Xarici ticarət siyasətianlayışı altında dövlətin müxtəlif vasitələrdən istifadə etməklə digər ölkələrlə ticarət münasibətlərinə məqsədyönlü təsiri başa düşülür. Xarici ticarət siyasəti dövlətin ümumi iqtisadi siyasətinin vacib tərkib hissəsidir. Təsərrüfat inkişafının daxili aspektləri ilə sıx əlaqədə olduğundan xarici ticarət siyasətinin əsas vəzifəsi ölkənin daxili istehsalının genişləndirilməsi və milli sərvətin artırılması üçün əlverişli xarici iqtisadi şəraitin formalaşdırılmasıdır.
Xarici ticarət siyasəti geniş aspektdə ölkə hökumətinin istehsal amillərinin hərəkəti və istiqamətinə, ticarətin həcmi, strukturu və coğrafi yönümünə və s. müdaxilə məqsədi güdən tədbirlər kompleksi kimi şərh edilir.
iqtisadi rifah;
iqtisadi təhlükəsizlik;
tədiyyə balansının sağlamlaşdırılması;
ümumi iqtisadi inkişaf.
Xarici ticarət siyasətinin mahiyyəti onun qarşısına qoyulan məqsədlər çoxluğu ilə tam adekvat şəkildə şərh edilə bilər:
Ölkənin beynəlxalq ticarətə müdaxilə etməsinin həcmindən asılı olaraq azad ticarət siyasəti və proteksionist ticarət siyasəti fərqləndirilir.
Xarici ticarət isə milli təsərrüfatlar arasında əmtəə və xidmətlərlə mübadilədir. “Xarici ticarət” termini ancaq ayrıca götürülmüş ölkə üçün tətbiq edilə bilər. Xarici ticarət dövriyyəsi bu və ya digər ölkənin ixracının və idxalının dəyərlərinin cəmidir.
Xarici ticarətin dəyər həcmi müəyyən dövr üçün cari valyuta məzənnələrindən istifadə etməklə cari qiymətlərdə hesablanır.
Xarici ticarətin fiziki həcmi daimi qiymətlərdə hesablanır və zəruri müqayisələri aparmağa və xarici ticarətin real dinamikasını müəyyən etməyə imkan verir.
Ölkənin bu və ya digər xarici ticarət siyasətlərini seçməkdə müəyyən məqsədləri olur ki, onları da ümumi şəkildə aşağıdakı kimi formalaşdırmaq olar:
Xarici rəqabətdən müdafiə. Ölkələr xarici istehsalçılarla rəqabət qabiliyyətində olmayan yerli sənayeləri müdafiə üçün idxalı məhdudlaşdıra bilərlər.
İqtisadi artımın təmin edilməsi. Ölkələr xarici ticarət siyasətindən iqtisadi artımın bir vasitəsi kimi istifadə etməyə çalışırlar.
Bazar çatışmazlıqlarının aradan qaldırılması. Xarici ticarət daxili bazarın strukturunun təkmilləşdirilməsi üçün geniş şəkildə istifadə edilir.
Daxili iqtisadi sabitliyin təmin edilməsi. Xarici ticarət siyasəti işsizlik və inflyasiya kimi mənfi meyllərin aradan qaldırılması üçün istifadə olunur.
Dövlət büdcəsinin gəlirlə təmin edilməsi. Bəzən idxala və ixraca tətbiq edilən çoxsaylı vergilər dövlət büdcəsinin gəlirlər hissəsində əhəmiyyətli paya malik olur.
Xarici bazarda inhisar mövqeyinin təmin edilməsi. Bəzən xarici ticarət siyasətinin məqsədi dünya bazarlarında inhisar mövqe əldə etmək olur.
Sosial və siyasi səbəblər. Xarici ticarət siyasətindən ətraf mühitin qorunması, ölkə əhalisinin sağlamlığının və ümumilikdə genefondun müdafiəsi vasitəsi kimi istifadə edilə bilər.
Xarici siyasət məqsədləri. Xarici ticarət siyasəti ümumilikdə xarici siyasətin tərkib hissəsi olmaqla birbaşa olaraq onun da məqsədlərinə xidmət edə bilər.
Dünya ölkələrinin həyata keçirdikləri xarici ticarət siyasətinin müasir inkişaf mərhələsində bir-birinə zidd olan, eyni zamanda bir-biri ilə qarşılıqlı əlaqədə olan iki meyl – proteksionizm və liberallaşdrıma meylləri mövcuddur. Bir tərəfdən beynəlxalq ticarətin liberallaşdırılmasına, ticarət maneələrinin aradan qaldırılmasına çalışılsa da (beynəlxalq əmək bölgüsünün dərinləşməsinin və istehsal qüvvələrinin beynəlmiləlləşməsinin şərtləndirdiyi liberallaşma), digər tərəfdən “əcnəbi” kapital və əmtəələrin “doğma” ölkəyə daxil olması bütün mümkün vasitələrlə əngəllənir (dövlətin milli maraqlarının təmin edilməsi vəzifəsindən irəli gələn proteksionizm).
Dostları ilə paylaş: |