35
WordPad proqramı sənədlərin yaradılması, redaktəsi və formatlaşdınlması üçün nəzərdə
tutulan, Notepad (Блокнот-bloknot) proqramına nisbətən daha geniş imkanlara malik olan və *.rtf
(Rich Text Format) formatlı elektron sənədləri hazırlamaq üçün nəzərdə tutulan sadə mətn
prosessorudur. Bu proqram Microsoft Word proqramının qısaldılmış variantıdır. Odur ki, WordPad
proqramı pəncərəsində Notepad ilə müqayisədə redaktə olunan sənəd üzərində sadə formatlaşdırma
işləri üçün nəzərdə tutulan daha çox elementlər var. Belə ki, Notepad proqramından fərqli olaraq
WordPad proqramında yaradılan sənədlərdə cürbəcür şriftlər, ölçülər və rəng formatları öz əksini
tapa bilər. Həmçinin WordPad sənədlərində müxtəlif obyektlər şəkillər, sxemlər, diaqramlar,
videokliplər, musiqi və hətta səs effektləri yerləşdirilə bilər. Windows 7 əməliyyat sistemində olan
WordPad proqramı da Paint proqramı kimi Ribbon (Лент/Lent) interfeysi üzərində yaradılmışdır.
Dostları ilə paylaş: