1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Dilin mənşəyi haqqında nəzəriyyələr



Yüklə 116,59 Kb.
səhifə5/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   2   3   4   5   6   7   8   9   ...   64
dilciliye giris imtahan suallari

8.Dilin mənşəyi haqqında nəzəriyyələr
Dilin meydana gəlmesi amilləri arasında insan orqanizminin evolyusiyası ilə və ilk insan sürüsünün cəmiyyətdə çevrilməsi ilə bağlı amillər olmuşdur. Buna görə də dilin mənşəyi haqqında çoxsaylı fikirləri iki əsas qrupa bölmək olar:1) bioloji nəzəriyyələr, 2) sosial nəzəriyyələr.
Bioloji nəzəriyyələr dilin mənşəyini insan orqanizminin – hiss orqanlar, nitq aparatı ve beyinin evolyusiyası ilə izah edirlər. Bu nəzəriyyələr dilin ilahi mənşəyini inkar edərək, onun təbiətin uzun inkişafının nəticəsi olduğunu göstərirlər. Bioloji nəzəriyyələr arasında səs təqlidi ve nida nəzəriyyələri daha çox məşhurdur.
Səs təqlidi nəzəriyyəsi dilin mənşəyini heyvan çığırtılarını qəbul edən eşitmə orqanınının evolyusiyası ilə izah edir. Bu nəzəriyyəyə görə, dil heyvan səslərini təqlid etmə nəticəsində yaranmışdır. Məşhur alim V. Fon Humboldt bu nəzəriyyənin tərəfdarı idi.Səs təqlidi nəzəriyyəsi iki fərziyyəyə əsaslanır: 1) ilk sözlər səs təqlidləri idi;2) sözdə səslənmə simvolikdir, məna əşyaların təbiətini əks etdirir..Lakin bu fərziyyələr dil faktlarına müvafiq gəlmir.Təqlidi sözlərdəki səs və formalar dildə artıq mövcud olan səs ve formalardır.
Nida (və ya refleks) nəzəriyyəsi dilin mənşəyini insanın keçirdiyi hiss, həyəcanlarla izah edir. Bu nəzəriyyəyə görə, ilk sözlər qeyri-iradi çığırtılar, nidalar,reflekslər olmuşdur. İnsanlar ağrını, sevinci, qorxu və ya aclığı emosional şəkildə ifadə edirdilər. Dilin sonrakı inkişafında bu çığırtılar həmin insan cəmiyyətinin hamısı üçün zəruri olan simvolik mənalar kəsb etmişdir. Refleks nəzəriyyəsinin tərəfdarları H.Şteyntal ,Ç.Darvin və A.A.Potebnya olmuşdur.
Sosial müqavilə ve iş nəzəriyyəsi -bu nəzəriyyəyə görə, dil insanların şüurlu kəşfidir. Bu nəzəriyyənin əsasını belə bir fikir təşkil edir: ilk insanların birgə heyvan ovlaması, vəhşi heyvanlara qarşı birgə pusqular qurması, qorxduqları zaman bir-birinə sığınması və s. nəticəsində onlar arasında ünsiyyət vasitəsi kimi əvvəlcə mənasız səslər yaranmış, sonra bu səslər anlayışlara çevrilmişdir. XVIII əsrdə bu nəzəriyyə A.Smit, J.J.Russo və başqaları tərəfindən müdafiə edilmişdir. J.Russoya görə, ilk dövrlərdə səslər eşitmə qabiliyyətinə təsir edən əşyaların simvolu olmuşdur; görmə yolu ilə qavranan əşyalar jestlərlə təsvir edilirdi. Lakin bu o qədər də rahat olmadığından, onlar tədricən səs-cümlələrlə əvəz edilmişdir; çıxarılan səslərin sayca çoxalması nitq orqanlarının təkamülünə gətirib çıxarmışdır.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin