Kür çayı üçün çayın trans-sərhəd menecmenti, II mərhələ – Erm



Yüklə 487.5 Kb.
PDF просмотр
səhifə2/6
tarix02.12.2016
ölçüsü487.5 Kb.
1   2   3   4   5   6

Menecmentin 

tələbləri

 

Texniki tələblə

ISO 9001 

ISO 17025 

 



 

Standart laboratoriyanın texniki fəaliyyətini, menecmentini və təşkili aspektlərini əhatə 

edir ki, texniki fəaliyyət kompetentli olaraq həyata keçirilsin. 

 



Fəsil 2: Normativ ədəbiyyat 

 



Fəsil 3: Terminlər və izahatlar 

 



Fəsil 4: Menecmentin tələbləri 

Menecmentin tələblərinin böyük hissəsi ISO standartı 9001-2000-də verilən tələblərə 

oxşardır. 

 



Fəsil 5: Texniki tələblər 

Tələblərin böyük hissəsi ISO dərsliyi 25-dən gəlir 

 

Əlavə a: ISO 9001:2000-nə çarpaz göstərişlər  



 

Əlavə b: konkret sahələrdə applikasiyaları tətbiq etmək üçün rəhbər göstərişlər 



 

Biblioqrafiya 



 

Menecment  və  texniki  tələblərlə  əlaqədar  olaraq  4-cü  və  5-ci  fəsillər  ən  əhəmiyyətlidir. 

Həmin fəsillər həmçinin keyfiyyət üzrə dərsliyin strukturunu və məzmununu yaradır (bax 

aşağıda).  Həmçinin  standartın  ayrılmaz  hissəsini,  tələbləri  anlamaq  üçün  sonrakı 

izahatlarla və tövsiyyələrlə birlikdə verilən qeydlər təşkil edir.    

 

2.3 Laboratoriyanın keyfiyyəti idarəetmə sisteminin tətbiq edilmə planı



 

 

KİS-ə və/və ya akkreditasiyaya doğru addımlar 

 

İnkişaf  etmiş  ölkələrdə  (OECD,  EU)  testləşmə  laboratoriyaları  tərəfindən  KİS-in 



işlənilməsi  və  akkreditasiyanın  həyata  keçirilməsi  zamanı  əldə  edilmiş  təcrübəyə  əsasən, 

bir neçə addımlıq iki mərhələ vardır, əgər laboratoriyanın müdiriyyəti bu cür qərarı qəbul 

edərsə,  laboratoriya  onları  KİS-ə  döğru  və/və  ya  akkreditasiyaya  doğru  atmalıdır 

(həmçinin sxemə bax, əlavə 1). 

 

Lakin  KİS-in  işlənilməsi  prosesinin  başlanmasınadək  mütləq  bir  neçə  suallara  cavab 



vermək  lazımdır.  Həmin  suallar  laboratoriyanın  “texniki  hissəsi”  ilə  əlaqədardır,  məs. 

“Nəyə nail olmaq istəyirik, buna necə nail ola bilərik?” Həmçinin laboratoriyada “hərəkət 

keyfiyyəti  məsələləri”  barədə  məlumatın  olması  vacibdir,  bu  isə  personalın  münasibətini 

və hazırlılığını, motivasiyasını və məqsədliliyini nəzərdə tutur. Bilmək lazımdır ki, KİS-in 

işlənilməsi prosesində hansı çətinliklər vardır. Bu fakta görə və KİS-in Avropa İttifaqının 

Kür  çayı  layihəsinin  laboratoriyalarında  olan  vəziyyəti  bildiyimizə  görə,  laboratoriyanın 

müdiriyyəti  tərəfindən  KİS-in  tətbiq  edilməsi  və/və  ya  akkreditasiyanın  alınması  üzrə 

“dərsliyin”  hazırlanması  tövsiyyə  edilir.  Dərslikdə,  ən  başlıcası,  KİS-in  uğurla 

işlənilməsinə  və  tətbiq  edilməsinə  təsir  göstərə  bilən  faktorlar  (ilk  şərtlər)  müəyyən 

edilməlidir.  Həmin  faktorlar  tədqiqat  mərhələsi  adlandırıla  bilər.  Bu  mərhələdə,  aşağıda 

verilən  misalda  təqdim  edildiyi  kimi,  bir  sıra  suallara  cavab  verilməlidir  və  qısamüddətli 

işlər həyata keçirilməlidir.    

 

 

Tədqiqat mərhələsi 



 

Mövcud olan vəziyyətin aydınlaşdırılması, biz haradayıq? 

 

Laboratoriya  tərəfindən  aparılan  fəaliyyətin  aydın  planının  mövcud  olması,  nəyə  nail 

olmaq istəyirik? 

 

 



Bu planın aydın və əməliyyat məqsədlər birliyinə çevrilməsi, buna nail olmaq üçün nəyi 



etməliyik? 

 

Məsələyə qarşı  əhəmiyyətli yanaşma, bunu necə  etməliyik? Bu menecmentə nəzarətin  və 

resursların ayrılmasına yönəldilmiş tələbdir. 

 

Treyninqə xərclənən vaxt və səylər, bunu etmək üçün nəyi bilməliyik? 

  

Bu  mərhələdə,  bələdçinin  bir  hissəsi  şəklində,  aşağıdakı  işlər  həyata  keçirilə  bilər  (hər  iş 



üçün həmçinin müddət və məsuliyyətlər müəyyən edilməlidir): 

 



 

Laboratoriya  müdiriyyəti  KİS-in  işlənilməsi  haqqında  qərar  verməlidir  (layihənin 

sahibi müəyyən edilməlidir). 

 



Standartın (məs. ISO/IEC 17025, əgər akkreditasiya qərara alınmışdırsa), yardımçı 

ədəbiyyatın  və  digər  müvafiq  məlumatın  ətraflı  öyrənilməsi,  layihə  sahibinin  (və  ya 

daxili qrupun) növbəti addımı olaraq, həyata keçirilməlidir. 

 



KİS-in  (və  ya  akkreditasiyanın)  əvvəlki  sahəsi  və  tələblərin  siyahısı  prosesin  sahibi 

tərəfindən laboratoriyanın digər mütəxəssisləri ilə birlikdə hazırlanmalıdır. 

 

Standartın  tələbləri  və  laboratoriyanın  hazırkı  fəaliyyəti  arasında  fərqlilikləri  görmək 



üçün defisitin təhlili aparılmalıdır. 

 



Defisitin  analizi  əsasında  KİS-in  (və  ya  akkreditasiyanın)  xərclərinin  hesablanması 

aparılmalıdır (burada xarici təcrübə lazım ola bilər). 

 

Müdiriyyətə KİS-lə (akkreditasiya ilə) bağlı gözlənilən xərclər təqdim edilməlidir. 



 

Müdiriyyət qərar qəbul etməlidir – KİS işlənilməli və/və ya akkreditasiya prosesindən 



keçməlidir. 

KİS  prosesinin  işlənilməsi  və/və  ya  akkreditasiyanın  ikinci  mərhələsi  (tətbiq  edilmə 

mərhələsi)  prosesdə  lazım  olan  faktorların  və  şərtlərin  müəyyən  edilməsində 

fokuslaşdırılmalıdır. 



Tətbiq edilmə mərhələsi 

Müdiriyyətin fəal və aşkar cəhdləri lazımdır. Ümumi olaraq məlumdur ki, keyfiyyət çətin 

bir  məsələdir,  bunu  personal  əksər  hallarda  gündəlik  məsuliyyətə  əlavə  kimi  dərk  edir. 

Buna görə də bu cür yanaşmanın dəyişdirilməsi üçün ilk şərt müdiriyyətin diqqətidir.  

 

Layihə  ilə  bağlı  başlanğıcdan  bitirilməsinə  qədər  personal  ilə  fasiləsiz  və  aşkar 

kommunikasiya  mütləqdir.  Bu  ikinci  faktor  birinciyə  yönəldilən  sahəyə  yönəldilir.  Əgə

kimsə personalın yanaşmasını dəyişmək istəyirsə, kommunikasiya əhəmiyyətli tələbdir. 

 

Personalın  layihənin  həyata  keçirilməsinə  qoşulması,  bilavasitə  nəticələrə  əks-əlaqə  və 

bu əks-əlaqənin əsasının modifikasiyası vasitəsilə fəal iştirakı təmin edilməlidir. Yenə də 

faktor  personalın  münasibətinə  fokuslaşdırılmışdır.  Personalın  qoşulması  və  onların 

iştirakının  ciddi  olaraq  qəbul  edilməsi  KİS  layihəsinin  nəticələrinə  qarşı  personalın 

sədaqətliliyinə əhəmiyyətli töhfə verəcəkdir. 

 

KİS-in laboratoriyanın konkret tələblərinə adaptasiyası edilməlidir. 

 

Bu  mərhələdə  aşağıdakı  qısamüddətli  və  ortamüddətli  tədbirlər  həyata  keçirilməlidir 

(müddəti və məsuliyyətləri daxil olmaqla): 

 



Layihənin  sahibi  təyin  ediləcək,  hansı  ki,  KİS-in  və  akkreditasiyanın  həyata 

keçirilməsi üzrə addımlara rəhbərlik edəcəkdir. 



 

10 


 

Laboratoriya  akkreditasiya  haqqında  qərarı  qəbul  etdikdən  sonra  akkreditasiya 



orqanını seçəcəkdir. 

 



Lazımi sənədlər işləniləcəkdir. 

 



Laboratoriyanın personalı üçün treyninq keçiriləcəkdir. 

 



Daxili audit və sonrakı korrektivlər keçiriləcəkdir. 

 



Akkreditasiya  orqanına  əvvəlki  qiymətləndirmə  üçün  dəvət  göndəriləcəkdir  və 

uyğunsuzluqların aşkar edilməsi təqdirində lazımi korrektivlər daxil ediləcəkdir. 

 

Son olaraq audit üçün akkreditasiya orqanı dəvət ediləcəkdir. 



 

Lakin  laboratoriyada  KİS-in  bütün  işlənilməsi  prosesi  və/və  ya  akkreditasiya 

keyfiyyət  siyasəti  üzrə  sənədlə  başlamalıdır.  Həmin  sənəddə  laboratoriyanın 

müdiriyyəti: 

  

 



Keyfiyyət siyasəti üzrə sənəddə keyfiyyətin idarəetmə sistemini müəyyən etməlidir. 

 



Keyfiyyət  siyasəti  üzrə  sənəd  laboratoriyanın  yaxşı  peşəkar  təcrübəsinə,  testləşmənin 

keyfiyyətinə,  keyfiyyətin  idarəetmə  sisteminin  fasiləsiz  yaxşılaşdırımasına  yönəldilən 

cəhdlərini təşkil etməlidir. 

 



Keyfiyyət  siyasəti  üzrə  sənəd  keyfiyyətin  idarəetmə  sisteminin  məqsədlərini  əhatə 

etməlidir. 

 

Keyfiyyət siyasəti üzrə sənəd laboratoriya tərəfindən göstəriləcək xidmətinin sahəsini 



əhatə etməlidir. 

 



Keyfiyyət  siyasəti  üzrə  sənəd  onun  tələbini  əhatə  etməlidir  ki,  personal  keyfiyyətin 

idarəetmə sistemi ilə tanış olsun və hər zaman onu istifadə etsin.  



O  fakta  görə  ki,  testləşmə  laboratoriyası  tərəfindən  KİS-in  işlənilməsi  və/və  ya 

akkreditasiyadan  keçməsi  çətin  prosesdir,  laboratoriya  növbəti  addımları  tətbiq 

edilmə  mərhələsində  atmağı  qərara  ala  bilər,  əgər  necə  müvafiq  personal,  eləcə  də 

texniki  imkanlar  və  maliyyə  resursları  əlçatandırsa.  Bu  kontekstdə  mütləq  qeyd 

edilməlidir ki, akkreditasiyaya doğru  gedən  yolda nə qədər  çox addım atılsa, o qədər də 

keyfiyyət daha yaxşıdır və laboratoriya tərəfindən təqdim edilmiş göstəricilərdən daha çox 

məlumat almaq mümkündür. 

 

 



2.3.2  Özünüz edin və ya konsultanta müraciət edin 

 

Laboratoriyanın  müdiriyyəti  onu  qərara  ala  bilər  ki,  KİS-in  işlənilməsinə  və 



akkreditasiyaya  doğru  addımları  kim  həyata  keçirəcəkdir.  Bu  daxili  qrup  ola  bilər  və  ya 

müdiriyyət  xarici  konsultantları  cəlb  edə  bilər  (laboratoriya  personalının  imkanlarının  və 

təcrübəsinin  ətraflı  təhlili  haqqında  qərar  qəbul  edilməlidir.  Lakin  laboratoriya 

personalının  KİS-in  işlənilməsi  və  akkreditasiyanın  hazırlanmasının  başlanğıcından 

bitirilməsinədək  qoşulması  tövsiyyə  edilir.  Əgər  qərar  qəbul  edilərsə  ki,  bunu 

laboratoriyanın personalı etməlidir, o zaman aşağıdakıları etmək lazımdır: 

 



 



Göstəriş, çünkü hər şeyi etmə proseində öyrənirik; 

 



Daxili işlənməni aparan qrupun treyninqi üçün resursları ayırmaq. 

Əgər  xarici  konsultantın  dəvət  edilməsi  qərara  alınarsa,  onların  laboratoriyanın  konkret 

şəraitlərinə  uyğunlaşması  üçün  laboratoriya  personalından  daxili  qrupun  yaradılması, 

həmçinin konsultantlar üçün müəyyən edilən tədbirlərdə fəal iştirak etmək mütləqdir. 



 

11 


2.3.3

 

Akkreditasiya orqanı 

Testləşmə  laboratoriya  tərəfindən  KİS-in  ISO/IEC  17025  standartına  uyğun  olaraq 

işlənilməsindən sonra laboratoriyanın müdiriyyəti akkreditasiya üçün ərizənin verilməsini 

istəyə  bilər.  Akkreditasiya  prosedur  kimi  müəyyən  edilir.  Həmin  prosedurla  səlahiyyətli 

orqan  (akkreditasiya  orqanı)  rəsmi  olaraq  tanıyacaqdır  ki,  konkret  vəzifələri  icra  etmək 

üçün  laboratoriyanın  səlahiyyəti  vardır.  Laboratoriyanın  akkreditasiyası  laboratoriyanın 

texniki  imkanlarının  tanınmasını  təşkil  edir  və  adətən  suya  və  digər  müvafiq  matrisalara 

(çöküntülər,  bərk  hissəciklər,  verilən  rayonun  florası  və  faunası)  qarşı  konkretdir.  Onlara 

münasibətdə laboratoriyanın peşəkarlıq iddiası vardır. Akkreditasiya laboratoriyaya imkan 

verir ki, o, işləri düzgün şəkildə və müvafiq standart texniki metodlarına əsasən apardığını 

və ya aparmadığı müəyyən edə bilsin.   

Faktiki  olaraq  bu  ona  zəmanət  verir  ki,  həmin  analizin  nəticəsi  düzgündür,  lakin  bu  belə 

bir  hadisə  zamanı  uyğunsuzluğu  aşkar  etmək  üçün  çərçivə  yanaşmanı  və  elə  bir 

standartları  müəyyən  edir,  hansılar  ki,  yerinə  yetirilməlidir.  Yaxşı  laboratoriyaların 

qorunan  nəticələri  olacaqdır,  lakin  akkreditasiya  o  deməkdir  ki,  nəticələr  qəbul  edilmiş 

standartlara əsasən qorunmuşdur, bu isə laboratoriya personalının və ya halların dəyişməsi 

təqdirində dəyişmir. Akkreditasiya orqanı fəaliyyəti ISO/IEC 17011-ə uyğun olaraq həyata 

keçirir.  Akkreditasiya  orqanı  tərəfindən  akkreditasiya  olunma  həmçinin  o  deməkdir  ki, 

testləşmə  laboratoriyaları  beynəlxalq  səviyyədə  qəbul  edilmiş  standartlara  uyğun  olaraq 

qiymətləndirilmişlər  ki,  onların  kompetensiyası,  obyektivliyi  və  işlərin  aparılması  imkanı 

müəyyən edilsin.   

Həmçinin  akkreditasiya  orqanı  tərəfindən  akkreditasiya  olunma  o  deməkdir  ki,  testləşmə 

laboratoriyası öz müştərilərinə göstərə bilər ki, o, beynəlxalq akkreditasiya standartlarının 

tələblərini  uğurla  təmin  etmişdir.  Bu  o  deməkdir  ki,  müştərilər  tərəfindən  qeyri-

kompetentli  testləşmə  laboratoriyalarının  seçilməsi  və  qeyri-düzgün  nəticələr  üçün  pulun 

ödənilməsi və ya daha ciddisi – bu nəticələrdən istifadə etmək riski azalır.  

Hansı  akkreditasiya  orqanın  dəvət  edilməsi  barədə  qərarı  laboratoriyanın  müdiriyyəti 

verir.  Ən  başlıcası,  o,  ISO/IEC  17011-ə  uyğun  olaraq  fəaliyyət  göstərən  akkreditasiya 

orqanını  seçməlidir.  Ümumiyyətlə  akkreditasiya  auditi  üçün  milli  akkreditasiya  xidməti 

dəvət  edilir.  Lakin  əgər  bu  cür  xidmət  ölkədə  hələlik  yaradılmamışdırsa,  akkreditasiya 

auditi üçün beynəlxalq səviyyədə tanınmış akkreditasiya orqanı dəvət edilə bilər. Bu halda 

auditorlarla  ünsiyyət  qurmaq  üçün  laboratoriya  personalının  dil  qabiliyyəti  əhəmiyyətli 

şərtdir  və  dəvət  üçün  həlledici  əhəmiyyət  akkreditasiya  qiymətləndirilməsi  üçün  lazımi 

maliyyə resurslarının əlçatanlığına verilir. 



2.4

 

KİS-in tətbiq edilməsi və akkreditasiyanın üstünlükləri və faydası 

Artıq qeyd etdiyimiz kimi, Cənubi Qafqazda çox az laboratoriya KİS tətbiq etmiş və/və ya 

beynəlxalq səviyyədə tanınmış orqan tərəfindən ISO 17025 standarta əsasən akkreditasiya 

almışdır.  Həqiqətdə  KİS-in  tətbiq  edilməsi  və  ISO/IEC  17025  standartına  əsasən 

akkreditasiyanın  alınması  laboratoriyanın  biznes-imkanlarını  genişləndirir  və  digər 

tərəfdən  akkreditə  edilmiş  laboratoriyanın  reputasiyasını  artırır  və  regionda  etimadın 

yaradılma  prosesini  dəstəkləyə  bilər.  Daha  artıq,  əgər  suyun  keyfiyyətinin  testləşmə 

laboratoriyaları  ISO/IEC  17025  standartının  tələbləri  ilə  uyğun  olacaqdırsa,  onlar 

testləşmə  işləri  üçün  keyfiyyətin  idarəetmə  sistemlərindən  istifadə  edəcəkdir.  bu  da 

həmçinin ISO 9001-in prinsiplərinə uyğundur və YLT-nin nümunəsi kimi digər KİS üçün 

əsas  yaradacaqdırlar  (ISO  17025-in  a  əlavəsində  bu  beynəlxalq  standart  və  ISO  9001 

arasında olan nominal çarpaz göstəriş verilmişdir).   



 

12 


Digər tərəfdən, laboratoriyanın müdiriyyəti bilməlidir ki, ISO 17025 standartından istifadə 

edən analitik testləşmə laboratoriyası bir neçə sahədə təsir altındadır. Formal akkreditasiya 

və  “laboratoriyada  sadəcə  yaxşı  təcrübə  arasında”  əsas  fərq  işlənilmiş  sənədlərin 

miqdarındadır.  Şübhəsiz  ki,  Avropa  İttifaqının  Kür  çayı  layihəsinə  qoşulmuş  suyun 

keyfiyyət laboratoriyalarının testləşməni həyata keçirmək, testləşmə üçün istifadə edilmiş 

avadanlığın  işləməsini  yoxlamaq  və  standart  analitik  metodlarından  istifadə  etmək  üçün 

yüksəkixtisaslı  personalı  vardır.  Lakin  əksər  hallarda  testləşmə  nəticələri  tam  şəkildə 

rəsmiləşdirilmir. 

ISO 17025 standarta istinad edərək yaradılmış KİS və sonrakı akkreditasiya demək olar ki, 

hər  şeyə  görə  rəsmi  sənədləri  tələb  edir.  Bu  tənzimlənilən  mühitdə  fəaliyyət  göstərmək 

kimidir, burada “sənədləşdirilməmiş bir şey şayədir” prinsipi qüvvədədir və akkreditasiya 

orqanından  gələn  qiymətləndirənlər  hesab  edirlər  ki,  “edilməmişdir”.  Analitik 

laboratoriyaya  akkreditasiyanın  ümumi  təsiri  səthi  su  keyfiyyəti  laboratoriyasının 

nümunələrinin / məlumatların menecmentinin tam prosesi ilə daha yaxşı illustrasiya edilə 

bilər: 



 



Nümunələrin  götürülməsi  planı  hazırlanmalıdır.  Burada  səthi  su  obyektlərindən 

nümunələrin  götürülməsi  prosesinin  bütün  detalları  sənədli  olaraq  veriləcəkdir  (o 

cümlədən,  fərdi  olaraq  müəyyən  edilmiş  nümunə,  nümunənin  fiksasiyası  / 

konservasiyası, nəqli və saxlanılması zamanı nümunənin bütövlüyü qorunmalıdır). 

 

Testləşmə nəticələrinin keyfiyyətinin monitorinqi, nəzarəti və təmin edilməsi lazımdır. 



 

Testləşmə  hesabatının  ayrılmaz  hissəsi  şəklində,  testləşmə  nəticələri  ilə  birlikdə  tam 



ölçülərin 

qeyri-məhdudluğunun 

qiymətləndirilməsi 

verilməlidir. 

Bu 

hesabat 


nümunənin  və  testləşmə  şərti  haqqında  ətraflı  məlumatı  (və  ya  soraq  sənədinə  linki) 

əhatə etməlidir.  

 

Bütün  qeydlər  müvafiq  şəkildə  aparılmalı  və  arxivləşdirilməlidir  ki,  məlumatların 



qorunması və əlçatanlığı təmin edilsin. 

Daha  sonra,  onu  da  bilmək  vacibdir  ki,  akkreditasiyadan  sonra  laboratoriyanın  gündəlik 

fəaliyyətinə təsir göstərəcək tələblər də vardır: 

Təşkil və menecment 

 



Təşkili  struktur  o  cür  olmalıdır  ki,  maraqların  münaqişəsi  yaranmasın,  bu  isə 

keyfiyyətə təsir göstərəcəkdir. 

 

Laboratoriya  personalının  tapşırılmış  vəzifəni  yerinə  yetirmək  üçün  müvafiq 



kvalifikasiyası  olmalıdır  (məs.  təhsilə,  təcrübə  və  treyninqə  qarşı  tələblər 

göstərilməlidir). 

 

Laboratoriya  binasında  olan  şəraitin  –  temperaturun,  rütubət  və  elektromaqnit 



müdaxilənin monitorinqi və nəzarəti lazımdır. 

 



Laboratoriyanın müdiriyyəti siyasət və keyfiyyət planı kimi spesifik sənədləri işləməli 

və aparmalıdır. 

 

İstifadəçilərin  bütün  şikayətlərinin  müzakirəsi  və  onlara  reaksiya  verilməsi  rəsmi 



şəkildə aparılmalıdır. 

 



Təchizatçıların,  xidmət  göstərənlərin  və  subkontraktorların  rəsmi  idarəetmə  proqramı 

mövcud olmalıdır. 

 

ISO/IEC  17025  standartına  və  laboratoriyanın  daxili  prosedurlarına  uyğunluğu 



qiymətləndirmək üçün daxili audit həyata keçirilməlidir.     

Validasiya və kalibrləmə 

 

13 


 

Bütün analitik metodların və prosedurların, o cümlədən nümunələrin seçilməsinin, 



testləşməsi və məlumatların qiymətləndirilməsinin validasiyası keçirilməlidir. 

 



Seçim və testləşmə üçün istifadə edilmiş bütün avadanlıqların kalibrləməsi 

keçirilməlidir. Sonra avadanlığın testləşməsi keçirilməli və müvafiq olaraq ona 

baxılmalı və xidmət edilməlidir. Soraq materialları ixtisaslı olmalı və onların 

beynəlxalq vahidlər sisteminin (Sl) və ya sertifikatlaşdırılmış soraq materiallarına görə 

yoxlanılması mümkün olmalıdır.  

 



Əgər uyğunsuzluq aşkar edilərsə, o, sənədləşdirilməli və həll edilməlidir. 

 



Məlum olan problemlər təkcə aradan qaldırılmalı deyil, eləcə də profilaktik tədbirlərin 

planı işlənilməlidir ki, eyni və ya oxşar problemlər yenidən yaranmasın. 

 

Bütün gündəlik vəzifələr yazılı prosedurlara əsasən yerinə yetirilməlidir.  



 

Laboratoriyanın  müdiriyyəti  həmçinin  yaddan  çıxarmamalıdır  ki,  keyfiyyətin  idarəetmə 

sisteminin  aparılması  və/və  ya  akkreditasiyaya  görə  mövcud  olan  standart  tələbləri  üçün 

büdcənin,  planın,  layihənin  əsaslı  olaraq  tərtib  edilməsi  lazımdır  və  bu  laboratoriyanın 

istismar  xərclərini  artıracaqdır  (bəzi  ədəbiyyat  mənbələri  laboratoriyanın  istismar 

xərclərinin 20-25% artmasını güman edir). 


1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə