Hüququ tətbiq edəndən onu tətbiq edənlərə yeni inzibati hüquqla bağlı



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix14.01.2017
ölçüsü1,33 Mb.
#5431
1   2   3   4   5   6   7   8   9   10   11

QƏRARA  ALDI:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194‐cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik

üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu,

lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun

vərəsəlik qaydasında keçməsini nəzərdə tutur.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə

bilməz.


Sədr                                                                          Fərhad Abdullayev

­  47 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

BİRİNCİ BÖLMƏ



İSRAFİLOVA VƏ AĞALAROV AZƏRBAYCANA QARŞI

(16806/11 və 61696/11 nömrəli ərizələr)

QƏRAR


STRASBURQ

10 oktyabr 2013‐cü il

İsrafilova və Ağalarov Azərbaycana qarşı işi üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Komitə qismində,



Sədr – Julia Laffranq,

Hakimlər ­ Xanlar Hacıyev,

Dmitri Dedov,

və  Bölmə  katibinin  müavini  Andre  Vampakdan  ibarət  tərkibdə17  sentyabr 2013‐cü  ildə  qapalı

müzakirə keçirərək, həmin tarixdə aşağıdakı qərarı qəbul etmişdir:



PROSEDUR MƏSƏLƏLƏRİ

1. Bu iş Azərbaycan Respublikasının iki vətəndaşı ‐ xanım Rozaxanım İsrafilova (birinci ərizəçi) və

cənab Miryusif Ağalarovun (ikinci ərizəçi) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında

Konvensiyanın  (Konvensiya)  34‐cü  maddəsinə  uyğun  olaraq  Azərbaycan  Respublikasına  qarşı

2011‐ci ilin müvafiq olaraq 28 fevral və 20 sentyabr tarixlərində təqdim etdikləri iki ərizə (16806/11

və 61696/11 nömrəli) ilə başlanmışdır.

2.  Ərizəçini  Azərbaycanda  fəaliyyət  göstərən  hüquqşünas  cənab  R.Mustafazadə,  Azərbaycan

Hökumətini (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdirlər.

3. 2012‐ci il 4 iyul tarixində ərizələr Hökumətə göndərilmişdir.

FAKTLAR

I. İŞİN HALLARI

4. Ərizəçilər müvafiq olaraq 1950 və 1946‐cı illərdə anadan olmuş və Sumqayıt şəhərində yaşayırlar.

5. Birinci ərizəçi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş yaşayış sahəsi orderi əsasında

mənzilinə  sahiblik  və  istifadə  hüquqlarına,  ikinci  ərizəçi  isə  müvafiq  icra  hakimiyyəti  orqanı

tərəfindən verilmiş çıxarış əsasında mənzili üzərində mülkiyyət hüququna malikdir (baxın: Əlavə

‐ I Cədvəl).

6. Hər iki işdə ərizəçilərin mənzilləri Ermənistan‐Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı

Azərbaycanın  müxtəlif  rayonlarının  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  işğal  edilməsi

nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş şəxslər tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir.

7. Ərizəçilər ölkə məhkəmələri qarşısında ayrı‐ayrılıqda mülki iddia qaldıraraq məcburi köçkünlərin

mənzillərindən çıxarılmalarını tələb etmişlər.

8. Əlavədə göstərilmiş tarixlərdə ərizəçilərin iddiaları ölkə məhkəmələri tərəfindən təmin olunmuş

və məcburi köçkünlərin mənzillərindən çıxarılmasına göstəriş verilmişdir.

9. Birinci ərizəçi tərəfindən təqdim edilmiş 16806/11 nömrəli  ərizə üzrə  işdə  qətnamənin  nəticə



­  48 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

hissəsində onun icrasının məcburi köçkünlərin doğma torpaqlarına və ya digər müvəqqəti yaşayış

yerlərinə köçürülənə qədər təxirə salınması nəzərdə tutulmuşdur.

10.  Bu  qətnamələrdən  apellyasiya  şikayəti  verilməmiş  və  qətnamələrin  qəbul  edilməsi  zamanı

qüvvədə  olan  qanunvericiliyə  uyğun  olaraq  bir  ay  müddətində  onlar  qüvvəyə  minmişdir.  Lakin

məcburi köçkün ailələri bu qətnamələri yerinə yetirməkdən imtina etmiş və ərizəçilərin müxtəlif

dövlət orqanlarına şikayət etmələrinə baxmayaraq qətnamələr icra olunmamışdır.

11. Ərizəçilər icra orqanlarına qarşı məhkəmədə iddia qaldıraraq onların hərəkətsizliyindən şikayət

etmiş və qətnamələrin tez bir zamanda icra olunmasını xahiş etmişlər. 2010‐cu il 19 mart tarixində

Sumqayıt  şəhər  məhkəməsi  xanım  İsrafilovanın  iddiasını  təmin  etməmişdir.  2010‐cu  il  11  may

tarixində Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini mümkünsüz hesab etmişdir. 2011‐ci il

21 may tarixində Sumqayıt şəhər məhkəməsi cənab Ağalarovun iddiasını təmin edərək qətnamənin

dərhal icra olunmasına göstəriş vermişdir.

II.  MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

12.  Daxili qanunvericilikdən müvafiq çıxarışlar Məhkəmənin “Gülməmmədova Azərbaycana qarşı”

işi  üzrə  qəbul  etdiyi  qərarda  (38798/07  nömrəli  ərizə,  18‐24‐cü  bəndlər,  22  aprel  2010‐cu  il)

verilmişdir.



HÜQUQİ MƏSƏLƏLƏR

I.  KONVENSİYANIN  6‐CI  MADDƏSİNİN  1‐Cİ  BƏNDİ  VƏ  KONVENSİYANIN  1  SAYLI

PROTOKOLUNUN 1‐Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTULARI

13.  Ərizəçilər Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun

1‐ci  maddəsinə  istinad  edərək  xeyirlərinə  çıxarılmış  qətnamələrin  icra  olunmamasından  şikayət

etmişlər. Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin müvafiq hissəsində qeyd edilir:

“Hər  bir  kəsin......mülki  hüquq  və  vəzifələrinin  müəyyən  edilməsi  ilə  bağlı  işə...məhkəmə

tərəfindən...ədalətlə baxılması hüququ vardır....”

1 saylı Protokolun 1‐ci maddəsində qeyd edilir:

“Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Şəxs yalnız

cəmiyyətin  maraqları  naminə  və  qanunla  və  beynəlxalq  hüququn  ümumi  prinsipləri  ilə  nəzərdə

tutulmuş qaydada mülkiyyətindən məhrum edilə bilər.

Lakin  yuxarıdakı  müddəalar  dövlətin  ümumi  maraqlara  uyğun  olaraq  mülkiyyətdən  istifadəyə

nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin

etmək məqsədilə zəruri olan qanunları həyata keçirmək hüququnu məhdudlaşdırmır.”

14.  Məhkəmə hesab edir ki, ərizələrə baxılması, onların faktiki və hüquqi dəlillərinin eyni olması

nəzərə alınaraq, Məhkəmənin Prosedur Qaydalarının 42‐ci maddəsinin 1‐ci bəndinə uyğun olaraq

bir icraatda birləşdirilməlidir.



A.  Ərizələrin mümkünlüyü

15.  Məhkəmə  hesab  edir  ki,  ərizələr  Konvensiyanın  35‐ci  maddəsinin  3‐cü  bəndinin  (a)

yarımbəndində nəzərdə tutulmuş mənada açıq‐aşkar əsassız deyil və hər hansı digər əsasa görə də

onlara baxılması mümkünsüz hesab edilə bilməz. Buna görə bu ərizələr mümkün hesab edilir.



B.  Ərizələrin mahiyyəti

16.  Məhkəmə qeyd edir ki, bu işlərin faktiki  dəlilləri,  şikayətlər  və  qaldırılmış  hüquqi  məsələlər



­  49 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin və 1 saylı Protokolun 1‐ci maddəsinin pozulduğunun

müəyyən edildiyi “Gülməmmədova” işindəki ilə (yuxarıda qeyd edilmişdir) eynidir.

17. Məhkəmə işdə olan bütün materialları araşdıraraq müəyyən edir ki, Hökumət hazırkı ərizələrlə

bağlı onu fərqli nəticəyə gəlməyə inandırmaq üçün hər hansı fakt və ya dəlil irəli sürməmişdir.

18.  Xüsusilə,  Məhkəmə  Azərbaycanda  çoxlu  sayda  məcburi  köçkünün  olmasının  ərizəçilərin

xeyirlərinə olan qətnamələrin icrası ilə bağlı müəyyən çətinliklər yaratdığını qəbul etməyə hazırdır.

Bununla belə, bu qətnamələr qəti və qanuni qüvvəyə malik olmuş, lakin dövlət orqanları onlara

əməl edilməsi üçün heç bir adekvat tədbir görməmişdir. Qeyd olunan qətnamələrin icra olunması

üçün zəruri olan tədbirlərin görülməsində dövlət orqanlarının lazımı tələskənlik və səy göstərməsini

təsdiq  edən  sübutlar  təqdim  edilməmişdir.  Belə  olan  halda,  Məhkəmə  hesab  edir  ki,  Hökumət

qətnamələrin uzun müddət icra edilməməyinə bəraət qazandıran hər hansı dəlil irəli sürməmişdir.

19.  Ərizəçilərin mülkiyyət hüquqlarının pozulması iddiaları ilə bağlı təqdim etdikləri izahatlara

gəlincə,  ərizəçilərin  Konvensiyanın  1  saylı  Protokolunun  1‐ci  maddəsi  ilə  müdafiə  olunan

əmlaklarından  maneəsiz  istifadə  hüquqları  ilə  məcburi  köçkünlərin  yaşayış  sahələri  ilə  təchiz

olunmaq  hüquqları  arasında  tarazlığın  təmin  edilməsi  vəzifəsinə  əməl  olunması  üçün  dövlət

orqanları  tərəfindən  hər  hansı  xüsusi  tədbirlərin  görülməsi  nə  ölkə  məhkəmələri,  nə  də  Avropa

Məhkəməsi tərəfindən təsbit edilmişdir.

Belə  olan  halda,  qətnamələrin  icrasının  kifayət  qədər  uzun  müddət  ərzində  təmin  olunmaması

ərizəçilərin son dərəcə ağır duruma düşmələri ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, bu ağır

duruma görə hər hansı kompensasiya verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti

olaraq  yaşayış  yerləri  ilə  təchiz  edilmələrində  təcəssüm  olunan  cəmiyyətin  ümumi  marağı  ilə

ərizəçilərin  əmlaklarından  maneəsiz  istifadə  hüquqlarının  müdafiə  edilməsi  arasında  ədalətli

tarazlılığı təmin edə bilməmişdirlər (baxın: yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi, 43‐50‐ci

bəndlər).

20.  Beləliklə də, Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun

1‐ci maddəsi pozulmuşdur.

II.  KONVENSİYANIN 41‐Cİ MADDƏSİNİN TƏTBİQİ

21.  Konvensiyanın 41‐ci maddəsində bildirilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər

Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün

hesab edirsə,  Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi

barədə qərar çıxarır.”

22. Ərizəçilər ədalətli kompensasiya ilə bağlı tələb irəli sürməmişdirlər. Buna görə də Məhkəmə

hesab edir ki, onlara hər hansı kompensasiya verilməməlidir.

23. Bununla belə, Məhkəmə hesab edir ki, qətnamələr hazırda da qüvvədə qaldıqları üçün dövlətin

onları icra etmək vəzifəsi mübahisə oluna bilməz. Buna görə də hər iki iş üzrə ərizəçilərin müvafiq

qətnamələrin icra olunmasını tələb etmək hüquqları vardır.

Məhkəmə bir daha təkrar edir ki, 6‐cı maddənin pozulması zamanı pozulmuş hüquqların bərpasının

ən münasib forması ərizəçilərin mümkün olduğu qədər 6‐cı maddənin tələblərinin pozulmayacağı

təqdirdə ola biləcəkləri vəziyyətə qaytarılmalarının təmin edilməsidir (baxın: “Piersack Belçikaya



qarşı”  (50‐ci  maddə),  26  oktyabr  1984‐cü  il,  12‐ci  bənd,  A  Cildi,  85‐ci  nömrə).  Təsbit  edilmiş

pozuntunu nəzərə alaraq Məhkəmə hesab edir ki, bu prinsip hazırkı işə də tətbiq edilir.

Buna görə də o hesab edir ki, Hökumət müvafiq vasitələrdən istifadə etməklə ərizəçilərin xeyirlərinə

olan qətnamələrin icrasını təmin etməlidir.



YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ YEKDİLLİKLƏ

­  50 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

1.  Ərizələrə baxılmasını bir icraatda birləşdirməyi qərara alır;

2.  Ərizələri mümkün hesab edir;

3.  Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin pozulduğunu qət edir;

4.  Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsinin pozulduğunu qət edir;

5. Qərara alır ki, cavabdeh dövlət müvafiq vasitələrdən istifadə etməklə üç ay ərzində ərizəçilərin

xeyirlərinə olan ölkə məhkəmələrinin qətnamələrinin icra olunmasını təmin etməlidir.

Qərar Məhkəmənin Prosedur Qaydalarının 77‐ci Qaydasının 2‐ci və 3‐cü bəndlərinə uyğun olaraq

10 oktyabr 2013‐cü ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.

Andre Vampak ­ Katibin müavini   Julia Laffranq ­ Sədr


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

­  51 ­



Yerli mətbuat səhifələrindən

Azərbaycanlı vəkillər Rusiyada təltif olunmuşlar

Aprelin 24‐də Rusiyanın paytaxtı Moskva şəhərində Rusiyada vəkilliyinin yaranmasının 150 illiyi

ilə  münasibətilə  təntənəli  tədbir  keçirilmişdir.  Tədbir  həmçinin  19‐20‐ci  əsrlərdə  yaşamış

görkəmli rusiyalı vəkil Fyodr Nikiroviç Plevako adına 16‐ci ali vəkil mükafatlarının təqdimetmə

mərasimi ilə yadda qalmışdır.

Bu  mükafat  insan  hüquqlarının  müdafiəsində,  eyni  zamanda  vəkillik  peşəsinin  nüfuzunun

artırılmasında və vəkillik institunun inkişaf etdirilməsində xüsusi əməyi və fəaliyyəti olan vəkillər

üçün nəzərdə tutulmuşdur.

Təntənəli mərasimdən öncə “Vəkilliyin cəmiyyətin hüquqi maarifləndirilməsinə rolu” mövzusunda

beynəlxalq konfrans keçirilmişdir.

Qeyd  edək  ki,  konfransda  və  təntənəli  tədbirdə  ölkəmizi  Azərbaycan  Respublikası  Vəkillər

Kollegiyasının  Rəyasət  heyətinin  üzvü  Anar  Bağırov  və  Vəkillər  Kollegiyası  Rəyasət  Heyətinin

beynəlxalq əlaqələr üzrə müşaviri Fariz Məmmədov təmsil etmişlər. Belə ki, ölkəmizi təmsil edən

hər iki vəkil fəxri fərman ilə təltif olunmuşlar.

Tədbirdə  çıxış  edən  Anar  Bağırov  vəkil  peşəsinin  insan  hüquqlarının  səmərəli  müdafiəsində

əhəmiyyəti  və  bu  peşənin  məziyyətlərini  xüsusilə  qeyd  edərək  tədbirin  təşkilatçılarına  onlara

verdikləri  yüksək  qiymətə  görə  öz  təşəkkürünü  bildirmişdir,  Azərbaycan  və  Rusiya  vəkilliyi

arasında formalaşmış peşəkar və səmimi əməkdaşlıq münasibətlərinin bundan sonrakı inkişafına

dair əminliyini ifadə etmişdir.

Tədbirdə həmçinin, Rusiya Federasiyası Prezident Administrasiyasının nümayəndələri, hökümət

təmsilçiləri,  hakimlər,  RF  hüquq‐mühafizə  orqanlarının  işçiləri  və  digər  məsul  şəxslər  iştirak

etmişlər.

Qeyd edək ki, tədbir “Plevako adına Ali Vəkil Mükafatı”nın Təqdimetmə Komitəsi, Rusiya Vəkillər

Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, Rusiya Vəkillərinin Federal Palatası və Rusiya

Vəkillərinin Federal Birliyi tərəfindən təşkil olunmuşdur.

Mənbə: http://www.lawreform.az/?module=news&name=view&id=1779&lang=az

Azərbaycan məktəbliləri məhkəmə ilə tanış olublar

Təhsil və Ədliyyə nazirliklərinin dəstəyi ilə Azərbayan

Hüquq  İslahatları  Mərkəzi  və  Almaniya  Beynəlxalq

Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə həyata keçirdiyi

“Hüquq və Mən” adlı layihə çərçivəsində Bakı şəhərinin

240  nömrəli  tam  orta  məktəbinin  şagirdləri Yasamal

Rayon  Məhkəməsində  olmuşlar. Xatırladaq  ki,  bu

layihəyə  əsasən,  pilot  olaraq  Bakı  şəhərinin  5  orta

məktəbi  daxil  olmaqla  1  ay  ərzində  məktəblilərə

peşəkar hüquqşünaslar tərəfindən ilkin hüquqi biliklər

tədris olunmuş, sonra isə dərslərdə  xüsusi  fərqlənmiş


­  52 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

şagirdlər  üçün  məhkəməyə  ekskursiya  təşkil  olunmuşdu.  Ekskursiya  çərçivəsində  məktəblilər

Fəxri Fərman və sertifiktlarla təltif olunmuşlar.

Sertifikatların  təqdim  edilməsi  mərasimində  ilk  olaraq

şagirdləri  salamlayan  Hakimlərin  Seçki Komitəsinin  və

Vəkillər  Kollegiyasının  Rəyasət  Heyətinin  üzvü,  AHİM‐in

sədri Anar Bağırov layihə, onun məqsədləri barədə çıxış etdi.

A.Bağırov  məktəblilərin  öz  hüquq  və  vəzifələrini

bilmələrinin vacib olduğunu və bu biliklərin onların gündəlik

həyatlarında  rastlaşdıqları  çətinliklərin  dəf  edilməsində

zəruri olduğunu qeyd etdi.

Ümumi  Məhkəmə  Hakimləri  Assosiasiyasının  və  Yasamal

Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov isə öz çıxışında

Layihəni yüksək qiymətləndirmiş, bu tip layihələr vasitəsilə

gələcək  üçün  daha  sağlam,  öz  hüquqlarını  bilən  yeni  nəslin  yetişməsinin  əhəmiyyətini

vurğulamışdır. Daha sonra natiq, Yasamal Rayon Məhkəməsinin yeni inzibati binası və məhkəmənin

iş prinsipi haqqında uşaqlara maraqlı məlumatlar verdi.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Layihə bürosunun rəhbəri Şakir Səfərbəyov

isə öz növbəsində Layihənin əhəmiyyətindən danışdı və onun icra olunmasında əməyi keçən hər

kəsə təmsil etdiyi qurumun adından təşəkkürünü bildirdi.

Təlimlərdə xüsusi fərqlənmiş şagirdlər fəxri fərman və sertifikatlarla təltif olundular. Şagirdlər

daha sonra məhkəmənin inzibati binası ilə yaxından tanış

olaraq canlı məhkəmə prosesində iştirak etdilər.

Xatırladaq  ki,  Layihəyə  görə  dərslərdə  istifadə  olunması

üçün  ilk  dəfə  Azərbaycan  dilində  ayrıca  dərs  vəsaitləri

hazırlanmışdır. Dərslikdən və işçi dəftərdən ibarət olan bu

vəsaitlərdə  Azərbaycanın  hüquq  sistemi  və  hüquq  tarixi,

əsas  insan  hüquq  və  azadlıqları,  ölkəmizin  məhkəmə

sistemi,  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  barədə

məlumatlar yer alıb. İşçi dəftərdə isə qeyd olunan hüquqi

məlumatlara  həsr  olunmuş  illüstrativ‐praktiki  tədris

tapşırıqları  ‐  krossvord,  test,  sual‐cavab  formasında  əks

olunub. Layihə ilkin olaraq Bakının 18, 236, 240, 276 və 200 nömrəli tam orta məktəblərini əhatə

etmiş və analoji məşğələlərin gələcəkdə digər məktəblərdə də keçirilməsi nəzərdə tutulur.



Mənbə: http://lawreform.az/index.php?module=news&name=view&id=1912&lang=az

Sığorta münasibətləri nəticəsində yaranan məhkəmə mübahisələri

Sığorta münasibətləri nəticəsində son zamanlarda tərəflər arasında

yaranan məhkəmə mübahisələrinin artması, bir neçə amillə bağlıdır.

Bu məsələyə hüquq məsləhətçisi Tahir Əliyev aydınlıq gətirib. O, ilk

olaraq qeyd edib ki, sığortalıların sayı artmaqdadır və nəticədə baş

verə biləcək sığorta hadisələrinin sayının artma ehtimalı yaranır və

bunun məntiqi nəticəsi kimi məhkəmə mübahisələri yaranır.

Tahir Əliyev bildirib ki, ölkəmizdə əsasən avtonəqliyyat vasitələrinin

icbari və kasko sığorta münasibətləri üstünlük təşkil edir və yaranan

məhkəmə mübahisələrinin əsas hissəsi bu sahə ilə əlaqəli olur. Lakin, daşınmaz əmlakın sığortası,

həyat sığortası ilə bağlı da məhkəmə mübahisələrinə rast gəlinir. Hüquqşünas təəssüf hissi ilə qeyd

edib ki, sığortalıların müqavilə şərtlərinə əməl etməmləri və ya müqavilədəki  bəzi  şərtlərlə  razı



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

­  53 ­

olmadıqlarını yalnız məhkəmə prosesinin gedişi zamanı bildirmələri halları tez­tez baş verir. Bu

sahənin  ölkəmizdə  yeni  yaranan, inkişafda  olan  sahə  olması  və  sığorta  mübahisələri  ilə  bağlı

işlərdə vahid məhkəmə praktikasının formalaşmaması bir çox problemlər yaradır.

T.Əliyev misal olaraq qeyd edib ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası ilə bağlı yaranan

mübahisələrdə  sığorta  təşkilatları(sığortaçı)  sığorta  hadisəsi  barədə vaxtında(müəyyən  vaxt

ərzində) məlumat verməməklə bağlı sığortalıya sığorta ödənişi verməkdən imtina edirlər. Lakin,

sığortalı müqavilə şərtinin ədalətsiz olmasını əsas gətirir və sığorta təşkilatına qarşı məhkəmədə

iddia  qaldırır.  Yol‐nəqliyyat  hadisəsi  nəticəsində  sığortaçıya  vaxtında  məlumat  verilməməsi

sığortaçının  hadisə  nəticəsində  avtonəqliyyat  vasitəsinə  dəyən  zərərin  miqdarını

müəyyənləşdirməkdən,  hadisənin  baş  vermə  səbəblərini  araşdırmaqdan  və  digər  hallardan

məhrum edir. Bu cür mübahisələrlə bağlı təqribi olaraq 80% işlərdə, sığortalıların iddiaları təmin

edilmir.


“Daşınmaz əmlakın yanğından sığortası ilə bağlı yaranan məhkəmə mübahisəsindən misal çəkməyi

zəruri sayıram. Yanğının baş vermə səbəbi kimi evin boyalanması və boyanın tez quruması üçün

evi gecə vaxtı boş saxlayaraq sobanın işlək vəziyyətdə saxlanılması olmuşdur. Tərəflər arasında

bağlanılmış  müqavilənin  ayrılmaz  tərkib  hissəsi  olan  Sığorta  qaydalarına  əsasən,  təhlükəsizlik

qaydalarının pozulması olan sığorta hadisələrinə görə sığortaçı sığorta ödənişi verməkdən imtina

etmək hüququna malikdir. Məhz bu səbəbdən sığorta təşkilatı tərəfə sığorta ödənişi verməkdən

imtina etmiş, tərəf sığorta şirkətinə qarşı məhkəmədə iddia qaldırmış və nəticədə iddiası təmin

olunmamışdır.” –deyə hüquqşünas bildirib.

Yüklərin sığortalanması ilə bağlı yaranan və az təsadüf olunan iddia da məhkəmələr tərəfindən

təmin edilməmişdir. Sığortanın predmeti xaricdən Azərbaycana daşınan bitkilər olmuşdur. Lakin,

yükün boşaldılması  zamanı  bitkilərin  bir  hissəsinin  tamamilə  məhv  olması  aydınlaşmışdır.

Bununla bağlı müvafiq xidməti rəy də tərtib olunmuşdur. Tərəflər arasında bağlanmış yük sığortası

müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Yük sığortası qaydalarının şərtlərinə əsasən sığorta

şirkəti tərəfə sığorta ödənişi verməkdən imtina etmişdir. Tərəf bununla razılaşmamış və sığorta

şirkətinə qarşı iddia qaldırmışdır. Məhkəmələr məhz həmin Yük sığorta qaydalarına əsaslnaraq

tərəfin  iddiasını  əsassız  saymışdır.  Belə  ki,  Yük  sığorta  qaydalarına əsasən  yüklərin

qablaşdırılmasının  lazımı  şəkildə  edilməməsi,  yükün  təbii  xüsusiyyətlərindən (xarab  olma,

azalma, paslanma, kiflənmə, əksilmə, sınma, öz‐özünə alışma və sairə) xarab olması sığorta

təminatı ilə əhatə olunmur.

Tahir  Əliyev  bildirib  ki,  əsas  problemlərdən  biri hüquqşünasların  sığortalılara  düzgün hüquqi

məsləhət verməməsi nəticəsində yaranır. Onların yalnış məsləhətləri nəticəsində sığortalı özünün

haqlı olduğunu düşünür, sığortaçıya qarşı iddia qaldırır, məhkəmə xərclərini çəkir və nəticədə

iddiası  təmin  edilmədiyi  halda  ona  yalnış  məsləhət  verən  hüquqşünası  deyil,  yalnız  sığorta

təşkilatını qınayır. Bu cür hallar ölkəmizdə sığorta təşkilatlarının nüfüzuna ciddi zərbə vurur və

vətəndaşların onlara qarşı olan inamını azaldır.

“Sığortalıların baş vermiş hadisə ilə bağlı sığorta təşkilatına və ya müvafiq dövlət orqanına yanlış

məlumat verməsi və ya hər‐hansı məlumatın və ya faktın gizlədilməsi də aktual problemlərdən

biridir.” – deyə T.Əliyev qeyd edib.

Sonda hüquqşünas deyib ki, ümumiyyətlə, müqavilə münasibətlərinə girən hər bir şəxs, müqavilə

şərtlərinə,  müqavilənin  ayrılmaz  tərkib  hissəsi  olan  müvafiq  sığorta  qaydalarına,  sığorta

qanunvericiliyə və Mülki Məcəllənin normalarına əməl etdiyi halda sığorta ödənişi tələb etmək

hüququna malikdir.



Mənbə: http://lawreform.az/index.php?module=news&name=view&id=1476&lang=az

­  54 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Uşaqların xarici ölkəyə aparılması proseduru qanunla necə tənzimlənir?

Valideynlər boşandıqdan sonra uşaqların müalicə, yaxud da səyahət məqsədilə ölkədən çıxarılması

zamanı əksər hallarda tərəflər arasında problemlər yaranır. Tərəflərdən birinin himayəsində olan

uşağın xarici ölkəyə aparılması zamanı qarşı tərəf çox halda buna icazə vermir, yaxud da müəyyən

çətinliklər yaradır.

Bəs qanunvericilik bu məsələni necə tənzimləyir?

Vəkil Dünyamin Novruzov bildirib ki, qanunvericiliyin tələbinə görə, yetkinlik yaşına çatmayan

vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.

Miqrasiya Məcəlləsində qeyd olunur ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin

biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik

yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum

olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında

təsdiq edilmiş razılığı tələb olunur.

Vəkilin  sözlərinə  görə,  həmin  şəxslərdən  birinin  razılığı  olmadıqda,  yetkinlik  yaşına  çatmayan

vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Hüquq  məsləhətçisi  qeyd  edib  ki,  məhkəmə  bu  halda  uşağın  mənafelərinin  təmin  edilməsinə

yönələn qərar çıxarmalıdır.

Birləşmiş  Millətlər  Təşkilatının  “Uşaq  hüquqları  haqqında”  Konvensiyasının  3‐cü  maddəsində

deyilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin

edilməsinə  yönəldilir.  Həmçinin  “Elşolts  Almaniyaya  qarşı”  işi  üzrə  Avropa  Məhkəməsinin

qərarında deyilir ki, Konvensiyanın 8‐ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın

maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində

uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən

və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8‐ci maddəyə

əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna

malik ola bilməz”.

Hüquq məsləhətçisi bildirib ki, uşaq ölkədən gedərkən müəyyən hallarda digər valideynin razılığı

tələb olunmur. Belə ki, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və

ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə

məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb

olunmur.

D.Novruzovun sözlərinə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa

götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi

haqqında  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi  və  övladlığa  götürmə  haqqında

şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər.

“Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına,

ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət

həmin  şəxsin  valideynlərinin,  onu  övladlığa  götürən  şəxslərin,  himayəçi  və  ya  qəyyumlarının

üzərinə düşür”.

Vəkil bildirib ki, yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları

övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni

nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər.



Mənbə: http://lawreform.az/index.php?module=news&name=view&id=2018&lang=az

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin