Mövzu 2. «Beynəlxalq marketinq» fəaliyyəti, prinsipləri və inkişaf konsepsiyaları.
2.1. Müasir dövrdə xarici ticarət və onun xüsusiyyətləri. Xarici ticarət siyasətinin əsas sistemləri.
2.2. Beynəlxalq ticarət əməliyyatlarının növləri.
2.3. «Beynəlxalq marketinq»in əsas prinsipləri.
2.4. Beynəlxalq marketinqin yaranma səbəbləri və onun inkişafı.
2.5. Marketinq konsepsiyası və biznesin beynəlmiləşməsi.
2.6. Marketinqin funksiyaları və formaları.
2.7. Xarici bazarlarda marketinq kompleksinin formalaşması xüsusiyyətləri.
2.8. Xarici bazarlara çıxış metodu.
1. Müasir dövrdə xarici ticarət və onun xüsusiyyətləri. Xarici ticarət siyasətinin əsas sistemləri.
Xarici ticarət milli təsərrüfatlar arasında əmtəə və xidmətlərlə mübadilədir. “Xarici ticarət” termini ancaq ayrıca götürülmüş ölkə üçün tətbiq edilə bilər.