Azərbaycan Respublikası Memarlıq Və İnşaat Universiteti
FAKÜLTƏ: Magistratura Mərkəzi
İxtisas: Su Ehtiyatlarının Mühafizəsi Və Kompleks İstifadəsi
Kafedra: Ekologiya
Tələbə: Zəkiyev Şalbuz
Kurs: 1
Qrup: m331a1
Müəllim: Hüseynova Rəna
Fənn: Komputer Proqramlaşdırılması
MÖVZU: Taxtakörpü Su Anbarı
Relyefi
Taxtakörpü su anbarı və müvafiq bənd kompleksi əraziləri Şabran şəhəridən 3.5 km cənub-qərbdə Dərəçay (Taxtakörpü) vadisində yerləşir. Bənd və su anbarı ərazisi çox da yüksək olmayan hamar yüksəkliklərlə, çoxsaylı qobu və yarğanlarla, mürəkkəbləşmiş təpəliklərlə və mailli düzənliklərlə xarakterizə olunur. Burada yer səthinin mütləq yükləkliyi 60.0-250.0 m hüdudlarındadır. Bəndin oxundan 2 km məsafədə Taxtakörpü çayının sağ sahilində, 180m mütləq yüksəklik qiymətinə malik Qaynarca palçıq vulkanı yerləşir. Vulkan "Qaynarca" adlı antiklinalın az maili şimal qanadında yerləşmişdir.
İqlimi
Tədqiqat aparılan ərazi mülayim-isti, az yağıntılı qışı və nisbətən sərin yayı ilə xarakterizə olunur. Havanın orta illik temperaturu 90 C-dən çox olmur. Ən soyuq ay yanvar olmaqla havanın orta aylıq temperaturu -20 C-ə yaxındır. Ən isti ayları iyulavqust olaraq, orta aylıq temperaturu 200 C təşkil edir. Gün ərzində ən yüksək temperatur 34 C-dir. Atmosfer yağıntılarının illik həcmi 300-450 mm-dir. Küləyin üstünlük təşkil edən sürəti 3-4 m/s təşkil edir, bəzi hallarda 20 m/s-dən çox olur.
Atmosfer yağıntılarının illik miqdarı 250-850 mm arasında dəyişməklə orta 419 mm təşkil edir. Yağıntıların fəsillər üzrə həcmi aşağıdakı kimidir: Qış - 71mm, yaz - 100 mm, yay - 100 mm, payız - 148 mm. Yağıntılı günlərin miqdarı il ərzində 100-ə yaxındır, bəzi illərdə 70-120 gün arası dəyişir. Payız və yayda leysan yağış və şimşəklə müşahidə olunurlar. Burada qar örtüyü qeyri davamlıdır, ilk yağıntıların düşməsi dekabr ayının ortalarına, tam əriməsi isə mart ayının ortalarına təsadüf edir. Qar örtüyünün müddəti qış ərzində 20-25 gündən çox olmur. Qarın qalınlığı orta hesabla 10 günlük müddətdə 5-6 sm təşkil edir. Bəzi sərt qışlarda dekabrda 35- 40 sm-dək çata bilir, çala və nisbətən aşağı sahələrdə isə daha çox olur
Havanın orta illik mütləq rütubəti 10 mb təşkil edir. Ən yüksək rütubət göstəricisi yay aylarına təsadüf edir, xüsusən də iyul-avqust aylarına və 16 mb-a çatır, ən aşağı göstərici qışda olur və 4-5 mb arasında dəyişir. Havanını nisbi rütubəti yay aylarında 8 60-65%-dən çox olmur, qalan vaxtda isə göstərici 72%-dir. Külək rüjimi dağ-düzəngah tipli olaraq, orta hesabla 3-4 m/s olmaqla, hətta 20 m/s-ə çatır. Şiddətli küləklər əsən günlərin sayı il ərzində 8-10 çatır.