1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir: a yuvenil dövrdə b südəmər dövrdə



Yüklə 297.84 Kb.
PDF просмотр
səhifə4/5
tarix25.12.2016
ölçüsü297.84 Kb.
1   2   3   4   5

A) qalaktoreya

B) aybaşın gec başlaması

C) hirsutizm

38

D) izolə olunmuş vaxtından əvvəl pubarxe

E) sümüklərdə böyümə zonasının tez bağlanması

209. Amenoreya nədir?

A) reproduktiv yaşda olan qadında 6 aydan artıq müddətdə aybaşının olmamasıdır

B) 2 ay müddətində aybaşıların olmamasıdır

C) 4 ay müddətində aybaşıların olmamasıdır

D) aybaşı zamanы qan itkisinin artmasıdır

E) aybaşılararası qan itkisinin artmasıdır

210. Fizioloji amenoreya müşahidə olunmur:

A) reproduktiv dövrdə

B) cinsi yetişkənliyə qədərki dövrdə

C) laktasiya dövründə

D) hamiləlik zamanı

E) postmenopauza dövründə

211. Prolaktin harada sintez olunur?

A) hipotalamusda 

B) qalxanabənzər vəzidə

C) yumurtalıqlarda

D) böyrəküstü vəzidə

E) hipofizin laktotrof hüceyrələrində

212. Orqanizmdə prolaktinin sintezini əsasən tənzimləyir:

A) dofamin

B) adrenalin

C) progesteron

D) qlükokortikosteroidlər

E) qonadotrop hormon

213. Kiçik çanaq boşluğunda bitişmə prosesinin ağır forması müşahidə olunur:

A) süzənək və xlamidiozda

B) qardnerellyozda

C) ureaplazmozda

D) genital herpesdə

E) kandidozda

214. Daxili cinsiyyət orqanlarının iltihabi xəstəlikləri nə üçün çox vaxt qadın sonsuzluğunun 

yaranmasına səbəb olur?

39

A) uşaqlıq borularının keçiriciliyini pozmaqla kiçik çanaqda və qarın boşluğunda bitişmə prosesinin 

yaranmasına səbəb olur

B) eyakulyata qarsı sensibilizasiya formalaşdırır

C) uşaqlıq boynunda eroziya yaradır

D) yumurtalıqların funksiyasının pozulmasına səbəb olur

E) endokrin sistem xəstəliklərinin yaranmasına səbəb olur

215. Genital xlamidioz ən çox hansı orqanı zədələyir?

A) uşaqlıq boruları və uşaqlıq boynunu

B) uşaqlıq yolunu

C) miometriumu

D) endometriumu

E) yumurtalıqları

216. Xroniki endometrit:

A) residivli gedişata malikdir

B) hiperandrogeniya ilə müşahidə olunur

C) xroniki intoksikasiya verir

D) hiperprolaktinemiya verir

E) kiçik çanaqda bitişmələr yaradır

217. Uşaqlıq yolu trixomonadı aiddir:

A) ibtidailərə

B) bakteriyalara

C) viruslara

D) parazitlərə

E) göbələklərə

218. Uşaqlıq cisminin daxili endometriozu üçün xarakterik deyil:

A) nəzərə çarpacaq dərəcədə irinli ifrazatın olması

B) aybaşından əvvəl uşaqlıq yolundan qatı, tünd rəngli qanlı ifrazat

C) aybaşı zamanı ağrılar

D) menorragiya

E) aybaşıdan sonra uşaqlıq yolundan qatı, tünd rəngli qanlı ifrazat

219. Xarici genital endometriozun diaqnostikasında ən informativ üsuldur:

A) laparoskopiya

B) ultrasəs müayinə

C) histeroskopiya

D) histerosalpinqoqrafiya

40

E) kolposkopiya

220. Leykoplagiya yerləşmir:

A) endometriumda

B) uşaqlıq boynunda

C) uşaqlıq yolu divarında

D) vulvanın dərisində

E) vulvanın selikli qişasında

221. Uşaqlığın miomasının ağırlaşması deyil:

A) ritmik təkrarlanan aybaşıların olması 

B) miomatoz düyünün burulması

C) uşaqlığın çevrilməsi

D) miomatoz düyünün nekrozu

E) qonşu orqanların sıxılması

222. Submukoz miomada ən çox rast gəlinir:

A) aybaşıların hiperpolimenoreya tipli pozulmaları

B) aybaşı funksiyasının opsomenoreya tipli pozulması

C) qonşu orqanların sıxılması

D) ağrı sindromu

E) amenoreya

223. Normal aybaşı siklinin davamiyyəti:

A) 21-35 gündür

B) 28-40 gündür

C) 3-7 gündür

D) 28-29 gündür

E) 14-28 gündür

224. Normal aybaşının davamiyyəti:

A) 3-7 gündür

B) 1-3 gündür

C) 3-5 gündür

D) 5 gündür

E) 2-10 gündür

225. İkifazalı aybaşı siklinin əsas göstəricisidir:

A) ovulyasiya

B) ilkaybaşınınyaranmavaxtı

C) cinsi yetişkənlik dövründə aybaşı funksiyasının formalaşması

41

D) aybaşınındüzgünritmi

E) aybaşı zamanı itirilən qanın miqdarı

226. Menorragiya:

A) siklik uşaqlıq qanaxmalarıdır

B) asiklik uşaqlıq qanaxmalarıdır

C) aybaşıların ağrılı olmasıdır

D) pre- və postmenopauzal qanaxmadır

E) aybaşı siklinin davamiyyətinin azalmasıdır

227. Metrorragiya:

A) asiklik uşaqlıq qanaxmalarıdır

B) aybaşı vaxtı qanitirmənin çoxalmasıdır

C) aybaşının davamiyyətinin uzanmasıdır

D) aybaşı ritminin dəyişməsidir

E) aybaşının azalmasıdır

228. Alqodismenoreyaya səbəb olmur:

A) uşaqlıq boynunun displaziyası

B) cinsiyyət orqanlarının inkişaf anomaliyaları

C) genital infantilizm

D) genital endometrioz

E) uşaqlığın retrodeviasiyası

229. Pubertat dövr üçün xarakterik deyil:

A) sümük kütləsinin azalması

B) ilk aybaşının olması

C) qasıq və qoltuqaltı tüklənmənin olması

D) süd vəzilərinin böyüməsi

E) boyatmanın sürətlənməsi

230. Kontrasepsiya məqsədilə estrogen-hestagen preparatlar necə təyin edilir?

A) aybaşının 1-ci günündən başlayaraq

B) aybaşı ərəfəsində

C) ovulyasiya vaxtı

D) aybaşı siklinin günündən asılı olmayaraq

E) aybaşının 14-cü günündən başlayaraq

231. Yalançı amenoreya müşahidə olunur:

A) uşaqlıq boynu kanalının atreziyasında

B) uşaqlıq cisminin aplaziyasında

42

C) qonadların disgeneziyasında

D) nevrogen anoreksiyada

E) İtsenko-Kuşinq xəstəliyində

232. Fizioloji amenoreya müşahidə olunmur:

A) nevrogen anoreksiyada

B) postmenopauzada

C) laktasiya dövründə

D) hamiləlikdə

E) uşaqlıq dövründə

233. Cinsiyyət orqanlarının virus infeksiyaları üçün xarakterik deyil:

A) uşaqlıq borularının zədələnməsi

B) yoluxmanın cinsi yolla baş verməsi

C) yüksək kontagiozluq

D) gedişin resudivləşən olması

E) törədicinin yüksək onkogenliyi

234. Cinsiyyət orqanlarının vərəmində birinci ocaq əsasən harada yerləşir?

A) ağciyərlərdə

B) sümükdə

C) sidik çıxarıcı orqanlarda

D) limfa düyünlərində

E) peritonda

235. Uşaqlıq artımlarının vərəminin əsas klinik simptomudur:

A) sonsuzluq

B) amenoreya

C) menorragiya

D) çanaq boşluğunda xroniki ağrılar

E) metrorragiya

236. Süzənək infeksiyasının yayılma yolları:

A) intrakanalikulyar

B) hematogen

C) perinevral

D) kontakt

E) limfogen

237. Uşaqlıq artımlarının kəskin iltihabi xəstəliklərinin mümkün olan fəsadı deyil:

A) amenoreya

43

B) məhdud və yayılmış peritonit

C) absesləşmə

D) xroniki çanaq ağrıları

E) xroniki hala keçmə

238. Uşaqlığın miomasının xarakterik xüsusiyyətləri:

A) xoşxassəli, hormondanasılı şişdir

B) eninəzolaqlı əzələ toxumasından inkişaf edir

C) pubertat dövrdə müşahidə olunur

D) maliqnizasiyaya meyllidir

E) neytral dövrdə müşahidə olunur

239. Amenoreya ilə müşahidə olunan hansı patologiyada yeniyetmələrə təcili yardım göstərilə bilər?

A) qızlıq pərdəsinin tam atreziyasında 

B) Rokitanski-Kyüstner-Mayer sindromunda

C) hiperprolaktinemiyada

D) testikulyar feminizasiya sindromunda

E) Şereşevski-Terner sindromunda

240. Oksitosini əsasən hansı hüceyrələr sintez edir?

A) hipotalamus nüvələri

B) sarı cisim

C) yumurtalıqların interstisial hüceyrələri

D) yumurtalıqların qranulyoz hüceyrələri

E) adenohipofiz

241. Kombinə olunmuş oral kontraseptivlərlə hormon əvəzedici müalicəyə əks göstərişdir:

A) süd vəziləri və cinsiyyət orqanlarının hormondan asılı bədxassəli şişləri

B) endometrioz

C) menometrorragiya

D) dəmir defisitli anemiya

E) arterial təzyiqin normal olması

242. Genital xlamidioz üçün hansı orqanın zədələnməsi xarakterdir?

A) uşaqlıq boruları və uşaqlıq boynu

B) yumurtalıqlar

C) endometrium

D) miometrium

E) uşaqlıq yolu

243. Yumurtalıqların şişəbənzər törəmələrinə aiddir:

44

A) sarı cismin sisti

B) dermoid sist

C) disherminoma

D) papilyar sistadenoma

E) sadə seroz sistadenoma

244. Dermoid sistləri müalicəsi hansıdır?

A) cərrahi müdaxilə

B) immunomodulyatorların təyini

C) nəzarət

D) sorucu terapiyanın təyini

E) fizioterapiya

245. Yumurtalıqların xoşxassəli şişlərinin ən effektli diaqnostik üsuludur: 

A) transvaginal exoqrafiya

B) kompyuter tomoqrafiya

C) transabdominal exoqrafiya

D) maqnit-rezonans tomoqrafiya

E) laparomikroskopiya

246. Süzənən infeksiyasının törədicilidir:

A) neisseria gonorrhoeae 

B) gardnerella vaginalis

C) staphylacoccus aurena 

D) trichomonas vaginalis

E) chlamidia trachomatis 

247. Uşaqlıq miomasında icra olunan radikal əməliyyatdır:

A) uşaqlığın ekstirpasiyası

B) konservativ miomektomiya

C) uşaqlığın defundasiyası

D) uşaqlığın uşaqlıq yolu üstü hündürdən amputasiyası

E) laparoskopik mioliz

248. Genital vərəmdə ən az zədələnir:

A) xarici cinsiyyət orqanları

B) uşaqlıq boruları

C) endometrium

D) yumurtalıq

E) uşaqlıq boynu

45

249. Endometriumun müayinəsi üçün tətbiq olunmur:

A) laparoskopiya 

B) histerosalpinqoqrafiya 

C) histeroskopiya 

D) endometriumun biopsiya 

E) hidrosonoqrafiya

250. Aybaşı siklinin I fazasının sonunda baş verir:

A) dominant follikulun partlaması

B) endometrium hüceyrələrinin mitotik aktivliyinin azalması

C) estradiolun qanda konsentrasiyasının azalması

D) progesteronun qanda konsentrasiyasının maksimal həddə qədər yüksəlməsi

E) endometriumda sekretor dəyişikliklərin maksimum həddə çatması

251. Aybaşının baş verməsi asılı deyil:

A) fallop borularının keçiriciliyindən

B) qonadotrop hormonların səviyyəsindən

C) endometriumun cinsi hormonlara həssaslığından

D) qonadoliberinin səviyyəsindən

E) steroid hormonların səviyyəsindən

252. Kəskin endometritdə əsas klinik əlamət:

A) yüksək qızdırma, titrəmə, kiçik çanaqda güçlü ağrılar

B) xroniki çanaq ağrıları

C) dispareuniya

D) aybaşından əvvəl və sonra uşaqlıq yolundan tünd qanlı ifrazatın gəlməsi

E) cinsiyyət yollarından irinli ifrazatın gəlməsi

253. Xroniki çanaq ağrıları əsasən baş vermir:

A) uşaqlıq boynunun endometriozunda

B) xarici genital endometriozda

C) xroniki adneksitdə

D) kiçik çanaq venalarının varikoz genişlənməsində

E) osteoxondrozda

254. Vaginal kandidozun əsas törədicisidir:

A) candida albicans

B) trichomonas vaginalis

C) neisseria gonorrhoeae

D) gardnerella vaginalis

46

E) mycoplasma hominis

255. Trichomonas vaginalis hansı törədicilərə aiddir?

A) ibtidailərə

B) parazitlərə

C) göbələklərə

D) viruslara

E) bakteriyalara

256. Kiçik çanaq üzvlərinin kəskin iltihabi xəstəliklərinin müalicəsində əsasən tətbiq edilmir:

A) fizioterapiya

B) geniş təsir spektrli antibiotiklər

C) antifunqal preparatlar

D) nitroimidazol törəmələri

E) desintoksikasion terapiya

257. Normal aybaşı zamanı itirilən qanın miqdarı:

A) 50-70 ml

B) 200-250 ml

C) 100-150 ml

D) 20-30 ml

E) 150-200 ml

258. Qonadoliberinin sintezi baş verir:

A) hipotalamusun nüvələrində

B) hipofizin ön payında

C) hipofizin arxa payında

D) baş beyin qabığının neyronlarında

E) onurna beyninin neyronlarında

259. Oliqomenoreya:

A) aybaşılararası intervalın artmasıdır

B) nadir və ağrılı aybaşılardır

C) aybaşı vaxtı itirilən qanın miqdarının azalmasıdır

D) aybaşılararası az qanlı ifrazatın gəlməsidir

E) aybaşı sikli ilə əlaqədar olan qanaxmalardır

260. Həqiqi amenoreyanın səbəbidir:

A) hipofizin mikro- və ya makroadenoması

B) qızlıq pərdəsinin atreziyası

C) uşaqlığın aplaziyası

47

D) uşaqlıq boynu kanalının atreziyası

E) uşaqlıq yolunun atreziyası

261. Daxili cinsiyyət üzvlərinin vərəmi hansı yaş dövrlərində daha çox aşkarlanır?

A) reproduktiv dövrdə

B) pubertat dövrdə

C) premenopauzal dövrdə

D) neytral dövrdə

E) südəmər dövrdə

262. Hansı sidik-cinsiyyət üzvü qalxan süzənəyə ən çox məruz qalır?

A) uşaqlıq böruları

B) uşaqlıq boynu kanalı

C) parauretral vəzilər

D) uretra

E) uşaqlıq yolu

263. Qonokoklar bakterioskopik müayinədə necə identifikasiya olunurlar?

1) Cüt-cüt yerləşən paxlaşəkilli koklardır

2) Çoxqatlı yaştı epitelə tropluğu var

3) Qram neqativdirlər

4) Çöpşəkilli koklardır

5) Hüceyrədaxilində yerləşirlər

A) 1,3,5

B) 2,4,5

C) 2,3,5

D) 1,2,3

E) 1,2,5

264. Bakterial vaginozun əsas klinik simptomudur:

A) pis balıq qoxulu və çoxlu ifrazat

B) dispareuniya

C) dizuriya

D) çanaqda ağrılar

E) xarici cinsiyyət üzvlərində qaşınma

265. Yumurtalığın həqiqi şişlərinə aiddir:

A) papilyar sistadenoma

B) follikulyar sist

C) paraovarial sist

48

D) sarı cismin sisti

E) tekalütein sist

266. Normada uşaqlıq boynunun uşaqlıq yolu hissəsi örtülmüşdür:

A) çoxqatlı yastı buynuzlaşmamış epitel ilə

B) slindrik epitel ilə

C) birqatlı yastı epitel ilə

D) vəzili epitel ilə

E) çoxqatlı yastı büynüzlaşmış epitel ilə

267. Uşaqlığın intramural miomasının diaqnostikasında ən informativ metoddur:

A) ultrasəs müayinəsi

B) uşaqlıq yolu müayinəsi

C) histerosalpinqoqrafiya

D) histeroskopiya

E) laparoskopiya

268. Uşaqlığın subseroz miomasının diaqnostikasında informativ müayinə metodudur:

A) laparoskopiya

B) hidrosonoqrafiya

C) histerosalpinqoqrafiya

D) histeroskopiya

E) uşaqlıq boşluğunun zondlanması

269. Yumurtalığın şişəbənzər törəmələrinin xarakter xüsusiyyətləri:

A) bu retension törəmələr olub maye hesabına böyüyür

B) hüceyrələrin proliferaiyası səbəbindən böyüyür

C) kapsulası yoxdur

D) maliqnizasiyaya uğraya bilər

E) peritona disseminasiya oluna bilər

270. Yumurtalığın epitelial şişlərinə aid deyil:

A) tekoma

B) seroz sistadenoma

C) musinoz sistadenoma

D) sistadenokarsinoma

E) brenner şişi

271. Yumurtalığın hormonalaktiv şişlərinə aid deyil:

A) disherminoma

B) qranulyoz hüceyrəli sis

49

C) teka-hüceyrəli şiş

D) androblastoma

E) arrenoblastoma

272. Hansı fəsad yumurtalığın xoşxassəli şişlərində ən çox rast gəlinir?

A) şişin öz ayaqcığı ətrafında burulması

B) şişin daxilinə qansızma

C) kapsulanın partlaması

D) möhtəviyyatın irinləməsi

E) qonşu orqanların sıxılması

273. Uşaqlıq cisminin endometriozu adlanır:

A) adenomioz

B) adenomatoz

C) endometrit

D) adneksit

E) disherminoma

274. Kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin patogenezində hansı amil əsas rol oynamır?

A) uşaqlığın mioması

B) uşaqlıqdaxili vasitədən istifadə

C) cinsi əlaqə

D) aybaşı

E) kiçik çanaqda aparılan əməliyyatlar

275. Uşaqlığın mioması səbəb olmur:

A) lütein fazasının çatışmazlığına

B) adəti düşüklərə

C) vaxtından əvvəl doğuşlara

D) uşaqlıq borularının keçməməzliyinə

E) qonşu orqanların funksiyasının pozulmasına 

276. Progesteron harada sintez olunur:

A) sarı cisimdə

B) hipofizdə

C) hipotalamusda

D) follikullarda

E) qaraciyərdə

277. Uşaqlığın miomasının cərrahi müalicəsinə göstəriş deyil:

A) 1 il ərzində olan sonsuzluq

50

B) anemiya ilə müşahidə edilən hiperpolimenoreya

C) uşaqlığın 18 həftəlik hamiləlik boyda böyüməsi

D) miomanın sürətli inkişafı

E) hidronefroz

278. Uşaqlıq yolunun normal möhtəviyyatının saxlanılmasında iştirak etmir:

A) bağırsaq çöpləri

B) pH 3,8-4,5 olması

C) döderleyn çöpləri

D) estrogenlər

E) süd turşusu

279. Planlı laparoskopiya aparılmır:

A) yumurtalıq şişlərinin ayaqcığının burulmasında

B) yumurtalığın fəsadlaşmamış şişəbənzər törəmələrində

C) boru – peritoneal sonsuzluqda

D) polikistoz yumurtalıqlar sindromunda

E) uşaqlığın subseroz miomasında

280. Uşaqlıq arteriyası başlayır:

A) a. iliaca interna-dan

B) a. hypagastrica-dan

C) a. iliaca externa-dan

D) aorta abdominalis-dən

E) a. renalis sinistra-dan

281. Yumurtalıqların qan dövranını təmin edir:

A) uşaqlıq və yumurtalıq arteriyaları

B) xarici qalça arteriyası

C) qarın aortası

D) qalça-bel arteriyası

E) daxili cinsiyyət arteriyası

282. Vərəm qadın cinsiyyət orqanlarından hansını daha çox zədələyir?

A) uşaqlıq borularını

B) yumurtalıqları

C) uşaqlığı

D) xarici cinsiyyət orqanlarını
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə