A
ZƏRBAYCAN
V
ƏKİLİ
IV nömrə
Hüququ tətbiq edəndən onu tətbiq edənlərə yeni inzibati hüquqla bağlı
gündəlik təcrübədə yardım” GİZ‐in sabiq layihə rəhbəri Tomas Meltser
Azərbaycan cinayət prosesində De Lege Lata mənasında preyudisiya
institutunun ədalətli məhkəmə araşdırması hüququna uyğunluğu məsələsi
h.e.d., professor Firuzə Abbasova, h.e.f.d. Zaur Əzimov
Beynəlxalq hüquq normalarının implementasiyasına dair milli qanunvericiliyin
inkişaf tarixinin bəzi məsələləri” vəkil Oktay Məhərrəmov
İnzibati hüquq yeni hüquq növü kimi” vəkil Aqil Layıcov
Alman və Azərbaycan vərəsəlik hüququnun praktiki müqayisəsi
hüquqşünas Elvin Cəbrayılov
Azərbaycan məktəbliləri məhkəmə ilə tanış olublar” ‐ yerli mətbuat
səhifələrindən
Din Şpilmanın həyat prinsipləri” ‐ beynəlxalq mətbuat səhifələrindən
Ən qədim vəsiyyətnamə harada tapılıb? ‐ beynəlxalq mətbuat səhifələrindən
“Fyodor Plevakonu nə dərəcədə tanıyırıq?” ‐ tanınmış hüquqşünaslar silsiləsindən
“Sualını vəkil cavablandırsın!” ‐ hüquqi məlumatlandırma rubrikası
“Azərbaycan vəkili” jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
mətbu nəşrlərin reyestrində 3708 nömrəsi ilə qeydiyyata alınmışdır.
“Azərbaycan vəkili” jurnalının buraxılmasında məqsəd Azərbaycanda insan
hüquqlarının müdafiəsinə dəstək verilməsi, vəkil peşəsinin hüquqşünaslar arasında
təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud
olan aktual problemlərin tədqiqi ilə Vəkillik hüququ elminin inkişafına töhfə
verilməsindən ibarətdir.
Nəşr “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB‐nin təşkilati dəstəyi ilə işıq üzü
görmüş və Vəkillər Kollegiyasının üzvləri, həmçinin digər hüquqşünaslar arasında
pulsuz paylanılmaq üçün nəzərdə tutulmuşdur.
Redaksiya heyəti:
Baş redaktor: Anar Bağırov – “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB‐nin
sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Hakimlərin
Seçki Komitəsinin üzvü, hüquq üzrə fəlsəfə doktoru
Məsləhətçi: Fariz Məmmədov ‐ Vəkillər Kollegiyasının üzvü, Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin beynəlxalq əlaqələr üzrə müşaviri
Buraxılışa məsul şəxs: Fərhad Nəcəfov – “Azərbaycan Hüquq İslahatları
Mərkəzi” İB‐nin sədr müavini, hüquqşünas
Korrektor: İsrafil Əlili – “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB‐nin
ictimaiyyətlə əlaqələr üzrə koordinatoru, hüquqşünas
Redaksiyanın ünvanı:
Bakı şəhəri, Füzuli küçəsi 49,
SKS Plaza, 7‐ci mərtəbə
Tel/Faks: +994 12 492 28 83
email: info@lawreform.az
veb‐səhifə: http://www.lawreform.az/
© “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB, 2014
A
ZƏRBAYCAN
V
ƏKİLİ”
JURNALI
Jurnal pulsuz paylanılır.
Kağız formatı 21x29,7 A4, Tәbaşirli 115 qr/m
2
,
Sifariş № _____, Tiraj: 1000
“TimePrint” mәtbәәsindә ofset üsulu ilә çap olunmuşdur.
Bakı, Ş.Mәmmәdova 208,
Tel: +994 12 563 18 02, 562 96 64
Bakı şəhəri, Füzuli küçəsi 49,
SKS Plaza, 7‐ci mərtəbə
Tel/Faks: +994 12 492 28 83
email: info@lawreform.az
veb‐səhifə: http://www.lawreform.az/
MÜNDƏRİCAT
Müsahibələr və mövqelər
2 “Hüququ tətbiq edəndən onu tətbiq edənlərə yeni
inzibati hüquqla bağlı gündəlik təcrübədə yardım”
GİZ‐in sabiq layihə rəhbəri Tomas Meltser
5 “Azərbaycan cinayət prosesində De Lege Lata
mənasında preyudisiya institutunun ədalətli
məhkəmə araşdırması hüququna uyğunluğu
məsələsi” h.e.d., professor Firuzə Abbasova,
h.e.f.d. Zaur Əzimov
14 “Beynəlxalq hüquq normalarının
implementasiyasına dair milli qanunvericiliyin
inkişaf tarixinin bəzi məsələləri”
vəkil Oktay Məhərrəmov
27 “İnzibati hüquq yeni hüquq növü kimi”
vəkil Aqil Layıcov
32 “Alman və Azərbaycan vərəsəlik
hüququnun praktiki müqayisəsi”
hüquqşünas Elvin Cəbrayılov
Məhkəmə aktları
37 Mülki Məcəllənin 220.6 və 221‐ci maddələrinin
şərh edilməsinə dair”
KM‐nin 04/04/2014‐cü il tarixli Qərarı
43 Mülki Məcəllənin 1194‐cü maddəsinin
şərh edilməsinə dair”
KM‐nin 22/04/2014‐cü il tarixli Qərarı
47 İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
“İsrafilovava və Ağalarov Azərbaycana qarşı
10/10/2013‐cü il tarixli Qərarı
Yerli mətbuat səhifələrindən
51 Azərbaycanlı vəkillər Rusiyada təltif olunmuşlar
51 Azərbaycan məktəbliləri məhkəmə ilə tanış olub
52 Sığorta münasibətləri nəticəsində yaranan
məhkəmə mübahisələri
54 Uşaqların xarici ölkəyə aparılması proseduru
qanunla necə tənzimlənir?
55 Vətəndaşlara pulsuz virtual hüquqi yardım
göstərilir
Beynəlxalq mətbuat səhifələrindən
56 Din Şpilmanın həyat prinsipləri
57 Ən qədim vəsiyyətnamə harada tapılıb?
58 Ən məzəli məhkəmə qərarları
Tanınmış hüquqşünaslar silsiləsindən
59 Fyodor Plevakonu nə dərəcədə tanıyırıq?
62 Sualınıza vəkil cavab versin!” rubrikası
Asudə
66
Sadəcə vəkillərin anlaya biləcəyi 12 fakt
67
Vəkil Turqay Hüseynov öz asudə vaxtını
necə dəyərləndirir?
2
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Müsahibələr və mövqelər
Tomas Meltser
GİZ‐in sabiq layihə rəhbəri
HÜQUQU TƏTBİQ EDƏNDƏN ONU TƏTBİQ
EDƏNLƏRƏ YENİ İNZİBATİ HÜQUQLA BAĞLI
GÜNDƏLİK TƏCRÜBƏDƏ YARDIM
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Azərbaycanda məhkəmə və hüquq islahatlarının
dəstəklənməsi” layihəsi “Azərbaycanda inzibati məhkəmə icraatı” adlı kitab dərc etmişdir.
2010‐cu ilin dekabr ayına qədər hakim qismində fəaliyyət göstərdiyim iş otağımda yazı stolu və
kitab rəfi arasındakı məsafə təxminən beş metr olardı. Günlərin birində belə bir qərara gəldim ki,
bəzi hüquq kitablarını istifadə etdikdən sonra rəfdəki yerlərinə qaytarmayım. Bunun onsuz da
mənası yox idi, çünki həmin kitablara hər gün ehtiyac duyurdum. Beləliklə, o vaxtdan qeyd etdiyim
kitablar yazı stolumun üzərində öz daimi məkanlarına qovuşdular. Kitabların üstünə nəzər
yetirdikdə, onların içərsində tez‐tez həll yolları və cavabların axtarıldığını sezmək mümkün idi.
Çox güman ki, azərbaycanlı hakimlərin, vəkillərin, dövlət qulluqçularının və tələbələrin masalarının
üzərində də tezliklə yeni bir kitab peyda olacaq. “Azərbaycanda inzibati məhkəmə icraatı” adlanan
bu kitab sələfim xanım Anya Köniqsmann tərəfindən yazılmış və bu yaxınlarda çapdan çıxmışdır.
O, Azərbaycan hüquqşünaslarına pulsuz paylanılmaq üçün nəzərdə tutulub.
Xanım Anya Köniqsmann özü də hakimdir. 2009‐2010‐cu illərdə o, GIZ‐in “Azərbaycanda məhkəmə
və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin rəhbəri vəzifəsində çalışmışdır. Həmin dövrdə
yeni “İnzibati icraat haqqında” qanun və İnzibati Prosessual Məcəllə üzərindəki işlər uğurla sona
çatmış və beləliklə, hər iki qanun 1 yanvar 2011‐ci il tarixdə qüvvəyə minmişdir.
Qeyd olunan qanunların işlənib hazırlanması prosesini GIZ yaxından dəstəkləmişdir. Almaniyanın
Baden‐Vürttemberq Torpağının Ali İnzibati Məhkəməsinin sədri cənab Folker Ellenberqer həmin
qanunların işlənib hazırlanması üzrə yaradılmış işçi qrupunun ən mühüm məsləhətçisi qismində
çıxış etmişdir. Məlum olduğu kimi, işçi qrupu Azərbaycanın yeni inzibati hüquq normalarının
yaradılması zamanı alman inzibati hüquq modelinin əsas götürülməsinə qərar vermişdir. Bu isə,
Almaniyada inzibati hüquq və inzibati məhkəmələr sahəsindəki mövcud təcrübənin uzun tarixi
köklərə malik olması ilə bağlı olmuşdur. Belə ki, 2013‐cü ilin oktyabrında Karlsruhe şəhərində
Almaniyanın ilk inzibati məhkəməsinin yaradılmasının 150 illik yubileyi təntənəli şəkildə qeyd
edilmişdir.
Uzun müddət Almaniyanın inzibati məhkəmələrində hakim işləmiş cənab Dr. Peter Yakob da
Karlsruhedə yaşayır. Onu Azərbaycanda yaxşı tanıyırlar. Belə ki, təqaüdə çıxdıqdan sonra cənab
Yakob GİZ‐in azərbaycanlı hakimlər və vəkillər üçün təşkil etdiyi çoxsaylı seminarlarda ekspert
qismində çıxış etmişdir. Həmin seminarlarda iştirak etmiş şəxslərin verdiyi ən mühüm suallar və
qaldırdıqları ən mühüm problemlər əsasında www.inzibati.az internet səhifəsi yaradılmışdır.
Ümumilikdə, təxminən 300‐dən çox sual‐cavabı əks etdirən bu səhifəni hazırda Azərbaycan İnzibati
Prosessual Məcəlləsinin online kommentariyası da adlandırmaq mümkündür. Bu səhifədən istənilən
şəxs pulsuz və heç bir giriş məhdudiyyəti olmadan istifadə edə bilər.
3
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
“Azərbaycanda inzibati məhkəmə icraatı” kitabının hazırlanmasında da cənab Yakob xanım Anya
Köniqsmannı öz məsləhətləri ilə dəstəkləmişdir. Cənab Yakob həmçinin Azərbaycanda İnzibati
Prosessual Məcəllənin tətbiqinə dair ilkin təcrübələrin formalaşmasına da töhfə vermişdir. Nəhayət,
kitabın ərsəyə gəlməsində çoxlarının Azərbaycanın müasir inzibati hüququnun “atası” kimi tanıdığı,
Azərbaycan Respublikası Milli Məclis Aparatının inzibati və
hərbi qanunvericilik şöbəsinin müdir müavini cənab Səyyad
Kərimov da qanunvericinin baxışlarına dair qeydləri ilə müəllifə
köməklik göstərmişdir.
Kitabın azərbaycan dilinə tərcüməsi zamanı biz bir daha alman
hüquq dilinin azərbaycan hüquq dilinə düzgün və anlaşılan
şəkildə çevrilməsinin neçə çətin olduğunun şahidi olduq.
Məsələn, İPM‐də nəzərdə tutulmuş “müəyyən hərəkətləri
etməkdən çəkinməyə dair iddia” alman dilində bir sözlə
(Unterlassungsklage) ifadə olunduğu halda, azərbaycan dilində
bu iddia növünün ifadə edilməsi üçün altı söz tələb olunur.
Kitabın azərbaycan dilinə tərcümə edilmiş versiyasının alman
dəqiqliyi” ilə yekun redaksiyası azərbaycanlı həmkarım cənab
Dr. Müşfiq Məmmədov və Azərbaycan Respublikası Ali
Məhkəməsinin inzibati‐iqtisadi kollegiyasının hakimi cənab
İlqar Hüseynov tərəfindən həyata keçirilmişdir.
Kitabın birinci fəslində xanım Anya Köniqsmann İnzibati
Prosessual Məcəllənin tətbiq dairəsini və prosessual prinsipləri
təsvir edir. Bu hissədə o, məhkəmə təcrübəsində də daim problemlər yaradan publik və mülki hüquq
arasında fərqləndirmə məsələsinə toxunur. İkinci fəsil inzibati məhkəmələrdə icraatın gedişatının
(iddia ərizəsinin daxil olmasından şifahi məhkəmə baxışının keçirilməsinə qədər) ətraflı surətdə
izahına həsr olunmuşdur. İddiaların mümkünlüyü ilə bağlı meyarlar kitabın dördüncü fəslində
əksini tapmışdır. Ondan əvvəlki fəsildə isə, məhkəmənin fəaliyyət formalarından (qərar, qərardad
və sərəncam) bəhs olunur. Beşinci fəsil kitabın ən iri həcmli fəsilidir. 100‐dən çox səhifəni əhatə
edən bu hissədə inzibati məhkəmə icraatı çərçivəsində istifadə oluna bilən müxtəlif iddia növləri
(mübahisələndirmə haqqında iddia, məcburetmə haqqında iddia, öhdəliyin icrası haqqında iddia,
hərəkətsizliyə dair iddia, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və onların
yoxlanılması üçün hakim tərəfindən atılmalı olan müvafiq fərqli addımlar təsvir olunur. Kitabın
növbəti
fəsillərində
söhbət
normativ
xarakterli
aktların
qanunauyğunluğunun
mübahisələndirilməsinə dair iddialar üzrə icraat, məhkəmə qaydasında tətbiq edilən müvəqqəti
xarakterli müdafiə tədbirləri, inzibati məhkəmə qərarının məzmunu və quruluşu, onun qanuni
qüvvəsi və icrası, habelə apellyasiya və kassasiya instansiyası məhkəmələrində icraatların
xüsusiyyətlərindən gedir.
Kitab hüququ praktiki olaraq tətbiq edən bir şəxs tərəfindən elə praktiklər üçün yazılıb. O gündəlik
məhkəmə təcrübəsində heç bir rol oynamayan nəzəri məsələlərə deyil, “əsl” kazuslara və ya ifadə
tərzi ilə bağlı təkliflərə dair izahlara daha geniş yer ayırır. Kitab sözün əsl mənasında hüquq tətbiq
edənlər üçün “əl kitabçası”na çevrilmək iddiasına malikdir. Məhz buna görə də biz onun zahiri
tərtibatını hazırlayarkən uzun illər Azərbaycanın hüquq tətbiqetmə təcrübəsində özünü “əl
kitabçası” qismində doğrultmuş bir kitabın dizaynını əsas götürdük. Söhbət müəllifi Thomas
Herrmann (o da uzun illər GIZ‐in “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi”
layihəsinin rəhbəri olub) olan, ötən il ikinci dəfə çap edilən və Azərbaycanın əksər
hüquqşünaslarının masalarının üzərində rast gəlinən “Mülki prosesdə tətbiq ediləcək hüququn
tapılması” kitabından gedir.
Şübhəsiz ki, hər iki kitab hakim mövqeyindən yazılıb və ilkin olaraq peşə həmkarlarına ünvanlanıb.
Lakin bu, kitabın vəkillər, dövlət qulluqçuları və ya tələbələr üçün dəyərsiz olması kimi başa
Anya Köniqsmann
düşülməməlidir. Əksinə, kitab əslində “imkanlar bərabərliyi”ni bərpa edir. Belə ki, bütün hüquq
tətbiq edənlərin eyni kitaba malik olması ilə inzibati‐hüquqi dövriyyədə iştirak edənlərin hamısı
inzibati məhkəmə icraatında hakimin hansı əsaslardan çıxış edəcəyini müəyyən edə biləcəklər. Bu
isə, həlledici məsələdir. İnzibati mübahisələrdə son sözü deyən müstəqil hakimdir. Ona görə də
əminik ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarında bütün hüquq sahələri arasında ən
mühüm rol inzibati hüquqa məxsusdur. Vətəndaş və dövlət arasındakı mübahisələri həll edən
müstəqil hakim olmadan heç bir hüquqi dövlət fəaliyyət göstərə bilməz.
“Azərbaycanda inzibati məhkəmə icraatı” kitabı GIZ‐in “Azərbaycanda məhkəmə və hüquq
islahatlarının dəstəklənməsi” layihəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
binasında yerləşən ofisindən pulsuz əldə oluna bilər. Maraqlananlardan bununla əlaqədar
əvvəlcədən cənab Şakir Səfərbəyovla shakir.safarbekov@giz.de e‐mail ünvanı vasitəsilə əlaqə
saxlamaları xahiş olunur.
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
4
5
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Firuzə Abbasova
Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri,
hüquq elmləri doktoru, professor
Zaur Əzimov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət
quruculuğu və hüquq kafedrasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru
AZƏRBAYCAN CİNAYƏT PROSESİNDƏ DE LEGE LATA MƏNASINDA PREYUDİSİYA
İNSTİTUTUNUN ƏDALƏTLİ MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQUNA
UYĞUNLUĞU MƏSƏLƏSİ
Cinayət prosesi nəzəriyyəsində uzun illər ərzində preyudisiya institutunun müxtəlif aspektləri
barədə elmi mübahisələr davam edir. Az tədqiq olunan mövzulardan olmasına baxmayaraq
preyudisiyanın mahiyyəti barədə cinayət prosesi doktrinasında bir‐birindən kəskin şəkildə
fərqlənən mövqelər formalaşmışdır. Ayrı‐ayrı dövlətlərin cinayət‐prosessual qanunvericiliyində
də, bu institutun fərqli hüquqi tənzimetmə mexanizmi müəyyən edilmişdir. Məqalədə preyudisiya
institutunun mahiyyəti və hüquqi tənzimlənməsi mexanizmi ədalətli məhkəmə araşdırması
hüququnun tələbləri baxımından qiymətləndirilərək yaranan nəzəri problemlərin həlli yolları
təklif olunmuşdur.
I. Cinayət prosesi nəzəriyyəsində və Azərbaycan cinayət‐prosessual qanunvericiliyində de
lege lata baxımından preyudisiya institutu
I.1. Cinayət prosesi nəzəriyyəsində preyudisiya anlayışı
Hər bir ölkənin hüquq sistemində hüquq qaydalarının tətbiqi zamanı məhkəmələr tərəfindən qəbul
edilmiş qərarların bir‐birinə zidd olmaması vacib əhəmiyyətli məsələlərdən biridir. Məhkəmə
qərarlarının bir‐birinə zidd olmaması hüquq qaydalarının hər kəsə eyni məzmunda tətbiq
olunmasının əsas təminatı kimi çıxış edir. Hüquqda belə bir təminat mexanizmi hüquq
normalarında müxtəlif vasitələrlə realizə olunur. Anqlo‐sakson və roman german hüquq
sistemlərində bu məsələ bir‐birindən fərqlənən institutlarla tənzimlənir. Anqlo‐sakson hüquq
sistemində hüququn mənbələri sırasında məhkəmə presedenti xüsusi rola malik olduğu üçün
məhkəmə hüquq münasibətlərinə məhz hansı hüquq normasının tətbiqi məsələsini həll edərkən
yarana biləcək ziddiyyətlər və qaydanın hamıya eyni məzmunda tətbiqi problemi aradan
qaldırılmış olur. Fikrimizcə, məhz bu səbəbdən anqlo‐sakson hüquq sistemində preyudisiya
institutuna ehtiyac qalmır. Lakin roman‐german hüquq sistemində, bir qayda olaraq, məhkəmə
presedenti hüququn mənbəyi kimi çıxış etmədiyinə görə, qəbul edilən məhkəmə qərarlarının
bir‐birinə zidd olmasını aradan qaldırmaq üçün, başqa institutlar formalaşmışdır. Qitə hüquq
sistemində məhkəmə qərarlarının bir‐birinə zidd olmasını aradan qaldıran institut kimi
preyudisiyanın rolu əvəzedilməzdir.
Preyudisiyanın cinayət prosesində anlayışı bir çox müəlliflər tərəfindən tədqiq olunmuşdur.
Məlumat üçün bildirək ki, sovet dövründə preyudisiya institutunun cinayət mühakimə icraatında
qanunvericilik səviyyəsində hüquqi tənzimlənməsi diqqətdən kənarda qalsa da [1], bu
münasibətlərin həlli qaydası barədə cinayət prosesi doktrinasında formalaşmış fikir mövcud idi.
Bu zaman M.S.Stroqoviçin irəli sürdüyü o fikir hakim mövqeyə malik idi ki, məhkəmə qərarı rəsmi
sənəd kimi sübut növünün bütün xüsusiyyətlərini özündə birləşdirdiyinə görə o, sübutun ayrıca
növü olan sənəddir və sübutlara dair bütün qaydalar ona da şamil olunur.(8, s.214) Başqa sözlə,
müəllif məhkəmə qərarının qanuni qüvvəyə minməsi ilə onun sanki qanuna bərabər olduğu
6
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
ideyasını qəbul etmir və hakimin daxili inamına əsaslanmaqla qəbul edəcəyi qərarda tam mənada
müstəqilliyə malik olmasını müdafiə edirdi.
Preyudisiya institutu ilə bağlı olan münasibətləri tam məzmunu ilə tənzimləməsə də, bu fikirlər
müəyyən mənada məsələni həll etməyə yetərli idi. Müstəqilliyin əldə olunmasından sonra aparılan
hüquqi islahatlar çərçivəsində Azərbaycan Respublikası Cinayət‐Prosessual Məcəlləsinə (bundan
sonra AR CPM) gətirilən yeniliklərdən biri də preyudisiya institutudur. Bu məsələnin
tənzimlənməsində tamamilə fərqli konsepsiya irəli sürülür və preyudisiyanın bu konsepsiyası onun
mahiyyətində yeni əlamətlərin yaranması ilə xarakterizə olunur ki, aşağıda onun məzmunun
müvafiq aspektlərini təhlil edəcəyik.
Qeyd etmək lazımdır ki, cinayət prosesi nəzəriyyəsində az tədqiq olunan mövzulardan olmasına
baxmayaraq hər bir müəllif preyudisiyaya özünəməxsus anlayış vermişdir. Elmi ədəbiyyatda verilən
anlayışların ətraflı təhlilindən yan keçməklə onun ən mühüm xüsusiyyətlərini müəyyənləşdirmək
üçün preyudisiyanın mahiyyətinə və həyata keçirdiyi funksiyalara qısaca olaraq nəzərdən keçirmək
zəruridir.
Preyudisiya qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının zəruri əlamətlərindən biri olan
preyudisiallıq əsasında əmələ gəlir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının bu xüsusiyyətinin
mahiyyəti ondan ibarətdir ki, müvafiq məhkəmə qərarında müəyyənləşdirilmiş hallar sonradan
yenidən mühakimə icraatına düşdükdə onları təkrarən araşdırmaq zərurəti olmur və həmin hallar
qanuni qüvvəyə minmiş məhkəmə qərarında müəyyənləşdirildiyi kimi qəbul olunur. Yəni müvafiq
hallar artıq müəyyənləşdirildiyi üçün onun təkrarən araşdırılmasına heç bir zərurət qalmır,
sonradan bu halların yenidən araşdırılması prosessual qənaət baxımından məqsədəmüvafiq hesab
oluna bilməz.
Bununla yanaşı, yaddan çıxarmaq olmaz ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı cəmiyyətin
ədalət mühakiməsinin inamının əsasıdır. Bu aktın məzmununda əks olunmuş məlumatların
mötəbərliyini digər mühakimə icraatı orqanın nəzərə almaması, ona etibar etməməsi dövlətin
adından çıxarılan və qanuni qüvvə almış məhkəmə qərarına verilən əhəmiyyəti kiçiltmiş olur. Nəticə
etibarilə qeyd etdiklərimiz ədalət mühakimə orqanı aktının nüfuzunun cəmiyyətdə aşağı düşməsinə
səbəb olacaqdır ki, bu da, müasir dövrdə hüquqi dövlətin əsas tələblərinə zidd hesab olunur.
Göründüyü kimi, məhkəmə qərarının preyudisiallığının mahiyyətində, eyni zamanda, həm
prosessual qənaət, həm də məhkəmə qərarlarının nüfuzunun qorunması və ya stabilliyinin təmin
edilməsi heç bir məntiqi ziddiyyət yaratmır, əksinə bu müddəalar arasında düz mütənasiblik vardır.
Lakin preyudisiyanın mahiyyətinin qavranılmasında digər faktorlar dolaşıqlığa və məsələnin
birmənalı şəkildə həll edilməsinə mane olur. Belə ki, cinayət prosesindən məlum olduğu kimi, hər
bir hakim qərarını qanuna və daxili inamına əsaslanmaqla qəbul edir, iş üzrə mövcud və ya zəruri
olan sübut bazasına əsaslanır və heç bir sübutun onun üçün qabaqcadan müəyyən edilmiş hüquqi
qüvvəsi yoxdur. Başqa sözlə, hakim müvafiq qərarının qəbulu zamanı müstəqildir və bu müstəqilliyə
müdaxilə yolverilməzdir. Bununla da, hakim iş üzrə əvvəllər qəbul edilmiş və qüvvəyə minmiş
məhkəmə qərarında müəyyənləşdirilmiş halların həqiqətə (burada faktlara uyğunluğu nəzərdə
tutulur.) uyğun olmadığı qənaətinə gələrsə, belə olan halda o, öz daxili inamına əsaslanmaqla
müstəqil qərar qəbul etməlidirsə, yuxarıda məhkəmə qərarının stabilliyi və prosessual qənaətin iş
üzrə həqiqətin müəyyənləşdirilməsi məqsədinə uyğunlaşması zərurəti yaranmış olur.
Preyudisiallığın mahiyyətinin həqiqətin müəyyənləşdirilməsi məqsədinə uyğunluğunun çətinliyi
və mürəkkəbliyinə baxmayaraq, bu məsələnin hüquq sistemlərinə uğurlu həlli yolları məlumdur.
Bəzi ölkələrdə (Məsələn Rusiya Federasiyası CPM‐ində 2009‐cu ilədək məsələ belə tənzimlənirdi),
preyudisiya institutu hakimin şübhələnmək hüququ saxlanılmaqla, ümumi qayda kimi, prosessual
qənaətə və məhkəmə qərarının stabilliyinə istinad olunmaqla tətbiq edilir. Bir sıra ölkələrdə
(Məsələn, Avstriyada) isə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı müstəqil sübut növündən heç
nə ilə fərqləndirilmir.Preyudisiallığın mahiyyətini qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının
ümumməcburilik xüsusiyyəti vasitəsilə sübutetmə predmeti baxımından bir‐biri ilə əlaqəsi olan
işlərin araşdırılması zamanı ilk qərarın hüquqi qüvvəsi kimi başa düşmək olar.
7
Dostları ilə paylaş: |