Tələbə: Mustafayeva Naidə
Fakültə: İbtidai Təhsil
İxtisas: İbtidai sinif müəllimliyi
Qrup: 2205B
Kurs: I
Müəllim: Orucova Minaxanım
Fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası
Baku-2022
1.Baş beynin quruluşu, funksiyaları Baş beynin quruluşu. Baş beyin kəllə boşluğunda yerləşir. Onun kütləsi orta hesabla 1300-1500 qramdır. (bəzən 2000qr) Yeni doğulmuş uşaqda beynin çəkisi 350-390 qr. olur, onun böyüməsi 20 yaşa qədər davam edir. Onurğa beynində olduğu kimi baş beyində də ağ və boz maddə vardır. Ağ maddə baş beyinin aparıcı yollarını əmələ gətirir. Bu yollar baş beyini onurğa beyni ilə, həmçinin baş beyinin şöbələrini bir biri ilə əlaqələndirir. Bunun sayəsində mərkəzi sinir sistemi tam bir vəhdət şəkilində işləyir. Boz maddə beyincikvə böyük yarımkürələrin üzərini örtərək qabıq əmələ gətirib. Qabığın altında ağ maddə, onun içərisinsə isə boz maddədən əmələ gəlmiş qabıqaltı nüvələr yerləşir. Baş beyinin digər şöbələrində boz maddə ağ maddənin içərisində nüvələr şəkilində toplanmışdır. Baş beyinin aşağıdakı şöbələri vardır: uzunsov beyin, körpü, orta beyin, ara beyin, böyük yarımkürələri.
Usunsov beyin
Uzunsov beyin onurğa beynin davami olub, ölçüsü 2,5-3,0 sm-dır. O, xaricdən birləşdirici toxumadan əmələ gəlmiş qabıqla örtülüdür, qabığın altında ağ maddə onun içərisincə isə boz maddə yerləşir. Onurğa beyninin ön və arxa səthindən keçən 2 dərin şırım uzunsov beyində davam edir, lakin bu şırımlar nisbətən dayaz olub, onu sağ və sol hissələrə bölür. Uzunsov beyindən öndə körpü yerləşir. Körpü və uzunsov beyin və körpünün beyinin köməyi ilə onurğa beyni baş beyinin bütün şöbələri ilə əlaqə saxlayır. Uzunsov beyin və körpünün nüvələri həzm, tənəffüs , ürəyin fəaliyyətini tənzimləyir. Həmçinin çeynəmə, udma, əmmə, asqırma, ösgürmə, qusma və s. kimi reflekslər uzunsov beyin və körpü ilə əlaqədardır.
Beyincik.
Uzunsov beyin və körpüdən yuxarıda beyincik yerləşir. Onun üzəri boz maddədən əmələ gəlmiş qabıqla örtülüdür. Qabığın altında ağ maddə, onun içərisində isə boz maddədən əmələ gəlmiş qabıqaltı nüvələr yerləşir. Beyinciyin üzərində qırışlar və şırımlar vardır. Beyincik ağ maddədən əmələ gəlmiş üç cüt ayaqcıqların köməyi ilə o orta beyin, körpü və uzunsov beyinlə əlaqəlidir.
Beyincik bir sıra mühüm funksiyaları yerine yetirir:
Bədənin müvazinətini tənzimlənir.
Hərəkətlərin koordinasiyasını tənzimləyir(qaçmaq)
Beyinciyin fəaliyətinə baş beyin yarımkürələri nəzarət edir. Beyinciyi zədələnmiş adamlar dəqiq uzlaşmış hərəkətlər edə bilmir, bədənin müvazinətini tənzimləyə bilmir, əlləri və ayaqları əsir, sərxoş adamlar kimi səndələyə-səndələyə yeriyir, iri addımlar atır, iynəyi saplaya bilmir, tez yorulur, nitqi pozulur, yazı yaza bilmir.
Orta beyin.
Orta beyin uzunsov beyin, körpü və beyincikdən öndə, böyük yarımkürələrin altında yerləşir. Onun əsas hissələri dörd təpəli cisim, qırmızı nüvə və qara maddə adlanır. Görmə və səs qıcıqlarna qarşı səmtləşdirmə reflekslərinin qövsləri dördtəpəli cisimdən keçir. Bunun sayəsində biz başımızı və bədənimizi səs gələn tərəfə və ya işiq düşən tərəfə döndəririk. Qırmızı nüvədəki neyronlardan skelet əzələlərinə daim sinir impulusları göndərilir, nəticədə həmin əzələlərin gərginliyi-tonusu tənzimləyir. Qara maddə hərəki fəallığın ümumi səviyyəsini, hərəkətlər zamanı emosiyaları tənzimləyir. Bundan başqa udma və çeynəmə aktlarları qara maddə ilə əlaqədardır.
Ara beyin.
Ara beyin nisbətən mürəkkəb quruluşa malik olub görmə qabarları (talamus), qabaraltı sahə (hipetalamus) və qabarüstü sahələrdən ibarətdir. Görmə qabarına talamus deyilir. Onun altında hipotalamus yerləşir. Talamusun arxa tərəfində isə Epitalamus yerləşir. Epitalamusun tərkibinə daxili sekresiya vəzilərindən olan hipofix daxildir. Hipofiz və epifiz bioloji fəal maddələr hazırlayaraq qana ifraz edirlər. Qoxu hissiyyatından başqa bütün duyğu orqanlarından gələn sinir impulusları görmə qabarından keçərək yarımkürələr qabığına çatır. Odur ki, görmə qabarlarının zədələnməsi duyğu orqanlarının işinin zəifləməsinə və ya tamamilə itməsinə səbəb ola bilər. Hipotalamusda 32 cüt nüvə yerləşir. Onlar bir çox vegetativ funksiyaların yerinə yetirilməsində iştirak edirlər. Onum ön nüvələri parasimpatik funksiyaları, dal nüvələri isə simpatik funksiyaları tənzimləyir. Hipotalamusda həmçinin doyma, aclıq, qida və su qəbulu. Bədən temperaturunun sabit saxlanması və s. mərkəzləri yerləşir. Ara beyin həmçinin zolaqlı cisim, solğun nüvə və s. qabaraltı nüvələr aiddir. Bunlar mürəkkəb hərəkətlərin icrası zamanı meydana çıxan əlavə köməkçi hərəkətlərin tənzimlənməsində iştirak edirlər. Yeriş zamanı qolların yellənməsi mimiki hərəkətlər bu qabığaltı nüvələrin işi ilə bağlıdır. Ona görə də bu nüvələr zədələndikdə hərəkətlər kəsik-kəsik, nizamsız olur, əsas hərəkətlər əlavə köməkçi hərəkətlərdən məhrum olurlar. Qorxu hissiyyatında başqa bütün duyğu orqanlarından gələn siqnallar talamusda analiz olunur və yarımkürələr qabağına yalnız ən vacib və yeni məlumatlar göndərilir. Talamusun digər nüvələri yaddaş emosiyalar, yuxu və ayıqlıqla bağlı hərəki funksiyaları tənzimlənməsində iştirak edirlər. Maddələr mübadiləsi, daxili maye mühitinin sabit saxlanılması, qida və su qəbulu, sinir mərkəzləri ara beyində yerləşir. Mürəkkəb idman hərəkətləri (qaçma, üzmə, tullanma) peşə ilə əlaqədar dəfələrlə təkrar olunan hərəkətlərin avtomatlaşdırılması ara beyinlə bağlıdır. Bədən temperaturunun sabit saxlanması, emosional davranışlar, yuxu və ayıqlıq, qorxu v ağrı hissiyyatı mərkəzləri ara beyində yerləşir. Uzunsov beyin, körpü, orta beyin və ara beyin beyin kötüyüne əmələ gətirir. Beyin kötüyündən 12 cüt kəllə-beyin sinirləri çıxır. Onlardan bir cütü Azan sinir adlanır. O baş beyni daxili orqanlarla ( mədə, bağırsaq, ürək, ağciyər) əlaqələndirir. Qalan 11 cütü sinirlər isə baş beyini duyğu orqanları, əzələlər və başda yerləşən vəzilərlə əlaqələndirir.