İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs



Yüklə 34,44 Kb.
səhifə1/5
tarix25.01.2022
ölçüsü34,44 Kb.
#51571
növüMühazirə
  1   2   3   4   5
Mövzu 9.


Fənn: Fiziki coğrafiyanın əsasları;

İxtisas: Tarix və coğrafiya müəllimliyi;

Kurs: I kurs (Payız 1);

Tədris ili: 2021-2022-ci il;

Mühazirənin təşkil olunduğu yer: mühazirə zalı;

Mühazirə məşğələsinində istinad olunacaq mətni hazırladı: Ş.Abbasov.

Mövzu 9.

Atmosferdə su.

Mühazirənin planı:

9.1. Nisbi və mütləq rütubətlik.

9.2. Yağıntıların növləri.

9.3. Yer səthinin rütubətlənmə dərəcəsi.

9.4. Hava və iqlim.


9.1. Nisbi və mütləq rütubətlik.

Atmosferdə 13 min km3 həcmində su vardır. Havadakı suyun əsas hissəsi buxar halında, qalanı isə su damcıları və buz halında olur. Havadakı suyun

86 % - i okean və dənizlərdən, 14 % - ə qədəri isə quru səthindən daxil olur. Su hövzələrindən atmosferə daxil olan suyun miqdarı havanın temperaturundan və nisbi rütubətliliyindən, buludluqdan, ərazinin sahəsindən, küləyin sürətindən asılıdır.

Havanın rütubətliyi onun əsas elementlərindən biridir. Ona görə də havada olan suyun miqdarı nisbi və mütləq rütubətlik göstəriciləri ilə təyin edilir.

Mütləq rütubətlik 1 m3 havada olan suyun miqdarı adlanır. O, qramlarla və ya parsial təzyiqin atmosfer təzyiqi vahidləri ilə ölçülür. Parsial təzyiq havanın bütün həcmini tutan buxarın yaratdığı təzyiqdir. Mütləq rütubətlilik temperaturdan asılıdır. Temperatur artdıqca havada olan suyun miqdarı da artır. Çünki isti hava daha çox buxar saxlamaq qabiliyyətinə malikdir.

Nisbi rütubətlilik 1 m3 havada olan suyun ( F ) həmin havanın tam doyması üçün lazım olan suya ( D ) faizlə nisbətidir. Nisbi rütubətlilik faizlə ölçülür və temperaturla tərs mütənasibdir.

NR = . 100 %
Burada, NR – nisbi rütubətlilikdir. Nisbi rütubətlilik havanın su ilə neçə faiz doymasını göstərir. Havanın temperaturu aşağı olarkən isə havanın nisbi rütubətliliyi çox aşağı düşür. Havanın rütubətini ölçmək üçün hiqrometr və psixometr adlanan cihazlardan istifadə edilir.

Doymuş və doymamış hava havada suyun miqdarı buxarlanmadan və temperaturdan asılı olur. Ona görə də isti yerlərdə okean və dənizlərin üzərindəki havada suyun miqdarı çox olur. Belə havanı rütubətli hava adlandırırlar. Soyuq havada, eləcə də isti və quru üzərində olan havada isə suyun miqdarı az olduğundan belə havaya quru və ya az rütubətli hava deyilir.

Hava su buxarı ilə doymuş və doymamış vəziyyətdə olur. İsti və quru səth üzərində olan havada həmin temperaturda ola biləcəyindən az su buxarı olursa, bu halda ona doymamış hava deyilir. Quru və isti səth üzərində mütləq rütubətlilik az olur.

Müəyyən temperaturda havanın tərkibində mümkün ola biləcək qədər suyun olduğu vəziyyətdə o doymuş hava adlanır. Doymuş hava maksimum mütləq rütubətliliyə malik olur. O, soyuduqda yağış yağır. Havanın nisbi rütubətliliyi 40 % - dən aşağı olduqda yağıntı olmur.

Buludlar Sərbəst atmosferdə su buxarının kondensasiyası və sublimasiyası nəticəsində yaranan su damlaları, buz kristalları və ya onların qarışığı bulud adlanır. Buludlarda su zərrəcikləri çox kiçik olur. Buludların əmələ gəlməsi hündürlüyü havanın temperaturundan və nisbi rütubətliyindən asılıdır. Atmosferdəki su damcılarının buz kristallarına çevrilməsi üçün onun yuxarı qatlarında havanın temperaturunun 00C– dən aşağı olması vacibdir.

Səmanın buludlarla örtülmə dərəcəsinə buludluq deyilir. Buludluq 10 balla və ya faizlə ölçülür. Yer səthinin buludla örtülmə dərəcəsi orta hesabla 5,4 bal və ya 54 % - dir. Okeanlar üzərində buludluluq 5,8 baldır.

Buludların hərəkət sürəti və istiqaməti nefoskopla müəyyən edilir.

Buludların beynəlxalq təsnifatı Buludlar formasına görə lələkvari, laylı və topa olurlar:

Lələkvari buludlar Yer səthindən 6000 metrdən yuxarı sahələrdə və troposferin yuxarı hissələrində ( 10 – 12 km ) əmələ gəlir. Alçaq temperatur şəraitində yarandığına görə ( 00 C – dən aşağı ) buz kristallarından ibarət olur, yağıntı vermir. Lələkvari, lələkvari – topa və lələkvari – laylı formaları olur. Lələkvari buludlar nazik lifli quruluşlu və ya sapşəkilli olur, kölgələri olmur, rəngi ağ və şəffafdır. Bəzən xırda dalğalar və ya şəffaf lopalar şəklində laylar yaradır.

Topa buludlar əsası 2000 metrdən aşağıda, qübbəvari zirvələri 5000 metrdən də hündürə qalxan, boz və mavi rəngli, adətən yağıntı verməyən buludlardır. Quru üzərində orta enliklərdə, başlıca olaraq ilin isti dövründə, tropiklərdə isə daha tez – tez əmələ gəlir. Aşağı hissəsində su damcıları, yuxarı hissəsində isə buz kristalları olur.

Laylı buludlar 2000 metr yüksəklikdə yaranır, uzunmüddətli yağıntılar və zəif qar verir. Onlar yekcins, boz laylı olur, yuxarı qalxmış dumana oxşayır. Bu buludlar səmanı örtür və tutqun olur. Laylı buludlar bəzən səmada boz çalarlı iri təpələr, dalğalar kimi görünür. Laylı – yağış buludları çox hündürlüyə qalxır, bəzən güclü yağış və qar verir. Buludların aşağı hissələri iri su damcılarından, yuxarı hissələri kiçik su damcılarından ibarət olur.

Bu qruplarla yanaşı qarışıq buludlar da vardır. Bu qrupa yüksək – topa və ya dalğavarı buludlar daxildir. Onlar 2 kilometrdən 6 - 8 kilometrə qədər yüksəkliklər arasında əmələ gəlir. Eyni ölçülü damcılardan ibarət olan buludlar az hallarda yağıntı verir. Onlara laylı – topa buludlar deyilir. Qarışıq buludlar qrupuna yüksək – laylı buludlar da daxildir. Onlar qar dənələri və kiçik damcılardan ibarət olur, dumanşəkillidir. Qışda güclü qar verir. Buludların növünü müəyyən etmək üçün “ Bulud atlasından ” istifadə olunur.



Yüklə 34,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin