1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»


Dünyanın müasir ekoloji problemləri; ozon qatının dağılması



Yüklə 400,34 Kb.
səhifə18/33
tarix02.01.2022
ölçüsü400,34 Kb.
#42710
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
EKOLO

Dünyanın müasir ekoloji problemləri; ozon qatının dağılması.

Ozon oksigenin izotopu (O3 ) olub güclü oksidləşdirici xassəyə malikdir. Ozon atmosferdə

Günəşin ultrabənövşəyi şüalanması nəticəsində yaranır. Fotokimyəvi reaksiya nəticəsində molekulyar O2 atomar O ilə birləşir, bu proses fotoliz adlanır. Atmosferdə olan bütün ozonu 0°Cdə normal təzyiqə gətirsək, ozon qatının qalınlığı cəmi 3 mm təşkil edər. Ozonun 90%-ə qədəri atmosferdə 10 – 17-dən 50 km-ə qədər (en dairəsi və ilin mövsümlərindən asılı olaraq) hündürlükdə yerləşir. Atmosferin bu təbəqəsi ozon qatı və ya ozonosfer adlanır. İqlimin qlobal dəyişikliyi və insanın təsərrüfat fəaliyyəti Günəşin ultrabənövşəyi şüalarının Yer səthinə çatma intensivliyinin səviyyəsinə təsir göstərir. Bu atmosferin ozon təbəqəsinin nazikləşməsi ilə bağlıdır. Atmosferdə ozon qatı nazikləşir, yer səthində isə əksinə artır. Hazırda yer səthinin yaxınlığında havada 40 – 80 mq/m 3 ozon var.

Ozon qatının dağılmasına 1980-ci ildən diqqət edilir. Həmin ildən ozon qatının illik 1% azalması müşahidə edilir. Ozon qatının 15 – 20% azalması fitoplanktonun və başqa canlıların ölməsinə səbəb ola bilər. İnsanın dərisində xərçəng əmələ gəlmə və s. arta bilər. Ozon qatının dağılmasının nəticələri bunlardır: müxtəlif materialların (məsələn rezinin) dözümlülüyü azalır, suyun yuxarı qatlarında olan su orqanizmləri ölür, kənd təsərrüfatı məhsulları və balıq ovu azalır, əhalinin müxtəlif xəstəliklərə qarşı immuniteti azalır, dəri xərçəngi, gözlərdə katarakta, ağ ciyərlərin, yuxarı tənəffüs yollarının xəstəliyə tutulma ehtimalı artır. 1987-ci ildə 16 sentyabrda 56 ölkənin hökumətləri Monreal (Kanada) protokolunu imzaladılar. Bu protokola əsasən yaxın onillikdə ozon qatını dağıdan xlor-flüor üzvi birləşmələrin və digər ozon dağıdıcı maddələrin (ODM) istehsalını 2 dəfə azaltmağı öhdələrinə götürdülər. Bu protokol 1989-cu ilin yanvarın 1-də qüvvəyə minib. Sonrakı razılaşmalar, yəni 1990-cı ildə Londonda, 1992-ci ildə Kopenhagendə ODM-in istehsalının tədricən və 1997-ci ildə Monrealda dayandırılması irəli sürüldü.





Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin