1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»


Su resursları və onların paylanması



Yüklə 400,34 Kb.
səhifə14/33
tarix02.01.2022
ölçüsü400,34 Kb.
#42710
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
EKOLO

11. Su resursları və onların paylanması


Su resurslarının tərkibi, bütün suyun cəmi: materik (dərinlik, torpaq, səthi), okeanik və atmosfer suları Yerin hidrosferini (hijdŏr – su və spháira – sahə yunan sözlərindən) təşkil edir. Tədqiqatçılar planetdə suyun ehtiyatlarını 1,5-dən 2,5 mlrd km3 -ə qədər qiymətləndirir. Suyun əsas hissəsi

(96,6%) Dünya okeanındadır. Çox duzlu olduğu üçün bu su təsərrüfat fəaliyyəti üçün yararlı deyil. Şirin suyun miqdarı ümumi suyun 2,5%-ni təşkil edir.

Atmosferdəki su – Əsasən su buxarından və onun kondensatından ibartədir; su buxarının əsas hissəsi (90%) troposferin aşağı qatlarında – 10 km-ə qədər hündürlükdə yerləşir. Atmosfer havası müəyyən temperaturda yalnız müəyyən miqdarda su buxarı saxlayır. Bu miqdara çatdıqda su buxarı kondensasiya olunub dumana və buluda çevrilir. Su canlı orqanizmlərin hüceyrə və toxumalarının tərkibində olur və onların 2/3 hissəsini təşkil edir. Orqanizm üçün suyun zəruriliyi çox böyükdür. Məsələn, 1 insan 1 il ərzində 10 ton su tələb edir, 1 kq bioloji kütlənin yaranması üçün isə 500 kq-a qədər su sərf edilir.

Su resurslarının paylanması. Su Dünyanın regionları üzrə qeyri-bərabər paylanıb. Əksər rayonlarda içməli suyun qıtlığı hiss edilir. Əhalinin içməli su ilə təmin olunması çox kəskin vəziyyətdədir, son illərdə isə daha da kəskinləşib. Yer kürəsinin ərazisinin 60%-də içməli su ya yoxdur və ya onun çatışmazlığı hiss edilir.

Suyun sirkulyasiyası. Günəşin istilik şüalanması hesabına təbiətdə su həmişə dövrandadır. Su səthlərindən buxarlanan su qaz şəklinə keçir və hava axınları ilə planetin ayrı-ayrı rayonlarına köçürülür və orada yağıntılar şəklində düşür. Dünyada suyun dövranı 2 mln ilə baş verir. Su resurslarının əhəmiyyəti. Su kimyəvi elementlərin universal həlledicisidir, buna görə də təbiətdə mütləq təmiz su yoxdur. Həll olan maddələrin miqdarına görə su üç sinfə bölünür: şirin, duzlu və şor su.



Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin