informasiya zaman keçdikcə fraqmentləşdiyi üçün ən azı bir neçə ayda bir dəfə defraqmentləşdirmə
əməliyyatını aparmaq lazımdır.Disklərin defraqmentləşdirilməsi üçün Windows sistemində xüsusi
utilit – Дефрагментация proqramı nəzərdə tutulur. Bu proqram diskdə saxlanılan faylları elə
nizamlayır ki, diskin müxtəlif hissələrinə səpələnmiş fayl hissələri bir yerdə toplanmaqla diskin yalnız
bir hissəsində ardıcıl yerləşərək saxlanılır. Bundan əlavə defraqmentasiya əməliyyatı prosesindəki
11
diskdəki boş yerlər birləşərək bütöv disk sahəsi (yaddaş oblastı) əmələ gətirir ki, bu da gələcək də yeni
yazılan fayllarındiskdə müxtəlif hissələrlə (fraqmentlər şəklində) saxlanma ehtimalını azldır.
3.Disklərin təmizlənməsi.
Uzun müddət kompüterlə işləyərkən müxtəlif fayl obyektlərinin ardıcıl olaraq saxlanması
nəticəsində diskin təmamilə doldurulması və bu diskdə boş yerin qalmaması təhlükəsi yarana bilər. Bu
zaman əməliyyat sistemi məlumat verir ki, diskdə boş yer yoxdur. Belə hallarda sistemdə istifadə
olunmayan lazımsız proqram və faylları əl ilə ləğv edərək diskdə müəyyən sahəni təmizləmək olar.
Bununla yanaşı diskləri ən sadə üsulla təmizləmək üçün sistemdə xüsusi utilitdən istifadə edilir-
Очисткадиска Diskdə boş yerin olmadığı barədə sistem məlumatı üzərində mausun soldüyməsi
basılarkən Очистка диска proqramı avtomatik icra olunur.
Dostları ilə paylaş: