Руководство по наркологии. Том 1, М., 2002



Yüklə 206,5 Kb.
səhifə1/3
tarix31.01.2017
ölçüsü206,5 Kb.
#6848
növüРуководство
  1   2   3
Narkologiya ixtisası üzrə dəyişiklikər edilmiş 200 yeni test sualı
25. 02. 13 - cü il tarixində əlavə edilib.

1) Sadalanan maddələrdən ağır demensiya yaradanı hansıdır?
A) Kokain

B) Həşiş


C) Heroin

D) Alkoqol

E) LSD
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 258
2) Amfetaminlərlə kəskin intoksikasiya aşağıdakı hansı psixopatoloji vəziyyətə daha çox uyğundur?
A) Depressiv- paranoid

B) Düşüncənin alaqaranlıq halı

C) Delirioz

D) Hipomaniakal

E) Hallüsinator- paranoid
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 319
3) Amfetamin abstinent sindromunun tərifi hansı ilə uyğun gəlir?
A) Depressiv- paranoid vəziyyət

B) Delirioz vəziyyət

C) İntoksikasion vəziyyət

D) Uzanılmış postintoksikasion vəziyyət zamanı narkotik meyilin aktuallaşması

E) Sadalananların hamısı
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 319
4) Yuxugətirici maddələrin fizioloji təsiri hansı fazalardan ibarətdir?
A) Birinci faza- yuxu, ikinci- stimulyasiya

B) Birinci faza- eyforiya, ikinci- disforiya

C) Birinci faza- eyforiya, ikinci- stimulyasiya

D) Birinci faza- stimulyasiya, ikinci- sedasiya

E) Birinci faza- apatiya, ikinci- yuxu
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 300
5) Bu psixotrop maddələr qruplarından daha çox fiziki asılılıq yaradanı hansıdır?
A) Antidepressantlar

B) Neyroleptiklər

C) Barbituratlar

D) Psixostimulyatorlar

E) Hallüsinogenlər
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 302
6) Hansı maddələrdən bəzi şəxslərdə paradoksal reaksiya yarana bilər?
A) Sadalananlardan heç biri

B) Fenazepam

C) Diazepam

D) Sadalaanların hamısı

E) Kofein
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 307
7) Sadalanan pozuntulardan hansı trankvilizator abstinensiyası zamanı yarana bilər?
A) Sadalananların hamısı

B) Sadalananlardan heç biri

C) Təşvişli depressiya

D) Qıcolma tutmaları

E) Deliriy
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 308
8) Sadalanan maddələrdən hansı asılılıq zamanı üzvi şəxsiyyət dəyişikliyi yaratmır?
A) Trankvilizatorlar

B) Alkoqol

C) Uçucu həlledicilər

D) Barbituratlar

E) Opioidlər
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 309
9) Sadalanan trankvilizatorlardan hansı daha güclü eyforik effektə malikdir?
A) Diazepam

B) Rodedorm

C) Klonazepam

D) Fenazepam

E) Nozepam
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 307
10) Bu psixotrop maddələr qruplarından ağır demensiya yaradanı hansıdır?
A) Hallüsinogenlər

B) Kannabis qrupu

C) Barbituratlar

D) Opiatlar

E) Psixostimulyatorlar
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 304
11) Bu psixostimulyatorlardan hansı güclü yerli anestetik təsiri ilə fərqlənir?
A) Kokain- hidroxlorid

B) 3,4 metilendioksimetamfetamin (ekstazi)

C) Amfetamin-sulfat (fenamin)

D) Metamfetamin (dezoksin)

E) Kofein
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 310
12) Kokainin artıq dozada qəbulu zamanı hansı psixotik pozuntular yarana bilər?
A) Sadalananların hamısı

B) Sadalananlardan heç biri

C) Deliriy

D) Oneyroidə bənzər

E) Paranoid
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 314
13) Kokainin qəbulu zamanı eyforiyadan sonra adətən hansı faza inkişaf edir?
A) Sadalananlardan heç biri

B) Paranoid

C) Fizioloji yuxu

D) Hipomaniya

E) Disforiya
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 314
14) Kokain postintoksikasion sindromu adətən nəilə nəticələnir?
A) Dərin yuxu və sonrakı artıq dərəcədə yüksək iştaha

B) Maniyayabənzər və ya qarışıq sindrom

C) Sadalananların hamısı

D) Düşüncənin alaqaranlıq vəziyyəti

E) Qıcolmalar və deliriy ilə abstinent sindrom
Ədəbiyyat: Иванец Н.Н. Руководство по нaркологии. Том 1, М., 2002 с. 314
15) Kokainin fasiləsiz qəbul dövrünün sonunda psixopatoloji sindromlar hansı ardıcıllıqda inkişaf edir?
A) Dərin yuxu -disforiya-asteniya

B) Eyforiya- dərin yuxu - asteniya

C) Dərin yuxu -disforiya - eyforiya

D) Disforiya-eyforiya- dərin yuxu

E) Disforiya –dərin yuxu-asteniya
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 315
16) Kokain abstinensiyanın kəskin əlamətləri keçəndən sonra hansı pozuntular uzun müddət saxlanılır?
A) Disforiya

B) Asteniya

C) Sadalananların hamısı

D) Sadalananlardan heç biri

E) Depressiya
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 315
17) Sadalanan hansı maddə kokain asılılığını aradan götürmək məqsədi ilə istifadə edilir?
A) Metadon

B) Esperal

C) Parodel (bromkriptin)

D) Novokain

E) Sadalananların hamısı
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. t2 42
18) Sadalanan hansı psixoaktiv maddə ölümlə nəticələnən bədgedişli hipertermiyanı yarada bilər?
A) Fenobarbital

B) Həşiş


C) Heroin

D) Ekstazi

E) Alkoqol
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 322
19) Hansı maddə həm psixostimulyator, həm də hallüsinogen qrupuna aid edilir?
A) LSD

B) Ekstazi

C) Sadalananlardan heç biri

D) Ketamin

E) Mustsimol
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 321
20) Efedron intoksikasiyasının hansı mərhələsində, maddənin əsasən stimullaşdırıci təsiri özünü büruzə verir?
A) Birinci (“prixod”)

B) İkinci

C) Postintoksikasion mərhələ

D) Sadalananlardan heç biri

E) Sadalananların hamısı
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 324
21) Efedron asılılığı hansı gediş formalarına ayrılır?
A) Fasiləsiz və süstgedişli

B) Sadalananlardan heç biri

C) Rekkurent və stabil

D) Tsiklik və fasiləsiz

E) Tsiklik və stabil
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 327
22) Efedronun bir neçə sutka dayanmadan qəbulu asılılığın hansı gediş formasına xasdır?
A) Tsiklik

B) Fasiləsiz

C) Sadalananların hamısı

D) Sadalananlardan heç biri

E) Epizodik
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 327
23) Alkoqol asılılığı zamanı tolerantlığın yüksəlməsi əvvəlki dozalara nisbətən neçə dəfə artıq olur?
A) 50-100

B) 5-6


C) 100-200

D) Sadalananlardan heç biri

E) Tolerantlığın yüksəlməsi olmur
Ədəbiyyat: Наркология: Национальное руководство под ред. Н. Н. Иванца, И. П. Анохиной, М. А. Винниковой М., 2008 с. 193
24) Opioidlərdən asılılıq zamanı tolerantlığın yüksəlməsi əvvəlki dozalara nisbətən neçə dəfə artıq olur?
A) Tolerantlığın yüksəlməsi olmur

B) 5-6


C) Sadalananlardan heç biri

D) 2


E) 100-200
Ədəbiyyat: Наркология: Национальное руководство под ред. Н. Н. Иванца, И. П. Анохиной, М. А. Винниковой М., 2008 с. 193
25) Efedron asılılığının hansı gediş forması daha bədgedişlidir?
A) Fasiləsiz

B) Epizodik

C) Sadalananlardan heç biri

D) Tsiklik

E) Stabil
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 327
26) Uçucu həlledicilərin istifadəsi üçün sadalananların hansı aid deyil?
A) Təsir mexanizmlərinə görə MSS-nin depressantlar qrupuna aid edilir

B) İfadəli toksiki təsirə malikdirlər

C) Maddənin 4-5 qəbulundan sonra fiziki asılılıq yaranır

D) Uşaq və yeniyetmələrdə digər yaş qruplardan daha geniş yayılıb

E) MSS-də üzvü dəyişikliklər yaranır
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 327
27) Efedronun yalnız gündüz saatlarında qəbulu asılılığın hansı gedişatından xəbər verir?
A) Tsiklik

B) Stabil

C) Şubvari

D) Fasiləsiz

E) Sadalananların hamısı
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 327
28) Dizartrik nitq, və sonra aktivləşmə fonunda psixosensor pozuntular, eşidilən səslərin dəfələrlə təkrarlanması (əks-səda simptomu) hansı maddə ilə davamlı intoksikasiyasının əlamətidir?
A) Həşiş

B) Alkoqol

C) Trankvilizatorlar

D) Opiatlar

E) Uçucu həlledicilər
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 346
29) Sadalanan hansı psixoaktiv maddə ilk istifadə zamanı bəzi şəxslərdə ifadəli hisslər yaratmır?
A) Ketamin

B) Psilotsibin

C) Həşiş

D) LSD


E) Kokain
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 293
30) Sadalanan hansı psixoaktiv maddə hətta bir neçə il epizodik qəbulu zamanı ifadəli psixi asılılıq yaratmır?
A) Metadon

B) Efedron

C) Kokain

D) Heroin

E) Həşiş
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 295
31) Həşişdən asılılığın ən təhlükəli səbəblərindən biri hansıdır?
A) HİV, infeksion hepatitlərin yayılmasında böyük rolu var

B) Ağır somatik patologiyaya səbəb olur

C) Artıq dozalanma halları tez-tez rast gəlinir və adətən ölümlə nəticələnir

D) Digər daha ağır psixoaktiv maddələrin qəbuluna yol açır

E) Toksik ensefalopatiya yaradır
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 295
32) Həşiş ilə xronik intoksikasiya hansı vəziyyətə gətirə bilər?
A) Total demensiya

B) Sadalananlardan heç biri

C) Korsakov sindromu

D) Amotivasion sindrom

E) Sadalananların hamısı
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 296
33) Sadalanan hansı maddələrdən asılılıq digərlərinə nisbətən daha xoşgedişlidir?
A) Fenobarbital

B) Tiryək

C) Kokain

D) Alkoqol

E) Həşiş
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 296
34) Sadalanan hansı maddələr intoksikasiyadan sonrakı dövrdə psixi pozuntu residivlərini (“fleşbek”) yaratmaq imkanındadır?
A) Barbituratlar

B) Sadalananların hamısı

C) Hallüsinogenlar

D) Opioidlər

E) Psixostimulyatorlar
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 335
35) Sadalanan hansı psixoaktiv maddənin Avropa və ABŞ-da leqalizasiyasına meyillik müşahidə olunur ?
A) Kokain

B) Efedron

C) Heroin

D) Tiryək

E) Həşiş
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 297
36) Alkoqoldan sui - istifadə formalarına hansı aid deyil?
A) Sadalananlardan heç biri

B) Sadalananların hamısı

C) Alkoqol sərxoşluğu

D) Aşağı tolerantlıqla mütəmadi istifadə

E) Yüksək tolerantlıqla mütəmadi istifadə
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 191
37) Sadalananlardan hansı alkoqoldan asılılıq əlamətidir?
A) Ayrı-ayrı alkoqol ekssesləri

B) Abstinent sindrom

C) Sadalananların hamısı

D) Patoloji alkoqol sərxoşluğu

E) Alkoqoldan ənənəvi istifadə
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 191
38) Sadalanan hansı depressiya növü narkoloji xəstəliklərdə rast gəlinir?
A) Təşvişli

B) Adinamik

C) Hipoxondrik

D) Astenik

E) Sadalananların hamısı
Ədəbiyyat: Наркология: Национальное руководство под ред. Н. Н. Иванца, И. П. Анохиной, М. А. Винниковой М., 2008 с. 192
39) Alkoqolun bilavasitə toksiki təsiri hansı mexanizmlərə əsaslanır?
A) Konformasion təsir

B) Sadalananların hamısı

C) Membranotrop təsir

D) Sadalananlardan heç biri

E) Yağ turşularının eterifikasiyası
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 74-76
40) Sadalananlardan hansı pozuntu alkoqol asılılığı nəticəsində yarana bilər?
A) Miopatiya

B) Ensefalopatiya

C) Sadalananların hamısı

D) Polineyropatiya

E) Sadalananlardan heç biri
Ədəbiyyat: Наркология: Национальное руководство под ред. Н. Н. Иванца, И. П. Анохиной, М. А. Винниковой М., 2008 с. 374-376
41) Etanolun psixotrop təsirlərinə sadalananlardan hansı aid deyil?
A) Oyandırıcı təsir

B) Stress protektiv təsir

C) Tormozlayıcı təsir

D) Anksiolitik təsir

E) Neyroprotektiv təsir
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 81-82
42) Alkoqolun sorulması mədə-bağırsaq sisteminin hansı hissəsində baş verir?
A) 12 barmaq bağırsaqda

B) Mədədə

C) Sadalananların hamısı

D) Sadalananlardan heç biri

E) Ağız boşluğunda
Ədəbiyyat: Наркология: Национальное руководство под ред. Н. Н. Иванца, И. П. Анохиной, М. А. Винниковой М., 2008 с. 134
43) Alkoqoldan asılı olmayan şəxslərdə göstərilən sindromlardan hansı inkişaf edə bilər?
A) Sadalananların hamısı

B) Postintoksikasion sindrom

C) Abstinent sindrom

D) Alkoqol hallüsinozu

E) Alkoqol deliriyi
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 90
44) Aşağıdakılardan hansı alkoqoldan asılı olmayan şəxslərdə inkişaf edə bilər?
A) Patoloji sərxoşluq

B) Sadalananların hamısı

C) Sadalananlardan heç biri

D) Sadə alkoqol sərxoşluğu

E) Postintoksikasion sindrom
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 198
45) Alkoqola patoloji meylin komponentlərinə hansı aid deyil?
A) Senestopatik

B) Emosional

C) Motor

D) Sensor

E) İdeator
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 209
46) Sadalanan hansı maddə daha çox oneyroidəbənzər düşüncə pozuntusu yarada bilər ?
A) Mustsimol

B) Ketamin

C) Sadalananlardan heç biri

D) Atropin

E) Tsiklodol
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 338
47) Sadalananlardan hansı tsiklodolla kəskin intoksikasiya mərhələsinə aid deyil?
A) Sayıqlama mərhələsi

B) Eyforik mərhələ

C) Hallüsinator mərhələ

D) Düşüncənin daralma mərhələsi

E) Çıxış mərhələsi
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 340
48) Sadalanan hansı düşüncə pozuntusu tsiklodolla kəskin intoksikasiya zirvəsində inkişaf edir?
A) Sadalananların hamısı

B) Deliriy

C) Sadalananlardan heç biri

D) Qanzer sindromu

E) Oneyroid
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 341
49) Sadalanan hansı pozuntu tsiklodolla kəskin intoksikasiya zamanı daha çox müşahidə edilir?
A) Görmə psevdohallüsinasiyaları

B) “Mənfi” hallüsinasiyalar

C) Reflektor hallüsinasiyalar

D) Psixogen hallüsinasiyalar

E) Verbal hallüsinoz
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 342
50) Sadalananlardan hansı psixi pozuntu heroindən asılılıq nəticəsində yaranmır?
A) Anerqiya

B) Demensiya

C) Disforiya

D) Asteniya

E) Şəxsiyyət dəyişikliyi
Ədəbiyyat: И.Н.Пятницкая «Общая и частная наркология. Руководство для врачей». М., 2008. c. 227
51) Hansı halda opioidlərdən asılı olan şəxslərdə ifadəli intellektual-mnestik pozuntular yarana bilər?
A) Heroinin inyeksion formada qəbulu olduqda

B) Sadalananların hamısı

C) Kimyəvi vasitələrlə işlənilmiş tiryək preparatlarının qəbulu zamanı

D) Morfin asılılığın 3-cü mərhələsində

E) Uzun müddət (10 ildən çox) heroin qəbulu zamanı
Ədəbiyyat: И.Н.Пятницкая «Общая и частная наркология. Руководство для врачей». М., 2008. c. 226
52) Sadalananlardan hansı psixi pozuntu heroin asılılığı nəticəsində yaranır?
A) İntellektin enməsi

B) Lakunar amneziya

C) Psixoorqanik sindrom

D) Şəxsiyyət dəyişikliyi

E) Qıcolma sindromu
Ədəbiyyat: И.Н.Пятницкая «Общая и частная наркология. Руководство для врачей». М., 2008. c. 227
53) Alkoqol sərxoşluğunun klinikası nədən asılıdır?
A) Sadalananlardan heç biri

B) Yanaşı gedən somatik xəstəliklərdən

C) Yanaşı gedən psixi pozuntulardan

D) Sadalananların hamısı

E) Etanolun dozasından
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 198
54) Aşağıda göstərilən hansı hallarda sürücülərin avtomobil idarəetmə qabiliyyəti pozulur?
A) Trankvilizatorlarla sərxoşluq zamanı

B) Sadalananların hamısı

C) Barbituratlarla sərxoşluq zamanı

D) Sadalananlardan heç biri

E) Alkoqol sərxoşluğu zamanı
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 198
55) Sadə alkoqol sərxoşluğu üçün hansı yanlışdır?
A) Hüquq nöqteyi-nəzərindən şəxsi məsuliyyətdən azad edir

B) Alkoqoldan asılı olmayan şəxslərdə də inkişaf edir

C) Sadalananların hamısı

D) Klinik baxımdan psixi patologiyadır

E) Sadalananlardan heç biri
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 198
56) Ağır dərəcəli alkoqol sərxoşluğu üçün hansı düzdür?
A) Əhvali- ruhiyyənin yüksəlməsi, assosiasiyaların sürətlənməsi ilə müşahidə edilir

B) Sadalananların hamısı

C) Alkoqol deliriyi inkişaf edir

D) Düşüncənin keyləşməsi inkişaf edir

E) Patoloji sərxoşluğa gətirir
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 199
57) Yüngül dərəcəli alkoqol sərxoşluğu üçün hansı düzdür?
A) İntellektual-mnestik funksiyalar yaxşılaşır

B) Düşüncənin keyləşməsi inkişaf edir

C) Sadalananlardan heç biri

D) İdeator tormozlanma inkişaf edir

E) Assosiasiyaların sürətlənməsi ilə müşahidə edilir
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 199
58) Orta dərəcəli alkoqol sərxoşluğu üçün hansı xasdır?
A) Sadalananlardan heç biri

B) Sadalananların hamısı

C) İdeator tormozlanma

D) Diqqətin zəifləməsi

E) Dizartrik nitq
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 199
59) Yüngül dərəcəli alkoqol sərxoşluğu üçün nə xas deyil?
A) Assosiativ sürətlənmə

B) Koordinasiyanın pozulması

C) Üzün hiperemiyası

D) Əhvali- ruhiyyənin yüksəlməsi

E) İdeator tormozlanma
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 199
60) Ağır dərəcəli alkoqol sərxoşluğu üçün nə xas deyil?
A) Məqsədsiz xaotik hərəkətlər

B) Bədənin passiv vəziyyəti

C) Yalnız alkoqol asılılığı zamanı yarana bilər

D) Ağrıya reaksiyaların azalması

E) Düşüncənin keyləşməsi
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 199
61) Alkoqol sərxoşluğunun davamiyyəti nədən asılıdır?
A) Alkoqolun miqdarından

B) Şəxsin yaşından

C) Şəxsin cinsindən

D) Sadalananların hamısı

E) Alkoqolun metabolik parcalanma sürətindən
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 200
62) Sadalananlardan hansı dəyişilmiş sadə alkoqol sərxoşluğunun növüdür?
A) Disforik variant

B) Sadalananların hamısı

C) Paranoid variant

D) Histerik cizgilər ilə variant

E) Hebefren cizgilər ilə variant
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 200-201
63) Sadalananlardan hansı dəyişilmiş sadə alkoqol sərxoşluğuna aid deyil?
A) Patoloji sərxoşluq

B) Disforik variant

C) Hebefren cizgilər ilə variant

D) Paranoid variant

E) Histerik cizgilər ilə variant
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 201
64) Patoloji sərxoşluğun səbəblərinə aid olmayanı hansıdır?
A) Yüksək alkoqol dozaları

B) Yorğunluq

C) Psixogeniyalar

D) MSS-nin üzvü dəyişiklikləri

E) Yuxusuzluq
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 201
65) Patoloji sərxoşluğun formalarına aid olmayanı hansıdır?
A) Oneyroidli

B) Sadalananların hamısı

C) Depressiv

D) Katatonik

E) Maniakal
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 201
66) Patoloji sərxoşluğun formaları hansıdır?
A) Epileptoid və paranoid

B) Katatonik və oneyroidli

C) Depressiv və maniakal

D) Delirioz və amentiv

E) Obsessiv və kompulsiv
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 201
67) Patoloji sərxoşluq üçün hansı yanlışdır?
A) Alkoqoldan asılı olmayan şəxslərdə yarana bilər

B) Tədricən inkişaf edir

C) Residiv ehtimalı çox azdır

D) Epileptoid və paranoid növlərə ayrılır

E) Alkoqolun az miqdarda qəbulundan sonra yaranır
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 201
68) Sadalananlardan patoloji sərxoşluğun epileptoid formasına aid olmayanı hansıdır?
A) Aqressivlik, brutallıq

B) Qorxu və qəzəb affekti

C) Düşüncənin oneyroid tipli pozuntusu

D) Bələdliyin tam pozulması

E) Baş verənlərə qarşı total konqrad amneziya
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 201-202
69) Sadalananlardan patoloji sərxoşluğun paranoid formasına aid olanı hansıdır?
A) Baş verənlərə qarşı parsial amneziya

B) Sadalananların hamısı

C) Bələdliyin tam pozulması

D) Məqsədsiz aqressivlik, brutallıq, hərdən stereotip hərəkətlərlə

E) Baş verənlərə qarşı total amneziya
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 201-202
70) Sadalananlardan hansı yalnız alkoqoldan asılılıq əlaməti deyil?
A) Abstinent sindrom

B) Tolerantlığın dəyişməsi

C) Sadalananlardan heç biri

D) Alkoqola meyillik

E) Sadalananların hamısı
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 207
71) Sadalananlardan hansı alkoqola ikincili patoloji meyilliliyə aiddir?
A) İntoksikasiyadan kənar alkoqola meyilllilik

B) Remissiya zamanı alkoqola meyilllilik

C) Alkoqol sərxoşluğu zamanı dəf olunmaz dərəcədə meyilliliyin artması

D) Sadalananlardan heç biri

E) Sadalananların hamısı
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 208
72) Alkoqol asılılığın 3-cü mərhələsində bəzi xəstələrdə spontan remissiyaların səbəblərinə aid olanı hansıdır?
A) Abstinent sindrom çox ağır keçir

B) Sadalananlardan heç biri

C) Alkoqolun eyforik təsiri itir, patoloji meyililik tolerantlıqla birgə azalır

D) Xəstədə intellektual-amnestik pozuntular inkişaf edir

E) Alkoqolun eyforik təsiri artır
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 225
73) Qadın alkoqolizminin “bədgedişli” kimi gəbul olunmasına səbəb nədir?
A) Sadalananların hamısı

B) Qadınlarda alkoqoldehidroqenaza fermentinin kişilərə nisbətən daha az aktiv olması

C) Qadın alkoqol asılılığına genetik meyilliyin kumulyasiyası

D) Sadalananlardan heç biri

E) Qadınlarda daha çox affektiv pozuntuların yayılması
Ədəbiyyat: Иванец Н.Н. Руководство по наркологии. Том 1, М., 2002 с. 230


Yüklə 206,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin