4. Ekosistemlər və onların strukturu
Ekosistem anlayışı ekologiyanın əsas anlayışıdır. Termin ingilis bioloqu Artur Tensli (1935) tərəfindən təklif olunub. Canlı orqanizmlərin və cansız yaşayış mühitinin məcmusu ekosistemi təşkil edir. Ekosistem – müxtəlif canlı orqanizmlərin (bitkilərin, heyvanların, mikroorqanizmlərin) bir-biri ilə və onları əhatə edən mühitlə qarşılıqlı əlaqədə olan elə toplusudur ki, bu toplu qeyri- müəyyən uzun müddət saxlana bilsin.
Ekosistem anlayışı biotop və biosenoz anlayışları ilə ayrılmaz surətdə bağlıdır. Biotop şəraiti yekcins olan müxtəlif ölçülü və ya həcmli coğrafi rayondur. Yəni, biotop eyni relyef, iqlim, torpaq və digər abiotik amillərə malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı sahədir. Biosenoz (biota) – qurunun və su hövzəsinin müəyyən, nisbətən eyni (oxşar) sahəsində məskunlaşan, bir-biri ilə və mühitlə qarşılıqlı əlaqədə olan bitki, heyvan və mikroorqanizmlərin məcmusudur.
Tundra – meşəsiz ekosistemlərdir, əsasən tayqadan şimalda Şimal Buzlu okeanı sahillərində, Arktika və Subarktika qurşaqlarında yayılmışdır.
İynəyarpaqlı meşələr – mülayim iqlim zonasının şimal hissəsində yayılmışdır. Bu iynəyarpaqlı meşələr tayqa adlanır
Enliyarpaqlı meşələr – tayqa meşələrindən cənubda yerləşir. Bu meşələr mülayim iqlim şəriatində bitir.
Mülayim zonanın çölləri- Meşə və səhra zonaları arasında geniş açıq sahələri tutur.
Səhra ekosistemləri – mülayim, subtropik və tropik qurşaqlarda yayılmışdır.
Tropik çöllər və savannalar - Mərkəzi və Şərqi Afrika, Cənubi Amerika və Avstraliyanın, isti vilayətlərində yayılan ağac-kol bitki örtüyü tipidir. Gileyalar Afrika və Asiyanın rütubətli tropik meşələridir.
Dostları ilə paylaş: |