A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa
şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu
konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə,
mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka
sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz.
Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla
bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər
mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı
hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi
gözlənilməklə həyata keçirilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu “Sosial sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun 21‐ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 29 oktyabr
2010‐cu il tarixli Qərarında hüquqların təminatının mütənasibliyi ilə əlaqədar qeyd etmişdir ki,
Əsas Qanun hüquq və azadlıqlarla yanaşı onlardan irəli gələn vəzifələri də müəyyən edir və
hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər
hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və
ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli
tarazlığa nail olunmaqla həyata keçirilməlidir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1‐ci
maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə
hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır...
Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları
kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün
olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı
müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1‐ci maddəsinə xas olan “ədalətli balans”
prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən
maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas
hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət
istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında
ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun
2004‐cü il tarixli Qərarı, §147‐148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart
2006‐cı il tarixli Qərarı, § 93).
Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin
220.3‐220.4‐cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı
mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada
tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü
müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi
öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb
etmək hüququna malikdir.
Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək
istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni
zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul
kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını
tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan
satılmasını tələb etmək hüququna malik deyil.
Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan
satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib
surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət
hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
42
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
Mülki Məcəllənin 220.6 və 221‐ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı
olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri
arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən
qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə
bilməz.
Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış
pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki
Məcəllənin 220.3‐220.4‐cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq
edilməsindən sonra mümkündür.
Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65‐67 və 69‐cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221‐ci maddələrinin mənasına görə bütün
paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi
mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi
haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz
məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və
satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3‐220.4‐cü maddələrində nəzərdə tutulmuş
qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev
43
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194‐cü maddəsinin şərh edilməsinə dair
22 aprel 2014‐cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir
Muradov (məruzəçi‐hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Teymur Ocaqverdovun,
maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad
Qafarinin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin baş
məsləhətçisi Vasif Əmiraslanovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, Mülki hüquq kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının,
mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsinə müvafiq olaraq
Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı üzrə açıq
məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194‐cü maddəsinin şərh
edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin
çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki
Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1194‐cü maddəsinin şərh olunmasını xahiş etmişdir.
Müraciətdə göstərilmişdir ki, Zinaida Yakovlevna Paraskeviç 7 oktyabr 2011‐ci il tarixdə Sumqayıt
şəhər 1 saylı Notariat Kontorunda ona məxsus Sumqayıt şəhəri, 2‐ci mkr. 20 B/35 saylı binada
yerləşən 20 saylı mənzilini Esmira Şəmil qızı Abbasovaya vəsiyyət etmişdir. Z.Paraskeviç 27 fevral
2012‐ci il tarixdə vəfat etmiş və E.Abbasova 27 fevral 2012‐ci il tarixdə həmin mənzilə qeydiyyata
düşmüşdür.
Z.Paraskeviçin ölümündən sonra E.Abbasova mənzilə vərəsəlik şəhadətnaməsinin verilməsi
barədə Notariat Kontoruna müraciət etdikdə, ona mirasın qəbul edilməsi müddətinin ötürüldüyü
və həmin miras əmlakın ½ hissəsinə miras qoyanın nəvəsi Vladimir Paraskeviçə vərəsəlik
şəhadətnaməsi verildiyi bildirilmişdir.
E.Abbasova V.Paraskeviçə və Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı vərəsəlik
şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair
iddia ərizəsi ilə, V.Paraskeviç isə Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna və E.Abbasovaya qarşı
vərəsəlik hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə
məhkəməyə müraciət etmişlər. Sumqayıt şəhər məhkəməsinin 29 may 2013‐cü il tarixli qətnaməsi
ilə E.Abbasovanın iddiası təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. V.Paraskeviç
birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mirasdan məcburi pay alma
hüququnun olması barədə yeni qətnamə qəbul edilməsinə dair apellyasiya şikayəti ilə Sumqayıt
Apellyasiya Məhkəməsinə müraciət etmişdir.
44
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərkən Mülki Məcəllənin 1193‐cü
maddəsinə əsaslanmışdır. Həmin maddədə miras əmlaka məcburi pay hüququ olan vərəsələrin
dairəsi konkret müəyyən olunmuşdur. Bununla yanaşı, Mülki Məcəllənin 1194‐cü maddəsinə əsasən
məcburi pay tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik
üzrə keçir.
Müraciət edənin qənaətinə görə, bu normanın “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası
mübahisə doğurmaqla hüquqtətbiqetmə təcrübəsində müəyyən çətinliklər yaradır.
Müraciətlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququnun mahiyyətinin,
tərkibinin və əsaslarının açıqlanmasını zəruri hesab edir.
Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra – Konstitusiya) insan və vətəndaş
hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat
səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu bəyan etmişdir (12‐ci maddənin I
hissəsi).
Buna əsasən dövlətin üzərinə həmin hüquq və azadlıqları müdafiə etmək, onları beynəlxalq
hüququn hamılıqla tanınmış prinsip və normalarına uyğun olaraq həyata keçirmək öhdəliyi
qoyulmuşdur.
Konstitusiyanın 29‐cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat
vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə
bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın
29‐cu maddəsinin III hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət
etmək azadlığının əsasını təşkil edir.
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi
tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar
qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq
institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter
daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir
(“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193‐cü maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 13‐cü maddəsinin I və II hissələrinə, 29‐cu maddəsinin I, II və III hissələrinə
uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011‐ci il tarixli; “Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 1203.1‐ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011‐ci il tarixli Qərarlar).
Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun
və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması
əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik
institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər
(onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi
vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
Mülki Məcəllənin 1133.1‐ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla
həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə
keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə
tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2‐ci maddəsi). Vərəsəlik hüququnun
yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi
kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr
əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi
hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların
növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr
arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir
və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini
istisna edir.
45
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Vərəsəlik institutu fərdilik və ailə‐təminat prinsipləri üzərində qurulmuşdur.
Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın
iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən
sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını
ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur.
Vərəsəlik hüququnda ailə‐təminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə
üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə
əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras
qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır.
Mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi,
dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks ətdirən əqdlərə
əsaslanır.
Mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsipi mülki qanunvericiliyin digər prinsipi olan
müqavilə azadlığı prinsipi ilə birbaşa əlaqəlidir.
Hüquqi təbiətinə görə vəsiyyət birtərəfli əqd olmaqla şəxsin (vəsiyyət edənin) iradəsini ifadə edir.
Belə ki, vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir
və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə
vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu
əsaslandırmağa borclu deyildir. Eyni zamanda, vəsiyyət edən mirasdan məcburi pay almaq
hüququndan məhrum etməni öz sağlığında məhkəmə qaydasında həyata keçirə bilər.
Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib
etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə
bilməsi, məcburi pay almaq hüququndan məhrum etməsi onun öz mülkiyyəti üzərində sərəncam
vermək hüququnu təmin edən amillərdən biridir.
Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra
ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri
vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır.
Beləliklə, vəsiyyətnamə ‐ yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli
əqddir.
Bununla yanaşı, qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik hüququna xas olan vəsiyyət etmə
azadlığının məhdudlaşdırılması da nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 1193‐cü
maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideyinlərinin və arvadının (ərinin)
vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə
vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Belə məhdudlaşdırmanın müəyyən edilməsi vəsiyyət edənin ailə üzvlərinin qanuni maraqlarının
müdafiəsinə xidmət edir.
Mirasda məcburi pay – sosial‐iqtisadi və əxlaqi əhəmiyyətə malik olmaqla vərəsəlik hüququnun
mühüm hissəsini təşkil edir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına
(məcburi pay üzrə vərəsələrə) münasibətdə sosial təminat rolunu oynayır.
Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə
əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ
təmin edilmişdir.
Mülki Məcəllənin 1194‐cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı
an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan
şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 1159.1‐ci maddəsində
müəyyən edilmiş qanun üzrə vərəsələrin (birinci növbə vərəsələrin) qanuni maraqlarının
müdafiəsinə yönələn məcburi pay hüququ ilə bağlı tələb və məcburi payı tələb etmək hüququnun
vərəsəlik üzrə keçməsi mahiyyətcə fərqli hüquqi nəticələrin yaranmasına səbəb olur.
Mülki Məcəllənin 1151‐ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü
46
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu
daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki
Məcəllənin 1153‐cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras
qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən
maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki
mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133‐cü
maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının
əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna
malik olan şəxslərin, vəsiyyətnamə üzrə isə məcburi paya malik olan şəxslərin dairəsi; mirasın
açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı
(mirasın qəbul edilməsi, imtina olunması və s.). Beləliklə, Mülki Məcəllənin 1193‐cü maddəsində
göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan
etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın
öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən
vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə
vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın
açıldıgı andan yaranır. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən
məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da
miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay
almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın
ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr
həmin məcburi payı ödəməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 1194‐cü maddəsinə müvafiq
olaraq məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış
edirlər. Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 1193‐cü maddəsində müəyyən
edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin
məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya
vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə,
onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil,
yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir.
Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna
görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı,
Mülki Məcəllənin 1194‐cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin
Məcəllənin 1159.1‐ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri,
həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna
malik ola bilərlər. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə
gəlir ki, Mülki Məcəllənin 1194‐cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası
məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb
etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında
keçməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65‐67 və 69‐cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Dostları ilə paylaş: |