1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir: a yuvenil dövrdə b südəmər dövrdə



Yüklə 297.84 Kb.
PDF просмотр
səhifə1/5
tarix25.12.2016
ölçüsü297.84 Kb.
  1   2   3   4   5

1

1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir:

A) yuvenil dövrdə

B) südəmər dövrdə

C) hamiləlik dövründə

D) postmenopauzal dövrdə

E) prepubertat dövrdə

2. Postmenopauzal dövrdə qanaxmanı saxlamaq üçün uşaqlığın selikli qişasının diaqnostik qaşınması 

vacibdir, çünki: 

A) bu yaş dövründə uşaqlığın üzvü patologiyaları çox rast gəlinir

B) bu yaş dövründə hormonal hemostaz effektli olmur

C) bu yaş dövründə disfunksional uşaqlıq qanaxmaları çox rast gəlinir

D) bu yaş dövründə endometriumda siklik proseslər davam edir

E) bu yaş dövründə endometriumda atrofik proseslər çox rast gəlinir

3. Yuvenil uşaqlıq qanaxması zamanı hormonal hemostaz əsasən aparılır:

A) estrogen-hestagenlərlə

B) hestagenlərlə

C) estrogenlərlə

D) androgenlərlə

E) uşaqlığın selikli qişasının diaqnostik qaşınması ilə

4. Adrenogenital sindromun patogenetik əsasıdır:

A) fermentlərin defisiti sayəsində kortizol sintezinin pozulması

B) böyrəküstü vəzi toxumasının AKTH-na həssaslığının azalması

C) hipofizin kortikotroflarının şişi 

D) hipofizdə prolaktin ifrazının artması

E) hipofizdə AKTH ifrazının azalması

5. Hiperandrogeniyanın mənşəyini aydınlaşdırmaq üçün hansı sınaqdan istifadə olunur?

A) deksametazon sınağı

B) qanda 17-hidroksiprogesteronun təyini

C) yod sınağı

D) qanda androstendionun təyini

E) qanda dehidroepiandrosteronun təyini

6. Hiperprolaktinemiyanın müalicəsində hansı preparatdan istifadə olunur?

A) dostineks və ya bromokriptin

B) buserelin

C) xorionik qonadotropin

2

D) kombinə olunmuş oral kontraseptivlər

E) prohestagenlər

7. Polikistoz yumurtalıqlar sindromu üçün xarakterik deyil:

A) boyun patoloji artması

B) yumurtalıqların ölçüsünün böyüməsi

C) hirsutizm

D) piylənmə

E) menstrual siklin pozulması

8. Adrenogenital sindrom üçün xarakterik deyil:

A) qalaktoreya

B) aybaşın gec başlaması

C) hirsutizm

D) izolə olunmuş vaxtından əvvəl pubarxe

E) sümüklərdə böyümə zonasının tez bağlanması

9. Amenoreya nədir?

A) reproduktiv yaşda olan qadında 6 aydan artıq müddətdə aybaşının olmamasıdır

B) 2 ay müddətində aybaşıların olmamasıdır

C) 4 ay müddətində aybaşıların olmamasıdır

D) aybaşı zamanы qan itkisinin artmasıdır

E) aybaşılararası qan itkisinin artmasıdır

10. Fizioloji amenoreya müşahidə olunmur:

A) reproduktiv dövrdə

B) cinsi yetişkənliyə qədərki dövrdə

C) laktasiya dövründə

D) hamiləlik zamanı

E) postmenopauza dövründə

11. Prolaktin harada sintez olunur?

A) hipotalamusda 

B) qalxanabənzər vəzidə

C) yumurtalıqlarda

D) böyrəküstü vəzidə

E) hipofizin laktotrof hüceyrələrində

12. Orqanizmdə prolaktinin sintezini əsasən tənzimləyir:

A) dofamin

B) adrenalin

3

C) progesteron

D) qlükokortikosteroidlər

E) qonadotrop hormon

13. Kiçik çanaq boşluğunda bitişmə prosesinin ağır forması müşahidə olunur:

A) süzənək və xlamidiozda

B) qardnerellyozda

C) ureaplazmozda

D) genital herpesdə

E) kandidozda

14. Daxili cinsiyyət orqanlarının iltihabi xəstəlikləri nə üçün çox vaxt qadın sonsuzluğunun 

yaranmasına səbəb olur?

A) uşaqlıq borularının keçiriciliyini pozmaqla kiçik çanaqda və qarın boşluğunda bitişmə prosesinin 

yaranmasına səbəb olur

B) eyakulyata qarsı sensibilizasiya formalaşdırır

C) uşaqlıq boynunda eroziya yaradır

D) yumurtalıqların funksiyasının pozulmasına səbəb olur

E) endokrin sistem xəstəliklərinin yaranmasına səbəb olur

15. Genital xlamidioz ən çox hansı orqanı zədələyir?

A) uşaqlıq boruları və uşaqlıq boynunu

B) uşaqlıq yolunu

C) miometriumu

D) endometriumu

E) yumurtalıqları

16. Xroniki endometrit:

A) residivli gedişata malikdir

B) hiperandrogeniya ilə müşahidə olunur

C) xroniki intoksikasiya verir

D) hiperprolaktinemiya verir

E) kiçik çanaqda bitişmələr yaradır

17. Xroniki endometrit üçün xarakterik deyil:

A) yüksək qızdırma, titrətmə, kiçik çanaqda güclü ağrılar

B) sonsuzluq və adəti düşüklərin olması

C) xroniki çanaq ağrılarının olması

D) cinsiyyət yollarından seroz-irinli ifrazatın olması

E) USM-də uşaqlıqdaxili sinexiyaların olması

4

18. Bakterial vaginoz üçün əsasən xarakterik deyil:

A) dizuriya

B) uşaqlıq yolu yaxmasında açarvari hüceyrələrin tapılması

C) uşaqlıq yolunda pH >4,5 olması

D) uşaqlıq yolundan məlhəməbənzər, boz ifrazatın olması

E) müsbət amin sınağı

19. Bakterial vaginozun mikrob assosiasiyası üçün xarakterikdir:

A) qardnerella, bakteroidlər, mobilunkus

B) trixomonada, stafilakok

C) qonokok, kandida

D) klebsiella, qonokokk

E) kandida, şigella

20. Bakterial vaginozun mərhələli kompleks müalicəsinə aiddir:

A) antibakterial müalicə+eubiotiklər+immunomodulyatorlar

B) antibiotik+probiotiklər

C) probiotik+immunmodulyatorlar

D) antibakterial müalicə+immunmodulyatorlar

E) immunomodulyator+ polivitaminlər

21. Uşaqlıq yolu trixomonadı aiddir:

A) ibtidailərə

B) bakteriyalara

C) viruslara

D) parazitlərə

E) göbələklərə

22. Uşaqlıq cisminin daxili endometriozu üçün xarakterik deyil:

A) nəzərə çarpacaq dərəcədə irinli ifrazatın olması

B) aybaşından əvvəl uşaqlıq yolundan qatı, tünd rəngli qanlı ifrazat

C) aybaşı zamanı ağrılar

D) menorragiya

E) aybaşıdan sonra uşaqlıq yolundan qatı, tünd rəngli qanlı ifrazat

23. Xarici genital endometriozun xarakterik klinik əlaməti deyil:

A) subfebril temperatur

B) sonsuzluq

C) dispareuniya

D) xroniki çanaq ağrıları

5

E) alqodismenoreya

24. Xarici genital endometriozun diaqnostikasında ən informativ üsuldur:

A) laparoskopiya

B) ultrasəs müayinə

C) histeroskopiya

D) histerosalpinqoqrafiya

E) kolposkopiya

25. Daxili endometriozun diaqnostikasında ən informativ usuldur:

A) histeroskopiya

B) rentgenoloji müayinə

C) laparoskopiya

D) kolposkopiya

E) maqnit rezonans tomoqrafiya

26. Endometriozun müalicəsində hansı preparatlardan istifadə etmək məqsədə-uyğundur:

A) qonadoliberinlərin aqonistlərini 

B) qlükokortikosteroidləri

C) antibiotikləri

D) antimikotik preparatlari

E) eubiotikləri

27. Leykoplagiya yerləşmir:

A) endometriumda

B) uşaqlıq boynunda

C) uşaqlıq yolu divarında

D) vulvanın dərisində

E) cinsiyyət dodaqlarının dərisində

28. Uşaqlığın miomasının ağırlaşması deyil:

A) ritmik təkrarlanan aybaşıların olması 

B) miomatoz düyünün burulması

C) uşaqlığın çevrilməsi

D) miomatoz düyünün nekrozu

E) qonşu orqanların sıxılması

29. Submukoz miomada ən çox rast gəlinir:

A) aybaşıların hiperpolimenoreya tipli pozulmaları

B) aybaşı funksiyasının opsomenoreya tipli pozulması

C) qonşu orqanların sıxılması

6

D) ağrı sindromu

E) amenoreya

30. Uşaqlıq və uşaqlıq yolunun tam ikiləşməsində anatomik törəmələrə aid deyil:

A) dörd uşaqlıq borusu

B) iki uşaqlıq borusu

C) iki uşaqlıq boynu

D) iki uşaqlıq 

E) iki uşaqlıq yolu

31. Normal aybaşı siklinin davamiyyəti:

A) 21-35 gündür

B) 28-40 gündür

C) 3-7 gündür

D) 28-29 gündür

E) 14-28 gündür

32. Normal aybaşının davamiyyəti:

A) 3-7 gündür

B) 1-3 gündür

C) 3-5 gündür

D) 5 gündür

E) 2-10 gündür

33. İkifazalı aybaşı siklinin əsas göstəricisidir:

A) ovulyasiya

B) ilkaybaşınınyaranmavaxtı

C) cinsi yetişkənlik dövründə aybaşı funksiyasının formalaşması

D) aybaşınındüzgünritmi

E) aybaşı zamanı itirilən qanın miqdarı

34. Hansı müayinə ovulyasiyanın baş verməsini qiymətləndirməyə əsas vermir?

A) aybaşının 17-18-ci günləri qanda cinsiyyət hormonlarının təyin edilməsi

B) dominant follikulun inkişafına ultrasəs monitorinq

C) endometriumun qaşıntısının histoloji müayinəsi

D) laparoskopiya (yumutalığın səthində stiqmanın olması) 

E) bazal temperaturun ölçülməsi

35. Menorragiya:

A) siklik uşaqlıq qanaxmalarıdır

B) asiklik uşaqlıq qanaxmalarıdır

7

C) aybaşıların ağrılı olmasıdır

D) pre- və postmenopauzal qanaxmadır

E) aybaşı siklinin davamiyyətinin azalmasıdır

36. Metrorragiya:

A) asiklik uşaqlıq qanaxmalarıdır

B) aybaşı vaxtı qanitirmənin çoxalmasıdır

C) aybaşının davamiyyətinin uzanmasıdır

D) aybaşı ritminin dəyişməsidir

E) aybaşının azalmasıdır

37. Alqodismenoreyaya səbəb olmur:

A) uşaqlıq boynunun displaziyası

B) cinsiyyət orqanlarının inkişaf anomaliyaları

C) genital infantilizm

D) genital endometrioz

E) uşaqlığın retrodeviasiyası

38. Pubertat dövr üçün xarakterik deyil:

A) sümük kütləsinin azalması

B) ilk aybaşının olması

C) qasıq və qoltuqaltı tüklənmənin olması

D) süd vəzilərinin böyüməsi

E) boyatmanın sürətlənməsi

39. Vaxtından əvvəl cinsi inkişafın yaranma səbəbi deyil:

A) yumurtalıqların disgeneziyası

B) yumurtalığın follikulyar sisti

C) adrenogenital sindrom

D) baş beynin şişləri

E) yumurtalıqların qranulyoz hüceyrəvi şişləri

40. Pubertat dövrdə disfunksional uşaqlıq qanaxmalarının ən çox yaranma səbəbidir:

A) follikulun atreziya olunması

B) persistensiya edən follikul

C) hipolüteinizm

D) persistensiya edən sarı cisim

E) qanlaxtalanma sistemində pozulma

41. Kontrasepsiya məqsədilə estrogen-hestagen preparatlar təyin edilir

A) aybaşının 1-ci günündən başlayaraq

8

B) aybaşı ərəfəsində

C) ovulyasiya vaxtı

D) aybaşı siklinin günündən asılı olmayaraq

E) aybaşının 14-cü günündən başlayaraq

42. Yalançı amenoreya müşahidə olunur:

A) uşaqlıq boynu kanalının atreziyasında

B) uşaqlıq cisminin aplaziyasında

C) qonadların disgeneziyasında

D) nevrogen anoreksiyada

E) itsenko-Kuşinq xəstəliyində

43. Fizioloji amenoreya müşahidə olunmur:

A) nevrogen anoreksiyada

B) postmenopauzada

C) laktasiya dövründə

D) hamiləlikdə

E) uşaqlıq dövründə

44. Cinsiyyət orqanlarının virus infeksiyaları üçün xarakterik deyil:

A) uşaqlıq borularının zədələnməsi

B) yoluxmanın cinsi yolla baş verməsi

C) yüksək kontagiozluq

D) gedişin resudivləşən olması

E) törədicinin yüksək onkogenliyi

45. Cinsiyyət orqanlarının vərəmində birinci ocaq əsasən harada yerləşir?

A) ağciyərlərdə

B) sümükdə

C) sidik çıxarıcı orqanlarda

D) limfa düyünlərində

E) peritonda

46. Uşaqlıq artımlarının vərəminin əsas klinik simptomudur:

A) sonsuzluq

B) amenoreya

C) menorragiya

D) xroniki çanaq ağrıları

E) metrorragiya

47. Süzənək infeksiyasının yayılma yolları:

9

A) intrakanalikulyar

B) hematogen

C) perinevral

D) kontakt

E) limfogen

48. Uşaqlıq artımlarının kəskin iltihabi xəstəliklərinin mümkün olan fəsadı deyil:

A) amenoreya

B) məhdud və yayılmış peritonit

C) absesləşmə

D) xroniki çanaq ağrıları

E) xroniki hala keçmə

49. Endokrin sonsuzluq hansı xəstəliyin nəticəsi deyil?

A) disherminomanın

B) adrenogenital sindromun

C) hipofizin prolaktin ifraz edən şişinin

D) yumurtalığın tekomasının

E) hipotalamo-hipofizar disfunksiyanın

50. Uşaqlığın miomasının xarakterik xüsusiyyətləri:

A) xoşxassəli, hormondanasılı şişdir

B) eninəzolaqlı əzələ toxumasından inkişaf edir

C) pubertat dövrdə müşahidə olunur

D) maliqnizasiyaya meyllidir

E) neytral dövrdə müşahidə olunur

51. Amenoreya ilə müşahidə olunan hansı patologiyada yeniyetmələrə təcili yardım 

göstərilə bilər?

A) qızlıq pərdəsinin tam atreziyasında 

B) Rokitanski-Kyüstner-Mayer sindromunda

C) hiperprolaktinemiyada

D) testikulyar feminizasiya sindromunda

E) Şereşevski-Terner sindromunda

52. Yuvenil dövrdə disfunksional uşaqlıq qanaxmalarında hormonal hemostaz məqsədilə hansı 

preparatdan istifadə olunur?

A) rigevidon

B) buserelin

C) progesteron

10

D) zidovudin

E) norkolut

53. Oksitosini əsasən hansı hüceyrələr sintez edir?

A) hipotalamus nüvələri

B) sarı ciim

C) yumurtalıqların interstisial hüceyrələri

D) yumurtalıqların qranulyoz hüceyrələri

E) adenohipofiz

54. Cinsi yetişkənliyin ləngiməsi üçün xarakterik deyil:

A) sümük yaşının təqvim yaşını nəzərəçarpacaq dərəcədə qabaqlaması

B) süd vəzilərinin hipoplaziyası

C) yevnuxoid bədən quruluşunun olması

D) sümük yaşının təqvim yaşından geri qalması

E) ikincili cinsi əlamətlərin zəif inkişaf etməsi

55. Birincili alqodismenoreyanın müalicəsində istifadə edilmir:

A) androgenlər

B) sedativ preparatlar

C) spazmolitiklər

D) hestagenlər və estrogenlər-hestagenlər

E) analgetiklər 

56. Hormohal hemostaz hansı hallarda effektli deyil?

A) uşaqlıq boşluğunda döl yumurtasının qalıqları qalarsa

B) emdometriumun qeyri-tam sekretor transformasiyası zamanı

C) pubertat dövrün disfunksional uşaqlıq qanaxmasında

D) sadə endometrial hiperplasiyada

E) mürəkkəb endometrial hiperplaziyada

57. Kombinə olunmuş oral kontraseptivlərlə hormon əvəzedici müalicəyə əks göstərişdir:

A) süd vəziləri və cinsiyyət orqanlarının hormondan asılı bədxassəli şişləri

B) endometrioz

C) menometrorragiya

D) dəmir defisitli anemiya

E) arterial təzyiqin normal olması

58. Polikistoz yumurtalaqlar sindromunda icra olunan cərrahi əməliyyata aid deyil:

A) ikitərəfli ovariektomiya

B) yumurtalıqların pazvari rezeksiyası

11

C) yumurtalıqların termokauterizasiyası

D) yumurtalıqlarin termovaporizasiyası

E) yumurtalıqlarin dekapsulyasiyası

59. 1-8 yaşlı qızlarda vulvovaginitin əsas səbəblərindən biridir:

A) qurd invaziyası

B) hormonal dərman preparatlarının qəbulu

C) uşaqlıq yolunun travması

D) şəkərli diabet

E) uşaqlıq yolunda yad cisim

60. Genital xlamidioz üçün hansı orqanın zədələnməsi xarakterdir?

A) uşaqlıq boruları və uşaqlıq boynu

B) yumurtalıqlar

C) endometrium

D) miometrium

E) uşaqlıq yolu

61. Aspermiya:

A) eyakulyatın olmamasıdır

B) spermatozoidlərin <20·10

6

/ml olmasıdır 

C) eyakulyatda spermatozoidlərin olmamasıdır

D) normal morfologiyalı spermatozoidlərin <14% olmasıdır

E) spermatozoidlərin hərəkətliyinin azalmasıdır

62. Sonsuzluq zamanı laparoskopiyaya göstəriş:

A) polikistoz yumurtalıqlar sindromu

B) lütein fazasının çatışmazlığı

C) hipotirloz

D) hiperprolaktinemiya

E) davamlı anovulyasiya

63. Hamiləliyin erkən müddətlərinnin diaqnostikası üçün qanda təyin edilən hormon:

A) xorionik qonadotropin

B) tireotron hormon

C) somatotrop hormon

D) prolaktin

E) estradiol

64. Uşaqlıq boynunun fon xəstəliklərinə aid deyil:

A) proliferativ leykoplagiya

12

B) sadə leykoplagiya

C) ektropion

D) eritroplagiya

E) psevdoeroziya

65. Yumurtalıqların şişəbənzər törəmələrinə aiddir:

A) sarı cismin sisti

B) dermoid sist

C) disherminoma

D) papilyar sistadenoma

E) sadə seroz sistadenoma

66. 18 yaşlı qızda sadə seroz sistadenoma zamanı əməliyyatın həcmi:

A) yumurtalığın normal toxuma səviyyəsində rezeksiyası

B) ikinci yumurtalığın biopsiyası ilə adneksektomiya

C) zədələnmiş tərəfdə adneksektomiya

D) piyliyin biopsiyası ilə adneksektomiya

E) uşaqlığın artımlarla birlikdə uşaqlıq yoluüstü amputasiyası

67. Dermoid sistlərin müalicəsi hansıdır?

A) cərrahi müdaxilə

B) immunomodulyatorların təyini

C) nəzarət

D) sorucu terapiyanın təyini

E) fizioterapiya

68. Yumurtalıq şişinin cərrahi ayaqcığına aid deyil:

A) uşaqlığın girdə bağı 

B) yumurtalığın xüsusi bağı 

C) uşaqlıq borusu 

D) mezovarium

E) qif-çanaq bağı

69. Postmenopauzal dövrdə risk qrupuna aid olmayan qadinlarda USM ilə skrininq hansı tezliklə

həyata keçirilir?

A) ildə 1 dəfə

B) ildə 4 dəfə

C) 2 ildə 1 dəfə

D) 3 ildə 1 dəfə

E) 2 ayda 1 dəfə

13

70. Yumurtalıqların xoşxassəli şişlərinin ən effektli diaqnostik üsuludur: 

A) transvaginal exoqrafiya

B) kompyuter tomoqrafiya

C) transabdominal exoqrafiya

D) maqnit-rezonans tomoqrafiya

E) laparoskopiya

71. Reyter xəstəliyinin törədicisidir:

A) chlamidia trachomatis

B) neisseria gonorrhoeae

C) trichomonas vaginalis

D) gardnerella vaginalis

E) mycoplasma hominis

72. Bakterial vaginozun diaqnostik meyarı deyil:

A) uşaqlıq yolunda pH 3,8-4,5

B) uşaqlıq yolunda pH >4,5

C) uşaqlıq yolu yaxmasında açarvari hüceyrələrin olması
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə