Kür çayı üçün çayın trans-sərhəd menecmenti, II mərhələ – Erm



Yüklə 487.5 Kb.
PDF просмотр
səhifə3/6
tarix02.12.2016
ölçüsü487.5 Kb.
1   2   3   4   5   6

 

Sonrakı  ik  fəsil  KİS-in  işlənilməsinin  və  akkreditasiyanın  həyata  keçirilməsi 

mərhələsində  və,  konkret  olaraq,  keyfiyyət  üzrə  dərslik  və  standart  əməliyyat 

prosedurları  kimi  baza  sənədlərinin  işlənilməsinə  fokuslaşdırılmalıdır.  Bu  isə 

laboratoriya  tərəfindən  KİS-in  yaradılması  və  sonra  akkreditasiya  prosesinin 

başlanması haqqında qərar qəbul edildiyi zaman ən çətini və icbarisidir.  

 

3.



 

Laboratoriyanın keyfiyyəti üzrə dərsliyi hazırlamaq üçün rəhbə

tutulan göstərişlə

 

 



Keyfiyyət dərsliyi əsas sənədlərdən biridir, hansı ki, keyfiyyətin idarəetmə sistemini tətbiq 

etmək  üçün  laboratoriya  tərəfindən  hazırlanmalıdır.  Bu  fəsil  laboratoriyanın  keyfiyyət 

dərsliyinin  (KD)  hazırlanması  zamanı  laboratoriya  personalına  rəhbərlik  etməkdə  sizə 

kömək  edəcəkdir.  KD  elə  bir  KİS-in  işlənilməsi  və  tətbiq  edilməsi  –  istifadə  etməsi 

imkanını  verməlidir,  hansı  ki,  ISO/IEC  17025-ə  uyğundur  -  “testləşmə  və  kalibrləmə 

laboratoriyalarının kompetensiyasına qarşı ümumi tələbləri”. Elə başdan onu vurğulamaq 

lazımdır  ki,  bu  sənəd  yalnız  yol  göstərəndir  və  onun  məzmununun  dəyişdirilməsi  lazım 

gələ bilər ki, o, konkret laboratoriyanın fərdi hallarına uyğunlaşdırılmalıdır.  

 

Faktiki  olaraq,  laboratoriyadan  yalnız  bir  KD-nin  təqdim  edilməsi  tələb  edilir.  Əgər 



müxtəlif  orqanlar  tərəfindən  qoyulan  tələblərini  təmin  etmək  üçün  KD  çərçivəsində 

elementlərin  dəyişdirilməsi  lazımdırsa,  dəyişikliklər  ayrılıqda  sənədləşdirilə  bilər.  Bu 

dəyişikliklərə KD-in müvafiq elementlərinə çarpaz göstəriş edilməlidir.  Effektli iş sənədi 

olması  üçün  laboratoriyanın  KD-də  baza  laboratoriyanın  işlətdiyi  siyasət  və  təcrübə 

verilməlidir.  Onda  həmçinin  standart  əməliyyat  prosedurları  (SƏP)  haqqında  məlumat 

mənbəyinə və laboratoriyada istifadə edilən qeydlərə çarpaz göstəriş verilməlidir. 

 

KD-in əsas məqsədləri aşağıdakı kimi müəyyən edilə bilər: 



 

 



Laboratoriyanın həyata keçirilən faktiki təcrübəsi təsvie dilməlidir; 

 

14 


 

Müdiriyyətə  və  laboratoriya  personalına  laboratoriyanın  siyasətini,  prosedurlarını, 



yaxşı  laboratoriya  təcrübəsinə  sədaqətliliyi  və  testləşmə  xidmətinin  keyfiyyətini 

bildirməlidir; 

 

Laboratoriya  personalına  onun  öhdəliklərinin  və  məsuliyyətlərinin  miqyaslarını  izah 



etməlidir; 

 



Laboratoriya müdiriyyəti tərəfindən laboratoriyanın müvafiq fəaliyyət göstərməsi üçün 

lazım hesab edilənləri nəzərə alaraq faktiki iş təcrübəsinin auditini həyata keçirməlidir. 

 

Laboratoriya tərəfindən KD elementlərindən istifadə etməklə effektli KİS-in gündəlik 



həyata keçirilməsi imkanını verməlidir; 

 



Laboratoriyanın effektli idarəetmə imkanını verməlidir. 

 

 



KD-in uğurla yaradılması üçün on əsas qayda  

 

Unutmayın ki, 

 

1.  Adətən  KD  böyük  kadr  tərəfindən  hazırlanmalıdır,  başqaları  isə  ona  kömək  etməlidir 

(məsuliyyətli  şəxsin  dərin  texniki  biliyi  və  laboratoriyada,  həmçinin  menecmentə 

münasibətdə bir neçə illik texniki təcrübəsi olmalıdır);  

2. Məsuliyyətli şəxs kompyuterdə işləyə bilməlidir; 

3. Məsuliyyətli  müxtəlif  səviyyədə  danışıqları  apara  bilməli  və  elə  bir  vəziyyəti  anlaya 

bilməlidir ki, laboratoriya işçiləri dəyişikliklərə qarşı çıxa bilərlər, çünki onlar hesab edə 

bilərlər ki, yeni sistemin tətbiq edilməsi onları işinin yoxlanılması deməkdir; 

4. Məsuliyyətli  şəxsə  onun  yeni  funksiyasını  xarakterizə  edəcək  adın  verilməsi 

məqsdəuyğun ola bilər (məs. keyfiyyət meneceri);  

5. KD-in  ölçüsünü,  formatını  və  ona  daxil  edilmiş  sənədləşdirilmiş  prosedurların 

miqdarını  laboratoriya  müəyyən  edir  (məs.  laboratoriya  nə  qədər  komplekslidirsə,  onun 

KD də o qədər böyükdür); 

6. KD-in  yaradılması  və  KİS-in  işlənilməsi  vəzifəsinin  başlanmasınadək  unutmamalısınız 

ki, bu tədbirlər personaldan zaman (yəni KİS-in yüklənilməsi onların adi iş yüklənilməsinə 

əlavə edilir) və bacarıqları tələb edir; 



7. KİS-in işlənilməsi vəzifəsinin yerinə yetirilməsi yalnız bütün personal, xüsusilə də böyük 

müdiriyyət kadrları tərəfindən uğura nail olmaq üçün möhkəm iradə və bir neçə il ərzində 

davamlı cəhd olduğu zaman mümkündür. 

8. KD əsas nəzarət sənədidir. Bu sənəddə laboratoriyanın rəhbər tutduğu  əsas siyasət və 

prinsiplər  ifadə  edilmişdir.  Sənəd  laboratoriyanın  keyfiyyət  sisteminin  asılı  olduğ

əməliyyat  prosedurları  məcmuələrini  (yəni  testləşmə  metodları,  daxili  audit,  xarici 



keyfiyyətə  nəzarət,  avadanlığın  kalibrləməsi),  məlumat  mənbəsini  və  qeydlərin 

koordinasya linklərini (və ya çarpaz göstərişləri) verir.  

9. KD  mütləq  sadə  və  laboratoriyanın  vəziyyətinə  müvafiq  olmalıdır.  KD  və  keyfiyyə

sistemi çərçivəsində istifadə edilmiş bütün sənədlər daxili və  xarici auditə tabe olmalı və 

buna görə də onlara nəzarət edilməlidir; 

10.

 

KD-in necə elektron, eləcə də sənəd formasında hazırlana bilər. Əgər elektron versiya 

hazırlanmışdırsa,  onun  ehtiyat  surətinin  yaradılması  və  təhlükəsiz  saxlanılması  imkanı 

olmalıdır.  

 

Sonrakı yarımfəsillərdə KD-in məzmunu verilmişdir. 



 

3.1  Giriş və konsepsiya 

 

Bu fəsildə aşağıdakı məsələlər təsvir edilməlidir: 



 

15 


 

 



KD-də  nə  vardır:  dərslikdə  keyfiyyət  siyasəti  və/və  ya  sənədlər  və  prosedurlar 

təsvir  edilməlidir.  Laboratoriya  elə  onlara  əsasən  işləyəcəkdir  ki,  ISO/IEC  17025 

standartına  uyğun  olsun.  Dərslikdə  yazılmalıdır  ki,  KD  laboratoriyanın 

mülkiyyətidir  və  kim  tərəfindən  yaradılmışdır  (komitənin  adı  və  ya  məsuliyyətli 

şəxsin soyadı). KD-yə düzəlişlərin təsdiq edilməsi və daxil edilməsini  yalnız kim 

edə bilər (komitənin adı və ya məsuliyyətli şəxsin soyadı). Qeyd də olmalıdır ki, bu 

sənəd  harada  və  kimlər  üçün  əlçatandır  (məs.  KD  daxili  sənəddir,  hansı  ki, 

laboratoriya personalı üçün əlçatandır; o, konfidensial və ya qeyri-konfidensial ola 

bilər);    

 



KD-in sahəsi: o, hansı sahələri əhatə edir (yəni laboratoriyanı və onun şöbələrini / 

departamentlərini, laboratoriya təşkilata aiddir yoxsa aid deyildir); 

 

KD-in strukturu, məqsədi və onun yayılması və nəzarəti üçün tədbirlər; 



 

Düzəlişlər necə yazılmalı və razılaşdırılmalıdır. 



 

 

3.2  Keyfiyyət dərsliyinin elementləri – menecment hissəsi 



3.2.1

 

Təşkil və menecment 

 

Bu hissədə KD ümumi şəkildə aşağıdakıları əhatə etməlidir: 



 

Təşkil 

 



Ümumi təşkil strukturu, müdiriyyət və personalın struktur sxemi; 

 



Keyfiyyətin  təmin  edilməsi  sisteminin  fəaliyyəti  ilə  əlaqədar  olan  laboratoriyanın 

məsuliyyətli təşkilatının təsviri; 

 

Akkreditasiyanın  müəyyən  edilmiş  sahəsinin  insan  resursları.  Burada  hər  bir 



şöbənin  /  departamentin,  o  cümlədən  laboratoriya  tərəfindən  aparılmış  işin 

keyfiyyətinə  təsir  göstərəbilən  və  ya  təsir  göstərə  biləcək  bütün  şöbələrin  / 

departamentlərin  personalın  strukturu  təsvir  edilməlidir  (məs.  maliyyə  şöbəsi, 

nəqliyyat  şöbəsi,  anbarlar,  nəzarət  şöbəsi,  peşəkar  səhiyyə  və  təhlükəsizlik, 

mühəndis-texniki tərəf və s.); 

 



Onu təmin etmək ki, bütün işçilər hər hansı kommersiya və  ya maliyyə təzyiqdən 

azad  olsun,  bu  isə  analitik  testləşmə  nəticələrinin  keyfiyyətinə  mənfi  təsir  göstərə 

bilər; 



 



Dəyişikliklərin  edilməsindən  əvvəl  KD-in  istənilən  dəyişikliyi  onun  təsir  altına 

düşəcək personal ilə yoxlanılmalıdır; 

 

Həmçinin  laboratoriya  mərtəbələrinin  planı.  Planda  otaqların  nömrələri  və 



şöbələrin / departamentlərin və ya otağın adı verilməlidir. Bu riskin təhlil edilməsi 

prosesində  yarana  biləcək  və  ya  qiymətləndirilməsi  lazım  ola  biləcək  peşəkar 

səhiyyə və təhlükəsizlik məsələlərinin həll edilməsinə kömək edəcəkdir.  Plan onu 

dərk  etməyə  kömək  edəcəkdir  ki,  müxtəlif  şöbələrin  /  departamentlərin  və  ya 

laboratoriyanın  konkret  otaqların  hansı  qarşılıqlı  əlaqələri  vardır  və  potensial 

problemlər harada yarana bilər və ya audit prosesində potensial problemlər harada 

yarana bilər. 

 

 

Menecment 

 


 

16 


KD-in bu fəsli menecment sisteminin istifadə edilməsini, saxlanılmasını və fasiləsiz olaraq 

yaxşılaşdırılmasını təmin etməlidir. O, aşağıdakı əsas hissələrdən ibarətdir: 

 



 



Laboratoriyanın keyfiyyət siyasəti üzrə imzalanmış sənəd; 

 



Analitik testləşmə nəticələrinin keyfiyyətini təmin etmək üçün standart prosedurlar 

v iş təlimatları; 

 

Menecment sisteminin effektliliyinin fasiləsiz olaraq artırılmasını təmin etmək. 



3.2.2

 

Sənədlərə nəzarə

 

Bu fəsil təmin etməlidir  ki, menecment sistemi ilə əlaqədar olan bütün sənədlərinin fərdi 



olaraq  eyniləşdirilməsi  və  yaradılması,  təsdiqlənməsi,  dərc  edilməsi  və  dəyişdirilməsi 

sənədləşdirilmiş prosedurlara uyğun olaraq həyata keçirilsin. 



 

Siyasə

 

Laboratoriya  ISO/IEC  17025  standartının  tələblərinə  uyğun  olan,  sənədlərə  nəzarət 



prosedurlarından istifadə etməlidir. Laboratoriya müvafiq əməkdaşı təyin etməlidir, hansı 

ki,  keyfiyyətin  idarəetmə  sistemi  üçün  sənədlərin  nəzarətçisi  vəzifələrini  yerinə 

yetirəcəkdir. 

 

Sənədlərin  nəzarətçisi  keyfiyyət  sisteminə  daxil  olan  bütün  sənədlərin  yxlanılmasına, 



qorunmasına və düzgünlüyünə görə məsuliyyət daşımalıdır. 

 

Prosedurlar / detallar 

 

Sənədlərin  nəzarətçisini  müəyyən  edin  və  baza  qaydası  olaraq,  bu  keyfiyyət  meneceri 

olmamalıdır. Sənədlərin nəzarətçisinin vəzifələrini təsvir edin. Onlar bu cür ola bilər: 

 



 

Sənədlərin təhlükəsiz saxlanılması; 

 

Hər bir sənədin fərdi olaraq eyniləşdirilməsini təmin etmək; 



 

Sənədin  yaradılmasına  və/və  ya  dəyişdirilməsinə  görə  kimin  məsuliyyət 



daşıdığını və səlahiyyətli olduğunu müəyyən edin; 

 



KD-in,  testləşmə  metodlarının  və  standart  əməliyyat  prosedurlarının 

əlçatanlığını,  yenilənməsini  təmin  edin.  KD-dən  çıxarışlar  lazım  olduqda  isə 

onlar sanksiyalaşdırılmalıdır; 

 



Laboratoriya  personalının  treyninq  sənədlərinin  aparılmasını,  treyninqlərin 

keçirilməsini  təmin  edin.  Həmçinin  təmin  edin  ki,  treyninq  işçilərin  əmək 

kitabçalarında qeyd edilsin. 

 

3.2.3

 

Xahişlərin müzakirəsi, tenderlər və kontraktlar 

 

 

Bu  fəsil  onu  təmin  etməlidir  ki,  xahişlərə,  tenderlərə  və  kontraktlara  qarşı  tələblər  yaxşı 

tərtib edilsin, reviziya edilsin, yenilənsin və sənədləşdirilsin. 

 

Siyasə

 

ISO/IEC  17025  standartın  tələb  etdiyi  kimi,  analitik  testləşmənin,  kontraktların  və 

xahişlərin reviziyası həyata keçirilməlidir; reviziyanın sənədləşdirilməsi lazımdır. 


 

17 


 

Prosedurlar / detallar 

 

Bu fəsildə aşağıdakı olduqca əhəmiyyətli anlar təsvir edilməlidir: 



 

 



Reviziya  əsasında  laboratoriyanın  müdiriyyəti  təmin  etməlidir  ki,  tələbləri 

təmin etmək üçün laboratoriyanın texniki imkanları və resursları olsun;  

 

Onu  təmin  etmək  ki,  kontrakta  dəyişikliklərin  daxil  edilməsi  proseduru  ilkin 



kontraktın həyata keçirildiyi eyni proseslə həyata keçirilsin; 

 



Reviziya və istənilən dəyişikliklərin prosedurları sənədləşdirilməlidir. 

 

 

Labotaroriyamızın binasında əsas prinsiplərdən biri budur: ”Bacarmadığın işi qəbul etmə”. 



 

3.2.4

 

Testləşmənin və kalibrləmənin sub-kontraktla həyata keçirilməsi 

 

Bu  fəsil  təmin  etməlidir  ki,  üçüncü  şəxslərə  sub-kontraktla  verilmiş  testləşmə  və 



kalibrləmə  keyfiyyətin  eyni  standartlarına  uyğun  olaraq  həyata  keçirilir,  hansına  uyğun 

olaraq  sub-kontraktı  verən  laboratoriyada  həyata  keçirilməli  idi.  Lakin  müştəri  bunu 

bilməlidir və subkontraktorun istifadəsi ilə razı olmalıdır.   

 

Siyasə

 

Testləşmə  nəticələrinə  təsir  göstərə  bilən  bütün  subkontraktorların  reviziyası  konkret 

olaraq göstərilməli və monitorinqi keçirilməlidir. Bu reviziya sənədləşdirilməlidir. 

 

Prosedurlar / detallar 

 

Bu fəsil aşağıdakı məsələlərə fokuslaşdırılmalıdır: 

 



 



Laboratoriya  müdiriyyəti  təmin  etməlidir  ki,  subkontraktor  tərəfin  səlahiyyəti 

tələbləri  təmin  etsin.  Məs.  sənədləşdirilmiş  keyfiyyət  sistemi  vasitəsi  ilə, məs. 

ISO/IEC 17025 standartı. 

 



Subkontraktorun  işi  üçün  subkontraktor  laboratoriyasının  (3-cü  tərəf) 

məsuliyyətinin təsvir edilməsi proseduru. 



 

Qeyd:  bu  avadanlığın  kalibrləməsini  /  texniki  xidməti  laboratoriyadan  çıxarmaqla  və 

nümunələrin digər laboratoriyalara göndərilməsini əhatə edə bilər. 

 

 



3.2.5

 

Xidmətin və ehtiyatların alınması 

 

Bu  fəsil  təmin  etməlidir  ki,  3-cü  tərəflər  tərəfindən  çatdırılmış  xidmət  və  ya  ehtiyatlar 



laboratoriya əməliyyatlarının keyfiyyətinə və effektliliyinə mənfi təsir göstərməsin. 

 

Siyasə

 

Testləşmə  nəticəsinə  təsir  göstərən  istənilən  materiallar  göstərilməlidir.  Çatdırılmış 



materiallar göstərilməlidir (məs. şüşə qablar, reaktivlər, etalonlar). 

 

 

18 


Prosedurlar / detallar 

 

Bu fəsildə aşağıdakılar olmalıdır: 



 

 



Təchizatçılar  hansı  prosedurla  seçilir,  xidmətin  və  ehtiyatların  müvafiq 

keyfiyyətini təmin etmək üçün onların rəsmi qiymətləndirilməsi necə aparılır. 

 

Seçim və qiymətləndirmə prosesinin qeydləri necə aparılır; 



 

Daxil  olan  materialların  keyfiyyəti  laboratoriyada  əvvəlcədən  müəyyən  edilmiş 



xüsusiyyətlərlə münasibətdə necə yoxlanılır. 

 

 



3.2.6   Müştərilərə xidmət göstərilməsi 

 

Siyasə

 

Onu təmin etmək ki, laboratoriya müştərilərin tələblərini daim təmin etsin. 



 

Prosedur / detallar 

 

Bu fəsildə aşağıdakı məsələlər təsvir edilməlidir: 



 

 



Laboratoriyanın  müştərilərlə  əməkdaşlığı,  onların  tələblərini  aydın  şəkildə  necə 

anlayaq və onlar tərəfindən təqdim edilmiş məlumatı dinləyək; 

 

Laboratoriyanın  rəsmi  proqramı  müştərilərdən  fasiləsiz  əks-əlaqənin  qəbul 



edilməsi ilə münasibətdə;  

 



Laboratoriya  müştərilərə  laboratoriyanın  auditini  həyata  keçirmək  imkanını  necə 

verməlidir.



 

 

 

3.2.7  

Şikayətlə



 

Siyasə

 

Müştərilərdən  qəbul  edilmiş  istənilən  şikayətin  sənədləşdirilməsi,  qiymətləndirilməsi  və 

müvafiq olaraq reaksiya verilməsi necə həyata keçirilməlidir. 

 

Prosedur / detallar 

 

Şikayətlərə reaksiyanın verilməsi və onların həll edilməsi metodunu təsvir edin. Şikayətlər 

üzrə  zabitin  təyin  edilməsi  lazım  ola  bilər  (məsuliyyətli  şəxsin  soyadını  yazın). 

Şikayətlərin yazılması-qeydiyyatı üçün formanı çap edin. 

 

3.2.8

 

Qeyri-uyğun analitik testləşməyə nəzarə

 

Siyasə



 

İstənilən analitik testləşmə və digər laboratoriya əməliyyatı laboratoriya xüsusiyyətləri və 

ya müştərilər tərəfindən müəyyən edilmiş xüsusiyyətlər kimi əvvəlcədən müəyyən edilmiş 

xüsusiyyətlərə uyğun olmalıdır. 

 


 

19 


Qeyd:  bilin  ki,  qeyri-uyğunluq  sənədləşdirilmiş  keyfiyyətin  idarəetmə  sisteminin 

prosedurunun və ya tələbinin yerinə yetirilməsində olan istənilən uğursuzluq deməkdir. 

 

 

3.2.9  

Yaxşılaşdırma 

 

Siyasə

Laboratoriya  müdiriyyəti  istənilən  şikayətin  və  qeyri-uyğunluğun  həll  edilməsini  və 

menecment sisteminin effektliliyinin fasiləsiz yaxşılaşdırılmasını təmin etməlidir. 

 

Prosedur / detallar 

 

Aşağıdakı əsas məsələlər təsvir edilməlidir: 

 



 



Yaxşılaşdırma  ilə  əlaqədar  olan  təkliflər  auditin  nəticələrindən,  məlumatların 

təhlilindən,  müştərilərin  şikayətlərindən  və  təkliflərindən,  korrektə  və  profilaktik 

tədbirlərdən və menecmentin reviziyasından necə çıxarılmalıdır; 

 



Təkliflərin toplanılması və müzakirəsi proseduru və qrafiki, müdiriyyət tərəfindən 

həyata keçiriləcək növbəti tədbirlər. 

 

 

3.2.10  

Korrektə tədbiri 

 

Bu  fəsildə  uyğunsuz  işin  səbəbinin,  analitik  testləşmə  və  menecment  prosedurlarından 



sapmanın  aşkar  edilməsi  yolları  və  adekvat  korrektə  tədbirlərin  seçilməsinin,  həyata 

keçirilməsinin,  sənədləşdirilməsi  və  monitorinqin  təmin  edilməsi  ətraflı  olaraq  müzakirə 

edilməlidir.  Bilin  ki,  korrektə  tədbirləri  daxili/xarici  keyfiyyətə  nəzarət  (KN)/keyfiyyətin 

təmin  edilməsi  (KTE)  uyğunsuzluğuna,  daxili/xarici  auditə,  menecmentin  illik 

reviziyasına,  müştərilərin  şikayətlərinə,  avadanlığın  nasazlığına  və  s.  cavab  olaraq, 

həmçinin  testləşmə  metodlarının,  əməkdaşların  məlumatlarının  və  ya  standart  əməliyyat 

prosedurların və iş təlimatlarının yenilənməsi sənədləşdirildiyi zaman təşəbbüs edilə bilər. 

 

Siyasə

 

Korrektə  tədbiri  laboratoriyanın  menecmenti  tərəfindən  istənilən  keyfiyyətin  idarəetmə 

sistemi  ilə  istənilən  uyğunsuzluğa  və  ya  nasazlığa  cavab  olaraq  təşəbbüs  edilə  bilər. 

Korrektə tədbiri yaxşılaşdırma imkanının meydana çıxması zamanı da təşəbbüs edilir. 

 

(Qeyd:  sizə  xatırladırıq  ki,  uyğunsuzluq  sənədləşdirilmiş  keyfiyyətin  idarəetmə  sisteminin 

prosedurunun və ya tələbin yerinə yetirilməsində istənilən uğursuzluq deməkdir). 

 

Prosedur / detallar 

 

Aşağıdakı vacib məsələləri daxil etməlisiniz: 

 



 



Laboratoriya personalının həvəsləndirilməsi lazımdır ki, onlar korrektə tədbirlərini 

həyata keçirsin. Bu cür hərəkətdən irəli gələrək, fayda işçilərin işinin 

qiymətləndirilməsində əks etdirilməlidir; 

 



Korrektə  tədbirləri  konkret  problemi  aradan  qaldırmaq  və  eyni  problemin  təkrar 

edilməsinə yol verməmək üçün seçilməli və həyata keçirilməlidir; 



 

20 


 

Korrektə  tədbirinin  təşəbbüs  edilməsinin,  tədbirlərin  sənədləşdirilməsinin  necə 



keçiriləcəyini  təsvir  edin  (məs.  korrektə  tədbirinin  tələb  etmə  forması  faydalıdır). 

Onu  təsvir  edin  ki,  sənəd  harada  və  necə  qeydiyyata  alınır  və  saxlanılır,  korrektə 

tədbirlərə nəzarətə görə məsuliyyəti daşıyan kimdir.  

 



Korrektə tədbirlərinin monitorinqi və qiymətləndirilməsi necə həyata keçirilir. 

 

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə