi. Elə bu səbəbdən də onu tanıyanlar, heç üzünü 

görməyən,  amma  əsərlərini  məhəbbətlə  oxuyanlar  deyirlər:  anım  gününüz 

mübarək, Yusif müəllim! 

 

 



 

 

                                              B Ö L M Ə II: 



 

 

YUBİLEY TƏDBİRLƏRİNİN KEÇİRİLMƏSİ: 

  

Xalq  yazıçısı  Yusif  Səmədoğlu  XX  əsr  Azərbaycan  ziyalılığının  ən  ali 



keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu nəsli təmsil edən bir insan 

olmuşdur.  O,  həyatı  boyu,  həm  ədəbi,  həm  də  ictimai-siyasi  fəaliyyətində 

azərbaycançılıq  mövqeyində  durmuş,  azadlıq,  demokratiya,  müstəqillik  duyğusu 

ilə yaşamışdır.  

Y.Səmədoğlu  XX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixində  özünəməxsus  yer 

tutaraq, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə seçilmişdir. Millilik, 

milli-mənəvi  dəyərlərimizin  qorunub  saxlanılması,  milli  mədəniyyətin,  milli 

əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri və ibrət dərsləri 

güclüdür. 

Y.Səmədoğlu azad, müstəqil və mədəni həyat yolu keçmişdir. Onda milli hiss

Vətən sevgisi güclü idi. O, həyati mövzular yazmış, zamanın nəbzini tutaraq günün 

mühüm  məsələlərinə  toxunmuş,  mənəvi-ictimai  problemləri  ön  plana  çəkmiş, 

dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirmişdir. Onun 

əsərləri  azərbaycançılıq  ideyası  əsasında  qurulduğundan  hər  dövr  üçün  aktual 

səslənir.  Məlumdur ki,  xalqın  milli-fəlsəfi  fikri  öz  əksini bədii  ədəbiyyatda  tapır. 

Milli  xüsusiyyətlərin,  milli  keyfiyyətlərin,  milli  ruhun,  adət-ənənələrin 

yaşanmasında bədii ədəbiyyatın böyük rolu vardır. Bu baxımdan Y.Səmədoğlunun 

əsərlərində  milli  ideyanın  təlqin  və  təbliği  güclüdür.  O,  hələ  sosializm 

cəmiyyətinin,  avtoritar  rejimin  ən  şiddətli  çağlarında  sovet  ideologiyasının 

prinsiplərinə zidd olan əsərləri ilə seçilmiş, bu quruluşun formalaşdırdığı insanların 

faciəsini əks etdirmişdir. 

Y.Səmədoğlunu  həmişə  xalqın  taleyi,  mənəviyyatı  düşündürdüyündən  onun 

əsərləri  xalqın  ürəyinə  yol  tapmış  və  bu  əsərlər  Y.Səmədoğlunun  görkəmli 

Azərbaycan  yazıçısı  kimi  tanınmasına  və  xalq  tərəfindən  sevilməsinə 

gətirib   çıxarmışdır.  O,  əsərlərində  Azərbaycan  həyatının  mənəvi-ictimai-əxlaqi 

problemlərini  açıb  göstərmiş,  milli  keyfiyyətlərimizi  nümayiş  etdirmiş,  əsas  bir 

ideyanı  ortaya  qoymuşdur-bu  da  Azərbaycana,  onun  mənəvi  dünyasına,  mədəni 

sərvətlərinə sevgidir. 

Beləliklə,  Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələrindən  biri  Yusif 

Səmədoğlunun  bu  il    80  illik  yubileyi  qeyd  olunur.  60-cı  illərin  ədəbi  mühitində 

yetişən,  poeziya  və  nəsrimizə  yeni  ruh  və  nəfəs  gətirən,  yazarlar  arasında  özünə 

məxsus  üslubu  ilə  seçilən  Yusif  Səmədoğlunun  Azərbaycan  ədəbiyyatının 

inkişafında  fərqli  yeri  var.  Elə  bu  üslubla  da  tanış  olmaq  üçün  gəlin,  Yusif 

Səmədoğlu yaradıcılığına bir daha nəzər salaq.  

Yusif  Səmədoğlunun  yaradıclığı  ilə  yaxından  tanış  olmaq  üçün  F.Köçərli 

adına  Respublika  Uşaq  Kitabxanasında  tədbirlər  planı  hazırlanmışdır.  Tədbirlər 

planının  geniş  və  maraqlı  olması  üçün  ilk  növbədə  kitabxanada  sərgi  təşkil 

olunmalıdır.  Sərgi  müxtəlif  başlıqlar  altında  keçirilə  bilər.  Məsələn: 



 

“Unudulmayan Yusif Səmədoğlu”, “Nağıla bənzər ömür”, “Yusif Səmədoğlu-80” 



və s.  

“Yusif Səmədoğlu-80” adlı sərginin nümunəsini veririk.  

Başlıq: “Yusif Səmədoğlu-80”  

1.

 



Kitablarının nümayişi. 

2.

 



Görkəmli insanların Yusif Səmədoğlu haqqında söylədikləri sitatlar. 

3.

 



Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası.  

 

     



         

 

 



 

     


                 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

                                                    Sitatlar: 



1.

 

"Yusif cəmiyyətimizə təkcə yazıçı kimi, mədəniyyət xadimi kimi  yox, eyni 



zamanda  görkəmli  ictimai-siyasi  xadim  kimi  daxil  olubdur.  Azərbaycanın 

həyatı  üçün  və  xüsusən  son  illərdə  Azərbaycanda  milli  azadlıq  hərəkatının 

inkişafı üçün, xalqımızda milli dirçəliş, milli oyanış hisslərinin yaranması və 

inkişafı  üçün,  Azərbaycanın  müstəqilliyi  uğrunda  mübarizə  üçün  onun 

fəaliyyəti çox əhəmiyyətli, çox gərəkli olmuşdur". 

 

 



 

 

 



 

 

 



Heydər Əliyev 

 

 



 

 

 



 

 

 



 

 

Ümummilli lider 



 

2.

 



Vaxtsız ölüm onu bizdən ayırsa da, bir həqiqət əbədi yaşayır ki, öz sözünü, 

möhürünü  zamana  vura  bilən  hər  kəs  yaşayır  və  öz  xalqına  həmişə 

başucalığı gətirir. 

      Mehriban Əliyeva 

 

 

 



                                Heydər Əliyev Fondunun prezidenti 

 

3.



 

Yusif  Səmədoğlu  xalqın  tarixi  yaddaşını,  mənəviyyatını  uca  tutaraq, 

əsərlərində milli və bəşəri dəyərləri məharətlə əks etdirmişdir. 

Leyla Əliyeva 

                     Heydər Əliyev fondunun Rusya filialının rəhbəri 

 

4.



 

Yusif  Səmədoğlu  böyük  sözün  yazıçısı  (və  müəllifi),  böyük  intellektin 

adamı  (və  sahibi)  idi-hekayələri,  publisistik  qeydləri,  məqalələri, 

müsahibələri, xüsusilə “Qətl günü” romanı Azərbaycan ədəbiyyatı tarixində 

məhz ədəbiyyatın sözü kimi qalacaq... 

     Nizami Cəfərov 

 

 

 



 

 

 



Filologiya elmləri doltoru, professor 

 

 



5.

 

Yusif  Səmədoğlunun  vəfatı  hamı  kimi  məni  də  dərindən  sarsıtdı.  Yüzlərlə, 



minlərlə, onminlərlə Azərbaycan oxucusu necə böyük bir insanı və sənətkarı 

itirdiyini dərk elədi.  

Vaqif Yusifli 

 

 



 

 

 



 

Filologiya elmləri doktoru 

 

 

6.



 

“Yusif az yazdı, ancaq gözəl yazdı. Təsəllimiz onun yaradıcılığı, əsərləridir. 

Yusifsiz keçən hər bir  gün  onun böyüklüyünü,  nadir  insanlardan olduğunu 

sübuta yetirir. Onun yoxluğu bizim hər birimizin qəlbimizi ağrıdır”.

   

 

 



 

 

 



 

 

 



     Anar 

 

 



 

 

 



 

 

 



Xalq yazıçısı 

 

 



 

 

7.



 

Yusif Səmədoğlu mənalı ömür yaşadı. Sevdi, sevildi, mərhəmətini, qaygısını 

kimsədən əsirgəmədi. Mehriban ailə başçısı, sədaqətli dost, ürəklərdə özünə 

əbədilik qazanan yazıçı idi. Elə bu səbəblərdən də onu tanıyanlar, heç üzünü 

görməyən,  amma  əsərlərini  məhəbbətlə  oxuyanlar  deyirlər:  anım  günün 

mübarək Yusif müəllim! 

Telman Mehdixanlı 

       Jurnalist 

 

Yuxarida  qeyd  etdiyimiz  kimi,  bu  günlərdə  Azərbaycan  ədəbiyyatının  görkəmli 



nümayəndəsi  Yusif  Səmədoğlunun  80  illik  yubileyi  qeyd  olunur.  Yusif 

Səmədoğlunun  yaradıcılığı  ilə  yaxından  tanış  olmaq  üçün  F.  Köçərli  adına 

Respublika  Uşaq  Kitabxanasında    kitab  müzakirəsinin  keçirilməsi  daha 

məqsədəuyğundur.  Kitab  müzakirəsində  yazıçının  bir  sıra  kitablarını  oxucuların 

müzakirəsinə vermək olar. Lakin biz bu gün Yusif Səmədoğlunun ən çox sevilən 

və  təbliğ  olunan  kitablarından  olan    “Qətl  günü”  romanının  müzakirəsini 

keçirəcəyik.  Tədbirə bir çox yazıçı və şairləri, tənqidçiləri, ədəbiyyatşünasları və 

oxucuları dəvət etmək olar. Kitabxanaçı tədbirdə iştirak edən qonaqlara söz verir.  

“Dərd də azar kimi gələndə batmanla gəlir”. “Qətl günü” romanı bu fraza ilə 

başlayır.  “Dünya  duracaq  yer  deyil,  ey  can  səfər  eylə”  (Nəsimi).  Yusif 

Səmədoğlunun  bu  məşhur  romanı  dünya  və  insan  haqqındadır.  Dünyada  isə 

əsrlərdir ki, lokal və qlobal müharibələr, hakimiyyət uğrunda amansız çarpışmalar, 

ölüm-dirim savaşları baş verir-“Dünya yaşıyor hərb ilə qovğalar içində” (M.Hadi). 

Tanrının  yaratdığı  insanlar  bir-birinə  qənim  kəsilirlər.  “Yalnız  deyil  insanlara, 

vəhşilərə  sorsan,  Onlar  belə  insandakı  vəhşiliyə  heyran”  (H.Cavid).  Bəşəriyyət 

tərəqqiyə, svilizasiyaya doğru irəliləyir, insan zəkasının yaratdığı nəsnələr çox şeyi 

dəyişdirir,  ancaq  insandakı  əzəli-əbədi  xasiyyətlərin  bir  çoxu  dəyişilməz  qalır. 

Dünya  yenə  gücün,  zorun,  mənəm-mənəmliyin,  işğalçı  müharibələrin  cəngində 

inləyir.  “Qətl  günü”  romanı  bu  mənada  bir  çağırış-haray  təsiri  bağışlayır.  İnsan 

həyatındakı  ahəngdarlıq,  ritm  və  harmoniya  pozulanda  o,  nəfsin,  tamahın  və 

qəbahətin qulu olur.  

 

 



 

 

Romanda əbədi Xeyir-Şər mübarizəsi ortaya qoyulub. Bu mübarizə bəlkə elə 



dünyanın  yaranışından  üzü  bəri  gələ-gələ  bitmək  bilmir.  İctimai  quruluşlar, 

cəmiyyətlər və saysız-hesabsız insan nəsilləri bir-birini əvəz edir, amma mübarizə 

davam  edir.  Hər  dövrün,  hər  epoxanın,  bəlkə  də  hər  günün  öz  Hörmüzü  və 

Əhriməni olmuşdur. Bu ədəbi döyüşdə Şər həmişə güclü olmuş, amma bəşəriyyət 

Xeyirə,  İşığa  inam  bəsləmişdir.  “Qətl  günü”  də  bu  mənada  istisna  deyil  və  bu 

mövzu  Xeyir-Şər  mübarizəsi  onun  da  başlıca  konflikti  kimi  müəyyənləşə  bilər. 

Əbədi Xeyir və Şər mübarizəsini üç zaman hüdudunda açıqlayan müəllif sanki belə 

bir  fikri  təlqin  edir:  bütün  zamanlarda  Şər  daimi  fəaliyyətdə  və  hərəkətdə 

olmuşdur. Lakin hər dəfə və zamanın hər bir pilləsində onun mübarizə formaları öz 

müxtəlifliyilə seçilib... 

“Qətl  günü”  romanı  barədə  söz  açan  müəlliflər  təbii  ki,  bu  əsərin 

Azərbaycan  nəsrində  maraqlı  bir  ədəbi  hadisə  olduğunu  qeyd  etmişlər.  Xalq 

yazıçısı  Anar  əsər  haqqında  demişdir:  Mənim  fikrimcə,  bu  romanın  meydana 

çıxması ədəbi fakt çərçivəsindən qat-qat böyük əhəmiyyətə malikdir. “Qətl günü” 

müasir  ədəbiyyatımızın  həqiqət  günüdür”.  Y.  Səmədoğlu  yeni  tipli  Azərbaycan 

romanı yaratmışdır. Və bu roman tipinə görə də çoxçalarlıdır. Ona mifoloji roman 

deyənlərə  də,  fəlsəfi-psixoloji  roman  söyləyənlərə,  tarixi  roman  kimi 

dəyərləndirənlərə də haqq qazandırırıq. Bir sözlə “Qətl günü” aydın, özünəməxsus, 

və  son  dərəcə  milli  bir  əsərdir,  bununla  yanaşı,  həm  də  ümumbəşər  əhəmiyyəti 

kəsb edir.  

“Qətl  günü”  müdrik  bir  kitabdır.  Bu  kitab  müəllifinin  yaratdığı 

resensiyasının  dar  çərçivəsinə  sığışan  şey  deyil.  Öz  dərinliyi,  gerçəkliyi, 

ümumləşdirmək qüvvəsi və estetik keyfiyyətinə görə bu roman daha əsaslı təhlillər 

və araşdırmalar tələb edir.  

“Qətl  günü”  Yusif  Səmədoğlunun  da,  yeni  nəsrimizin  də  zirvə  əsəridir. 

Çağdaş  romançılıq  axtarışlarının  ən  uğurlu  nəticələrini  özündə  əks  etdirən  “Qətl 

günü” yüksək hümanist pafosla yazılan və işıqlı, xoş duyğular oyadan əsərdir.  

 

Yazıçı Yusif Səmədoğlunu oxuculara yaxından tanıtmaq və sevdirmək üçün 



F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasında  ədəbi-bədii  gecənin  keçirilməsi 

daha  vacibdir.  Tədbir  iki  hissədən  ibarət  olur.  Tədbirə  bir  çox  şair  və  yazıçıları, 

ədəbiyyat  müəllimlərini  və  s.  dəvət  etmək  olar.    Ədəbi-bədii  gecə  oxucuların  ən 

çox sevdiyi tədbirlərdən biridir. Tədbirin birinci hissəsi şairin yaradıcılığı ilə bağlı 

çıxış və məruzələrlə başlayır. İkinci hissədə isə yazıçının qələmə aldığı roman və 

povestlərindən  parçalar  səsləndirilir.“Nə  xoşbəxtdir  sevərək  yaşayanlar,  sevilərək 

ölənlər” adlı ədəbi-bədii gecənin ssenarisini nümunə üçün veririk. Səhnədən Yusif 

Səmədoğlunun  portreti  asılır.  Yubileylə  bağlı  səhnə  gül-çiçəklə  bəzədilir. 

Aparıcılar səhnəyə daxil olur: 

 

 



 

 


10 

 

I Aparıcı:

  Yusif  Səmədoğlu  1935-ci  il  dekabrın  25-də  Bakı  şəhərində  ziyalı 

ailəsində  anadan  olmuşdur.  44  saylı  şəhər  orta  məktəbini  bitirdikdən 

sonra,  Moskvada  Yazıçılar  İttifaqı  nəzdində  olan  M.Qorki  adına 

Ədəbiyyat  İnstitutuna  daxil  olur  (1953).  Həmin  institutun  dördüncü 

kursundan  sənədlərini    ADU-nun  filologiya  fakültəsinin  beşinci 

kursuna  dəyişmişdir  (1958-1959).  Yusif  Səmədoğlu    “Azərbaycan” 

jurnalı redaksiyasında ədəbi işçi (1959), nəsr şöbəsinin müdiri (1960-

1965),  C.Cabbarlı  adına  “Azərbaycanfilm”  kinostudiyasında 

kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969), ssenari 

redaksiya heyətinin baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının 

direktor  müavini  (1969-1976),  “Ulduz”  jurnalının  baş  redaktoru 

vəzifələrində çalışmışdır (1987-ci ildən).



 

Yusif Səmədoğlu 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 

Azərbaycan  komsomolu  mükafatı  laureatı  (1970),  Azərbaycan 

Əməkdar  İncəsənət  xadimi  (1980),  Azərbaycan  Respublikası  Ali 

Sovetinin deputatı (1990) olmuşdur. 

 

Dövri mətbuatda vaxtaşırı çıxış etmiş Yusif Səmədoğlunun   “Yeddi 

oğul istərəm...” ssenarisi əsasında film çəkilmişdir. Ona “Qətl günü” 

romanına görə SSRİ Yazıçılar İttifaqının mükafatı verilmişdir (1987).  

Yusif Səmədoğlu 1998-ci il avqustun 17-də Bakıda vəfat etmiş, Fəxri 

Xiyabanda dəfn olunmuşdur.  

 

II Aparıcı:   Həyatda  elə  insanlar  var  ki,  onların  ölümü  cismani  ömrün  sonu  kimi 

mənalanır. Amma əsl həyat bundan sonra başlayır. O insan aylar, illər, 

əsrlər  keçdikcə  hər  yeni  nəsil  üçün  yenidən  doğulur  və  beləliklə,  o 

insan  məzarıstanın  yox,  əbədiyyətin  qonağı  olur.  Böyük  Azərbaycan 

yazıçısı Yusif Səmədoğlu da belə insanlardan biridir.  

O,  Azərbaycanın  XX  əsrdə  yetirdiyi,  lakin  şöhrəti  sonrakı  əsrlərə  də 

gedib  çıxacaq,  heç  bir  zaman  unudulmayacaq böyük şairimiz  Səməd 

Vurğunun  ailəsində  dünyaya  gəlmişdi,  bu  ailənin  ilk  övladı  idi. 

Deyirlər ki, Yusif Səmədoğlu zahirən öz atasına çox oxşayırdı. Amma 

Yusif  Səmədoğlu  atasına  nə  qədər  oxşasa  da,  öz  taleyini  yaşamışdır. 

Onlar  XX  əsrin  bir-birindən  fərqli  iki  zaman  qütbündə  ömür 

sürmüşlər. 1956-cı ildə, 50 yaşını təzəcə adlamış Səməd Vurğun artıq 

illər  boyu  çəkdiyi  mənəvi  əzablardan,  açıq  və  gizli  təqiblərdən 

“qazandığı”  xərçəngdən  vəfat  etdi.  Bu  zaman  Yusif  Səmədoğlunun 

iyirmi bir yaşı hələ tamam olmamışdı.  

Səməd  Yusif  oğlu  həyatında  çox-çox  uğurlar,  fəxri  mükafatlar  və  ən 

başlıcası  xalqın  böyük  məhəbbətini  qazanmışdı,  həm  də,  öncə 

dediyimiz  kimi  başı  müsibətlər,  bəlalar  çəkmişdi,  o  böyük  şöhrət 

pyedestalına  da  bu  uğurlar  və  müsibətlərlə  birgə  yüksəlmişdi.  O, 

uşaqkən  atasını,  sonra  anasını  itirmişdi.  Bəy  oğlu  idi,  amma  yeni 

quruluş  ona  bəy  kimi  yaşamağa  heç  macal  vermədi,  o,  komsomolçu 

oldu.  


11 

 

Şeir aləmində  çox tez parladı. Azərbaycan sovet şeirinin liderlərindən 



biri  oldu.  Qorxulu  illər  idi.  Cavid,  Müşfiq,  Əhməd  Cavad  onlarla 

gözəl ziyalılar sürgünlərdə məhv oldular, güllələndilər. Səməd Vurgun 

isə yaşaya-yaşaya bu sürgünlərdən keçdi.  

1956-cı  ildə,  Səməd  Vurğun  vəfat  edəndə,  dövr,  zəmanə  artıq 

mülayimləşmişdi.  Moskvada,  Qorki  adına  Dünya  Ədəbiyyatı 

İnstitutunda təhsil alan Yusif Səmədoğlu sonuncu kursu Bakıda ADU-

nun  filologiya  fakültəsində  təhsilini  başa  çatdırdı.  Sonra  qəzet  və 

yurnalllarda  əməkdaşlıq  elədi,  sonra  kinostudiya,    “Ulduz”  və 

“Azərbaycan”  jurnallarında  baş  redaktor,  sonra  isə  Yazıçılar 

İttifaqının  birinci  katibi,  Milli  Məclis...Amma  harada  işləyir-işləsin, 

Yusif Səmədoğlu atasından gələn bir xətti-azərbaycançılığı, vətənçilik 

ideyasını həm əsərlərində, həm də ictimai fəaliyyətində başlıca meyara 

çevirdi. 

I Aparıcı:   Ölümündən  sonra  Yusif  Səmədoğlunun    “Deyilənlər  gəldi  başa” 

kitabı çapdan  çıxdı. Bu kitabda Yusif Səmədoğlunun demək olar ki, 

bütün  nəsr  yaradıcılığı  öz  əksini  tapır.    Yusifin  14  hekayəsi,  “Qətl 

günü”  romanı və bir  də  “Deyilənlər  gəldi  başa” bitməmiş  romanı bu 

kitabdadır. Sayca az, amma sambalca gözəl əsərlər. Bəli, o, az yazırdı. 

Özü  də  istəyəndə  yazırdı,  istəməyəndə  yox...  amma  elə  yazmadığı 

illərdə də heç kəs onun istedadlı olduğuna qətiyyən şübhə eləmirdi. 

Yusif Səmədoğlu “Qanlı çörək” adlı ilk hekayəsini qələmə alanda hələ 

onuncu  sinifdə  oxuyurdu.  Bəlkə  də  Səməd  Vurğunun  ən  qəribə,  ən 

sevimli günlərindən biri idi o gün. O gün Səməd Vurğunun sənətdəki 

ilk  övladı  dünyaya  göz  açmışdı.  O  gün  Azərbaycan  ədəbiyyatına  öz 

taleyi, öz səsi, öz sözü olan sənətkar gəlmişdi.  

“220  nömrəli  otaq”,  “Qalaktika”  kitabları,  “Astana”,  “İncə  dərəsinin 

yaz  çağı”  hekayələri,  “Qətl  günü”  romanı,  ssenarilər,  məqalə  və 

publisistik qeydlər Y. Səmədoğlu yaradıcılığını kəmiyyətcə əks etdirir.  

Bədii  keyfiyyətə,  sözün  potik  çəkisinə,  sənətin  ictimai  pafosuna 

gəldikdə  isə  Y.  Səmədoğlu  yaradıcılığı  kifayət  qədər  əhatəli,  dolğun 

təhlil üçün zəngin material verir.   



Oxucular  səhnəyə  daxil  olur  Yusif  Səmədoğlunun  “Saat  işləyir” 

hekayəsindən bir parçanı nümayiş etdirirlər.  

Gülsabah arvad işığı keçirib nəvəsinin yanına girərdi. Elçin isə o saat qarını 

söhbətə  tutar,  gah  Şah  Abbasın  nağılını,  gah  da  Molla  Nəsrəddindən 

danışmasını  xahiş  edərdi.  Gülsabah  avrad  da  əlacsız  qalıb  yadına  düşdüyü 

vaxt  Şah  Abbasdan,  ya  Molla  Nəsrəddindən,  yadına  düşmədiyi  vaxt  isə 

özündən bir şey uydurub danışardı... 



12 

 

Bu  axşam  da  belə  oldu.  Gülsabah  arvad  yay  yorğanını  üstünə  çəkən  kimi 



Elçin  ona  tərəf  döndü,  başını  yastıqdan  qaldırıb  qarının  gözlərinin  içinə 

baxdı və pıçıltı ilə soruşdu: 



Elçin: Nənə, Şah Abbasdan danışacaqsan? 

Nənə: Yat, ay gədə, qoy dincəlim! 

Elçin: Nənə, sən canın, danış da. 

Nənə: Ay gədə, dedim yat! Başım ağrıyır. 

Elçin arxası üstə çevrildi, başının üstündəki pəncərədən görünən ulduzlu göyə 

baxıb pıçıltı ilə yenə nənəsini çağırdı: 

Elçin: Nənə, ay nənə! 

Nənə: Hm... 

Elçin: Nənə, ulduz nədi? 

Nənə: Ulduz ulduzdu. Yanır orda. 

Elçin: Nənə, ay nənə! 

Nənə: Hm... 

Elçin: Nənə, bəs o gün deyirdin göydə mələklər də var. Bəs onlar neynirlər? 

Nənə: Mələklər? Mələklər uçur. 

Elçin: Bəs yorulanda yatmağa hara gedirlər? 

Nənə: Hara? Hm...Nə bilim hara? Ulduzların üstünə qonurlar. 

Elçin: Bəs yanmazlar? 

Nənə: Di yat, yat!..Gülsabah arvad sag böyrü üstə dönüb ufuldadı. 

Elçin: Nənə, ay nənə! 

Nənə: Hııım!.. 

Elçin: Nənə, göydə daha heç kim olmur? 

Gülsabah arvad nədənsə ah çəkdi və ani süküutdan sonra cavab verdi: 

Olur. Adam öləndən sonra ruhu göydə uçur. 

Gülsabah arvadın bu sözlərindən sonra Elçinin bədəninə üşütmə gəldi. O, tez 

yorğanını çənəsinə çəkdi, nənəsinin kürəyinə qısıldı.  

13 

 

Elçin: Nənə, onda atamın da ruhu göydədir hə? 



Gülsabah  arvad  cavab  vermədi.  Arxası  üstə  çevrilərək  yorğanın  altından 

Elçinin yumşaq əlini sıxdı və üzünü nəvəsinin saçlarına sürtdü.  

Xeyli  keçdi.  Elçini  yuxu  apardı.  Gülsabah  arvad  isə  adəti  üzrə  “Allah,  sən 

balamı hər bəladan saxla” deyə pıçıldadı... 

 

II  Aparıcı:  Əziz  tədbir  iştirakçıları!  Beləliklə,  bu  gün  biz  Yusif  Səmədoğlu 

yaradıcılığına  bir  daha  nəzər  saldıq.  Onun  dərin  məzmunlu,  kamil 

üslubla  yazılmış    əsərlər  ilə  tanış  olduq  və  bir  daha  əmin  olduq  ki, 

onun  qələmindən  çıxmış  hər  bir  əsər nə qədər dəyərli və  qiymətlidir. 

Bəli, vaxtsız ölüm onu bizdən ayırsa da, bir həqiqət əbədi yaşayır ki, 

öz  sözünü,  möhürünü  zamana  vura  bilən  hər  kəs  yaşayır  və  həmişə 

başucalığı gətirir.  

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada, 



 

 

El qədrini canından daha əziz bilənlər, 



 

 

Şirin bir xatirə tək qalacaqdır dünyada 



 

 

Sevərək yaşayanlar, sevilərək ölənlər.  



 

 

 



                            Ə d ə b i y y a t   s i y a h ı s ı: 

     İnternetdə: www. Google.az 

1.

 

Y. Səmədoğlu. Seçilmiş əsərləri. B.: “Şərq-Qərb”, 2005.-320 s. 

2.

 

Y. Səmədoğlu. Deyilənlər gəldi başa. B.: “Avrassiya Press”, 2012.-436 s. 

3.

 

Y. Səmədoğlu. Deyilənlər gəldi başa. B.: “XXI”-Yeni Nəşrlər Evi, 1999.-

344 s. 

4.

 

Y. Səmədoğlu. Qalaktika. B.: Gənclik, 1973.-54 s.  

5.

 

Y. Səmədoğlu. Qətl Günü. B.: Yazıçı, 1987.-184 s. 

6.

 

Yüz il də Vurğuna Xavər yar olsun ! B. : Nurlan, 2007. - 229 s. 

 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə