AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
_________
N Ə S İ M İ a d ı n a D İ L Ç İ L İ K İ N S T İ T U T U
TÜRKOLOGİYA
B E Y N Ə L X A L Q E L M İ J U R N A L
1970-ci İLDƏN NƏŞR OLUNUR
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin
reyestrinə daxil edilmişdir (Reyestr № 3378)
Jurnal Azərbaycan Respublikası Prezidenti yanında
Ali Attestasiya Komissiyası tərəfindən rəsmi
qeydiyyata alınmışdır (Filologiya elmləri bölməsi №18)
İldə 4 dəfə çıxır
№ 2
BAKI – 2015
BAŞ REDAKTOR
TOFİQ HACIYEV – AMEA-nın həqiqi üzvü, fil.e.d., prof.
REDAKSİYA HEYƏTİ
KAMAL ABDULLAYEV, GÖVHƏR BAXŞƏLİYEVA, NİZAMİ CƏFƏROV, ELBRUS ƏZİZOV,
İSA HƏBİBBƏYLİ, NİZAMİ XUDİYEV, MUXTAR İMANOV, TEYMUR KƏRİMLİ,
ƏBÜLFƏZ QULİYEV, AZAD MƏMMƏDOV, SOLMAZ SÜLEYMANOVA (baş redaktorun müavini)
BEYNƏLXALQ MƏSLƏHƏTÇİLƏR
ŞÜKRÜ HALUK AKALIN (Türkiyə), ƏHMƏD BİCAN ƏRCİLASUN (Türkiyə), ÇONQ JİN OH (Cənubi
Koreya), KADIRALİ KONAKBAYEV (Qırğızıstan), İQOR KORMUŞİN (Rusiya), FUAT QƏNİYEV
(Tatarıstan), VALENTİNA QƏRƏNFİL (Moldova), TOFİK MƏLİKOV (Rusiya), MEHMAN
MUSAOĞLU (Türkiyə), MURADGELDİ SOYEQOV (Türkmənistan), HAYAŞI TOORU (Yaponiya)
SAHƏ REDAKTORLARI
Azərbaycan dili və terminologiya üzrə – İSMAYIL MƏMMƏDLİ, SAYALI SADIQOVA; türk dilləri üzrə –
BULUDXAN XƏLİLOV, VAHİD ZAHİDOĞLU; şərq dilləri üzrə – ŞƏFƏQ ƏLİBƏYLİ, KAMANDAR
ŞƏRİFOV; qədim dillər üzrə – İLHAMİ CƏFƏRSOY, ÇİNGİZ QARAŞARLI; dil tarixi üzrə – QƏZƏNFƏR
KAZIMOV, MÖHSÜN NAĞISOYLU, ƏZİZXAN TANRIVERDİYEV; ədəbiyyat və folklor üzrə –
MƏHƏRRƏM QASIMLI, ASİF RÜSTƏMLİ; tipoloji- müqayisəli dilçilik üzrə – DÜNYAMİN
YUNUSOV, HƏBİB ZƏRBƏLİYEV; dil nəzəriyyəsi üzrə – AFƏT ABBASOVA, ASLAN MƏMMƏDLİ
Azərbaycan mətninin elmi redaktoru fil.e.d., prof. İsmayıl Məmmədli
Türk mətninin elmi redaktoru fil.ü.f.d., dos. Kübra Quliyeva
İngilis mətninin elmi redaktoru fil.ü.f.d., dos. Abbas Abbasov
Rus mətninin elmi redaktoru Militina Vasilenko
JURNALIN TƏSİSÇİSİ
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTUDUR
Ünvan: AZ1143. Bakı, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. «Türkologiya».
Tel.: (+99412) 5372083, 5372081
e-mail:
turkologiya2010@mail.ru
www.turkologiya.org
Адрес: АZ1143. Баку, пр. Гусейна Джавида, 115. Институт языкознания им. Насими НАНА.
«Тюркология». Тел.: (+99412) 5372083, 5372081
e-mail:
turkologiya2010@mail.ru
www.turkologiya.org
Address: AZ1143. Baku, Hussein Javid avenue, 115. ANAS Nasimi Institute of Linguistics. «Turkologiya».
Tel.: (+99412) 5372083, 5372081
e-mail:
turkologiya2010@mail.ru
www.turkologiya.org
Unudulmaz türkoloq, ədəbi tənqidçi, ictimai-siyasi
xadim Aydın Məmmədovun xatirəsinə həsr olunur
Unutulmaz Türkoloji bilgini, eleştirmen, toplum ve
devlet adamı Aydın Mehmetov΄un anısına ithaf ediliyor
Dedicated to the unforgettable Turkologist, the literary
critic, social-political figure Aydin Mammadov
Посвящается памяти незабвенного тюрколога,
литературного критика, общественно-политического
деятеля Айдына Мамедова
T Ü R K O L O G İ Y A
№ 2
2015
M Ü N D Ə R İ C A T
MATERİALLAR VƏ MƏRUZƏLƏR
Baba Məhərrəmli (Bakı). Aydın Məmmədovun yaradıcılığında kök sözlər
problemi ....................................................................................................
6
Qurban Bayramov (Bakı). Aydın Məmmədov – yeni tənqidçi tipi kimi,
yaxud gerçəyin nağılı... ..............................................................................
12
DİLİN STRUKTURU VƏ TARİXİ
Nəriman Seyidəliyev (Bakı). Həsən bəy Zərdabi publisistikasının
frazeologiyası .................................................................................................
26
Karjaubay Sartkojaulı, Kalban Intıhanulı (Kazakistan). Karı Çor Tigin
Anıt Mezar Kitabesi ........................................................................................
35
Рефат Абдужемилев (Украина). Терминология крымскотатарских
ярлыков ..........................................................................................................
49
İslam Sadıq (Bakı). Şumer və türk dillərində bədən üzvlərinin adlarını
bildirən terminlər ............................................................................................
60
FOLKLOR. ƏDƏBİYYAT. MƏDƏNİYYƏT
Abid Tahirli (Bakı). «Can alıb can verəcək məsələ» – ortaq dil
problemi. .......................................................................................................
71
MÜZAKİRƏLƏR
İlhami Cəfərsoy (Bakı). Cənubi Qafqaz və Şərqi Anadolunun
xristian-türk abidələri ....................................................................................
81
RESENZİYALAR
Sayalı Sadıqova (Bakı). «Dədə Qorqud kitabı»: tariximizin ilk yazılı
dərsliyi .…….........................……..................................................................
97
XRONİKA
Təranə Şükürlü (Bakı). Aydın Məmmədovun xatirəsinə həsr olunmuş
elmi sessiya ...................................................................................................
103
__________
TÜRKOLOGİYA
5
C O N T E N T S
MATERIALS AND REPORTS
Baba Magerramly (Baku). The problem of root words in the works
of Aydin Mammadov .............................................................................
6
Qurban Bayramov (Baku). Aydin Mammadov – as the critic of a new type
of the tale of reality …...........................................................................
12
STRUCTURE AND HISTORY OF LANGUAGE
Nariman Seidaliyev (Baku). The phraseology of Hasanbay Zardabi’s
publicism......................................................................................................
26
Karjaubay Sartkojauly, Kalban Intihanuly (Kazakhistan). Тhe epitaph
of prince Kary-Chor ...................................................................................
35
Refat Abduzhemilev (Ukraine). The terminology
in the Crimean Tatar yarlyks ......................................................................
49
Islam Sadiq (Baku).
Terms experessing organs of the body in the Sumerian
and Turkic languages
.................................................................................
60
FOLKLOR. LITERATURE. CULTURE
Abid Tahirly (Baku). «Jan alib jan verajak masala» «The issue that takes and gives
the life» – by the name of common language problem .............................
71
DISCUSSIONS
Ilhami Japharsoy (Baku). Christian-Turkic monuments of South Caucasus
and Eastern Anatolia ...................................................................................
81
REVIEWS
Sayali Sadigova (Baku). «The book of Dede Korkud»: the first written
handbook of our history …….........................……......................................
97
CHRONICLE
Tarana Shukurly (Baku). The scientific session dedicated to the memory
of Aydin Mammadov ...................................................................................
103
__________
T Ü R K O L O G İ Y A
№ 2
2015
M A T E R İ A L L A R V Ə M Ə R U Z Ə L Ə R
BABA MƏHƏRRƏMLİ
AYDIN MƏMMƏDOVUN YARADICILIĞINDA
KÖK SÖZLƏR PROBLEMİ
X ü l a s ə . Məqalədə tanınmış Azərbaycan türkoloqu Aydın Məmmədovun dilçilik görüş-
lərindən bəhs olunur. Burada Aydın Məmmədovun orijinal dilçilik baxışları təhlil olunur və
alimin Azərbaycan dilçiliyi tarixindəki mövqeyi aydınlaşdırılır. Türkoloqun yaradıcılığında qədim
türk söz köklərinin rekonstruksiyası, türk dillərinin etimologiyasının nəzəri problemləri mühüm
yer tutmuşdur. Məqalədə alimin türk dillərinin morfonologiyası, səs keçidləri haqqındakı özünə-
məxsus fikirləri də təhlil olunmuşdur. Müəyyən edilmişdir ki, məhz A.Məmmədov Azərbaycan dil-
çiliyi tarixində nostratika, şumer-türk dil əlaqələri mövzularına ilk dəfə müraciət etmişdir.
Açar sözlər: türk, etimologiya, dilçilik, söz kökü, problem
Varislik ənənələrinə söykənmək, tarixi-
mizə ekskurs edərək dilçiliyimizin şanlı tarixi-
ni yaradanları anmaq bizlərin mənəvi borcu-
dur. Hər zaman keçmişə və keçmişimizi ya-
radanlara hörmət və ehtiramın ifadəsi olaraq
dilçiliyimizin qurucularına, korifeylərinə sayqı
göstərməli, onları hörmətlə xatırlamalıyıq.
Azərbaycan dilçiliyinin korifey nümayəndələ-
rindən biri də bu il 70 yaşı tamam olan Aydın Mir-
saleh oğlu Məmmədovdur. Aydın Məmmədov tanın-
mış türkoloq, ictimai xadim, tənqidçi, gözəl natiq,
publisist, tərcüməçi idi. Aydın Məmmədov unikal
yaddaşa, fenomenal istedada malik olan bir dilçi ol-
muşdur. O, Moskvada tanınmış türkoloq E.Sevortya-
nın rəhbərliyi altında aspirantura təhsili almışdı.
A.Məmmədovun yaradıcılığı çoxşaxəli-
dir. Onun yaradıcılığının parlaq dövrünün bir
hissəsi Nəsimi adına Dilçilik İnstitutu ilə bağ-
lıdır. Aydın Məmmədov vaxtilə AMEA-nın
Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri
şöbəsində çalışmış və həmin şöbənin tərkibin-
də təşkil olunmuş «Qədim dillər» qrupuna rəh-
bərlik etmişdi. O, 1987–1991-ci illərdə «Sovet-
skaya türkologiya» jurnalında baş redaktorun
birinci müavini olmuşdur. Alimin 1970-ci ildə
«Sovetskaya türkologiya» jurnalının 5-ci sa-
yında «Древнетюркская акцентуация и не-
которые вопросы развития фонологических
систем тюркских языков» («Qədim türk ak-
sentləşməsi və türk dillərinin fonoloji sistem-
AYDIN MƏMMƏDOVUN YARADICILIĞINDA KÖK SÖZLƏRİ PROBLEMİ
7
lərinin bəzi inkişaf məsələləri») [1] adlı məqa-
ləsi çap olunmuşdur. 1972-ci ildə isə bu jurna-
lın 4-cü sayında türkoloqun başqa bir məqaləsi –
«Ассимиляция в свете взаимоотношения
фонетики и грамматики» («Assimilyasiya fo-
netika və qrammatikanın qarşılıqlı münasibəti
fonunda») [2] adlı məqaləsi dərc olunmuşdu.
Həmin məqalələr yüksək professionallıqla ya-
zılmışdır və alimin türkologiya elminin dərin-
liklərindən xəbərdar olmasını bir daha sübut
edir.
Aydın Məmmədovun taleyi mənə Rusiya
dilçiliyində vaxtilə bir inqilab edən, XX yüzil-
likdə nostratik konsepsiyanı təkmilləşdirən
V.M.İlliç-Svitıçın taleyini xatırladır. Bu iste-
dadlı rus dilçisi də yaradıcılığının parlaq vax-
tında – 32 yaşında avtomobil qəzası nəticəsində
dünyaya vida etmişdi. A.Məmmədov da 47 ya-
şında yaradıcılığının çiçəklənən vaxtında avto-
mobil qəzasında həyatını itirdi. Əgər ömür və-
fa etsəydi, böyük alim Azərbaycan türkologi-
yasına yeni-yeni unikal elmi əsərlər bəxş
edəcəkdi.
A.Məmmədovun dilçilik araşdırmaları
əsasən fonetika, fonologiya, morfonologiya, eti-
mologiya istiqamətlərində olmuşdur. 1980-ci il-
lərin əvvəllərində (konkret desək, 1983 və
1984-cü illərdə) Nəsimi adına Dilçilik İnstitu-
tunda nəşr olunan «Azərbaycan filologiyası
məsələləri» toplusunda Azərbaycan dilçiliyin-
də ilk dəfə olaraq Azərbaycan dilinin leksik
materialları ilə Kiçik və Ön Asiyanın qədim
dilləri arasında paralelliklər mövzusunda mə-
qalələr dərc olunmuşdu. Bu topluda İ.Məliko-
vun, T.Hacıyevin, A.Məmmədovun Azərbay-
can dilinin ən qədim tarixi, xett-Azərbaycan,
şumer-Azərbaycan dillərindəki leksik paralel-
liklərlə, dil kontaktları ilə bağlı məqalələri çap
olunmuşdu. Həmin məqalələr o zamanlar elmi
ictimaiyyətdə çox böyük əks-səda doğurmuş-
du. «Azərbaycan filologiyası məsələləri» top-
lusunda A.Məmmədovun da 2 məqaləsi dərc
edilmişdi: 1) «Azərbaycan dilinin erkən tarixinə
dair materiallar. Şumer-türk leksik paralelləri»
[3]; 2) «Türk dillərində ilkin söz köklərinin
bərpasının nəzəri problemləri» [4]. Türkoloq
həmin məqalələrdə Azərbaycan dilinin şumer
dili ilə genetik əlaqəsi məsələlərindən bəhs
etmişdir. A.Məmmədovun çoxşaxəli dilçilik
fəaliyyətinin bir istiqaməti məhz türk-şumer
leksik paralellikləri idi. O zamanlar Azərbay-
can dilinin tarixini saxtalaşdıranlara qarşı kəskin
çıxış edən türkoloq şumer-türk leksik ortaqlığına
əsaslanaraq dilimizin tarixini XI–XIII əsrə aid
edənlərə əks arqumentlə cavab verirdi. Bu
məqalələrdə həm də A.Məmmədov istedadlı
tarixçi, etnoqraf kimi çıxış edirdi. Onun əsərlə-
rindəki geniş elmi informasiya, dərin elmi təh-
lil diqqəti cəlb edir.
A.Məmmədov 1979-cu ildə «Türk dillə-
rində partlayan samitlərdə mövqe və kombina-
tor dəyişmələr» mövzusunda namizədlik dis-
sertasiyası müdafiə etmişdi. Onun 1985-ci ildə
rus dilində nəşr olunan «Тюркские соглас-
ные: анлаут и комбинаторика» («Türk samit-
ləri: anlaut və kombinatorika») kitabı Azər-
baycan dilçiliyində türk dillərinin morfono-
logiyasına həsr olunmuş ilk fundamental araş-
dırmadır. Bu əsər Aydın Məmmədovun nami-
zədlik dissertasiyasının təkmilləşdirilmiş vari-
antı idi. Əsərdə müqayisəli – tarixi, tipoloji tu-
tuşdurma, statistik, eksperimental fonetika me-
todlarından geniş istifadə olunmuşdur.
Həmin monoqrafiyada həm Asiya və Av-
ropanın ölü dillərinin, həm də müasir dillərin
materiallarından istifadə edilmişdir. Monoqra-
fiyada rus, fransız, alman, türk, türkmən, ingi-
lis, polyak dillərində olan 427 qaynaqdan isti-
fadə olunmuşdur. Bu ədəbiyyatlardan yalnız 6-sı
Azərbaycan dilindədir. 341 ədəbiyyat rus, qalan
ədəbiyyatlar isə fransız, alman, türk, türkmən,
ingilis, polyak dillərindədir. Əlbəttə, bu səviyyə-
də namizədlik dissertasiyası Azərbaycan dilçili-
yində nadir hadisələrdən biridir. Bu monoqrafi-
ya, mübaliğəsiz deyə bilərik ki, doktorluq səviy-
yəsində olan bir araşdırmadır. Əsərdə fonetika,
fonologiya, morfonologiya məsələləri ilə yanaşı,
etimologiya, söz yaradıcılığı, dil universaliyaları,
BABA MƏHƏRRƏMLİ
8
dil tarixi, areal dilçilik, struktur dilçilik, dilç-
ilik coğrafiyası, dialektologiya, etnoqrafiya,
tarix, paleontologiya, tipoloji dilçilik faktla-
rından geniş istifadə olunmuşdur. Monoqra-
fiyada dil izoqlosları, dil paralellikləri məsələ-
lərinə də toxunulmuşdur. Bir sözlə, bu mono-
qrafiya universal mahiyyətli unikal bir əsərdir.
Azərbaycan dilçiliyində morfonologiyanın
inkişafı Aydın Məmmədov və F.Cəlilovun adı
ilə bağlıdır. Morfonologiya dilçiliyin nisbətən
çətin sahələrindən olan eksperimental fonetika
ilə sıx əlaqəli bir sahədir. A.Məmmədovun bu
fundamental monoqrafiyasında məhz türk dillə-
rinin eksperimental fonetikası öz əksini tapmış-
dır. Səs keçidlərinin, səs əvəzlənmələrinin mahiy-
yətini açan morfonologiyada söz köklərinin fo-
nosemantik parçalanması da izah olunur. Əsərdə
statistik metoddan geniş istifadə olunmuşdur.
Mübaliğəsiz qeyd edirik ki, A.Məmmədovun hə-
min əsəri bir sıra məziyyətlərinə görə, A.M.Şer-
bakın yazdığı «Türk dillərinin müqayisəli fone-
tikası» əsərindən daha səviyyəli, daha üstün əsər-
dir. Baxmayaraq ki, müəllif təvazökarlıq göstərə-
rək, monoqrafiyanın əvvəlində qeyd edir ki, onun
araşdırması A.M.Şerbakın tədqiqatından ona görə
fərqlənir ki, A.M.Şerbakın araşdırmasında türk
dillərinin bütün səs sistemi ehtiva olunmuşdur,
ancaq onun əsərində isə yalnız türk dillərində sa-
mitlərdə fonoloji və morfonoloji əvəzlənmələrin
bəzi konkret məsələləri araşdırılır [5. S.4].
Ümumiyyətlə, fenomenal bilik və bacarı-
ğa, istedada malik olan A.Məmmədovun dilçi-
lik araşdırmaları bir neçə aspektdən ibarətdir:
1. Türk dillərinin 5 minillik tarixi olan
şumer dili ilə leksik-semantik, fonoloji bağlılı-
ğı. Bu əlaqələrin elmi şərhi. Həmin əlaqələrin
bir çox dilçilərdən fərqli olaraq, dil kontaktla-
rının (təmaslarının) nəticəsi kimi deyil, genetik
birliyin əlaməti kimi təqdim olunması;
2. Türk fonologiyası və morfonologiya-
sının əsas problemlərinin orijinal elmi şərhi:
a) türk dillərinin samitlər sistemi. Anlaut
problemi, kar-cingiltili samit oppozisiyası və
kombinator hadisələrin özünəməxsus izahı;
b) etimologiyada morfonoloji hadisələr-
dən yararlanma;
c) türk dillərində müqayisəli-tarixi isti-
qamətdə kombinator hadisələrin izahı; Assi-
milyasiya, səs reduksiyasının, səs protetikliyi-
nin tarixi aspektdə şərh olunması;
d) türk dillərində farinqal saitlərin mən-
şəyinin izahı;
e) ilkin uzanma faktlarının tədqiqi;
ə) spontan və nizamlı səs keçidlərinin sə-
bəblərinin açıqlanması;
f) türk dillərində vurğunun spesifik ma-
hiyyətinin, funksiyasının müqayisəli-tarixi as-
pektdə izahı.
Aydın Məmmədov Azərbaycan dilçili-
yində və türkologiyada öz baxış bucağı olan,
öz üslubu, spesifik tərzi olan alim idi. A.Məm-
mədovun dilçilik araşdırmalarını dərk etmək
üçün türk dillərindəki fonoloji, morfonoloji
proseslərin mahiyyətini başa düşmək, dil uni-
versaliyalarının məğzini anlamaq lazımdır. O,
Azərbaycan dilçiliyində dil araşdırmalarına
məhdud arealda deyil, dünya dilləri müstəvi-
sində yanaşan ilk tədqiqatçıdır. Onun tədqiqa-
tında türk söz kökünün anlautu, kar-cingiltili
samit oppozisiyası, ilk vurğu, ilkin uzanma
məsələləri, kombinator hadisələrin mahiyyəti,
reduksiya, assimilyasiya problemləri çox ətraf-
lı təhlil olunmuşdur.
A.Məmmədovun təkrarolunmaz üslubu
var idi. O, türkologiyadakı müxtəlif problem-
lərə özünəməxsus tərzdə şərh verirdi. Məsələn,
o, A.M.Şerbakın və bəzi digər türkoloqların
türk sözünün kar anlautla başlanması haq-
qındakı ideyalarını tənqid edirdi (şumer dilinin
materialları əsasında). O sübut edirdi ki, yeni
şumer dilində həm kar, həm də cingiltili samit-
lərin olması həmin ideyanın əsassızlığını gös-
tərir. Ancaq qədim şumer dilində isə kar baş-
lanğıc olmuşdur. Yeni şumer dilində kar-cingil-
tili samit diferensiallaşması sonradan yaranmış-
dır. Həmin fakt da sübut edir ki, türk dillərinin
ilkin mərhələsində söz başında kar-cingiltili
samit oppozisiyası sonrakı hadisədir.
AYDIN MƏMMƏDOVUN YARADICILIĞINDA KÖK SÖZLƏRİ PROBLEMİ
9
Qədim türk dillərində ilkin vurğunun
musiqili və yaxud ekspirator vurğu olması
haqqında da fikirlər mövcuddur [5. S.90]. Tür-
kologiyada N.Hacıyeva və digərləri monosilla-
bizmə əsaslanaraq, ilkin söz kökündə ekspira-
tor vurğunun olması fikrini müdafiə edirdilər.
Musiqili vurğu məna fərqi yaratmağa xidmət
edən prosodik vasitədir. Ancaq həmin vurğu
çoxhecalı köklərin semantik diferensiallaşma-
sını təmin edir. Alimin araşdırmalarından bir
daha bəlli olur ki, dilin ilkin mərhələsində şə-
kilçilərin hələ yaranmadığı dönəmlərdə poli-
sintetik formalar, supraseqment elementlər,
yəni səs tonu, vurğu daha aktiv olmuş, amorf
söz kökləri üçün sinkretiklik-amorfluq çox
səciyyəvi olmuşdur.
Vaxtilə A.Məmmədov fonoloji araşdırma-
ların timsalında yazırdı ki, türkoloji tədqiqat-
larda türk dillərinin və onlarla kontaktda olan
dillərin materialları bəs etmədikdə tipologiya kö-
məyə gəlir [5. S.4]. A.Məmmədovun araşdırma-
ları göstərir ki, dilə universal yanaşmaq lazımdır,
tipoloji müqayisə və tipoloji analogiyadan, mü-
qayisəli-tarixi metoddan düzgün bəhrələnmək
lazımdır. O yazırdı ki, türk söz kökündə labial
anlautun inkişafı daxili və xarici faktorların təsiri
ilə bağlıdır ki, burada da əsas faktor daxilidir
[5. S.66]. Türkoloq qeyd edir ki, türk labial
anlautu Ramstedt–Pellio qanunu ilə çox zəif izah
olunur. Həmin qanuna görə, tarixən türk söz
köklərinin anlautunda bir çox samitlər reduksi-
yaya uğramışdır. O, bu məsələdə səs allofonları-
nın tarixi dəyişmələrinin öyrənilməsinin xüsusi
önəmini diqqətə çatdırır [5. S.60].
Bu əsərdə A.Məmmədov Azərbaycan dil-
çiliyində ilk dəfə olaraq nostratik dil material-
larına müraciət etmişdir. Vaxtilə A.Şerbak,
K.Musayev, B.Serebrennikov tərəfindən kəskin
tənqid olunan nostratik konsepsiyadan A.Məm-
mədov məharətlə istifadə etmiş və bununla da,
həmin konsepsiyanı qəbul etdiyini göstərmişdir.
A.Məmmədov məhz Azərbaycan dilçili-
yində dil faktlarının geniş spektrdə müqayisə
əsasında düzgün elmi nəticəyə gəlmək meto-
dikasının banisidir. Onun yaradıcılığında türk
dillərinin konsonant sistemi hətta türk dilləri
ilə qohumluğu olmayan dillərdəki analoji və
fərqli fonoloji, morfonoloji proseslər əsasında
şərh edilmişdir. Yəni alim sübut edirdi ki, dilçi
üçün dil sərhədi olmamalıdır. Müqayisə zən-
gin dil faktlarını əhatə etməlidir. A.Məmmə-
dov Azərbaycan dilinin qədim laylarının, ən
azı, üç-dörd min il bundan əvvəllərə aid olma-
sı fikrini irəli sürmüşdü. Əsərdə türk dillərində
samit dəyişmələrinin müqayisəli-tarixi və
tarixi-tipoloji problemləri şərh olunmuşdur.
İlkin söz köklərində heca tonlarının mənafərq-
ləndirici funksiya daşıması məsələləri dəqiq
izah olunmuşdur [5. S.111]. Alimin tədqiqatın-
da türk söz kökünün ilkin amorfluğu, sinkre-
tikliyi məsələləri də zəngin dil materialları,
faktları ilə çox ətraflı şərh olunmuşdur.
A.Məmmədov türk dillərində ilkin sözlə-
rin bərpasının nəzəri məsələlərindən danışar-
kən şumer-türk leksik paralelliklərindən bəhrə-
lənməyin xüsusi əhəmiyyət daşıdığını qeyd et-
mişdir [3. S.5–21]. Halbuki həm dünya dilçili-
yində, həm də türkologiyada şumer-türk bağlı-
lığına hələ də skeptik yanaşanlar var. Vaxtilə
A.Məmmədov söz köklərində morfonoloji də-
yişmələrdən bəhs edərkən, türk söz köklərini
qədim şumer, akkad, Elam dillərinin material-
ları əsasında izah edirdi [5. S.107]. A.Məmmə-
dov türk dillərinin ilkin dövründə polisintetik
formaların olmasını, İ.Dyakonova istinadən qə-
dim şumer dilində də musiqili vurğunun ton-
larla söz köklərinin monoton olmasını, sadəcə
bu vurğu ilə fərqləndiyini göstərirdi [5. S.105].
O, ikihecalı C + V + C + C və V + C + C tipli
söz köklərini daha qədim hesab edir, yəni dart,
ürk, arx sözlərinin arxaik formalarını ikihecalı
olmasını elmi cəhətdən əsaslandırır. Yəni bu
tipli köklərdə səs reduksiyası nəticəsi olaraq
onların sonradan formalaşdığını sübut edir.
A.Məmmədov sübut edirdi ki, əksər türk
dillərində anlautda samitlərin tədricən cingilti-
ləşməsi küylü samitlərin sonorlaşması və spi-
rantlaşması ilə sıx bağlıdır [5. S.61]. Yəni türk
BABA MƏHƏRRƏMLİ
10
dillərində bar – var ‘çatmaq’ tipli keçidlər,
yəni b – v keçidi orta əsrlərdən başlanmışdır.
A.Məmmədov çuvaş dilindəki variantı (epe)
və türk dillərindəki mən//min//men variantları-
nı b samitinin tarixən sonorlaşması və spirant-
laşması ilə izah edir [5. S.64]. A.Məmmədo-
vun araşdırmalarında türk söz kökünün anlau-
tu, yəni başlanğıcı problemi hərtərəfli tədqiq
edilmişdir.
Aydın Məmmədovun dilçilik fəaliyyəti
XX yüzillikdə Azərbaycan türkologiyasının
yüksək statusda olduğunu bir daha isbatlayır.
Vaxtilə türkçülük ideyalarının carçısı, Ziya
Göyalp Azərbaycan türkü Əli bəy Hüseynza-
dəni «yalavac» (peyğəmbər) adlandırmışdı.
1926-cı ildə respublikamızın paytaxtı Bakı şəhə-
rində I Türkoloji Qurultayın keçirilməsi məhz
Azərbaycanın türkologiyanın əsas mərkəzlərin-
dən biri olması faktını sübut edirdi. Sovetlər dö-
nəmində ümumittifaq statuslu «Sovetskaya
türkologiya» jurnalının Bakıda nəşr olunması
böyük hadisə idi. XX əsrin sonlarında da Ay-
dın Məmmədovun türkoloji araşdırmaları tür-
kologiya elminə Azərbaycan xalqının ən bö-
yük töhfələrindən biri sayılmalıdır. Çünki Ay-
dın Məmmədovun türkoloji çalışmaları Azər-
baycan türkologiyasının ən yüksək səviyyədə
dünya türkologiyasına təqdimatı idi.
Dostları ilə paylaş: |