Poçt antivirusları,Web antivirusları, Proqramlara nəzarət antivirusları,şəbəkə antivirusları, Anti –
17
Control Panel – kompüterə quraşdırılmış qurğu və proqramları sazlamaq üçün istifadə
olunur. Control Panel pəncərəsini açmaq üçün aşağıdakı üsullardan biri istifadə oluna bilər:
Control Panel qovluğu İş masasında yerləşirsə mausun sol düyməsi ilə üzərində ikiqat
klikləmək
Start/Windows System qovluğu daxilində Control Panel nişanı üzərində mausun sol
düyməsini bir dəfə klikləmək
Tapşırıq paneli üzərində axtarış sətrində “Control Panel” yazıb açılan elementi klikləmək.
Control Panel qovluğunun İş masasında görünüb – görünməməsi üçün İş masasının kontekst
menyusundan Personalize/Themes/Desktop icon settings əmrindən istifadə olunur.
Control Panel vasitəsilə: iş mühitinin şriftləri, qrafiki tərtibatın sazlanması, şəbəkə
qoşulmalarının sazlanması, proqramların quraşdırılması və ləğv edilməsi, printer və başqa qurğuların
quraşdırılması, qeydiyyat yazılarının sazlanması, ləğvi və ya yeni qeydiyyat yazılarının əlavə edilməsi,
səsyazma və səsləndirmə prosesini tənzimləyən parametrlərin tənzimlənməsi, ədəd, pul vahidi,
vaxt/tarix formatlarının, milli dil və saat qurşaqlarının tənzimlənməsi və s. işlər görülə bilər.
Dostları ilə paylaş: