5. «Beynəlxalq marketinq» fənnin təcrübədə yeri və rolu.
Beynəlxalq marketinq dünya iqtisadiyyatının qloballaşması şəraitində dünya birliyinin müasir vəziyyəti ilə əlaqədar olan obyektiv prosesdir. Beynəlxalq marketinqin meydana gəlməsi və inkişafının əsas səbəbləri:
- dünya birliyinə daxil olan ölkələrin əsasən siyasi və iqtisadi müstəqilliyi və beynəlxalq münasibətlərdə müstəqil siyasət yeritmələri;
- beynəlxalq və milli qanunvericiliklər, onların fərqli cəhətləri və uyğunlaşdırılması;
- əmtəə istehsalçıları arasında yüksək rəqabət mövcudluğu;
- bir çox inkişaf etmiş ölkələrdə əhalinin həyat səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq bütün növ əmtəələrə və onların keyfiyyətinə olan tələbatın yüksəlməsi;
-xidmətlərin beynəlxalq bazarının yüksək sürətdə inkişafı;
- beynəlxalq əmək bölgüsünün dərinləşməsi;
- beynəlxalq ticarətin liberallaşdırılması;
- ayrı-ayrı ölkələrdə əmtəə istehsalının artması;
- bazar infrastrukturasının inkişafı;
- beynəlxalq ixtisaslaşma və koorperasiya səviyyəsinin yüksəlməsi;
- milli valyuta sistemlərinin mövcudluğu;
- TMŞ-in inkişafı və onların dünya bazarında fəaliyyətlərinin genişləndirilməsi;
- beynəlxalq iqtisadi inflyasiyanın inkişafı.
Təsərrüfatın idarə edilməsinin müəyyən bir sistem kimi beynəlxalq marketinqin meydana gəlməsini dünyada baş verən istehsal problemlərinin, təsərrüfat daxili və təsərrüfatlararası iqtisadi və digər amillərin mürəkkəbləşməsi, əmtəə çeşidlərinin durmadan genişlənməsi, yeniləşməsi şəraitində onların satışı məsələlərinin çətinləşməsinin, elmi-texniki tərəqqinin yüksək inkişafının nəticəsi kimi qəbul etmək olar. Bunu həmdə istehsal imkanlarının genişlənməsinə bazarın tələbatının quruluş və xarakterindəki dəyişmələrə, bazar konyukturasının enib-qalxmasına, dünya bazarında rəqabətin genişlənməsinə hər bir istehsal vahidinin cavab reaksiyası kimi qiymətləndirmək olar.
Beynəlxalq marketinqin strategiya və üsullarına praktiki olaraq yiyələnmək, onu iqtisadiyyat və təsərrüfatın müxtəlif sahələrinə tətbiq etmək bütövlükdə ölkə iqtisadiyyatının, ayrılıqda isə müxtəlif sahə müəssisələrinin fəaliyyətinin səmərəliyini yüksəldir.
Müəssisə, təşkilat və kompaniyalar, hər şeydən əvvəl marketinqdən ona görə istifadə edirlər ki, marketinq imkan yaradır ki,onlar öz bazar problemlərini daha səmərəli üsullarla həll etsinlər. İstehsalçı öz imkanları və bazarın imkanlarından maksimum dərəcədə faydalana bilməklə yüksək mənfəət əldə etsin, öz fəaliyyətini bazarda baş verə biləcək inkişaf meyllərini nəzərə almaqla planlaşdırsın.
Məlum olduğu kimi marketinq-iqtisadi və ictimai fəaliyyətin ən zəruri və əsas növlərindən biridir.
Onun başlıca məqsədi – şəxsi və ictimaitələbatı ödəyə bilən miqdarda əmtəə satışı işini həyata keçirmək istehsalın yüksək səmərəliliyini və gəlirliliyini təmin etməkdir.
Məhz bu məqsədlərin həyata keçirilməsində marketoloqun xidməti əvəzsizdir.
Marketinqdən əksər firmalar xarici bazarda ona görə geniş istifadə edirlər ki, onun köməkliyi ilə özlərinin bazarda mövcud olan problemlərini daha məqsədə uyğun yolla həll edir, istehsalçı özünün və bazarın imkanlarından maksimum dərəcədə istifadə etməklə yüksək mənfəət əldə edir və öz fəaliyyətlərini bazarın dəyişən meyllərinə uyğun planlaşdırırlar.
Marketinq xidməti siastemində çalışan bütün rəhbər işçilər və aparıcı mütəxəssislər, o cümlədən marketoloqlar idarəetmə kadırlarına olan ümumi tələblərə tam cavab verməlidirlər. Marketoloqlara olat tələblərə aşağıdakıları aid etmək olar:
Dərin biliyi, geniş dünyagörüşü olmalı və ET tərəqqinin son nailiyyətini izləməli
Müxtəlif regionlarda, ölkələrdə insanların adət-ənənələrini bilmək və dil tapmaq
Həmişə yeniliklərə, ixtiralara fikir vermək
Diplomat olmalıdır, ziddiyyətləri təmkinlə dəf etmək
Yüksək mənəvi keyfiyyətlər-şən, gülərüz, dəqiqlik, mədəniyyət və s.
Marketoloqlar marketinq sahəsinin özünəməxsus səciyyəvi xüsusiyyətlərini bilməli və onunla bilavasitə bağlı olan tələblərdən xəbərdar olmalı, işin gedişi əsasında onlara ciddi əməl etməlidirlər. Bütün bunları nəzərə alaraq marketoloqların vəzifələrini müəyyən edək:
bazarın öyrənilməsi;
tələbatın strukturu və dinamikası;
istehlakçıların zövgü və arzuları haqqında dəqiqi informasıya toplamaq;
cari və perspektiv tələbata müvafiq olan əmtəələrin istehsalını təşkil etmək;
müxtəlif yarmarkaların, sərgilərin keçirilməsi;
reklam, güzəşt və qiymət siyasətinin müəyyənləşdirilməsi;
servis xidmətlərinin göstərilməsi.
Istənilən şirkət açılan bazar imkanlarını aşkar etməyi bacarmalıdır. Heç bir firma əbədi olaraq özünün indiki əmtəələrinə və bazarlarına arxalana bilməz. Qabaqlar patefon, at arabası istehsal edən sahibkarlar bugun müflisləşərlər, və yaxud yeni işlə məşğul olmalıdırlar.
Şirkətlər elə güman edə bilərlər ki, onların imkanları çox məhduddur, lakin bu əslində onların məşğul olduqları işin gələcəyini xəyalən görmək və öz güclü tərəflərini dərk etmək bacarıqsızlığıdır. Çünki hər şirkət qarşısında çoxlu bazar perspektivləri açılmışdır.
Yeni imkanların axtarışı zamanı şirkət rəhbərləri: qəzetləri oxuyur; ixtisaslaşdırılmış sərgilərə gedir; rəqiblərin əmtəəsini öyrənir və digər yollarla informasiya toplayır.
Dostları ilə paylaş: |