Мустягил тящсил сийасяти



Yüklə 196 Kb.
səhifə1/2
tarix13.05.2022
ölçüsü196 Kb.
#57765
növüQaydalar
  1   2
193 rbbnx92qkq


Tərbiyə və özünütərbiyə

TƏRBİYƏ VƏ ÖZÜNÜTƏRBİYƏ




Ən ali hikmət – özünü tanımaqdır.

Q.Qaliley



«T

ərbiyə» dedikdə, elə anlayışın özündəcə fəal tərəf olan sub­yektin – tərbiyəçinin, müəllimin aktual işti­ra­­kı nəzər­də tutulur. Yəni kim isə, kimi isə tərbiyə et­mə­li­dir, onu müəy­yən normalara, ədəb-ərkan qaydalarına, dav­­ranış tər­zinə dəvət etməlidir. Bunun üçün isə əvvəlcə hə­­min normaların, meyarlar siste­minin ilkin müəyyənliyi tələb olunur.

Lakin intellektual, əxlaqi və mənəvi dəyərlər sis­te­mi­nin bütün dövrlər və bütün xalqlar üçün standart for­ma­sı və normativləri yox­dur. Yəni əvvəlcə tərbiyə verənin özü­nün meyar seçdiyi və təlqin et­diyi dəyərlər sistemi düz­gün seçilməlidir. Bu isə artıq tərbiyə pro­sesinin miq­ya­sından kənara çıxır və pedaqogikanın deyil, fəlsəfənin pred­metinə daxildir. Təsadüfi deyildir ki, bəzi müəlliflər pe­daqogikanı fəlsəfənin tətbiq sahələrindən biri hesab edir.1

Təlim və tərbiyə ilə bağlı problemlər, anlayışlar, kateqoriyalar hər bir dövrdə fəlsəfənin qalxmış olduğu yeni inkişaf səviyyəsindən bir də nəzərdən keçirilməlidir. Fəlsəfənin və psixologiyanın açdığı yeni im­kanlar bütöv­lükdə düşüncə tərzini dəyişməklə insanın mənəvi-in­tel­lektual inkişafının da yenidən nəzərdən keçirilməsini tələb edir. İstər-istəməz bir sıra suallar yenidən aktuallaşır.

Əvvəla, kim isə tərbiyə vermək haqqını necə qaza­nır? Sadəcə müəllim və ya tərbiyəçi kursunu (bakalavrdan tutmuş elmlər doktoru dərəcəsinədək) bitirib müvafiq diplom almaqlamı? Yoxsa doğru­dan­damı o indiki gənc­liyin necə olmalı olduğunu bilir və üstəlik buna ne­cə nail olmağın da yollarını bilir?

Həm də nəzərə alınmalıdır ki, bu bilgilərdən birincisi fəlsəfənin, ikincisi isə pedaqogikanın predmetinə aiddir. Deməli, tərbiyəçi bu fən­lərin hər ikisini mükəmməl bilməlidir. Fəaliyyətinin nəticəsini yoxla­maq və düzəlişlər etmək üçün üstəgəl eksperimental psixologiyanı da mənimsəməlidir. Yəni tərbiyəçi olmaq missiyası məsuliyyətli olduğu qədər də böyük bilik və hazırlıq tələb edir. Müəllim isə üstəlik müəy­yən bir fənni də yüksək səviyyədə mənimsəməli və üstəlik onu başqa­larına mənimsətməyin yollarını da bilməlidir. Həm də sadəcə bilmək azdır. Bunun üçün böyük entuziazm, böyük daxili emosional enerji lazımdır. Maraqlandırmaq, heyrətləndirmək, sevdirmək səriştəsi la­zımdır. Bəli, müəllimlik zirvəsinə qalxmaq bütün bu labirintlərdən keç­məyi intellektual səviyyənin və mənəviyyatın yüksək zirvəsini fəth etməyi tələb edir. Bax, buna görə də, müəllim adı ucadır, mənəviyyat və idrak yolunun zirvəsində qərar tutur. Lakin rəsmi təhsil müəssisə­lərimizin müəllim diplomu verdiyi şəxslər bu zirvənin heç olmasa ətə­yinə qədəm qoya bilirlərmi? Bəs, bu müəllimləri hazırlamalı olan ali məktəb müəllimləri necə. Onların elmi dərəcəsinə alim-pedaqoq sta­tusuna imza atanlar necə.

İkincisi, «tərbiyə vermək» nə deməkdir; «tərbiyə olunan» tərəfin müəyyən bir standarta, normaya sadəcə dəvət edilməsi, yönəldilməsi, yoxsa onun bu normaya həqiqətən uyğunlaşdığına əminliklə bitən bir fəaliyyət?

Belə bir əminlik necə yarana bilər? Təbiət elmləri cismin təsirdən əvvəlki və sonrakı vəziyyətini xüsusi cihazlarla ölçür və prosesin is­tiqamətini təyin edə bilir. Bəs, pedaqogika? Burada belə bir ölçmə imkanı olmadığı üçün müəyyən bir tərbiyəvi təsirin gözlənilən nəticə verəcəyini ancaq güman etmək olar. Axı, tərbiyəçi nəinki təsirdən son­ra, təsirdən əvvəldə öyrəncinin mənəvi-psixoloji durumunu bilmir. Özü də hər gün bu durum tamamilə başqa səbəblərdən dəyişmiş ola bilər. Hətta təmasda olduğumuz məqamda uşağın könlündən, fikrin­dən nələr keçdiyin necə bilmək olar? Con Kabat-Zinn insanın mənəvi-psixik halını araşdıraraq yazır: «Əql həmişə fəaliyyətdədir; çox vaxt ya keçmişin xatirələrində, ya da gələcəyin xəyallarında olduğu halda, nadir hallarda indiki zamana yönəlir».1 Başqa sözlə, insanın cisminin yox, diqqətinin, fikrinin harada olması əsasdır. Nə etməsindən daha çox, hansı motivlə etməsi, ürəyindən nə keçməsi önəmlidir. Əbu Tur­xanın dediyi kimi, «fikrin-zikrin haradadırsa, sən də oradasan». Nə barədə fikirləşməsi insanın təkcə əqlini yox, ürəyini, könlünü də nişan verir. Zikr isə əqidədən xəbər verir. Əgər insan əqidəlidirsə, inamı var­sa, tərbiyə prosesində bu mütləq nəzərə alınmalıdır. Digər tərəfdən, dini inamı olan adama təsir edən bir dəlil, fikir, ya hədis dinsizə heç tə­sir etməyə də bilər. Ona görə də, tərbiyəçi qarşıdakını öyrətməzdən əvvəl, onu öyrənməlidir. İnsanı öyrənmək isə hansı isə elmi və ya peşəni öyrənməkdən qat-qat çətindir.

Bir sözlə, uşaq taxta parçası deyil ki, onu yonub nə isə düzəl­dəsən. O hələ ilk yaranışdan proqramlaşdırılmış bir sistemdir. Gələ­cəkdə nə olacağı, necə olacağı təkcə düşdüyü mühitdən və tərbiyədən yox, həm də onun fitri payından asılıdır. Əgər dibindən qaynamırsa, «quyuya su tökməklə sulu olmaz».

Uşaq özü fəal başlanğıcdır. Onu təbii varlıq kimi bir çox key­fiyyətlər səciyyələndirir ki, bunlardan biri də temperametrdir. «Tem­pe­rament şəxsiyyətin formalaşması prosesində bir növ xammal kimi çıxış edir».2 Uşaq bir tərəfdən öz daxili genetik meylləri, digər tərəf­dən də, yaşadığı mühitin çox müxtəlif, al-əlvan təsirləri ilə formalaşır. Müəllim, tərbiyəçi hər bir konkret uşaq üçün bu prosesin xüsusiy­yətlərini bilmədən, ona müdaxilə edə bilməz. Daha doğrusu, bu mü­daxilənin hansı istiqamətdə təsir edəcəyini müəyyənləşdirmək olmaz. Hətta cansız aləmdə bir zərrəciyin başqa zərrəciyə təsirinin nəticələri birqiymətli ölçülə bilmir. Daha doğrusu, bu, prinsipcə mümkün deyil. Çünki qeyri-müəyyənlik prinsipi var. Çünki güman olunduğu kimi, zərrəciyin də iradəsi ola bilər. Bəs iradəsinə şübhə etmədiyimiz canlı in­­sanlara təsirin istiqamətini müəyənləşdirmək mümkündürmü? Ümu­­miyyətlə mümkün ola bilərmi?


«Tərbiyə etmək», yoxsa insana özünü, təbiəti və cəmiyyəti dərk etməkdə yardımçı olmaq?! İnsanın düzgün həyat yolu seçməsi, xoş­bəxt olması, öz həyat və fəaliyyəti ilə başqalarının xoşbəxtliyinə mane olmaması üçün ilk növ­bə­də yüksək mənəvi-intellektual səviyyə tələb olunur. Bü­tün konkret hallar üçün yarayan hazır həyat reseptləri ola bilməz. Hər bir situasiya başqasından nə ilə isə seçilir. Ona görə də, hər bir məqamda qərarı şəxs özü çıxar­ma­lı­dır. Bunun üçün isə geniş dünyagörüşü, əqidə müəyyən­li­yi və əxlaqi-mənəvi dəyərlər sisteminin mənimsənilməsi tələb olunur.

Heç də bütün insanların fəaliyyəti nəzəri təfəkkür süzgəcindən keçirilmir və elmi prinsiplər əsasında ölçü­lüb-biçilmir. Gündəlik hə­yatda insanı idarə edən onun nəf­sidir. Nəfs isə heyvani hisslərdən ali duyğula­ra­dək, ins­tinkt­dən əqlədək bütöv bir spektri əhatə edir. Tə­sa­düfi de­yil­dir ki, Ş.Sührəvərdinin idrak təlimində «hey­va­ni nəfs» və «düşüncəli nəfs» arasında zövq pilləsi də da­ya­nır ki, bu da əsasən es­tetik hissləri ehtiva edir. Aralıq pil­lələrə həm­çinin qavrayış və hafizə də daxildir. Atalar sözləri, hikmətli fikirlər, aforizmlər, hətta etika və hüquq sahə­lə­ri­ni əhatə edən müddəalar anlama və hafizə səviyyəsində mənimsənilir. Lakin insanın nələri isə bilməsi hələ bun­la­ra əməl edə­cəyinə zəmanət vermir. İnsanın hansı vəziy­yət­də nə kimi qərar qəbul edəcəyi, necə hərəkət edəcəyi hey­va­ni nəfs, zövq və əql məqam­ların­dan hansının üstünlük təş­kil etməsindən asılıdır.

Yalnız zövqün və ali duyğuların inkişaf etdiril­mə­si, nəfsin əqllə işıqlandırılması heyvani nəfsi məhdudlaş­dır­mağa imkan verə bilər. Con Lokk nəfsin məhdudlaş­dı­rıl­masını tərbiyənin mühüm şərti hesab edirdi: «Hər bir fə­zi­lətin və layaqətin əsası və ali prinsipi insanın öz arzu­la­rından imtina etmək, öz istəklərinin əleyhinə hərəkət et­mək və ancaq zəkanın göstərişlərinə əməl etmək qabiliy­yə­tin­dən ibarətdir».1

İnsanın öz istəklərinə, arzularına çata bilməməsi, bu yolda mü­barizələr aparmağa məcbur olması bir şeydir, bu istəklərdən könüllü surətdə imtina etmək məcburiy­yə­tin­də olması başqa şeydir. Yəni in­sanın istəkləri müxtəlif olur və onlar heç də həmişə öz aralarında uy­ğun gəlmir; bir istəyin həyata keçirilməsi, ancaq başqa bir istəkdən uzaqlaşmaq hesabına mümkün olur. Xırda hisslər, kiçik arzular in­sanı böyük ideala gedən yoldan sapdırır. Deməli, ideala gedən yolda kənardan maneələrlə yanaşı, daxili maneələr də vardır. Qurani-Kə­rimdə deyilir: «…On­lar­la istədikləri arasında maneə yarandı».2

İnsanın həyatı əqllə nəfsin mübarizə meydanına çevrilməsin de­yə, o öz istəklərini boğmaq məcburiyyə­tin­də qalmasın deyə ilk növ­bədə nəfsin özünün tərbiyə edil­mə­sinə böyük ehtiyac vardır. Ş.Süh­rəvərdi «İşıq hey­kəl­lə­ri» əsərində yazır: «Nəfs bədəndən ayrı düş­dük­də…hiss alə­minə göstərdiyi şövqə görə əzab çəkir». Sührəvərdi ki­mi, Füzuli də nəfsin tərbiyəsinə böyük önəm verir.

İnsanın arzu və istəkləri sağlam olduqda onlara çat­maq uğrunda mübarizə cəmiyyət tərəfindən müsbət qar­şı­lanır. Heyvani nəfs isə baş­qalarının izzəti-nəfsini nə­zə­rə almadığından, ya insan özü, ya da cə­miyyət onun realizasiyasına mane olmaq üçün tədbir görməli olur. Halbuki, xoşbəxtlik məhz arzu və istəyin reallaşdırılma­sın­­dadır. İc­timai tənbehə səbəb olan, hətta hüquqa zidd gəldiyi hallarda cəza­landırılmaqla müşayiət olunan bir xoşbəxtlik, həqiqi xoşbəxtlik sayıla bilərmi? Burada, bir tərəfdən, hissi səviyyədə yaşanan «həzz», «ləzzət» və sosial priz­madan keçən «xoşbəxtlik» anlayışlarının fərqləndiril­mə­si zərurəti ortaya çıxır. Digər tərəfdən də, xoşbəxtliyin yal­nız hissi sə­viyyədə yaşana biləcəyini, insa­nın öz təbii hiss­lə­rinə azadlıq verməli ol­duğunu iddia edən nitsşeçilik və frey­dizm fəlsəfələrini təkzib etmək üçün buddizmin və su­fiz­min metodoloji əsaslarına mü­ra­ciət etmək la­zım gəlir. İstənilən halda müasir dövrdə insa­nın əxlaqi-mənəvi si­ma­sını daha dərindən açmağa imkan ve­rən fəlsəfi nəzəriyyələri araş­dırmadan və onlara isti­nad etmədən ha­zır­la­nan tərbiyə konsepsiyaları heç bir fay­da verə bilməz.

Dünyada tarixən formalaşmış müxtəlif tərbiyə sistemləri vardır. Hər şey məqsəddən asılıdır: əvvəlcə müəy­yənləşdirilməlidir ki, biz ic­raçı, yoxsa yaradıcı insan ha­zır­lamaq istəyirik? Bunlardan hər birinin öz üsulları var­dır. «Böyüklərin buyruğuna əməl edən», «sözə qulaq asan», «deyilənləri qeyd-şərtsiz yerinə yetirən», nizam-in­ti­zam qayda­larını pozmayan, qoyulmuş yolla gedən və yol­dan sapmayan tərbiyəli şəxs obrazı bizə yaxşı məlum­dur. Dikbaş, «bildiyini babasına ver­mə­yən», böyüklərin ya­nında fikir söyləməkdən çəkinməyən, müəllimlərlə mü­ba­hisə edən, qaydaları pozan, «ipə-sapa yatmayan» tərbi­yə­siz və ya «çətin tərbiyə olunan» uşaq obrazı da yaxşı məlumdur.

Lakin bu ənənəvi tər­biyə meyarlarından fərqli olaraq, Qərbdə ikinci tip uşaqlar özü də iki yerə bölünür. Nəzərə alınır ki, gələ­cə­yin həm cinayətkarları, həm də dahiləri bunların sırasın­da­dır. Liderlik, təşkilatçılıq keyfiyyətləri də məhz ikinci qrup uşaqlarda olur. Dahilik və dəlilik əlamətləri – hər iki­­si əvvəlcə standartdan, normadan kənara çıxma kimi mü­şahidə olunur. Ona görə də, Qərbdə ikinci qrup uşaq­la­ra daha böyük diqqət verilir. Sərbəst düşüncənin, yara­dı­cıllıq poten­sialının inkişafı üçün maksimum şərait yara­dılır. Uşaqlara özünü realiza­si­ya imkanı verilir. Onları «böyüklərin», «avtoritetlərin» qə­li­bi­nə salmaq cəhdləri göstərilmir.

Təəssüf ki, biz Qərb­dən bu mütərəqqi tərbiyə metodika­sını hələ də götür­mə­mi­şik. Hətta «böyük-kiçik» məsələ­sinə görə Qərb gəncli­yi­ni tərbiyəsizlikdə ittiham edirik və qürrələnirik; Şərq tərbiyə sis­teminin üstünlük­lə­rin­dən danışırıq. Üzdə hər şey, doğrudan da belə­dir. La­kin təəs­süf ki, bu yanaşmanı mütləqləşdirməklə ifrata var­dı­rılan, alternativsiz meyara çevrilən bəzi adət-ənənə­lərin azadlığı necə buxovladığının fərqinə varmırıq.

Əlbəttə, böyüklərə qulaq asmaq, icraçılıq özü də iki cür başa dü­şülə bilər. Bir var sənə düzlüyünə qəti əmin olduğun yol göstərələr, bir də var özün düşünə biləcəyin bir məsələdə başqasının buyruğuna əməl edəsən. İslam Şərqində icraçılığı mütilik kimi başa düşmək, görünür, xeyli dərəcədə İslamın mahiyyətinin düzgün başa düşülməməsi ilə bağ­lıdır. «İslam», «müsəlman», «müslüm» sözləri «itaət», «mütilik» mənasını verdiyin­dən­­dirmi, yoxsa Qurani-Kərimin bəzi ayələrinin düz­­­gün təfsir edilməməsindəndirmi, – deyə bilmərik, amma müsəl­man xalqlarının tərbiyə sistemində itaətkarlığın müsbət hal kimi dəyər­lən­dirilməsi çox dərin kök atmışdır.

Əslində isə islamda təlqin olunan itaət heç də total itaət deyil. Nisa surəsində deyilir: «Ey iman gə­tirənlər! Allaha, peyğəmbərə və (onlar tərəfindən) itaəti sizlərə vacib buyrulan ixtiyar sahiblərinə itaət edin».1 Lakin burada kimə və nə kimi bir itaətdən söhbət getdiyi həmişəmi düzgün şərh olunur?

Allaha itaət etmək və onun sözlərini çatdıran peyğəmbərin de­diklərinə əməl etmək hələ o demək deyildir ki, insan özü düşünüb-da­şınmadan, kor-koranə surətdə hər hansı bir başqasının; yaşca böyük olanın, vəzifə və ya var-dövlət sahibinin buyruğuna da qeyd-şərtsiz əməl etməlidir. İqtibas gətirdiyimiz ayədə sözünə itaət edilməsi vacib sayılan şəxslər ancaq Allah və peyğəmbər tərəfindən buyrulmuş şəxs­lərdir ki, buraya valideynlər və müəllimlər aid edilə bilər; o da ancaq bir şərtlə ki, onların dedikləri Allah kəlamına zidd olmasın. Deməli söhbət əslində yalnız Allaha itaətdən gedir. Əsrlər boyu din xadimləri bu ideyanı tədricən öz xeyirlərinə dəyişdirərək, Allah kəlamının təfsir səlahiyyətini mənimsəmiş və bununla da insanları özlərinə itaət etdir­məyə çalışmışlar. Bu da Allah ilə insanlar arasında vasitəçilik institutu yaratmaqla, dinimizə xas olmayan bir cəhətdir. Görünür, itaətə ça­ğırışın səhv anlaşıla bilməsini istisna etmək zərurətindəndir ki, Qur­ani-Kərimin başqa bir surəsində bu məsələ daha konkret qoyulur: «Si­zin Rəbbiniz Mənəm. Buna görə də yalnız mənə ibadət edin».1

İslam bütün insanları Allah qarşısında bərabər saydığına görə, bir insanın başqa bir insana itaət etməsi əslində yasaqdır. Tam tərsinə, xristianlıqda kilsə və din xadimləri Allah ilə insanlar arasında vasi­təçilik missiya­sını rəsmən üzərlərinə götürsələr də, bu missiyaya qarşı böyük bir etiraz dalğası da formalaşmışdı ki, bu da əsasən fərdi azad­lıq uğrunda mübarizə kimi ortaya çıxmışdır.

Təsadüfi deyildir ki, Qərbin ən böyük prioritetlə­rin­dən biri məhz azadlıq ideyasıdır. Təkcə fəaliyyətdə yox, həm də düşüncədə azad­lıq! Özünü realizasiya hüququ, istədiyini demək, yazmaq, möv­qeyini bildirmək hüququ! Biz demirik ki, Şərqdə azadlıq ruhu ol­mamışdır. Ancaq ayrı-ayrı təzahürlər olmuş, lakin ictimai şüurda ya­şa­ya bilməmiş, unudulmuşdur.

Bu gün fərdlərin hüquq və azad­lıqlarından, müstəqilliyindən, fi­kir plüralizmindən, siyasi plü­ra­lizmdən məhz Qərb dünyasında da­nışılır. Məhz Qərb dünyası ar­tıq neçə əsrdir ki, ayrıca götürülmüş in­sanların səadətini və xoş­bəxt həyatını dövlətin və cəmiyyətin əsas və­zifəsi hesab edir və bu isti­qamətdə məqsədyönlü fəaliyyət göstərir. Şərq ölkələri isə məhz insan hüquqlarının pozulması, fərdi azad­lıq­ların məhdudlaş­dırıl­ması, hamının bir adamın (padşa­hın, monarxın) iradəsindən asılı vəziyyətə salınması faktlarına görə tənqid olunur. Və qlobal­laş­manın əsas pozitiv cəhətlərindən biri də bu ölkələrin sakin­lərinə hü­quq və azadlıq gətirmək, onlara azad iqtisadi rəqabətdə öz gücləri­ni yoxlamaq şansı verməkdən ibarətdir.

Bəli, Qərbi səciyyələndirən məhz onların sivil, ictimai mahiyyətli ol­masıdır. Şərqdə isə insanlar daha çox öz mənəvi dünyaları miq­yasında qapanır və ictimailəşməyə müqavimət göstərirlər. Belə olan halda Şərqdə fərdi azadlıq daha güclü deyilmi? Doğrudan da, pa­ra­doksaldır.

Qərbdə insanların fəaliyyəti də vahid ictimai prinsiplər çərçi­və­sində həyata keçirildi­yin­dən çoxlu sayda adamlar eyni bir ideya­nın reallaşdırılmasına cəlb edilə bilirlər. Ayrı-ayrı insanlar bütöv­lükdə cə­miyyətin hissələri olurlar. Bu baxımdan,


Yüklə 196 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin