A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Miqrasiya Məcəlləsinin məsələ ilə bağlı mövqeyi də maraq doğurur. Məcəllənin Azərbaycan
Respublikasının miqrasiya qanunvericiliyi adlanan 1‐ci maddəsi Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələri miqrasiya qanunvericiliyinin tərkibinə daxil etsə də onun
milli hüquqa münasibətdə mövqeyini aşkar şəkildə təsbit etməmişdir. Bununla belə dolayısı ilə
qanun beynəlxalq hüququnun primatlığını qəbul edir. Belə ki, Məcəllənin 2‐ci maddəsinə əsasən
Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi Azərbaycan Respublikası miqrasiya
qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi
prinsipinə əsaslanır [44].
Bəzi hallarda isə qanunverici beynəlxalq hüququn milli hüquqla əlaqəsini mücərrəd formada ifadə
etmişdir.İnzibati Xətalar Məcəlləsinin 1.2‐ci maddəsi müəyyən edir ki, Bu Məcəllə Azərbaycan
Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və
prinsiplərinə əsaslanır [45]. Eyni məzmunlu müddəaya biz Cinayət Məcəlləsinin 1.2‐ci maddəsində
rast gələ bilərik.
Seçki Məcəlləsində isə bu məsələyə ümumiyyətlə münasibət bildirilməmişdir [46]. Eyni hal İnzibati
Prosessual Məcəllədə də təkrarlanır.
Diqqəti cəlb edən digər fundamental qanunvericilk aktı Mülki Məcəllədir.Məcəllənin 2.1‐ci maddəsi
formal olaraq beynəlxalq müqaviləni mülki dövriyyə münasibətlərini tənzimləyən normativ bazaya
daxil etməsə də Məcəllənin 3.2‐ci maddəsi beynəlxalq müqavilələrin üstünlüyünü təsbit etmişdir.
Məcəllənin 3.1‐ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən
onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar
istisna edilməklə) birbaşa tətbiq edilir [47]. Bu müddəanın hüquqtətbiqetmə təcrübəsi üçün mühüm
əhəmiyyətə malik olması heç kim üçün sirr deyildir.
Beynəlxalq hüquq ilə milli hüququnun qarşılıqlı nisbəti məsələsi barədə danışarkən Konstitusiyanın
əhəmiyyəti barədə yuxarıda qeyd etmişdik. Qeyd edilməlidir ki, son dövrlərdə qəbul edilən aktlar
sırasında Normativ hüquqi aktlar haqqında 21 dekabr 2010‐cu il tarixli Konstitusiya Qanununun
[48] adını çəkməmək mümkün deyil. Konstitusiyanın qəbulundan sonra bu konstitusion aktın
qəbulu araşdırılan məsələ üzrə ən mühüm sənəd hesab edilə bilər. Bu akt Konstitusion prinsipləri
bir daha təstiq etməklə beynəlxalq hüquq ilə milli hüququn nisbəti məsələlərinə dair mühüm
müddəaları təsbit etmişdir.
Konstitusiya Qanununun 8.0.3‐cü maddəsi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və
normalarının üstünlüyünu normayaratma fəaliyyətinin prinsipi olmasını təsbit etmişdir ki, bu
qanunvericilik fəaliyyəti üçün bir növ mayak rolunu daşımağa səbəb olacaq.
Normativ hüquqi aktlar haqqında əvvəlki qanunlardan fərqli olaraq yeni Konstitusiya Qanununun
əhəmiyyəti həm də onunla bağlıdır ki, yeni qanun beynəlxalq hüquq ilə milli hüququnun qarşılıqlı
nisbəti məsələsinə dair ayrıca fəsilə malikdir. “Azərbaycan Respublikasının normativ hüquqi
aktlarında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarının həyata keçirilməsi” adlanan
V fəsil bundan sonrakı qanunvericilik fəaliyyəti üçün prinsip əhəmiyyətinə malikdir.
Konstitusiya Qanununun Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının
üstünlüyü adlanan 22‐ci maddəsi birmənalı olaraq təsbit etmişdir ki, Azərbaycan Respublikası
beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və
Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir.
Konstitusiyamızda, Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununda müəyyən edilmiş
qaydalar və qanunvericilik təcrübəmizin inkişafı beynəlxalq hüquq ilə milli hüququnun nisbəti
barədə müddəaların qanunvericilikdə birmənalı və vahid qaydada təsbit edilməsi üçün münbit
şərait yaratmışdır.
Bir sıra qanunvericilik aktlarından əlavə bu dövrdə mühüm əhəmiyyətə malik məhkəmə aktları da
qəbul edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası məhkəmələrinin müstəqilliyi barədə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 oktyabr 1992‐ci il tarixli 1 №‐li
24
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
qərarının adını qeyd etmək lazımdır. Bu qərarda bir sıra mütərəqqi müddəalar təsbit edilmişdir.
Qərara əsasən müstəqil məhkəmə hakimiyyətinin təminatı kimi, məhkəmələrin fəaliyyətlərini
nizamlayan respublika qanunvericiliyi ilə yanaşı, 13 dekabr 1985‐ci il tarixdə BMT Baş məclisinin
qəbul etdiyi «Məhkəmə orqanlarının müstəqilliyinin Əsas prinsipləri» haqqında 30/146 ¹li
qətnaməsi də çıxış edir. Qərarın 1‐ci bəndində məhkəmələrə tapşırılmışdır ki, BMT‐in Baş məclisi
tərəfindən qəbul edilən «Məhkəmələrin müstəqilliyinin Əsas prinsipləri» haqqında 13 dekabr
1985ci il tarixli, 30/146 №‐li qətnaməsini rəhbər tutub, bu prinsiplərə dönmədən əməl etsinlər
[49].
Keçmiş SSRİ Ali Məhkəməsi Plenumlarının qərarları haqqında 3 may 1993‐cü il tarixli 4 №‐li qərara
əsasən keçid dövrü ərzində məhkəmələr insan hüquqları haqqında beynəlxalq hüquqi aktlara,
Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına, habelə Azərbaycan Respublikası Ali
Məhkəməsi Plenumunun qərarlarına zidd deyilsə, SSRİ Ali Məhkəməsi Plenumunun qərarlarında
verilən göstərişləri rəhbər tutmalıdırlar [50].
Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi
haqqında 24 noyabr 2005‐ci il 4 №‐li qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsinin
Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə
Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006‐cı il 5 №‐li Qərarının adını
xüsusilə vurğulamaq gərəkdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də elə ilk qərarlarında beynəlxalq‐hüquqi
sənədlərə istinad etmiş, onlarda müvafiq milli hüquq normalarının həmin beynəlxalq hüquq
normalarına uyğunluğu məsələsini əks etdirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya
məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32‐ci maddəsinin Azərbaycan
Respublikası Konstitusiyasının 29‐cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında özünün 12
yanvar 1999cu il tarixli qərarında İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin mülkiyyət
hüququndan bəhs edən 17‐ci maddəsinə istinad etmişdir [51]. Cinayət mühakimə icraatında zərər
çəkmiş şəxsin iştirakı haqqında 4 iyun 1999‐cu il qərarda bu dəfə həmin Bəyannamənin 8‐ci bəndinə
istinad edilmişdir [52]. Beynəlxalq aktlara istinad və onların əhəmiyyətinin önə çıxarılması təcrübəsi
bu məhkəmənin cari fəaliyyəti üçün də səciyyəvidir.
Beləliklə beynəlxalq hüquq normalarının implementasiyasının ümumi məsələlərinə dair milli
qanunvericiliyin inkişafı tarixinin tədqiqi zamanı bir sıra qanunauyğunluqlar aşakara çıxır.
Ümumilikdə qeyd etmək olar ki, beynəlxalq hüququn milli hüquqla nisbəti məsələsi milli
qanunvericilikdə hələ SSRİ dövründən təsbit edilsədə, bu məsələ müstəqillik dövründə daha geniş
vüsət almışdır. Qanunvericilik aktlarının preambulalarında və ya maddələrinin məzmununda
beynəlxalq hüquqa ümumilikdə və ya ayrı‐ayrı beynəlxalq sənədlərə qeyri‐müəyyən səciyyə daşıyan
istinadlara, beynəlxalq hüququ müvafiq münasibətləri tənzimləyən qanunlarla bir sıraya daxil edən
normativ hüquqi aktlara, beynəlxalq hüquq normalarının tənzimləyici funksiyalarının qanunlara
daxil edilməsindən əlavə milli hüquq sisteminin normaları ilə beynəlxalq hüquq sisteminin
normalarının arasında ziddiyyətlər olduqda beynəlxalq hüququn üstünlüyü barədə normaların
qanunvericiliyə daxil edilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Bununla belə müəyyən zaman
kəsiyində fərqli qanunvericilik təcrübəsinə də rast gəlmək olur. Belə ki, bəzi aktlarda beynəlxalq
müqavilələrə ümumiyyətlə yer ayrılmamış, bəzi qanunlar isə beynəlxalq hüquq normalarının
tənzimləyici funksiyalarının qanunlara formal olaraq daxil etməsədə, onun tənzimləyici
funksiyalarını dolayısı ilə qəbul etmişdir. Ümumilikdə hesab edirik ki, milli qanunvericilikdə
beynəlxalq hüququn mövqeyi müəyyən edilərkən, müvafiq münasibətləri tənzimləyən
qanunvericilik adlanan maddədə qanunvericilik aktları sadalanmaqla yanaşı beynəlxalq müqavilə
də sadalanmalı, həmin maddənin ikinci hissəsində beynəlxalq müqavilə qaydalarının üstün mövqeyə
malik olması təsbit edilməlidir.
25
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
İstinadlar:
1. Azərbaycan SSR Mülki Məcəlləs// Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1964‐cü il, ¹ 26,
maddə 121.
2. Azərbaycan SSR Mülki‐Prosessual Məcəlləs// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1964‐cü il, № 26, maddə 122.
3. Azərbaycan SSR Mənzil Məcəlləsi// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1982‐ci il,
№ 13, maddə 121.
4. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan
Respublikası Ali Sovetinin Bəyannaməsi// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, ¹
1516 (844845) 31 avqust 1991ci il ¹ 262.
5. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı// Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 30 oktyabr 1991‐ci il, № 19‐20 (848‐849), maddə 335.
6. Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında Qanun// Azərbaycan Respublikası
Ali Sovetinin məlumatı, 1990‐cı il, № 12, maddə 139.
7. Arbitraj məhkəməsi haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992‐ci
il, № 8, maddə 213.
8. Azərbaycan Respublikasının Təsərrüfat Prosessual Məcəlləsi// «Həyat», 9 aprel 1992‐ci il, № 70.
9. Məhkəmələr və hakimlər haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
30 noyabr 1997ci il, № 5, maddə 413.
10. Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya Qanunu//
Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 31 may 1991‐ci il, № 9‐10, maddə 150.
11. Hərbi qulluqçuların statusu haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
29 fevral 1992ci il, № 4, maddə 79.
12. Həmkarlar ittifaqları haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1994‐cü il, № 17, maddə 235.
13. Azərbaycan Respublikasının Hava Məcəlləsi// Azərbaycan Respublikasının Ali Sovetinin
Məlumatı, 1994‐cü il, ¹ 12.
14. Azərbaycan Respublikasında mülkiyyət haqqında Qanun// Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1991‐ci il, № 23, maddə 411.
15. Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Qanun// Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1992‐ci il, № 1, maddə 1.
16. Əməyin mühafizəsi haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992‐ci
il, № 22, maddə 945.
17. Sahibkarlıq fəaliyyəti haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1992ci il, № 23, maddə 1013.
18. Rəsmi statistika haqqında Qanun// Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı, 1994‐cü
il, № 11, maddə 115.
19. İnvestisiya fəaliyyəti haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1995ci il, № 17‐18, maddə 275.
20. Dövlət gənclər siyasəti haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1991ci il, № 24, maddə 446.
21. Baytarlıq təbabəti haqqında Qanun// Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı,
1994‐cü il, № 21, maddə 312.
22. Təbiəti mühafizə və təbiətdən istifadə haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin
Məlumatı, 1992‐ci il, № 6, maddə 154.
23. Sanitariya‐epidemioloji salamatlıq haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin
Məlumatı, 1992‐ci il, № 22, maddə 947.
24. Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında Qanun// Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1992‐ci il, № 12, maddə 451.
25. Sığorta haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993‐cü il, № 1,
maddə 2.
26. Normativ‐hüquqi aktlar haqqında Qanun// Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı,
30 may 1995ci il, № 10, maddə 191.
26
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
27. Azərbaycan Respublikası Konstitusiyası// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
31 iyul 1997ci il, ¹ 1.
28. Kooperasiya haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 31 iyul
1997ci il, № 1, maddə 7.
29. Mülki Müdafiə haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 30 aprel
1998ci il, № 4, maddə 222.
30. Terrorçuluğa qarşı mübarizə haqqında Qanun// Azərbaycan Respublikası Qanunvericilik
Toplusu, 31 avqust 1999cu il, № 8, maddə 475.
31. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Qanun// Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 31 iyul 1997‐ci il, № 1, maddə 19.
32. Rabitə haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997‐ci il, ¹ 6,
maddə 463.
33. Toxumçuluq haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 30 noyabr
1997‐ci il, № 5, maddə 354.
34. Qaz təchizatı haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 30
sentyabr 1998ci il, № 9, maddə 563.
35. Beynəlxalq xüsusi hüquq haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 30 noyabr 2000‐ci il, № 10, maddə 708.
36. Normativ hüquqi aktlar haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
31 yanvar 2000ci il, № 1, maddə 9.
37. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi// Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997‐ci il, № 6, maddə 447.
38. Azərbaycan Respublikasının Meşə Məcəlləsi// Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998ci il, № 3, maddə 139.
39. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi// Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999‐cu il, № 8, maddə 478.
40. Azərbaycan Respublikasının Su Məcəlləsi// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
31 mart 1998ci il, № 3, maddə 135.
41. Azərbaycan Respublikasının Vergi Məcəlləsi// Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 31 avqust 2000ci il, № 8, 1 kitab, maddə 583.
42. Azərbaycan Respublikasının Əmək Məcəlləsi// Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998ci il, № 8, maddə 484.
43. Azərbaycan Respublikasının Ailə Məcəlləsi// Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000ci il, N 3I kitab, Maddə 126.
44. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi// «Respublika» qəzeti, 10 iyul 2013‐cü il, ¹
147
45. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi// Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2000ci il № 8, kitab 1, maddə 584.
46. Azərbaycan Respublikasının Seçki Məcəlləsi// Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2003‐cü il 30 iyun tarixli, 6‐cı nömrəsinə əlavə.
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsi// Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 30 aprel 2000ci il, № 4, maddə 250.
48. Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu// «Azərbaycan» qəzeti, 17 fevral 2011‐ci
il, ¹ 37
49. Azərbaycan Respublikası məhkəmələrinin müstəqilliyi barədə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Plenumunun 16 oktyabr 1992‐ci il tarixli 1 №‐li qərarı// Azərbaycan Respublikası
Ali Məhkəməsi Plenumunun Qərarları Məcmuəsi. 1998‐ci il, № 6.
50. Keçmiş SSRİ Ali Məhkəməsi Plenumlarının qərarları haqqında 3 may 1993‐cü il tarixli 4 ¹li
qərar// Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarları Məcmuəsi, (1961‐1997),
1998ci il, ¹ 7.
51. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32‐ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 29‐cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında Qərar// Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı, № 1/99, səh. 32.
52. Cinayət mühakimə icraatında zərər çəkmiş şəxsin iştirakı haqqında Qərar// «Azərbaycan» qəzeti,
9 iyun 1999cu il, ¹ 129.
27
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Aqil Layıcov
Vəkillər Kollegiyasının üzvü
İNZİBATİ HÜQUQ
YENİ HÜQUQ NÖVÜ KİMİ
Son zamanlar ölkəmizdə gedən hüquq və məhkəmə islahatlarından ən mütərəqqisi demək olar ki,
inzibati hüquq mühakimə sisteminin yaradılmasıdır. Əlbəttə ki, müqayisəli şəkildə
qanunvericiliyimizə və inzibati ədliyyə sistemimizə nəzər salmamışdan öndə inzibati hüququn və
ədliyyənin yaranma tarixinə və zərurətinə nəzər salmaqda fayda vardır.
Ümumiyyətlə dünya huquq doktrinasına inzibati hüququ və inzibati mühakimə sistemini Fransa
gətirmişdir. İnzibati hüquq (fransızcadroit adminstaratif ) geniş və dar mənada olmaq üzrə iki fərqli
yerə bölünür.
Geniş anlamda inzibati hüquq (droit adminstratif au sens large)inzibati orqanların təşkili və
funksionallığına tətbiq olunan bütün hüquq qaydalarının topluluğunu təşkil edir. Bu qaydalar
adminstrativ hüquqla bərabər digər hüquq növlərini də ehtiva edir. Yəni inzibati münasibətlərə
istənilən hüquq növü tətbiq olunur. Geniş mənada inzibati hüquq sistemi ancaq Anqlo‐Sakson
hüquq sisteminə aid ölkələrdə mövcuddur. Bu mənada olan inzibati hüquq sistemi əslində
Qitə‐Avropa hüquq sistemində olan inzibati hüquq sistemindən fərqlidir və tam olaraq inzibati
hüquq sistemi sayılmır.
Dar mənada inzibati hüquq sistemi (droit adminstratif au sens srtict) isə inzibati orqanın quruluş
və funksional işləyişinə tətbiq olunan inzibati hüquq sisteminin komleksini nəzərdə tutur. Geniş
mənada inzibati hüquqdan fərqli olaraq dar mənada hüquq sistemində münasibətlərə tətbiq olunan
hüquq sistemi spesifikləşmiş və konkretləşmişdir. Bu isə tam mənada inzibati hüquq sistemini
əmələ gətirir. Dar mənada inzibati hüquq sisteminə ancaq inzibati qanunvericilik tətbiq olunur və
xüsusi münasibətlərə hüquq sistemləri özəl hüquq sistemi tətbiq oluna bilməz. Dar mənada inzibati
hüquq sistemi ancaq Qitə‐Avropa hüquq sisteminin tətbiq edildiyi ölkələr baxımından mövcuddur.
Həmçinin Azərbaycan hüquq sistemi baxımından da Qitə‐Avropa hüquq sistemində tətbiq olunan
inzibati hüquq sistemi tətbiq olunur. Bizim inzibati qanunvericilik baxımından da inzibati aktların
qəbul edilməsi, icra olunması və ya ləgv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata
keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını “İnzibati icraat
haqqında” AR qanun müəyyən edir. Digər qanunvericilik sahələri isə inzibati hüquqa əlavə olaraq
tətbiq oluna bilər. Bu zaman isə tətbiq olunacaq Azərbaycan Respublikasının xüsusi qanunları bu
Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi
qaydaları ehtiva etməlidir (İnzibati İcraat haqqında qanun 3.3‐cü maddəsi). Oxşar mövqe inziabti
mühakimə icraatının prosessual qaydalarını tənzilməyən “İnzibati Prosessual Məcəllədə” də
nəzərdə tutulmuşdir. Həmin Məcəllənin 1.2‐ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda
müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı
hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra ‐ inzibati
məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq
oluna bilər. Hər iki qanunvericiliyin tələblərindən aydın olur ki, digər hüquq sahələrinin inzibati
icraat zamanı, həmçinin inzibati mühakimə zamanı tətbiqində məhdudiyyət vardır. Tətbiq oluna
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
28
bilmək şansı isə iki şərtə bağlı edilmişdir. Birinci şərt inzibati münasibətlərə tətbiq olunacaq
inzibati qanunvericilik yoxdur, ikinci şərt isə‐ tətbiq olunacaq digər hüquq sahələri inzibati hüquq
sisteminin ümumi prinsiplərinə zidd olmamalı, tamamlayıcı mahiyyətdə olmalı, inzibati icraatın
mahiyyətini aradan qaldırmamalıdır. Göründüyü kimi xüsusiyyətlərinə görə Azərbaycan
qanunvericilik sistemi Qitə‐Avropa hüquq sistemində mövcud olan dar mənada inziabti hüquq
sistemini mənimsəmişdir. Bu isə tam olaraq inzibati hüquq sisteminin mövcudluğundan xəbər verir.
Eyni zamanda həmçini qeyd olunmalıdır ki, inzibati hüquq sistemi fərqli olduğu kimi Anqlo‐sakson
və Qitə‐Avropa hüquq sistemi baxımından həmçinin inzibati mühakimə sistemi də fərqlidir.
Anqlo‐Sakson hüquq sistemində inzibati mühakimə sistemi müstəqil olaraq mövcud deyil. Bu
sistem “Ortaq hüquq sitemi (common law)”və ya “Ümumi Ədliyyə Sistemi” adlanır. Bu sistemdə
ümumi hüququn kənarında ayrıca bir inzibati ədliyyə sistemi yoxdur. Bütün mühakimələr ümumi
normalara əsasən təşkil olunan məhkəmələr tərəfindən aparılır. Şühbəsiz ki, İngiltərədə və ABŞ
kimi Anqlo‐Sakson hüquq ssitemini mənimsəyən ölkələrdə də inzibati orqanların və yaxud inzibati
orqan mahiyyətindəki şəxslərin inzibati fəaliyyətləri vardır. Əlbətdə ki, inzibati fəaliyyətə tətbiq
olunan hüquq mövcuddur. Lakin yuxarıda qeyd etdiyimiz kimi bu hüquq sitemi spesifik hüquq
sistemi olmayıb, ümumi hüquq sistemidir (common law). Bu sistemin mövcud olduğu ölkələrdə
inzibati idarəetmə zamanı və yaxud xüsusi münasibətlər zamanı tətbiq olunan hüquq sistemində
heç bir fərq yoxdur. Bu ölkələrdə “inzibati hüquq” (adminstrative law) dərsinin olması, belə adlı
kitabların yazılması belə işin mahiyyətinə təsr etmir. Çünki inzibati hüquq sisteminə spesifiklik
verilməmiş, tətbiqat sahəsində isə özəl şəxslərlə heç bir fərq qoyulmamışdır. Qısa olaraq qeyd edilə
bilər ki, xüsusi münasibətlərə tətbiq oluna bilməyən və xüsusi hüquqda rast gəlinməyən ayrıca bir
qaydalar mövcud deyildir inzibati hüquq sahəsində. Bu isə öz növbəsində geniş mənada inzibati
hüquq sistemini əmələ gətirir.
Həmçinin bu ölkələr baxımından inzibati mübahisələrə baxmaqda məsul olan xüsusi inzibati
məhkəmələr mövcud deyil. Bu ölkələr baxımından “mühakimələrin birliyi” halı spesifikdir. Bu
ölkələrdə inzibati məhkəmələr adlı (adminstrative tribunals) ayrıca məhkəmələrin olması belə işin
mahiyyətinə qəti təsir göstərmir. Çünki bu məhkəmələrdə tətbiq olunacaq ayrıca spesifik inzibati
hüquq və məhkəmənin qərarını təftiş edən üst inzibati məhkəmə mövcud deyildir. Bu məhkəmələrin
ümumi məhkəmələrdən demək olar ki, heç bir fərqi yoxdur. Kiçik fərq isə sadəcə az həcmdə olan
ixtisaslaşma ilə bağlıdır. Məhz buna görə də Anqo‐Sakson hüquq sistemi “Ədli nəzarət sistemi
adlanır.
Üzərində daha geniş və hətda tarixinə qısa baxış keçirəcəyimiz əsl iznibati mühakimə icraatının
mövcud olduğu hüquq sistemi isə Qitə‐Avropası hüquq sistemidir. Bu hüquq sisteminin mənbəyini
isə Fransa təşkil edir. Ona görə də Fransada bu sistemin yaranma tarixinə və inkişaf mərhələlərinə
nəzər salmaqda fayda vardır.
Dostları ilə paylaş: |