İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs


Yer səthinin rütubətlənmə dərəcəsi



Yüklə 34,44 Kb.
səhifə3/5
tarix25.01.2022
ölçüsü34,44 Kb.
#51571
növüMühazirə
1   2   3   4   5
Mövzu 9.

9.3. Yer səthinin rütubətlənmə dərəcəsi.
Yer səthinin rütubətlənməsi təkcə yağıntıların miqdarından asılı deyil. Çünki düşən yağıntının bir hissəsi buxarlanır, digər hissəsi isə yerə hopur və ya səth ilə axır. Bu prosesə ərazidən buxarlanan və ya buxarlana biləcək suyun miqdarı da təsir göstərir.

Müəyyən istilik və rütubətlənmə şəraitində buxarlanan suyun miqdarına buxarlanma deyilir. Bu zaman su maye ( su səthindən ) və ya bərk haldan ( qar və buz səthindən ) buxar halına keçir və atmosferə daxil olur. Buxarlanma bitkilərdən və torpaqdan da olur. Buxarlanma böyük sürətlə hərəkət edən molekulların səthdən ayrılması yolu ilə əmələ gəlir. Onun miqdarı su hövzələrində ən çox tropik və ekvatorial qurşaqlarda, ən az isə arktik qurşaqda, quru səthində isə ən çox ekvatorial qurşaqda, ən az tropik və mülayim qurşağın səhralarında müşahidə olunur. Buxarlanma suyun və buxarlanma səthinin qızması zamanı sürətlə gedir, buxarlanmış su qatının qalınlığı ilə ( mm ) ölçülür. Hər il Yer səthindən havaya orta hesabla 1020 mm qalınlığında su qatı buxarlanır. Buxarlanma ekvatorial enliklərdə orta hesabla 2000 mm, tropik enliklərdə su səthində 2000 mm, quru səthində isə 50 – 100 mm olur. Böyük Səhranın mərkəzi hissələrində buxarlanma 100 mm – dir. Avstraliyanın mərkəzi rayonlarında ən az buxarlanma 100 – 200 mm - ə çatır.

Müəyyən istilik şəraitində ərazidən buxarlana biləcək suyun miqdarı buxarlanma qabiliyyəti və ya mümkün buxarlanma adlanır. Onun miqdarı havanın temperaturundan və nisbi rütubətdən asılıdır. Okeanlarda və yağıntıların kifayət qədər düşdüyü mülayim enliklərdə buxarlanma qabiliyyəti və faktiki buxarlanma arasında fərqlər olmur. Səhralarda və yarımsəhralarda yağıntı az olduğunda buxarlanma qabiliyyəti və buxarlanma arasında kəskin fərqlər olur. Bu fərq nə qədər çox olarsa, ərazi quraq, az olarsa, rütubətli olur. Buxarlanma qabiliyyəti Böyük Səhrada 4500 mm - ə çatır. Tropik enliklərdə okeanların üzərində buxarlanma qabiliyyəti və buxarlanma yüksək qiymət alır və bir – birinə bərabərdir.

Ərazinin rütubətlənmə dərəcəsini öyrənmək üçün rütubətlənmə əmsalından istifadə edilir. Rütubətlənmə əmsalını ( Ə ) tapmaq üçün düşən yağıntıların miqdarını ( Y ) buxarlanma qabiliyyətinə ( Bqab ) bölmək lazımdır :


Ə =
Rütubətlənmə əmsalını faizlə hesablamaq daha asandır. Məs. əmsalın 1,5 olması o deməkdir ki, ərazinin rütubətlənməsi 150 % - dir.

Rütubətlənmə əmsalının üç qiyməti müəyyən olunur:

1) Ə > 1 olan ərazilərdə ifrat rütubətlənmə yaranır. Bu ərazilərə humid rayonlar deyilir. Mülayim enliklərin meşə zonası və onlardan şimalda, ekvatorial enliklərdə ifrat rütubətlənmə olur və çox yerdə bataqlıqlar yaranır;

2) Ə = 1 olduqda ərazilər normal rütubətlənir. Mülayim qurşağın çöl, meşə - çöl təbii zonalarında, savannalarda rütubətlənmə əmsalı vahidə yaxındır;

3) Ə < 1oduqda rütubətlənmə normadan az olur. Bu ərazilərə arid rayonlar deyilir. Səhralar, yarımsəhralar və quru çöllərdə rütubətlənmə əmsalı vahiddən aşağıdır.

İqlim xəritələrində buxarlanma qabiliyyətinin eyni olduğu nöqtələr izoqaminlər adlanan xətlərlə birləşdirilir.



Yüklə 34,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin