1
1. Əməliyyat sistemi haqqında anlayış
2. Əməliyyat sistemlərinin təyinatı, funksiyaları və arxitekturası
3. Əməliyyat sisteminin yerinə yetirdiyi funksiyalar.
4. Əməliyyat sistemlərinin əsas funksiyaları
5. Əməliyyat sistemlərinin əlavə funksiyaları
Əməliyyat sistemi -(ƏS) komputer resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını,
onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə komputer
arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur.
Resurs dedikdə komputerin istənilən komponenti - mərkəzi prosessor, əməli və ya xarici
yaddaş, xarici qurğu, proqram və.s başa düşülür.
Əməliyyat sistemləri - informasiya emalının idarə olunmasını və aparat vasitələri ilə istifadəçinin
qarşılıqlı əlaqəsini təmin edir. ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə
prosesinin avtomatlaşdırılması və istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə
edilməsidir. ƏS lazım olan proqramı komputerin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə
nəzarət edir.