Kür çayı üçün çayın trans-sərhəd menecmenti, II mərhələ – Erm



Yüklə 487.5 Kb.
PDF просмотр
səhifə1/6
tarix02.12.2016
ölçüsü487.5 Kb.
  1   2   3   4   5   6

 



Kür çayı üçün çayın trans-sərhəd menecmenti, II mərhələ – 



Ermənistan, Gürcüstan və Azərbaycan 

 

 

TACIS/2007/134-398 



 

 

 



 

 

 



 

Nümunələrin götürülməsi və analizi üzrə yaxşı 

laboratoriya təcrübəsinin rəhbər prinsipləri 

 

 

Texniki hesabat 

 

 

Son versiya 

 

 

 



əlliflər: 

 

 

 

Piter Ronçak, Casper Ansbek və Anatoli Piçuqin 

 

 

EPTISA Servicios de Ingenieria S.A. (

İspanya) və



 Grontmij Carl Bro A.S. (

Danimarka



 

 

 

Gürcü dilindən tərcümə 



 

 

Tərcümənin redaktorları: Matanat Avazova and Rafig Verdiyev 



 

 

 



Dekabr 2010-cu il 

 

 



 

 

 



 

 

Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş layihə 

 

 



 

Xəbərdarlıq: bu hesabat Avropa Komissiyasının maliyyə dəstəyi ilə hazırlanmışdır. 

Hesabatda ifadə edilən nöqteyi-nəzərlər konsultantlara aiddir və Avropa Komissiyasının 

rəsmi mülahizələrini ifadə etmir. 

 

 



 



Mündəricat 

1. 

GİRİŞ.................................................................................................................................. 3 



2. 

SU LABORATORİYASINDA KEYFİYYƏTİN İDARƏETMƏ SİSTEMİ..................... 5 

2.1 

Yaxşı laboratoriya təcrübəsi ....................................................................................... 5 



2.2 

ISO/IEC 17025 – laboratoriyanın keyfiyyətin idarəetmə sistemi .............................. 6 

2.3 Laboratoriyanın keyfiyyəti idarəetmə sisteminin tətbiq edilmə planı .............................. 8 

2.3.1 


KİS-ə və/və ya akkreditasiyaya doğru addımlar................................................. 8 

2.3.2 


Özünüz edin və ya konsultanta müraciət edin .................................................. 10 

2.3.3 


Akkreditasiya orqanı......................................................................................... 11 

2.4 


KİS-in tətbiq edilməsi və akkreditasiyanın üstünlükləri və faydası ......................... 11 

3. 


Laboratoriyanın keyfiyyəti üzrə dərsliyi hazırlamaq üçün rəhbər tutulan göstərişlər...... 13 

3.1  Giriş və konsepsiya........................................................................................................ 14 

3.2  Keyfiyyət dərsliyinin elementləri – menecment hissəsi ................................................ 15 

3.2.1 


Təşkil və menecment ........................................................................................ 15 

3.2.2 


Sənədlərə nəzarət .............................................................................................. 16 

3.2.3 


Xahişlərin müzakirəsi, tenderlər və kontraktlar ............................................... 16 

3.2.4 


Testləşmənin və kalibrləmənin sub-kontraktla həyata keçirilməsi................... 17 

3.2.5 


Xidmətin və ehtiyatların alınması .................................................................... 17 

3.2.6  


Müştərilərə xidmət göstərilməsi ....................................................................... 18 

3.2.7  


Şikayətlər .......................................................................................................... 18 

3.2.8 


Qeyri-uyğun analitik testləşməyə nəzarət......................................................... 18 

3.2.9  


Yaxşılaşdırma ................................................................................................... 19 

3.2.10  Korrektə tədbiri..................................................................................................... 19 

3.2.11  Profilaktik tədbir................................................................................................... 20 

3.2.12 


Qeydlərə nəzarət ............................................................................................... 20 

3.2.13 


Daxili auditlər ................................................................................................... 21 

3.2.14 


Menecmentin reviziyası.................................................................................... 22 

3.3  


Keyfiyyət dərsliyinin elementləri – texniki tələblər ..................................................... 23 

3.3.1  


Personal ............................................................................................................ 23 

3.3.2 


Bina və mühit şəraitləri..................................................................................... 23 

3.3.3 


Testləşmə metodları və metodun validasiyası .................................................. 24 

3.3.4  Avanadlıq ............................................................................................................... 25 

3.3.5  

Ölçmələrin müşahidə edilməsi imkanı ............................................................. 26 



3.3.6 

Seçim (akkreditasiya təqdirində) ...................................................................... 27 

3.3.7 

Testləşmə obyektləri ilə rəftar .......................................................................... 27 



3.3.8  

Testləşmə nəticələrinin keyfiyyətinin təmin edilməsi ...................................... 28 

3.3.9 

Nəticələrlə əlaqədar hesabatlar......................................................................... 28 



4. 

STANDART ƏMƏLİYYAT PROSEDURLARI ............................................................ 29 

4.2 

Su laboratoriyasında testləşməni həyata keçirmək üçün SƏP-in tərtib edilmə forması



 

30 


5. Müşahidə imkanı və qeyri-məhdudluğun ölçülməsi ............................................................ 33 

5.1 


Müşahidə imkanının yaradılması və müəyyən edilməsi........................................... 33 

5.2  


Qeyri-məhdudluğun ölçülməsi ................................................................................. 34 

6. Yekun nəticələr..................................................................................................................... 36 

7.  İstifadə edilmiş və oxunacaq əlavə ədəbiyyat ..................................................................... 37 

8.  Abbreviaturlar...................................................................................................................... 38 

9. Eskizlərin siyahısı................................................................................................................. 38 

Əlavə 2a. Daxili audit hesabatı................................................................................................. 39 

Əlavə 2b. Korrektə tədbirlərinin tələb edilməsi ....................................................................... 40 

 

 



 

 


 

 



 

XÜLASƏ 

 

Suyun testləşmə laboratoriyalarının getdikcə daha çox keyfiyyətin idarəetmə sisteminin 

işlənilməsinə və beynəlxalq standartlara uyğunlaşmasına ehtiyacları vardır (məs. OECD GLP, 

ISO/IEC  17025  standartı,  ISO  9000  seriya)  ki,  hesabatlar  yaxşılaşdırılsın  və  onlar  qərarları 

qəbul  edənlər  və  digər  istifadəçilər  üçün  qəbuledilən  olsunlar.  Avropa  İttifaqının  Kür  çayı 

layihəsinin  əvvəlki  texniki  hesabatında  artıq  qeyd  edildiyi  kimi,  bu  layihəyə  qoşulmuş 

laboratoriyalar  monitorinq  proqramları  zamanı  təqdim  edilmiş  məlumatların  keyfiyyəti  ilə 

bağlı  problemlərlə  qarşılaşdılar.  Buna  görə  də,  laboratoriyalar  tərəfindən  keyfiyyətin 

idarəetmə  sisteminin  işlənilməsi  və  tətbiq  edilməsinin  məlumatların  keyfiyyətinin 

yaxşılaşdırılması,  laboratoriyaların  etibarlılıq  səviyyəsinin  yüksəldilməsi  və  onlar  arasında 

etimadın yaradılması üçün həlledici əhəmiyyəti vardır. 

 

KİS-in  işlənilməsi  və/və  ya  akkreditasiyasının  alınması  qərara  alındığı  zaman, 



nümunələrin  götürülməsi  və  analizi  üzrə  yaxşı  təcrübənin  rəhbər  prinsiplərinin 

hazırlanmasında  laboratoriyalar  üçün  köməkliyin  göstərilməsi  haqqında  qərar  qəbul 

edilmişdir.  O  fakta  görə  ki,  Qafqaz  regionunda  milli  standartlar  mövcud  deyildir,  tövsiyyə 

edilir  ki,  laboratoriyada  KİS-in  müəyyən  edilməsini  və  laboratoriyanın  akkreditasiyasını 

həyata  keçirmək  üçün  fokuslaşma  beynəlxalq  miqyasda  qəbul  edilmiş  standartlara  edilsin, 

məs. ISO/IEC 17025 standartı “Testləşmə və kalibrləmə laboratoriyalarının kompetensiyasına 

dair ümumi tələblər, 2005-ci il”.  

 

KİS-in  işlənilməsi  və  akkreditasiya  prosesinin  ən  çətin  hissəsi  müvafiq  standartlarla 



tələb  olunan  sənədlərin  yaradılmasıdır.  Bu  bilik  əsasında,  həmin  sənəd  keyfiyyət  üzrə 

dərsliyin, standart əməliyyat prosedurlarının strukturuna və məzmununa, ölçülərin müşahidəsi 

və qeyri-məhdudluğun təyin edilməsinə əsas hissəsi kimi fokuslaşdırılmışdır. Həmin hissə işin 

və təqdim edilmiş məlumatların keyfiyyətini yaxşılaşdırır. 

 

Laboratoriyanın  müdiriyyəti  bilməlidir  ki,  KİS-in  tətbiq  edilməsi  və  akkreditasiyası 



təkcə laboratoriyanın fəaliyyəti ilə  əlaqədar olan  üstünlükləri və faydanı verəcək deyil, eləcə 

də  laboratoriyanın  xərclərini  də  artıracaq  və  laboratoriyaların  ümumi  iş  planına  təsir 

göstərəcəkdir. 

 

Bu  sənədin  iddiası  yoxdur  ki,  o,  KİS-in  işlənilməsi  və  akkreditasiyası  haqqında  tam 



məlumatı  təqdim  edəcəkdir,  lakin  ondan,  laboratorinanın  müdiriyyəti  tərəfindən  KİS-in 

işlənilməsini  və  akkreditasiyasının  həyata  keçirilmə  prosesinin  qərara  alındığı  zaman  ilk 

dərslik  kimi  istifadə  etmək  olar.  Suyun  keyfiyyətinin  testləşmə  laboratoriyalarında  KİS-in 

işlənilməsi  və  tətbiq  edilməsi  üçün  digər  müvafiq  standartların  və  texniki  dərsliklərin 

oxunması tövsiyyə edilir.   

 

 



 

1. 

GİRİŞ 

 

Prinsip: “Keyfiyyət sistemi təyinat yeri deyil, səyahətdir” 

 

 

Bu  sənədin  məqsədi  Kür  çayı  hövzəsində  mövcud  olan  səthi  suyun  keyfiyyətinin 



testləşmə  laboratoriyalarına  beynəlxalq  standartlara  əsaslanan  keyfiyyətin  idarəetmə 

 

sisteminin  işlənilməsi  və  tətbiq  edilməsində  kömək  etməkdir.  Bu  qərar  benefisiarların 



Avropa  İttifaqının Kür çayı layihəsi çərçivəsində həyata keçirilmiş Kür çayı proqramının 

birgə  monitorinqində  iştirak  edən  laboratoriyalarında  mövcud  olan  vəziyyətlə  tanış 

olduqdan  sonra  qəbul  edilmişdir.  Qəbul  edilmişdir  ki,  hər  üç  laboratoriya  keyfiyyətin 

idarəetmə  sisteminin  çatışmamazlığından  əziyyət  çəkir  (ona  baxmayaraq  ki,  müəyyən 

elementlər artıq tətbiq edilmişdir).  

 

Keyfiyyətin  idarəetmə  sistemlərinin  tətbiq  edilməsi  daha  çox  beynəlxalq  və  dövlət 



ehtiyacına çevrilir, nəinki sadəcə effektliliyi və dəqiqliyi yaxşılaşdırmaq üçün standartların 

olmasına.  Bu  xüsusilə  suyun  keyfiyyətinin  trans-sərhəd  monitorinqində  və  suyun 

keyfiyyətinə  nəzarətdə  iştirak  edən  dövlət  laboratoriyaları  üçün  əhəmiyyətlidir.  Lazımi 

sənədlərin  hazırlanması  və  laboratoriyanın  əməliyyat  prosedurlarının  adaptasiyası 

keyfiyyətin  idarəetmə  sisteminin  tətbiq  edilməsi  və/və  ya  akkreditasiyasını  həyata 

keçirmək  üçün  hal-hazırda  qeyri-mümkün  olmasa  da,  istənilən  keyfiyyətin  menecmenti 

üçün (və ya koordinatoru üçün) Kür çayı hövzəsi ölkələrinin suyun keyfiyyətinin testləşmə 

laboratoriyalarında  çox  çətindir,  çünki  milli  standartlar  mövcud  deyil,  və  əgər 

mövcuddursa,  standartların  interpretasiyaları  mövcud  olan  beynəlxalq  standartlara  uyğun 

gəlmir.  Buna  görə  də,  laboratoriya  tərəfindən  keyfiyyətin  idarəetmə  sisteminin  (KİS) 

tətbiq edilməsi və/və  ya  akkreditasiyasının alınması qərara alındığı zaman, diqqəti  yalnız 

beynəlxalq standartlara yönəltmək tövsiyyə edilir. 

 

Biz  unutmamalıyıq  ki,  KİS-in  tətbiq  edilməsi  yalnız  laboratoriyanın  biznes 



imkanlarını  genişləndirmir,  o,  həm  də  müəyyən  xərclərlə  əlaqədardır.  Bir  çox  təşkilatlar 

tərəfindən  yalnız  yaxşı  laboratoriya  təcrübəsi  və  ya  akkreditasiyası  olan  laboratoriya  ilə 

analiz üzrə müqavilənin bağlanılması adi haldır. Lakin standartın tələbləri KİS-in və/və ya 

ISO  17025  akkreditasiyası  üçün  büdcənin  hərtərəfli  hesablanmasını,  planlaşdırılmasını, 

layihələşdirilməsini  və  tətbiq  edilməsini  tələb  edir,  bu  da  laboratoriyanın  istismar 

xərclərini  artıracaqdır.  Faktiki  olaraq  KİS-in  və  həmçinin  ISO  17025  tələblərinin  yaxşı 

dərk  edilməsi,  planlaşdırma,  layihələşdirilmə  və  tətbiq  edilmənin  yaxşı  strategiyası  ilə 

birlikdə,  təkcə  xərclərə  nəzarət  etmək  imkanını  verməyəcək,  həm  də  zəmanəti  təmin 

edəcəkdir  ki,  laboratoriya  lazımi  keyfiyyət  nəticələrini  təqdim  edə  bilsin  və  sonra 

əvvəlcədən  qiymətləndirmə  və  akkreditasiyanın  qiymətləndirilməsi  prosesindən 

keçəcəkdir. 

 

Bu  sənəd  Avropa  İttifaqının  Kür  çayının  üç  laboratoriyasına  fokuslaşdırılmışdır  və 



KİS-in  işlənilməsini  başlayanlar  üçün,  həmçinin  onların  səylərinin  effektliliyini  yeni 

səviyyəyə qaldırmaq üçün faydalı olacaqdır. Məlumdur ki, effektli KİS-in yaradılmasında 

ən çətin aspekt sənədlərin yaradılması zərurətidir. Buna görə də sənəd əsasən keyfiyyətin 

idarəetmə  sisteminin  ümumi  müzakirəsinə  və  onun  illustrasiyasına  fokuslaşdırılır  ki, 

keyfiyyət üzrə dərslik və standart əməliyyat prosedurları kimi sənədlər necə yaradılmalıdır 

ki,  sistemin  bütün  istifadəçiləri  lazımi  məlumatı  əldə  edə  bilsinlər.  Bu  sənəddə  həmçinin 

KİS-in  tətbiq  edilməsinin  müxtəlif  mərhələləri  və  əsasən  ISO/IEC  17025  standartı 

(akkreditasiya)  təsvir  edilmişdir.  Buna  görə  də  ondan  təkcə  lazımi  sənədlərin  işlənilməsi 

üzrə  praktiki  dərslik  kimi  deyil,  həm  də  KİS-in  tətbiq  edilməsinə  doğru  gedən  prosesdə 

laboratoriyanın  statusu  (mərhələli  yanaşma  laboratoriyaların  verilən  fərdi  şəraitlərinə 

uyğunlaşdırılmışdır)  və  akkreditasiyası  üçün  hazırlılığın  müəyyən  edilməsində  yardımçı 

sənəd kimi istifadə edə bilər. 

 

Qısa  girişdən  sonra,  2-ci  fəsildə  KİS  haqqında  və  KİS-in  tətbiq  edilməsinə  doğru 



və/və  ya  akkreditasiyadan  keçməsinə  aparan  addımlar  haqqında  baza  məlumatı 

verilmişdir.  2-ci  fəsil  keyfiyyət  üzrə  dərsliyin,  laboratoriyada  KİS-in  əsas  sənədi  kimi, 

strukturunun və məzmununun təsvirinə fokuslaşdırılmışdır. 4-cü və 5-ci fəsillərdə, təqdim 


 

edilmiş  məlumatların  keyfiyyətini  təmin  etmək  üçün  SƏP-lərin  misalları,  müşahidə  və 



ölçmənin qeyri-məhdudluğu haqqında baza məlumatı verilmişdir. Sənədin sonunda yekun 

fikirlər və tövsiyyələr verilmişdir. 

 

2.

 

SU LABORATORİYASINDA KEYFİYYƏTİİDARƏETMƏ 

SİSTEMİ 

 

Keyfiyyətin  idarəetmə  sisteminin  bir  çox  izahatları  vardır.  İmkanlardan  biri  onun 



“müştərinin  təmin  edilməsi  nöqteyi-nəzərindən”  müəyyən  edilməsidir.  Mütləq  ölçünün 

mövcud  olmadığına  görə,  müdiriyyətin  vəzifəsi  müştərilərin  gələcək  ehtiyaclarının 

keyfiyyətli  məhsullara  və  xidmətlərə  çevrilməsindən  ibarət  olmalıdır.  Beləliklə, 

“Keyfiyyət sistemi” təşkilata müştərilərin təmin edilməsində kömək edə bilər. 

 

Kür çayı hövzəsinin monitorinq proqramının birgə monitorinqində iştirak edən səthi 



suyun keyfiyyəti laboratoriyaları qabaqcıl texnologiyalarla təchiz edilmişdir. Lakin onların 

işi və testləşmə keyfiyyəti  yalnız avadanlığın funksiyasını təşkil etmir. Avadanlıq texniki 

və  menecer  siyasətinə,  prosedurlara,  kompetentli  laboratoriya,  müdiriyyət  və  texniki 

personal  ilə  inteqrasiya  olunmalıdır.  Bu  cür  tələbləri  təmin  etmək  imkanını  keyfiyyətin 

idarəetmə sistemi verir.  

 

Avropa  İttifaqının  Kür  çayı  layihəsinin  əvvəlki  mərhələsində  üç  layihə 



laboratoriyasında  KİS-in  tətbiq  edilməsi  ilə  əlaqədar  təhlil  aparılmışdır.  Laboratoriyaları 

qiymətləndirmək üçün KİS-lə əlaqədar olan 14 sualdan ibarət sorğu vərəqəsindən istifadə 

edilmişdir. Laboratoriyalarda KİS-dən istifadəsi ilə bağlı mövcud olan vəziyyətlə əlaqədar 

aşağıdakıları demək olar: 

 

-

 



Hər  üç  laboratoriya  milli  qanunvericiliyinə  əsasən,  dövlət  orqanı  kimi,  səthi  suyun 

keyfiyyətinin  monitorinqini  və  qiymətləndirilməsini  həyata  keçirmək  üçün 

yaradılmışdır (səthi suyun keyfiyyətinin proqramları sənədli olaraq rəsmiləşdirilmişdir 

və hər il yenilənir);

 

-

 



Bu  üç  laboratoriyadan  heç  birində  rəsmi  şəkildə  KİS  tətbiq  edilməmişdir  (lakin  bəzi 

elementlərdən istifadə edilir);

 

-

 



KİS-ə görə bilavasitə məsuliyyət daşıyan əməkdaş yoxdur (Gürcüstandan başqa);

 

-



 

Heç  bir  laboratoriyada  laboratoriyanın  qeydlər  sistemi  rəsmi  şəkildə  yaradılmamışdır 

(lakin müəyyən qeydlər aparılır);

 

-



 

Standartlaşdırılmış metodlar və prosedurlar istifadə edilir və onlara başlanğıc formada 

qorunur,  lakin  üç  laboratoriyadan  heç  birində  standart  əməliyyat  prosedurları 

işlənilməmişdir;

 

-

 



Heç  bir  laboratoriyada  keyfiyyətə  daxili  nəzarət  rəsmiləşdirilməmişdir,  keyfiyyətə 

xarici nəzarət isə yalnız layihəyə əsaslanan yanaşmadır;

 

-

 



Ölçmə və testləşmə avadanlığı vaxtaşırı yoxlanılır, kalibrlənir və qeydlər aparılır;

 

-



 

Üç laboratoriyadan heç birində  korrektə tədbirlərin rəsmi sistemi yoxdur;

 

-

 



Nümunələri  götürən  və  laboratoriya  personalı  üçün  treyninqin  rəsmi  planı  yoxdur 

(seminarlarda iştirak etməkdən başqa). 

 

Bu  vəziyyəti  düzəltmək  məqsədilə  qərara  alındı  ki,  elə  bir  sənəd  yaradılsın,  hansı  ki, 



beynəlxalq  təşkilatlar  tərəfindən  işlənilmiş  (məs.  ISO,  OECD,  EU)  bir  neçə  standarta  və 

Avropa İttifaqının üzvü olan ölkələrin laboratoriyalarının təcrübəsinə əsaslanacaqdır. 



2.1

 

Yaxşı laboratoriya təcrübəsi 

 


 



Yaxşı  laboratoriya  təcrübəsinin  bu  prinsiplərinin  məqsədi  testləşmənin  yüksək  keyfiyyətli 



məlumatlarının  işlənilməsini  dəstəkləməkdir.  Testləşmə  məlumatlarının  müqayisəli 

keyfiyyəti ölkələr arasında məlumatların qarşılıqlı qəbul edilməsi üçün əsas yaradır. 

 

OECD yaxşı laboratoriya təcrübə prinsipləri, 1998-ci il. 



 

Bu  sənəddə  yaxşı  laboratoriya  təcrübəsi  OECD  prinsipləri  kimi  nəzərdə  tutulur,  burada 

yaxşı laboratoriya təcrübəsi bu cür izah edilir: “keyfiyyətin müvafiq sistemi təşkil prosesi 

ilə  birlikdə  və  şəraitlər,  hansılarla  ki,  qeyri-klinik  sağlamlığın  qorunması  və  mühiti 

mühafizə  təhlükəsizlik  tətqiqatlarının  planlaşdırılması,  həyata  keçirilməsi,  monitorinqi, 

uçotu,  arxivləşdirilməsi  və  hesabatı  yerinə  yetirilir”.  Yaxşı  laboratoriya  təcrübəsinin 

məqsədi  testləşmənin  yüksək  keyfiyyətli  məlumatlarının  işlənilməsini  dəstəkləmək  və 

həyata  keçirmək,  hesabat  və  arxivləşdirilməsi  daxil  olmaqla,  laboratoriya  tədqiqatlarının 

menecmentinə  sağlam  yanaşmanı  təmin  etmək  üçün  instrumentlərin  yaradılmasıdır.  YLT 

standartların birliyi kimi hesab edilə bilər, hansı ki, tədqiqatların keyfiyyətini, etibarlılığını 

və  qorunmasını,  yoxlanılan  nəticələrin  hesabatını  və  məlumatların  müşahidə  edilməsi 

imkanını  təmin  edir.  YLT  tələb  edir  ki,  laboratoriya  fünksiyaları  və  məsuliyyətləri 

personalın  öhdəsinə  qoysun  ki,  hər  tədqiqatın  yaxşı  əməliyyat  menecmenti  təmin  edilsin 

və tamamilə tədqiqatın rekonstruksiyası üçün xüsusilə əhəmiyyətli olan tədqiqatın həyata 

keçirilməsi  aspektləri  (planlaşdırma,  monitorinq,  qeydlərin  aparılması,  hesabat, 

arxivləşdirilmə) fokuslaşdırılsın. 

 

YLT diqqəti aşağıdakı əsas məsələlərin əhəmiyyətinə yönəldir: 



 

 



Resurslar: təşkilat, personal, tikililər və avadanlıq; 

 



Xarakteristika: testləşmə predmetləri və testləşmə sistemləri; 

 



Qaydalar: protokollar, standart əməliyyat prosedurları (SƏP-lər); 

 



Nəticələr: ilkin göstəricilər, yekun hesabat və arxivlər; 

 



Keyfiyyətin təmin edilməsi: tədqiqat proseslərinin müstəqil monitorinqi. 

 

Əvvəl  yaxşı  laboratoriya  təcrübəsinin  prinsipləri  əczaçılıq  məhsullarında,  pestitsid 



məhsullarında, kosmetika məhsullarında, baytar dərmanlarında, həmçinin qida əlavələrində və 

sənaye  ximikatlarında  olan  testləşmə  predmetlərinin  qeyri-klinik  təhlükəsizliyinin 

testləşməsində  istifadə  etmək  üçün  işlənilmişdir.  Yaxşı  laboratoriya  təcrübəsi  çərçivəsində 

aparılan  bu  cür  qeyri-klinik  sağlamlıq  və  mühiti  mühafizə  təhlükəsizlik  tədqiqatları 

laboratoriyada  və  çöldə  (uzunmüddətli  tədqiqatlar)  aparılan  işləri  əhatə  edir.  OECD-in  üzvü 

olan  ölkələrdə  yaxşı  laboratoriya  təcrübəsinin  həyata  keçirilməsinin  monitorinqi  YLT-in 

uyğunluğunun monitorinq orqanları (tənzimləyicilər) tərəfindən aparılır. 

 

Daha artıq, qeyd edilməlidir ki, YLT prinsipləri keyfiyyətin idarəetmə sistemi kimi daha 



geniş  istifadə  edilir  və  həmçinin  səthi  suyun  keyfiyyətinin  monitorinq  proqramını  həyata 

keçirən  testləşmə  laboratoriyaları  tərəfindən  istifadə  edilə  bilər  (səthi  suyun  keyfiyyətinin 

monitorinq  proqramı  üçün  laboratoriya  testləri  qısamüddətli  tədqiqatlar  kimi  keçirilə  bilər). 

Digər  tərəfdən,  o  fakta  görə  ki,  YLT  tələbləri  ISO/IEC  17025  standartı  və  ya  ekvivalentli 

standartlar  kimi  daha  sərtdir,  akkreditasiyaya  gəldikdə,  testləşmə  laboratoriyaları  üçün 

ISO/IEC  17025  standartının  keyfiyyətin  idarəetmə  sistemi  kimi  istifadəsi  daha  əlverişlidir. 

Beləliklə,  növbəti  fəsillər  standartın  keyfiyyətin  idarəetmə  sisteminin  istifadəsinə 

fokuslaşdırılacaqdır.  

 

2.2 

ISO/IEC 17025 – laboratoriyanın keyfiyyətin idarəetmə sistemi 

 


 

 



2.3  Mühitin  mühafizəsinə  görə  məsuliyyət  daşıyan  dövlət  təşkilatlarının  keyfiyyət 

sistemlərində  laboratoriyalar  əhəmiyyətli  rol  oynayırlar.  Buna  görə  də,  təqdim  edilmiş 

məlumatların 

keyfiyyətinin 

və 

bütövlüklə 



laboratoriyanın 

etibarlılığının 

yaxşılaşdırılmasının böyük zərurəti vardır və bu cür imkanı ISO/IEC 17025 standartı verir. 

 

1999-cu  ildə  ISO  17025  standartının  “Testləşmə  və  kalibrləmə  laboratoriyalarının 



kompetensiyasına  dair  ümumi  tələbləri”  beynəlxalq  standart  kimi  ilk  redaksiyası  dərc 

edilmişdir.  Bu  standart  ISO/IEC  dərsliyi  25-in  və  EN  45001-in  istifadəsində  toplanılmış 

böyük təcrübənin nəticəsi olaraq işlənilmişdir. Bunun nəticəsi olaraq hər iki sənəd 2005-ci 

ildə dərc edilmiş ISO/IEC 17025 standartının ikinci redaksiyası ilə əvəz edildi. 

 

 

 



 

 

 



  

              Rəsm 1. ISO 17025-in və ISO 9001-in müqayisə edilməsi 

 

 

ISO/IEC  17025-də  iki  bölmə  vardır  –  menecmentin  tələbləri  və  texniki  tələblər. 



Menecmentin  tələbləri  laboratoriya  çərçivəsində  fəaliyyətin  effektliliyi  və  keyfiyyətin 

menecmenti  (ISO  9001:2000-in  analoji  tələbləri)  ilə  əlaqədardır.  Digər  KİS-i  ilə 

müqayisədə  əsas  fərq,  məs.  ISO  9000-in  seriyası  ilə  izah  edildiyi  kimi,  texniki  tələblərin 

qoşulmasındadır,  hansılar  ki,  personalın  kompetensiyası,  testləşmə  metodologiyası, 

avadanlıqla,  testləşmə  nəticələrinin  keyfiyyəti  və  hesabatı  ilə  bağlıdır  (bax.  rəsm  1). 

ISO/IEC  17025  standartı  akkreditasıyanı  verən  orqan  tərəfindən  akkreditasiya  üçün  əsas 

sənədi təşkil edir.  

 

ISO/IEC  17025  standartının  məzmunu  beş  fəsildən,  iki  əlavədən  və  istifadə  edilmiş 



ədəbiyyat hissəsindən ibarətdir: 

 



Fəsil 1: Sahə 

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə