Mühazirə 4 – (2 saat)
ORTA GÖSTƏRİCİLƏR
QISA İCMALI:
Orta göstəricilər, majorantlıq xassəsi.
Sadə orta göstəricilərin xassələri.
Dərəcəli orta göstəricilər, majorantlıq xassəsi
Sosial-iqtisadı hadisə və prosesləri tədqiq edərək qanunauyğunluq və tendensiyaların analizi üçün ümumiləşdirici göstəricilərdən geniş istifadə olunur. Orta göstəricilər hadisələri ümumiləşdirərək tədqiqat prosesini daha rahat edir.
Orta göstərici- konkret zaman və məkan şəraitində statistik məcmuda, çoxluqda əlamətə görə kəmiyyət xarakteristikalarının ümumiləşdirilmış göstəriciləridir.
Statistik tədqiqatlarda orta göstəricilər böyük əhəmiyyət kəsb edir. Ümumi külliyyatdakı vahidlərin sayı çox olduqca, bircins olduqca orta göstəricilər bir o qədər etibarlı sayılır. Bu, statistikanın Ən böyük ədədlər qanunu ilə izah olunur.
Orta göstəricilər hesablanma qaydasından asılı olaraq sadə və çəkili formalarda olur.
Sadə orta göstəricilər ədədi orta əsasında hesablanır:
,
burada külliyyatdakı vahidlər, yəni əsas əlamət; külliyyatdakı vahidlərin sayıdır.
Çəkili orta göstəricilər çəki əlaməti əsasında aşağıdakı kimi hesablanır:
,
burada çəki əlamətləridir.
Nümunə. Qənd istehsal olunan fabrikdə beş dəzgah üzrə 1 saat ərzində qablaşdırılan qənd qutularının və 1 ay ərzində iş saatlarının həcmi (şərti göstəricilər) cədvəldə verilmişdir.
Cədvəl 5.1.1.
Dəzgahın
N-si
|
1 saat ərzində qablaşdırılan qutuların sayı
|
1 ay ərzində iş saatlarının həcmi
|
1
2
3
4
5
|
30
25
28
33
36
|
150
126
134
140
146
|
Cəmi
|
152
|
696
|
Sadə və çəkili orta göstəricilər müşahidənin nəticələri əsasında hesablanır:
q/saat;
q/saat
Nümunə. Müəssisədə əmək haqqının həcminə görə işçilərin paylanması (şərti göstəricilər) cədvəldə verilmişdir:
Cədvəl 5.1.2.
Aylıq əmək haqqının miqdarı, manatla
|
Müəssisədə çalışan işçilərin sayı
|
150
200
250
300
350
400
450
500
|
35
22
23
25
28
18
15
9
|
Cəmi
|
175
|
Sadə və çəkili şəkildə orta aylıq əmək haqqı cədvəldəki verilənlər əsasında aşağıdakı kimi hesablanır:
manat.
İşçilərin sayı çəki əlaməti kimi qəbul edisə, onda çəkili orta:
manat
Hər iki nümunədən göründüyü kimi sadə və çəkili orta göstəricilər arasında fərqlər müşahidə olunur. Bu nəticələr çəki əlamətləri arasında fərq böyük olduqca, çəki əlamətləri ilə əsas əlamətlər arasında asılılq güclü və sıx olduqca daha da nəzərə çarpan olur.
Ümumi halda orta göstəricilər dərəcəli və struktur orta göstəricilərə bölünür.
Statistik hesablamalarda istifadə olunan bütün orta göstəricilər dərəcəli orta göstəricilərdir. Ümumi forması aşağıdakı şəkildə olan dərəcəli orta göstəricilər dərəcə dəyişdikcə formasını dəyişir:
.
olduqda - sadə;
olduqda - kvadratik;
olduqda -kubik;
olduqda - həndəsi;
olduqda - harmonik.
Eyni ilkin göstəricilər əsasında hesablamalar apardıqda orta göstəricilərin hər bir növü üzrə fərqli nəticələr alınır. Nəticələrə əsasən dərəcəli orta göstəriciləri azalan qaydada ranqlaşdırdıqda
olduğu alınır. Bu bərabərsizlik orta göstəricilərin majorantlıq xassəsi adlanır.
Orta göstəricilər aşağıdakı xassələrə malik dir:
Dostları ilə paylaş: |