Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə12/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   8   9   10   11   12   13   14   15   ...   160
Beynelxalq marketinq muhazire

Satıcı - Əmtəəlik məhsul istehsalı ilə məşğul olan təsərrüfat uğurlu fəaliyyəti davam etdirmək məqsədi ilə bir neçə problem həllini tapmalıdır:

-istehlakçılar (alıcılar, müştərilər) məhsuldan hansı xassələri gözləyirlər?

-Hansı qrup istehlakçıların tələbatının ödənilməsinə nail olmalıdır?

-qiymət hansı səviyyədə olmalıdır?

-istehlakçı qiymətdən razı qalacaqmı?

-Topdansatış və pərakəndə satış xidmətlərınin əvəllcədən seçilməsi və əsaslandınlması?

-Reklam, satışm həvəsləndirilməsi və təbliği sahəsində hansı tədbirlər həyata keşirilməlidir. Əmtəənin səmərəli və sərfəli satışı üzrə həvəsləndirmə tədbirləri (reklam, qablaşdırma və s.).

Kəskin rəqabət şəraitində müştəriləri cəlb edib ,onu qane edə biləcək əmtəə təklifı ilə bazara çıxış müaısir marketinq sistemini əsas prinsipidir.

Marketinqin prinsipləri – marketinq fəaliyyətində yerinə yetirilən funksiyaların əsaslandığı ümumi prinsiplər; marketinq nəzəriyyəsinin əsas ilkin müddəaları. Yaxın keçmişə kimi belə hesab edirdilər ki, sosialist müəssisəsində marketinq prinsiplərini bütövlükdə istifadə etmək qeyri – mümkündür. Amma bu, yalnış fikir idi. Belə ki, marketinqin prinsipləri heç bir ictimai quruluşa ideoloji cəhətdən zərər vermir, əksinə, onun reallaşdırılması hər bir ölkənin sosial – iqtisadi, siyasi və digər şəraitdən asılı olaraq ayrı – ayrı müəssisələrdə ( firmalarda, şirkətlərdə, təşkilatlarda və s.) istifadə edilə bilər. Qeyd etmək lazımdır ki, marketinq fəaliyyətindəyerinə yetirilən funksiyalar bir sıra ümumi prinsiplərə əsaslanır.

Marketinqin ümumi prinsipləri aşağıdakı kimi şərh etmək olar:



  • Təsərrüfatın yüksək rentabelli işlənməsinin təmin edilməsi;

  • Istehsal – satış fəaliyyətinin bazarın tələblərinə istiqamətləndirilməsi;

  • əmtəə istehsalının alıcıların təlabatından fuksional asılılığı;

  • fəaliyyətin istehsalın imkanlarına görə yox, bazarın tələbinə uyğun olaraq təşkil edilməsi;

  • bazarda yüksək rəqabət qabiliyyətinin təmin edilməsi;

  • bazarın vəziyyətinin və onun perespektiv inkişafının, eləcə də əmtəələrə və xidmətlərə alıcıların potensial tələbatlarının kompleks öyrənilməsi;

  • alıcıların təlabatını tam ödəmək üçün əmtəə istehsalının, eləcədə əmtəələrə və xidmətlərə alıcıların potensial tələbatlarının kompleks öyrənilməsi;

  • istehsalın və maliyyələşdirmənin əlaqələndirilməsi və planlaşdırılması;

  • məhsulların realizasiyasının ənənəvi qaydalarının təkmilləşdirilməsi və satışın daha yeni, mütərəqqi forma və kanallarının axtarılması;

  • idarəetmənin daha çevik və səmərəli təşkilinin quruluş sisteminin tətbiq edilməsi;

  • istehsal və satış proseslərinin maksimum qarşılıqlı təsirinin və sıx əlaqəsinin təmin edilməsi.

Beynəlxalq marketinq – firma tərəfindən milli dövlətin sərhədləri hüdudundan kənarda (xaricdə) həyata keçirilən məhsulların və xidmətlərin marketinqidir.

Beynəlxalq marketinqin əsasını milli marketinq təşkil edir. Bununla yanaşı, o, özünün bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu isə, onun bilavasitə xarici ticarət valyuta əməliyyatları, eləcə də xarici və beynəlxalq qanunvericiliciliklə əlaqədar olmasından irəli gəlir.

Beynəlxalq biznesin həvəsləndirilməsinə əsasən ayrı – ayrı əcnəbi dövlətlərin iqtisadiyyatının bölgüsü və ixtisaslaşması, eləcə də onların iqtisadi və coğrafi şəraitində olan fərqlər səbəb olur.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin