1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 400,34 Kb.
səhifə6/33
tarix02.01.2022
ölçüsü400,34 Kb.
#42710
1   2   3   4   5   6   7   8   9   ...   33
EKOLO

Fitogen amillər - bitkilər tərəfindən mühitə təsiri nəzərə alır. Bitkilər bütün canlı orqanizmlərin qidalanması üçün əsas olan ilkin üzvü maddəni istehsal edir. Zoogen amillər - heyvanlar arasında qarşılıqlı əlaqənin tiplərini müəyyən edir. Eyni növün fərdləri arasında növdaxili qarşılıqlı əlaqələr qrup və kütləvi effektlə və növdaxili rəqabətlə yaranır. Növlərarası əlaqələr olduqca müxtəlifdir.

Mikrobiogen amillər - virusların, sadə bakteriyaların canlı orqanizmlərə təsirini nəzərə alır. Mikrobiogen amillər torpağın formalaşmasında vacib rol oynayır.

Antropogen amillər - İnsanın fəaliyyətinin əksər növləri təbiətə təsir edir və antropogen amillər kimi özünü göstərir. Bu insanın təbiətə birbaşa (ov, balıq ovu, meşələrin kəsilməsi, təbii xammalın çıxarılması və s.) və dolayı (yolların, kanalların, hidroqurğuların tikintisi; neft kəmərlərindən neftin axması və s.) yolla təsirlərini əhatə edir.

Vaxta görə müntəzəm olaraq təkrarən dəyişən amillər dövri amillər adlanır. Bura iqlim amillərindən başqa bəzi hidroloji amillər (qabarma və çəkilmələr, bəzi okean axınları) da aiddir.

Gözlənilməz baş verən amillər (vulkan püskürməsi, yırtıcıların hücumu və s.) qeyri-dövri amillər adlanır.


Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin