Hüququ tətbiq edəndən onu tətbiq edənlərə yeni inzibati hüquqla bağlı


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix14.01.2017
ölçüsü1,33 Mb.
#5431
1   2   3   4   5   6   7   8   9   10   11

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

­  63 ­

Beləliklə, qeyd edilənlərdən aşağıdakı nəticələrə gəlmək mümkündür:

1. Uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir.

2. Əgər hər iki valideynin soyadı eynidirsə, məsələn, “Məmmədov”dursa,  onda uşağın soyadı əlbəttə

ki, “Məmmədov” olacaqdır.

3. Əgər valideynlərin soyadı müxtəlifdirsə, məsələn, “Məmmədov” və “Hüseynov”, onda valideynlər

qarşılıqlı razılığa gələrək uşağın soyadını ya “Məmmədov”, ya da, “Hüseynov” qoya bilərlər.

4. Əgər soyadları müxtəlif olan valideynlər arasında fikir ayrılığı yaranarsa, onda bu fikir ayrılığı

yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll ediləcəkdir.

5.  Uşağa  valideynlərin  soyadından  fərqli  soyadın  verilməsi,  habelə  ata  adına  uyğun  soyadın

verilməsi  AM  və  adı  çəkilən  Qaydalarda  nəzərdə  tutulmamışdır.  Başqa  sözlə,  qüvvədə  olan

qanunvericilik uşağa valideynin və ya valideynlərdən birinin soyadına uyğun soyadın verilməsinin

mümkünlüyünü nəzərdə tutur.



Sual 4: Şəhərin gözəllik mərkəzlərindən birində lazer epilyasiyasının həyata keçirilməsindən

sonra üzümdə ilk öncə qızartılar, daha sonra suluqlar, ən sonda da, yanıqlar əmələ gəldi. Artıq

neçə vaxtdır ki, bu vəziyyətdədir. Epilyasiyanı edən kosmetoloq mənə demişdi ki, narahat olma

2‐3 günə keçib gedəcək. Xahiş edirəm deyəsiniz, gözəllik mərkəzinə və epilyasiyanı bilavasitə

icra etmiş kosmetoloq qarşı məhkəmədə hansı iddianı qaldıra bilərəm?

Cavab:  Sizin  vurulmuş  maddi  və  mənəvi  zərərin  əvəzinin  ödənilməsi  tələbini  irəli  sürmək

hüququnuz vardır. İddia tələbinizin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin

“Mülki  hüquq  pozuntularından  (deliktlərdən)  əmələ  gələn  öhdəliklər”  adlanan  IX  bölməsinin

müvafiq müddəaları (1096, 1097, 1115, 1128 və s.) təşkil edir. Əgər kosmetoloq gözəllik mərkəzinin

işçisi kimi Sizə xidmət göstərmişdisə, onda cavabdeh qismində gözəllik mərkəzi çıxış edəcək. Çünki

MM‐in  1099.1‐ci  maddəsinə  görə hüquqi  və  ya  fiziki  şəxs  öz  işçisinin  törətdiyi  mülki  hüquq

pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı

işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İrəli sürdüyünüz iddianın təmin edilib‐edilməməsi

təqdim olunacaq sübutlardan böyük ölçüdə asılıdır. Nəzərə almalısınız ki, kosmetoloqun qüsuru

nəticəsində zərər vurulduğunu sübut etmək vəzifəsini Siz daşıyırsınız (Mülki Məcəllənin 1132‐ci,

Mülki Prosessual Məcəllənin 77.1‐ci maddələri).

Sual 5: Borclunun məhdud məsuliyyətli cəmiyyətdə payı vardır. Borcun ödənilməməsi halında,

həmin paya da tutma yönəldilməsi mümkündür?

Cavab: Borclu şəxsin məhdud məsuliyyətli cəmiyyətdəki payına tutma yönəldilməsi mümkündür,

lakin  nəzərə  alınmalıdır  ki,  tutmanın  borclunun  məhdud  məsuliyyətli  cəmiyyətin  əmlakındakı

payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol

verilir.  Bu  zaman  Siz  tutmanın  yönəldilməsi  məqsədi  ilə  məhdud  məsuliyyətli  cəmiyyətdən  ya

cəmiyyətin  əmlakının  borclunun  nizamnamə  kapitalındakı  payına  uyğun  hissəsinin  dəyərini

ödəməyi, ya da bu əmlak hissəsini ayırmağı tələb edə bilərsiniz. Cəmiyyətin əmlakının ayrılmalı

hissəsi  və  ya  onun  dəyəri  Sizin  tələb  irəli  sürdüyünüz  məqamda  tərtib  edilmiş  balans  üzrə

müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi, 94.1‐ci maddə).



Sual 6: Bağ sahəmdə yaşayış evi tikmək istəyirəm. Eşitdiyimə görə, artıq yeni qanuna görə

tikintiyə icazə almaq tələb olunmur. Bu, doğrudurmu?

Cavab: Mərtəbələrinin sayı 3‐dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən

çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların

tikintisi  üçün  tikinti  layihəsinin  yalnız  memarlıq‐planlaşdırma  bölməsinin  hazırlanması  tələb

olunur. Belə yaşayış evlərinin   tikintisinə    icazənin    alınması tələb    olunmur.    Şəxs    tikintiyə



­  64 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti

orqanına)  məlumat  verir  və  yaşayış  evinin  layihəsinin  memarlıq‐planlaşdırma  bölməsini

Azərbaycan  Respublikası  Şəhərsalma  və  Tikinti  Məcəlləsinin 80.1‐ci  və  80.3‐cü  maddələrində

nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq

icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən 3 ay müddətində layihəyə dair

irad şəxsə təqdim edilmədikdə, şəxs tikinti işlərinə başlaya bilər. Yaşayış evinin tikinti layihəsinin

memarlıq‐planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarəti isə müvafiq icra hakimiyyəti orqanı

(Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) həyata keçirir (Azərbaycan Respublikası

Şəhərsalma və Tikinti Məcəlləsinin 80‐ci maddəsi).



Sual 7: Məhkəmə inzibati işlər üzrə məhkəmə qərarını icra etməyən dövlət orqanını cərimə

edə bilərmi?

Cavab:  Azərbaycan  Respublikası  İnzibati prosessual  məcəlləsində  inzibati  orqanların  üzərinə

qoyulmuş  öhdəliklərin  (vəzifələrin)  icra  edilməməsinə  görə  cərimənin  tətbiqi  nəzərdə

tutulmuşdur.  Lakin  bunun  üçün  bir  neçə  şərt  vardır:  1)  Azərbaycan  Respublikası  İnzibati

prosessual  məcəlləsinin  33.4‐cü,  40‐cı,  70‐ci,  71‐ci  və  73‐cü  maddələrində  nəzərdə  tutulmuş

hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş

öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd

inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilməmiş olmalıdır; 2)

İlkin  olaraq,  birinci  instansiya  məhkəməsi  proses  iştirakçısının  ərizəsinə  əsasən  və  ya  xidməti

vəzifəsinə  görə,  inzibati  orqana  icra  üçün  müddət  müəyyən  etməli  və  cərimə  tətbiq  olunacağı

barədə  həmin  orqana  xəbərdarlıq  etməlidir.  3)  İnzibati  orqan  məhkəmənin  müəyyən  etdiyi

müddətdə  onun  üzərinə  qoyulmuş  öhdəlikləri  icra  etmədikdən  sonra  məhkəmə  cərimənin

məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə

qərardad qəbul edir.

Qeyd edək ki, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna

və məcburi qaydada tutula bilər.

Sual 8: İşə apellyasiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verilə

bilərmi?

Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2‐ci maddəsinə görə məhkəmə tərəfindən

iddia  müddəti  yalnız  mübahisə  tərəfinin  məhkəmə  qərarı  çıxarılanadək  verdiyi  ərizə  əsasında

tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi

məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası

Mülki Məcəlləsinin 375.2‐ci maddəsində iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinin

hansı  (birinci  instansiya  və  ya  yuxarı  instansiya)  məhkəmə  qərarının  çıxarılmasınadək

mümkünlüyü  göstərilməmişdir. Ümumi qayda ondan ibarətdir ki, iddia müddətinin tətbiqi barədə

ərizə yalnız işə birinci instansiya məhkəməsində baxılarkən verilə bilər. Bu qaydadan istisna yalnız

o halda mümkündür ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh tərəf olduğu

məhkəmə icraatı barədə məlumatlı olmadığından həmin ərizəni sözügedən məhkəməyə təqdim

edə  bilməmiş  olsun.  Qeyd  edək  ki,  Azərbaycan  Respublikası          Konstitusiya          Məhkəməsinin

Plenumunun     “L.İ.Binnətovanın    şikayəti  üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki

işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının

Konstitusiyasına  və  qanunlarına  uyğunluğunun  yoxlanılmasına  dair”  08  may  2008‐ci  il  tarixli

Qərarında ifadə etdiyi hüquqi mövqe də bu yöndə olmuşdur.


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

­  65 ­



Sual 9: Atam özünə məxsus mənzili qardaşıma vəsiyyət etmişdir. Lakin vəsiyyətnamədə digər

əmlakla,  o  cümlədən  özünə  məxsus  avtomobillə  bağlı  hər  hansı  qeyd  yoxdur.  Bu  halda,

mənzildən başqa digər əmlak yalnız mənə çatır, yoxsa, qardaşımın da bu əmlaklara hüququ

var?  Atamın  mənzili  qardaşıma  vəsiyyət  etməsinin  miras  əmlakın  qanun  üzrə  bölgüsündə

əhəmiyyəti varmı?

Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra ‐ MM) 1133.1‐ci maddəsinə

görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət

üzrə və ya hər iki əsasla keçir. MM‐in 1159.1.1‐ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı

birinci  növbədə—ölənin  uşaqları,  miras  qoyanın  ölümündən  sonra  doğulmuş  uşaq,  arvad  (ər),

valideynlər  (övladlığa  götürənlər)  bərabər  pay  hüquqlu  vərəsələr  sayılırlar.  MM‐in  1166‐cı

maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr

sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. MM‐in 1172‐ci

maddəsinə  görə  əgər  vəsiyyətnamə  ilə  təyin  edilmiş  vərəsələrin  payları  bütövlükdə  mirasın

hamısını  əhatə  etmirsə,  vəsiyyətnamədən  kənarda  qalmış  əmlaka  qanun  üzrə  vərəsəlik  həyata

keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir

hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Göründüyü kimi, miras əmlakın

Sizə və qardaşınıza qanun üzrə və (və ya) vəsiyyət üzrə keçməsi mümkündür. Bu halda, atanızın

vəsiyyətnamə ilə özünə məxsus mənzili qardaşınıza vəsiyyət etməsi sonuncunu vəsiyyətnamədə

göstərilməmiş, lakin miras kütləsinə daxil olan əmlakları qanun üzrə vərəsəlik qaydasında qəbul

etmək  hüququndan  məhrum  etmir.  Başqa  sözlə, əgər  vəsiyyətnamədə  ayrı  qayda  nəzərdə

tutulmayıbsa, vəsiyyətnamədən  kənarda  qalmış  əmlak  Sizin  və  qardaşınız  arasında  qanun  üzrə

vərəslik qaydasında bərabər paylarda bölüşdürüləcəkdir.

Sual 10: Qanunda şəxsi hüquq və vəzifələrin vərəsəlik üzrə keçməsinin mümkün olmamasına

dair göstəriş var. Burada hansı hüquq və vəzifələr nəzərdə tutulur?

Cavab: Belə bir məhdudiyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1153‐cü maddəsində

öz əksini tapmışdır. Həmin maddəyə görə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub

ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız

kreditorun  və  borclunun  sağlığında  qüvvədə  olan  və  onların  ölümü  ilə  xitam  verilən  hüquq  və

vəzifələr mirasın tərkibinə daxil deyildir. Belə  hüquqlara misal kimi Azərbaycan Respublikası Mülki

Məcəlləsinin  228‐ci  maddəsində  təsbit  edilmiş yaşayış  binasının  tərkib  hissəsindən  istifadə

hüququnu  göstərmək  mümkündür.  Təsadüfi  deyildir  ki, Azərbaycan  Respublikası  Mülki

Məcəlləsinin  228.3‐cü  maddəsində yaşayış  binasının  tərkib  hissəsindən  istifadə  hüququnun

alqı‐satqının, girovun və icarənin müstəqil predmeti ola bilməməsinə dair göstəriş vardır. “Müəlliflik

hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 29‐cu maddəsinin 1‐ci hissəsinə görə müəllifin bu

Qanunun  14‐cü  maddəsi  ilə  nəzərdə  tutulmuş  şəxsi  hüquqları  (əsərin  müəllifi  kimi  tanınmaq

hüququ (müəlliflik hüququ); əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və

ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); əsərinin mənasının dəyişilməsinə, təhrif

olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq

hüququ (şöhrətinə hörmət edilməsi hüququ); q) istifadədən götürmək də daxil olmaqla, əsərinin

istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ)vərəsəlik

üzrə keçmir. Bu cür vəzifələrə nümunə kimi aliment ödəmək vəzifəsini göstərmək mümkündür.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.4‐cü maddəsi aliment ödəyən

şəxsin ölməsini, aliment öhdəliklərinə xitam verilməsi əsası kimi nəzərdə tutur.

*‐  Rubrikada  təqdim  olunan  sualların  cavabları  Vəkillər  Kollegiyasının  üzvü  Dünyamin

Novruzov tərəfindən tərtib olunmuşdur.


Asudə

Sadəcə vəkillərin anlaya biləcəyi 12 fakt

Təkcə Azərbaycanda deyil, bütün dünyada vəkillik peşəsi heç də asan peşə deyil. Vəkillər tez­tez

yersiz olaraq müştəriləri tərəfindən müxtəlif mövzularda ittiham olunurlar. Məsələn, vəkilləri

pula düşkün və s. adlandırırlar. Və yaxud hər bir sahədə olduğu kimi vəkillər arasında da olan

bəzi fırıldaqçıları haqsız olaraq bütün vəkilliyə aid edirlər. Beləliklə, vəkilliyin həqiqətən çətin

peşə olmasını sübut eləyən 12 faktı nəzərinizə çatdırırıq.

“Nə etmisən ki?! Bir ərizə yazmısan da...”

Gördüyün iş, çəkdiyin əziyyət sonda “bir ərizə yazmısan da” cümləsi ilə dəyərləndirilir.



Müştərilərin çoxu uduzulmuş işlərin səbəbini yerli‐yersiz vəkillərdə görürlər.

Sadəcə  bunlarla  yetərlənməyib,  vəkilin  qarşı  tərəfdən  pul  aldığını  və  onun  arxasından  işlər

çevirməsini düşünənlər də heç də az deyil.

Xalqın möhtac olduğu bir peşəni icra etmək.

Vəkillik də, həkimlik də mütəxəssis peşəsidir. Belə ki, hər iki sənət sahibləri insanların özlərinin

həll  edə  bilmədiyi  problemləri  onların  əvəzinə  həll  edirlər.  Yəqin  ki,  bu  səbəbdəndir  ki,  həm

vəkillər, həm də həkimlər cəmiyyət tərəfindən ən çox təzyiqə məruz qalan peşə sahibləridirlər.



Vəkilin xidmət haqqı problemi.

Həkim  tərəfindən  müayinə  xərclərini  əksiksiz  ödəyən  insanlar,  vəkillə  müqavilə  bağlayarkən

qiymət mövzusunda çox zaman problem yaşadırlar.

Telefonun bir dəqiqə susmaması.

Hər  gün  yüzlərlə  suallara  cavab  verməkdən  əlavə,  qohum‐əqrəba,  dost‐tanış  tərəfindən  gələn

zənglərin ardı‐arası kəsilmir.

Onsuzda pulunu vermişəm deyə, müştərinin vəkilə istədiyi saatda zəng eləməsi.

“Pulun vermişəm də. İstədiyim vaxt mənimlə maraqlanmalıdır.”



Pul vermişəm də, yenə nəyə istəyirsən?!

Proses uzandıqca əlavə xərclər çıxan zaman vəkillər müştərilərindən pul istəyirlər. Cavab isə çox

zaman təxminən bu cür olur: “Bir dəfə pul almısan da, yenə nə istəyirsən?”

Ofisdə işləyirsən bir dərd, öz işini qurmaq istəyirsən başqa dərd...

Bir vəkillik bürosunda işləyən zaman yüksək qazanc əldə bilmirsən. Öz şəxsi ofisini açsan da, gərək

böyük çevrən olsun.

Məhkəmə prosesləri, sənədlər, cəzaçəkmə müəssisələri arasında uçub gedən zaman.

Vəkilin vaxtının böyük bir hissəsi yollarda, məhkəmələrdə və saysız‐hesabsız sənədlərin arasında

keçir.

“Hər kəsin müdafiə olunmaq hüququ var”

Bir  çox  insanlar  yuxarıdakı  cümləni  unudurlar  və  nəticədə  cinayətkarı  müdafiə  edən  vəkilə  də

bəzən cinayətkar kimi baxırlar. Cinayətkara olan qəzəb və hiddəti onun vəkilinə də göstərirlər.

Depressiv yaşam tərzi.

Müştərilərin  əksəriyyətinin  dərdli  və  problemli  insanlar  olması  öz  mənfi  təsirini  vəkillərə  də

göstərir. Müştərilərinin problemlərinə şərik olduqları üçün vəkillərdə tez‐tez depressiya hallarına

rast gəlmək olur.



“Sən bu işi qazan, nə qədər istəyirsən pul verəcəm...”

Bunu deyən müştərilən çoxu iş bitdikdən sonra qeybə çəkilirlər.

­  66 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə


Bu  rubrikada  oxucularımızı  vəkil Turqay  Hüseynovun öz  asudə  vaxtını  necə

dəyərləndirməsi  barədə  məlumalandıracayıq.  Məlumat  üçün  bildiririk  ki,  hörmətli

vəkilimiz öz hobbisi ilə bağlı maraqlı foto‐şəkilləri jurnalımızın oxucuları ilə bölüşmək

qərarına gəlmişdir.

­  67 ­



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Şəkil 1:

Magiya maskası (Qana)



Şəkil 2:

Qazıntılarda tapılmış büst (Afina)



Şəkil 3:

Çaxır Allahı (Gürcüstan)



Şəkil 4:

Dəmir skripkaçı  (Bosniya)



Şəkil 5:

Təbii alliqator kəlləsi (ABŞ)



Şəkil 6:

Dua çarıxı (Tibet)



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

­  68 ­



Şəkil 7:

Açan‐açar (Makedoniya)



Şəkil 8:

Əl Aksa (İsrail)



Şəkil 9:

Sərkərdə (San Marino)



Şəkil 10:

Sufi (Türkiyə)



Şəkil 11:

Akveduk (İspaniya)



Şəkil 12: Dörd

sifətli adam (Çin)



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

­  69 ­



Şəkil 13:

Venesiya qondolası (İtaliya)



Şəkil 14:

Tapıntı (Suriya)



Şəkil 15:

Qaudi parkı (İspaniya)



Şəkil 16:

Oynayan maral (Finyandiya)



Şəkil 17:

Taxta fil (Hindistan)



Şəkil 18:

Romanın rəmzi canavarı (İtaliya)



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

­  70 ­



Şəkil 19:

Barbaros (Türkiyə)



Şəkil 20:

Formula 1 kepkası (Monako)



Şəkil 21:

Xoruz (Portuqaliya)



Şəkil 21:

Güdən usta (Slovakiya)



Şəkil 24:

İnək (İsveçrə)



Şəkil 24:

Qolf topu (ABŞ)



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin